Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə115/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   111   112   113   114   115   116   117   118   ...   200

239

Milli ədəbiyyat 

105 

illiyi

Mirvarid Dilbazi 

1912-2001

AV

Q

U

S

T

Mirvarid Dilbazi 1912-ci il avqust 

ayının 19-da Azərbaycanın Qazax 

mahalının Xanlıqlar (indiki Musa-

köy) kəndində anadan olmuşdur. Orta 

təhsilini Bakıda Qızlar seminariya-

sında (1927), ali pedaqoji təhsilini isə 

APİ-nin dil və ədəbiyyat fakültəsində 

almışdır (1932). Əmək fəaliyyətinə 

Bakı və Qubada müəllim kimi başla-

mışdır. Daha sonra Azərbaycan EA-

nın  Əlyazmalar fondunda şöbə mü-

diri (1934-38), Azərbaycan Dövlət 

Nəşriyyatında tərcüməçi (1938-1940) 

işləmişdir.

M.Dilbazi 

ədəbi yaradıcılığa 

1927-ci ildə “Oktyabr alovları” adlı 

məcmuədə  dərc olunmuş “Qadınla-

rın hürriyyəti”  şeiri ilə başlamışdır. 

“Bizim səsimiz” adlı ilk kitabı 1934-

cü ildə  dərc olunmuşdur. M.Dilbazi 

ilk  şeirindən xalqının zəngin tarixi 

keçmişini, xalqlar dostluğunu, sül-

hü və əmin-amanlığı, azadlıq uğrun-

da mübarizəni və qadın azadlığını 

tərənnüm etmişdir. Bu baxımdan 

“Vətənə  məhəbət” (1949), “Əlcəzair 

qızı” (1963), “Yasəmən fəsli” 

(1976) şeir kitabları şairənin arzu və 

istəklərini geniş şəkildə tərənnüm edir. 

M.Dilbazinin 1970-1980-cı illərdə 

“Bənövşələr üşüyəndə” (1970), “Ana 

qanadı” (1972), “Dağ çiçəyi” (1977), 

“Seçilmiş şeirlər” (1979),  “Çiçəkdən-

çiçəyə” (1991), “Seçilmiş  əsərləri” 

(2004) şeir kitabları çap olunmuşdur.   

M.Dilbazi həmçinin uşaqların və 

yeniyetmələrin də sevimli şairəsidir. 

Məhz ona gorə  də, yazıçı yaradıcılı-

ğının böyük bir qismini onlara həsr 

etmişdir.  Ədəbi yaradıcılıq yolunda 

tərcüməçiliklə də məşğul olmuş, Ev-

ripidin “İppolit” pyesini, Nizaminin, 

Puşkinin, Mixalkovun, Nəvainin, Se-

retelinin, Tixonovun və b. əsərlərini 

Azərbaycan dilinə tərcümə etmişdir.

M.Dilbazi Azərbaycan  ədəbiyyatı 

və incəsənəti ongünlüyündə,          

Ümumittifaq miqyasında simpozium, 

müşavirə  və görüşlərdə  fəal iştirak 

etmişdir. Dəfələrlə SSRİ Yazıçıları-

nın qurultayına nümayəndə  və Bakı 

Sovetinə deputat seçilmişdir. Sovet 

Sülhü Müdafiə Komitəsinin üzvü ol-

muşdur (1949).

M.Dilbazinin yazıçı  əməyi dövlət 

tərəfindən yüksək qiymətləndi-

rilmişdir. O, iki dəfə “Şərəf “nişanı və 

“Qırmızı  Əmək Bayrağı”, “İstiqlal” 

ordenləri ilə, beş medalla, Azərbaycan 

SSR Ali Soveti Rəyasət heyətinin 

Fəxri fərmanı ilə  təltif olunmuşdur. 

1967-ci ildə Azərbaycan SSRİ-nin 

“Əməkdar mədəniyyət işçisi”, 1979-

cu ildə Azərbaycan SSR-in ilk qadın 

“Xalq şairəsi” fəxri adlarına və 1986-

cı ildə 


Azərbaycan SSRİ-nin Dövlət 

Mükafatına layiq görülmüşdür. 

Mirvarid Dilbazi 2001-ci il iyul 

ayında vəfat etmiş, Fəxri Xiyabanda 

dəfn olunmuşdur.

Ə d ə b i y y a t

Fikir ümmanında: 

Əsərlərindən seçmələr 

/M.Dilbazi; tərt. P.Məmmədli; 

Azərb.Resp. Mədəniyyət və 

Turizm Nazirliyi.- Bakı: E.L. 

NPŞ MMC, 2014.- 529 s.

Bayatılar /M.Dilbazi              

//Azərbaycan.-2012.-№10.-

S.111-112.

Mirvarid Dilbazi: Bibli-

oqrafik göstərici /Azərb. 

SSR Mədəniyyət Nazir-

liyi, M.F.Axundov ad. 

Azərb. Dövlət Kitabxa-

nası; tərt. H.Həmidova; 

red. Ə.Əfəndiyev; ixtisas 

red. T.Ağamirova.- Bakı: 

M.F.Axundov kitabxanası, 

1990.- 130 s.

Mirvarid Dilbazi - 100                

/toplayıb tərt. ed. və ön 

söz müəl. S.Xəyal; red. 

N.Səmədova.- Bakı: [MBM], 

2012.- 127 s.

Mahmudova, Ş. M.Dilbazi 

və uşaq ədəbiyyatı: meto-

dik vəsait /Ş.Mahmudova, 

Y.Aslanov; elmi red. 

Q.Namazov.- Bakı, 2013.-

103 s.

Vahid, T.“Zamanla üz-üzə”: 

Böyük epoxanın son sözü - 

Mirvarid Dilbazi /T.Vahid       

//Mədəniyyət.- 2015.- 12 

iyun.- S.15.

19

Şairə



240

Milli ədəbiyyat

75

illiyi

Davud Nəsib

1942-2003             

AV

Q

U

S

T

Nəsibov Davud Məcid oğlu (Davud 

Nəsib) 1942-ci il avqust ayının 25-də 

Azərbaycanın Qazax rayonunda ana-

dan olmuşdur.  Qazax şəhər 2 saylı orta 

məktəbini bitirdikdən sonra ADU-nun 

kitabxanaçılıq fakültəsində  təhsil almış-

dır (1959-1963). 1966-1969-cu illərdə 

Azərbaycan SSR Dövlət Televiziya və 

Radio Verilişləri Komitəsində incəsənət 

redaksiyasında redaktor işləmişdir.

Ədəbi fəaliyyətinə 1956-cı ildə 

“Qalibiyyət bayrağı” (Qazax rayonu) 

qəzetində  dərc edilən “Mənim doğma 

çayım - mənim Kür çayım” adlı ilk şeiri 

ilə başlayan Davudun o zaman  on dörd 

yaşı var idi. Həmin vaxtdan fəal poetik 

yaradıcılıqla məşğul olmuş, 60-cı ilin 

əvvəllərindən əbəbi-ictimai mühitdə tanın-

mağa, istedadlı şair kimi nüfuz qazanma-

ğa başlamışdır. Azərbaycan poeziyasında 

böyük hadisələrin meydana çıxdığı, üslub 

axtarışlarının genişləndiyi 60-cı illərdə 

şairin “Gözüm səni axtarır” (1966), “Dağ-

lar danışsaydı” (1969) kitabları  nəşr olu-

nur ki, bu böyük uğur idi. 1974-cü ildə 

Moskvada “Sovetski pisatel” nəşriyyatı 

tərəfindən “Anama məktublar”, 1981-ci 

ildə isə “Ocaq daşları” şeirlər kitabları çap 

edilmişdir.    

Moskvada, SSRİ Yazıçılar  İttifaqı 

nəzdində olan ikiillik ali ədəbiyyat kursu-

nu bitirdikdən sonra (1971-1972) Bakıya 

qayıtmış, “Ədəbiyyat və incəsənət” qəzeti  

redaksiyasında  ədəbi işçi, təsviri sənət 

şöbəsinin müdiri işləmiş, sonra Poeziya 

şöbəsinə rəhbərlik etmiş, ömrünün sonuna 

qədər burada çalışmışdır. 

Macarıstan Xalq Respublikasında yara-

dıcılıq ezamiyyətində olmuş (1978-1980) 

və macar şairi Mikloş Radnotinin şeirlər 

kitabını doğma dilə çevirmişdir.

Bir-birinin ardınca nəşr edilən “Dağlar 

danışsaydı”  (1969), “Məhəbbət yolla-

rı” (1973), “Ürək sözsüz danışır” (1976), 

“Ümid qatarı” (1979), “Azərbaycan ba-

yatısı” (1984), “Dünya bir körpüdür” 

(1987)  şeirlərdən və poemalardan ibarət 

kitabları oxucular tərəfindən böyük rəğbət 

qazanmışdır. 90-cı illərin  əvvəllərində 

Davud Nəsibin müxtəlif illərin yaradı-

cılıq nümunələri daxil edilmiş sonuncu 

şeirlər kitabı “Karvan gedir” (1991) çap 

olundu. Şair artıq nəsrə keçmişdi və onun 

xəyalında qədim Azərbaycan (Alban) ta-

rixinin hadisələri canlanırdı. Həmin 90-cı 

illərin tarıxı  araşdırmalarının nəticələri  

olaraq, 2000-ci ildə “Cavanşir”, 2001-

ci ildə isə “Cavanşirsiz məmləkət” tarixi 

romanları  nəşr edildi. Davud Nəsibə bu 

romanları məhz 90-cı illərin əvvəllərində 

Azərbaycanın  düşdüyü  o ağır şərait  yaz-

dırdı.

1969-c ildən Azərbaycan Yazıçılar Bir-



liyinin üzvü, Azərbaycan komsomolu mü-

kafatı laureatı (1984), Ümumittifaq kom-

somolu mükafatı laureatıdır (1986).

Azərbaycan SSR Ali Soveti Rəyasət 

Heyətinin  Fəxri Fərmanına  (1984),     

Ümumittifaq və Azərbaycan LKGİ-nin 

Fəxri Fərmanlarına layiq görülmüşdür.

Davud Nəsib 2003-cü il mart ayının 

26-da qəzaya uğrayıb dünyasını vaxtsız 

dəyışmişdir.



25

Şair

Ə d ə b i y y a t

Cavanşir: Tarixi 

roman /D.Nəsib; red. 

S.Sərxanlı; rəssam 

H.Qasımov.- Bakı: Araz, 

2000.- 229 s.

Əsrin laylası /D.Nəsib; 

red. S.Sərxanlı; rəssam 

H.Qasımov.- Bakı: 

Gənclik, 1982.-223 s.

Karvan gedir: (şeirlər 

və poemalar) /D.Nəsib; 

red. M.Şükür.- Bakı: 

Yazıçı, 1991.-  192 s.

Cəfərov, N. Təvazökar, 

səmimi, iddiasız şairin 

qürurlu,vətənpərvər 

iddialı yaradıcılıq 

dünyası /N.Cəfərov                    

//Ədəbiyyat qəzeti.-

2014.- 14 fevral.- S.7.


Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə