Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə118/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   114   115   116   117   118   119   120   121   ...   200

245

Milli Qəhrəmanlar

45

illiyi

Ehtiram Əliyev 

1972

AV

Q

U

S

T

Əliyev Ehtiram İsrayıl oğlu 1972-ci il 

avqust aynın 1-də Ucar rayonunun Qaz-

yan kəndində anadan olmuşdur. 1987-ci 

ildə burada səkkizinci sinfi  bitirdikdən 

sonra Bakı Maşınqayırma Texnikumu-

na daxil olmuşdur. 1992-ci ildə texni-

kumu bitirmiş  və Azərbyacan Silah-

lı Qüvvələri sıralarına çağırılmışdır. 

Xidmət etdiyi hərbi hissədən Naxçıvan 

MR-na gondərilmiş, Sədərək və Bata-

bat yaylağında ermənilərə qarşı aparılan 

döyüş əməliyyatlarında yaxından iştirak 

etmişdir.

1993-cü ildə E.Əliyevin xidmət et-

diyi hərbi hissə Ağdama gondərilir. O, 

Ağdam, Füzuli, Tərtər və  Cəbrayıl ra-

yonlarında aparılan hərbi əməliyyatlarda 

şücaət göstərmişdir. 1994-cü ildə 

döyüşlərin birində yaralanmış, müalicə 

olunduqdan sonra yenidən orduya qa-

yıtmışdır. 1994-cü ildə Tərtər bölgəsinə 

göndərilmişdir. 1996-cı ilin avgust ayın-

da ordudan təxris olunmuşdur.

1997-1998-ci illərdə Sabunçu ra-

yon Polis idarəsində  işləmişdir. 2000-

ci ildə  Təfəkkür Universitetinə daxil 

olmuşdur. Nəqliyyat Nazirliyinin Bakı 

Beynəlxalq və Şəhərlərarası Avtovağza-

lında sərnişindaşımanın təşkili şöbəsinin 

rəis müavini işləmişdir.

Aləlidir.

Azərbaycan Respublikası Preziden-

tinin 4 aprel 1995-ci il tarixli 307 saylı 

Fərmanı ilə  Əliyev Ehtiram İsrayıl oğ-

luna “Azərbaycanın Milli Qəhrəmanı” 

fəxri adı verilmişdir. 

1998-ci ildə ümummilli lider Heydər 

Əliyev Ehtiram Əliyevə “Qızıl Ulduz” 

medalını təqdim etmişdir.



Ə d ə b i y y a t

Azərbaycan Respublikasının hərbi qulluqçularının və polis işçilərinin bir qrupuna “Azərbycan Milli Qəhrəmanı”adı verilməsi 

haqqında[Əliyev Ehtiram İsrayıl oğlu –Müdafiə Nazirliyi,baş çavuş-Azərbaycan Respublikasının Konstitusiya dövlət quruluşunun 

müdafiəsi,onun müstəqilliyinin qorunub saxlanılması və dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı şəxsi qəhrəmanlıq və şücaət 

göstərdiyinə ]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 4 aprel 1995-ci il //Azərbaycan.- 1995.- 5 aprel.- S.1.

Əliyev Ehtiram İsrayıl oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya /Azərbaycan Milli Kitabxanası; tərt. A.Həmidova.- Bakı, 

2008.- S.54-55.

Əsgərov, V. Əliyev Ehtiram İsrayıl oğlu //Əsgərov V. Azərbaycanın Milli Qəhrəmanları.- Sumqayıt, 2010.- S.76.

Seyidzadə, M. Əliyev Ehtiram İsrayıl oğlu //Seyidzadə M. Milli qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.54.

1

Milli Qəhrəman


246

Milli Qəhrəmanlar

45

illiyi

Rövşən Əliyev

1972-1992

AV

Q

U

S

T

Rövşən Nəriman oğlu Əliyev 1972-

ci il avqust ayının 30-da Bakı şəhərində 

anadan olmuşdur. 1989-cu ildə  Xətai 

rayonundakı 254 saylı orta məktəbi 

bitirdikdən sonra Azərbaycan Dövlət 

Politexnik  İnstitutunun maşınqayırma 

fakültəsinə daxil olmuş, 1991-ci ilin 

may ayında könüllü olaraq orduya yazıl-

mışdı. O, döyüşə atılaraq Ağdam rayo-

nunun Sirxavənd, Qarançı  kəndlərinin 

düşməndən azad edilməsində yaxın-

dan iştirak etmiş  və böyük igidlik 

göstərmişdir.

13 may 1992-ci ildə ermənilər bi-

zim  əsgərləri Dəhraz kəndindən çıxar-

maq məqsədilə Abdal kəndinə hücum 

edirlər. Tələbə döyüşçü Ağbulaq-Dəhraz 

əməliyyatlarında xüsusilə fərqlənir. Bu 

kəndlər Rövşən  Əliyev kimi oğulların 

dönməzliyi sayəsində erməni quldurlar-

dan təmizlənir.

1992-ci ilin iyun ayında ermənilər 

yenidən Dəhraz kəndinə hücum edir.

Həmin döyüşlərdə Rövşən yaralı yol-

daşlarının düşmən  əlinə keçməməsi 

üçün böyük şücaət gostərərək, onları 

döyüş meydanından uzaqlaşdırmağa 

müvəffəq olur. O, komandirini xilas 

edərkən başından yaralanır və  həlak 

olur.

Azərbaycan Respublikası Preziden-



tinin 7 dekabr 1992-ci il tarixli 350 say-

lı Fərmanı ilə Əliyev Rövşən Nəriman 

oğluna ölümündən sonra “Azərbaycanın 

Milli Qəhrəmanı” fəxri adı verilmişdir.

Bakı  şəhərinin  Şəhidlər Xiyabanında 

dəfn edilmişdir.

Təhsil aldığı 254 saylı orta məktəbə 

və Bakı şəhərindəki küçələrindən birinə 

qəhrəmanın adı verlmişdir.

Ə d ə b i y y a t 

Azərbyacan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçularına “Azərbaycan Milli Qəhrəmanı”adı verilməsi haqqında: 

[Əliyev Rövşən Nəriman oğlu - sıravi - Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunmasında ,dinc əhalinin 

təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igilik və şücaətə görə]Azərbaycan Respublikası Prezidentinin Fərmanı,7 dekabr 

1992-ci il //Azərbaycan Respublikası Ali Soveinin məlumatı.- 1992.- №24.- S.50 (Ölümündən sonra).

Əliyev Rövşən Nəriman oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya /Azərbaycan Milli Kitabxanası; tərt. A.Həmidova.- Bakı, 

2008.- S.62-63.

Əsgərov, V. Əliyev Rövşən Nəriman oğlu //Əsgərov V. Azərbaycanın milli qəhrəmanları.- Sumqayıt, 2010.- S.88.

Seyidzadə, M. Əliyev Rövşən Nəriman oğlu //Seyidzadə M. Milli qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.65.

30

Milli Qəhrəman



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə