AZƏRBAYCAN
Hafiz HACXALIL (TƏMİROV)
DGTYB Məclis üzvü olan şairin indiyədək üç
kitabı işıq üzü görüb.
İSMAYIL ŞIXLININ ƏSƏRLƏRİNDƏ MİLLİ
İDEOLOGİYA
Ədəbiyyat, incəsənət və ümumiyyətlə sənət adamları
haqqında cəmiyyətdə çox vaxt birmənalı fikir olmayıb.
Ədəbiyyat və incəsənət adamlarının cəmiyyətdə baş
verən hadisələrə münasibəti də özlərinə xas şəkildə
meydana çıxıb və rezonans doğurub. Sənətkarlıq key-
fiyyətlərini və şəxsiyyət bütövlüyünü ərsəyə gətirdikləri
ədəbi - bədii sənət əsərlərində verə bilən, sözün əsl
mənasında sənətkar və şəxsiyyət adına layiq olan, hər
iki adın ağırlığını çiyinlərində daşıya bilən insanlardan
biri idi, İsmayıl Şıxlı.
Hakim sovet ideologiyası və kommunist rejimi
insanları fiziki baxımdan boyunduruqda saxlasa da,
artıq beyinlərdə cücərmiş azadlıq fəlsəfəsini, özünə-
qayıdış hissini boğmaqda acizliyini dərk edirdi. Millətin
qan yaddaşı oyanmışdı. Genetik kodlarla keçmişə olan
bağlılıq, kişilik, qeyrət kodeksi özünütəsdiq edə bi-
ləcəyi bir səviyyəyə çatmışdı. Bu dönəmlərdə ədə-
biyyat ölən tarixə yeni nəfəs, yeni ruh gətirdi. Bu ruhu
gətirənlər isə türk övladları - Azərbaycan insanı idi.
Tarixi keçmişi özündə əks etdirən yeni-yeni fikirlər,
müasirliklə keçmişin harmoniyası milli ideologiyanın
varlığından xəbər verirdi. Artıq öz sözünü deyə biləcək
ədəbi şəxsiyyətlər yetişirdi. Belə şəxsiyyətlərdən biri də
İ.Şıxlı idi. Tanınmış və son dərəcə ziyalı bir nəsildən
çıxmış İ.Şıxlını mən deyərdim ki, çoxu ədəbiyyatımızın
şah əsərlərindən biri olan “Dəli Kür”lə tanımış və
sevmişdi. Onun doğum tarixi haqqında ədəbiyyat
tarixində mübahisələr var. Qazaxda müəllim ailəsində
doğulmuşdu. Bəlkə də ziyalı ailəsində doğulmaq onun
sonrakı taleyində mayaq rolunu oynayacaq bir amilə
çevriləcəkdi. Genetik yaddaşında olan yaradıcılıq onu
ədəbi axtarışlara sövq etdi.
Lakin “Quşlar” şeirindən sonra qəti qərar verdi ki,
ondan şair olmayacaq. Tanınmış yazıçı və nasir
olmağa hələ çox vardı. Çünki qarşıda müharibə adlı
19
sınaqdan sağ-salamat çıxmaq hamı kimi onu da
düşündürürdü. Müharibə qanlı-qadalı olsa da,
insanların yaratdıqları maddi və mənəvi mədəniyyət
abidələrini məhv etsə də yeni əsərlərin, maddi-
mədəniyyət abidələrinin yaranmasına səbəb oldu.
Artıq ədəbiyyatda müharibə aparıcı bir mövzuya
çevrilmişdi.
“İsmayıl Şıxlının “Cəbhə yolları” başlığı al-
tında çap etdirdiyi döyüş gündəliyi milli ədəbiyyatda
Gündəlik formasında ilkin əsər yazmaq şərəfini ona
bəxş etdi” (Y. İsmayılov. İsmayıl Şıxlı. Həyatı, Mühiti,
Sənəti). Onun yaradıcılığında uydurma heç nəyə rast
gəlmək olmur. Çünki o, necə deyərlər “aşıq gördüyünü
çağırar” deyib həyatı olduğu kimi qeyd edirdi.
“Məni
əsl mənada nəsrə bağlayan həyatın özü olmuşdur.
Böyük Vətən müharibəsində gördüyüm hadisələri,
döyüş çətinliklərini, insanların keçirdiyi iztirabları,
onların mürəkkəb psixoloji sarsıntılarını və döyüş
əhval-ruhiyyəsini vermək üçün nəsrin imkanlarının
daha çox olduğunu dərk etdiyimdən sonra nasir
olmağa çalışdım. Hadisələrin sonrakı inkişafı göstərdi
ki, deyəsən düz yol seçmişəm”.
İ.Şıxlının yaratdığı ən kiçik hekayələrində belə hər
şey milliliyə, türkçülüyə söykənir. Onun yaratdığı ob-
razlar ana dilində danışır, vətən, namus, qeyrət anlamı
uğrunda canlarını fəda etməkdən belə çəkinmirlər.
İ.Şıxlı inanırdı ki, uğrunda vuruşduğu dövlət və bu
dövlətin idarə sistemini öz murdar kommunist ideo-
logiyası ilə zəhərləyənlər gəldi-gedərdi. “Cəbhə gündə-
likləri”ndə olan qeydlərdə də İ.Şıxlının vətənpər-
vərliyinə, türk coğrafiyasına və türklərin yaşadıqları
əraziyə sevgisini görməmək mümkün deyil. “Cəbhə
gündəlikləri”ndən oxuyuruq:
“Bizim batalyonu indi
əlahiddə dəniz ordusuna vermişdilər. Komandanımız
yenə general Petrov idi. Ciddi şəkildə Kerçdə desant
əməliyyatı gedirdi. 18-ci ordu da bu cəbhədə idi.
Deyilənə görə lap bu yaxınlarda bütün cəbhə boyu de-
sant əməliyyatı başlanacaqdı. Tamandan,
Duzlugöldən, Çuşka yarımadasından, bir sözlə bütün
Taman yarımadasının sahillərindən Kerçə desant
keçiriləcəkdir” Və yaxud da: “Eltigen balaca bir balıqçı
qəsəbəsi idi. Kerçdən 20 km cənubda, Çurbaş gölü ilə
Tobeçik gölünün arasında yerləşmişdi” (İ.Şıxlı. Cəbhə
yolları sənədli povesti). “Geriyə qayıdırıq. Axşamüstü
Aqibel adlı balaca bir kəndə çatdıq. Yoldan uzaq,
20
kənar bir kəndə” (“Cəbhə gündəlikləri”) “Sennoy dəniz
sahilində yerləşmiş balaca bir dəmir yol stansiyasıdır.
İndi buranın adı Tamandır” (“Cəbhə yolları”) “Cəbhə
gündəlikləri”ndə verilmiş bu yer-yurd adları, qədim
türklərin yaşadıqları və sahib olduqları bu böyük
coğrafi ərazilər İ.Şıxlının gündəliyindən kənarda qala
bilməzdi. O, yaxşı bilirdi ki, faşist Almaniyasının əldə
etmək istədiyi “Rusiya ərazisi” qədim türklərin yaşayış
məskənləridir. Bəlkə də bu qeydləri etmək İsmayıl
Şıxlının taleyinə yazılmış bir xoşbəxtlik idi. “Cəbhə gün-
dəlikləri”ni oxuduqca O.Süleymanovun “AZ-YA” ki-
tabında verilmiş “İqor Polku haqda dastan”, qədim
türk sözləri, türk tarixi insanın gözləri qarşısında
yenidən canlanır və insanı xəyalən çox uzaqlara aparır.
Böyük bir xalqın etnosu, adət-ənənəsi, yaşayış tərzi
fərqli lakin, tarixiliyi qorunmaqla oxucuya çatdırılır. Bu
gün rusların və digər millətlərin dilində işlədilən sözlər
deyərdim ki, dünyanın nitq leksikonuna türklər
tərəfindən verilmiş ən böyük töhfələrdir. “Loşad”,
“Qəpik”, “Kolbasa”, “Qarovul”, “Karandaş” və s. kimi
minlərlə söz bu gün də leksikonumuzda işlənməkdədir
və qürurla deyə bilərəm ki, biz türklərdə uydurma,
mənasız adlara rast gəlmək mümkün deyil. “Cəbhə
yolları” sənədli povestində verilmiş Eltigen, Aqibel,
Sennoy, Taman, Duzlugöl, Çurbaş gölü, Tobeçik gölü
kimi adların hərəsinin öz yaranma tarixi və mənaları
var. Bu adlar hər biri bir tarixi salnamədir. Belə demək
mümkündürsə “Cəbhə yolları” sənədli povesti İ.Şıxlının
yeni yaranacaq əsərlərinə ideoloji baxımdan təsir
etmiş, onlarda milli ruhun və bu ruhun təməl
prinsipinə çevrilən “türkün qızıl alma ideologiyası”nın
sətiraltı ifadələrlə verilmiş fikirlərdə əksinə çevrilmişdir.
Onun bütün əsərlərində böyük bir millətin təmsilçisi
olduğunu sübut etmək prinsipi diqqət çəkir.
“Cəbhə
yolları” sənədli povestində bir daha bunun şahidi
oluruq. “İsrafil Məmmədova SSRİ Ali Sovetinin 1941-ci
il 11 dekabr tarixli fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı
adı verilmişdi. O vaxt “Pravda”da İsrafili “Sovet
bahadırı” adlandırmışdılar. Hələ heç bir kəsə belə ad
verilməmişdi. Bir anlığa özümü Azərbaycanda hiss
etdim”. Burada İ.Məmmədovun adının çəkilməsi onun
məhz rusların özləri tərəfindən “sovet bahadırı”
adlandırılması faktı İ.Şıxlının uzaqgörənliyindən irəli
gəlirdi. Yazıçı təfəkkürü ilə dövrü təhlil etmək və onun
21
Dostları ilə paylaş: |