Təsisçi: “Hədəf”
nəşrləri
Baş redaktor: fil.ü.f.d., dos. Şəmil Sadiq
Redaktor: fil.ü.f.d. Nərgiz Cabbarlı
Məsul katib: Müşfiq XAN
Dizayn və qrafika: Teymur Fərzi
Korrektor: Elsevər Muradov
Menecer: Tamerlan İsmayılzadə
Müxbirlər: Səma Fuadqızı, Aytəkin Mirişova
Fotoqraf: Elvin Əskərov
0 1 ( 1 ) F e v r a l / 2 0 1 6
w w w . s e n e t . a z / w w w . s a n a t . a z
aylıq sənət və ədəbiyyat dər gisi
İsa
Həbibbəyli
“Ustadlığa doğru” ...........................02
Şəmil Sadiq
“Bacarıqlı şagird mütləq bir gün Ustad
olacaq” .......................................03
Nizami Cəfərov
“Ədəbiyyatın müstəqilliyindən müstəqilliyin
ədəbiyyatına” ................................05
Alxan Bayramoğlu
“Dövlət himnimizin söz və mətninin
müəllifi kimdir..................................07
Nərgiz Cabbarlı
“Bir mahnının müəmması, yaxud naməlum
gəncin sevgi məktubu” .....................
14
Şəmil Sadiq
“Türk hökmdarlarının sözü və qılıncı” ....20
Aslan Quliyev
“Gülümsəyən qız” ...........................26
Qan Turalı
“Ustad” ......................................
33
Andre Morua
“Yaşamaq elmi haqqında gənc dostuma
məktub” .....................................36
Məmməd Arif. Şahmar Əkbərzadə
“Səməd Vurğun haqqında dərc olunmamış
xatirələr” .....................................
41
Haruki Murakami
“Yeddinci adam”
............................
47
Elxan Zal
“Böyük çölün böyük oğlu” .................56
Sabit Dosanov
“Həyatın kənarına atılmışlar” .............
58
Rəsmiyyə Sabir
Şeirlər ..........................................
68
Müşfiq XAN
“naŞİR” ......................................
70
Nərgiz Cabbarlı
“Mən sovet dövrünün yazıçısıyam!” .......74
Salvador Dali
“Rənglərin söhbəti” .........................82
Dilqəm Əhməd
“Kəmalüddövlə tvitləri” ....................
85
Azad Qaradərəli
“Tanış olmayan yazı” ........................89
Cəlil
Cavanşir
“Əyyubun səbri” ............................
92
Fərid Hüseynli
“Cizgi roman nədir“ .........................96
Səma Fuadqızı
İtkin düşmüş “Köpək” ......................99
Kənan Hacı
“Siçovullar üçün darıxan gəmi” ..........
103
Viktorin Ori
Diş ağrısı, yaxud zavallı Matoren ........
110
Elxan Nəcəfov
“Sufilikdən bir az”..........................115
BU SAYIMIZDA...
Dərgi üçün əsərlərinizi
info@senet.az ünvanına göndərə
bilərsiniz.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyində
qeydiyyatdan keçmişdir.
Qeyd.
№ 5932
Dərc edilən materialların icazəsiz
istifadəsi qadağandır.
3
USTAD
dərgisi \ Fevral 2016
2
USTAD
dərgisi \ Fevral 2016
2
USTAD
dərgisi \ Fevral 2016
USTADLIĞA DOĞRU
A
zərbaycan ədəbi mətbuatının
zəngin ənənələri və hazırkı fəal
mövqeyi fonunda yeni mətbu
nəşr yaratmaq şərəfli olduğu qədər də
məsuliyyətli işdir. Çünki meydana çıxacaq
yeni nəşrdə mövcud ənənəni qorumaqla
yanaşı, həm də novator, müasir olmaq
vəzifələrini formaca da, məzmunca da
yerinə yetirmək lazımdır. Bu isə kifayət
qədər yüksək dünyagörüş, bədii zövq
və mükəmməl naşirlik bacarığı tələb
edir. “Ustad” jurnalının təsisçilərinin və
naşirlərinin ədəbi-elmi mühitdə yeni nəsli
məsuliyyətlə təmsil etmələri, müşahidə
etdiyim intellektual səviyyələri bu nəşrin
özünəlayiq yer tuta biləcəyinə inam
yaradır.
Ustad sözü – professionallıq və
kamillik mənalarını özündə birləşdirir. İndi
ədəbiyyatımızın da, elmimizin də ustad
səviyyəsində yetkin, hazırlıqlı, dünyagörüşlü
və səriştəli qələm sahiblərinə ehtiyacı var.
Son illərdə yeni nəsil yaradıcı simaların –
yazıçı
və şairlərin, cavan ədəbiyyatşünasların
ədəbiyyat və elm meydanında sürətlə
artan fəallığı hətta ən yaxın gələcəyə
də böyük ümidlə baxmağa imkan verir.
Ədəbiyyatımız və ədəbiyyatşünaslıq elmimiz
yüksək professionallığa doğru hərəkatın
içərisindədir. Düşünürəm ki, “Ustad” jurnalı
bu şərəfli və məsuliyyətli magistralın istedadlı,
iradəli və zəhmətkeş yolçularına yeni üfüqlər
açacaq, dəstək olacaqdır.
Həm də “Ustad” dərgisində ədəbiyyatın,
sənətin
və mədəniyyətin bir yerdə, vahid
sistemdə təqdim olunmasının nəzərdə
tutulması yeni və əlamətdar hadisədir.
Ədəbi zövq və dünyagörüşlə kulturoloji
baxışların üzvi sintezi və vəhdəti mahiyyət
etibarilə forma və məzmun baxımından
yeni keyfiyyətdə ədəbiyyatın və sənətin
formalaşmasına, daha çox isə hər iki qanadı
özündə birləşdirən müasir yaradıcı insanın
meydana çıxmasına təkan verə bilər. Bütün
bunlar isə yeni nəsil azərbaycançı ziyalılığın
inkişafı üçün zəruridir.
Bu şərəfli və məsuliyyətli yollarda
“Ustad”a və ustadçılara uğurlar arzulayıram.
İsa Həbibbəyli
Azərbaycan Milli Elmlər
Akademiyasının vitse-prezidenti,
Milli Məclisin deputatı, akademik