Təşkilatlarına Dővlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən Gənc yazarlara



Yüklə 3,5 Kb.
Pdf görüntüsü
səhifə6/60
tarix25.06.2018
ölçüsü3,5 Kb.
#51121
1   2   3   4   5   6   7   8   9   ...   60

AZƏRBAYCAN
Hafiz HACXALIL (TƏMİROV) 
DGTYB   Məclis   üzvü   olan   şairin   indiyədək   üç 
kitabı işıq üzü görüb.
İSMAYIL ŞIXLININ ƏSƏRLƏRİNDƏ MİLLİ 
İDEOLOGİYA 
Ədəbiyyat, incəsənət və ümumiyyətlə sənət adamları 
haqqında cəmiyyətdə çox vaxt birmənalı fikir olmayıb. 
Ədəbiyyat   və   incəsənət   adamlarının   cəmiyyətdə   baş 
verən hadisələrə münasibəti də özlərinə xas   şəkildə 
meydana çıxıb və rezonans doğurub. Sənətkarlıq key-
fiyyətlərini və şəxsiyyət bütövlüyünü ərsəyə gətirdikləri 
ədəbi - bədii sənət əsərlərində verə bilən, sözün əsl 
mənasında sənətkar və şəxsiyyət adına layiq olan, hər 
iki adın ağırlığını çiyinlərində daşıya bilən insanlardan 
biri idi, İsmayıl Şıxlı.
Hakim   sovet   ideologiyası   və   kommunist   rejimi 
insanları   fiziki   baxımdan   boyunduruqda   saxlasa   da, 
artıq   beyinlərdə   cücərmiş   azadlıq   fəlsəfəsini,   özünə-
qayıdış hissini boğmaqda acizliyini dərk edirdi. Millətin 
qan yaddaşı oyanmışdı. Genetik kodlarla keçmişə olan 
bağlılıq,   kişilik,   qeyrət   kodeksi   özünütəsdiq   edə  bi-
ləcəyi   bir   səviyyəyə   çatmışdı.   Bu   dönəmlərdə   ədə-
biyyat ölən tarixə yeni nəfəs, yeni ruh gətirdi. Bu ruhu 
gətirənlər isə türk övladları - Azərbaycan insanı idi.
Tarixi keçmişi özündə əks etdirən yeni-yeni fikirlər, 
müasirliklə   keçmişin   harmoniyası   milli   ideologiyanın 
varlığından xəbər verirdi. Artıq öz sözünü deyə biləcək 
ədəbi şəxsiyyətlər yetişirdi. Belə şəxsiyyətlərdən biri də 
İ.Şıxlı idi. Tanınmış və son dərəcə ziyalı bir nəsildən 
çıxmış İ.Şıxlını mən deyərdim ki, çoxu ədəbiyyatımızın 
şah   əsərlərindən   biri   olan   “Dəli   Kür”lə   tanımış   və 
sevmişdi.   Onun   doğum   tarixi   haqqında   ədəbiyyat 
tarixində mübahisələr var. Qazaxda müəllim ailəsində 
doğulmuşdu. Bəlkə də ziyalı ailəsində doğulmaq onun 
sonrakı taleyində mayaq rolunu oynayacaq bir amilə 
çevriləcəkdi. Genetik yaddaşında olan yaradıcılıq onu 
ədəbi axtarışlara sövq etdi.
Lakin   “Quşlar”   şeirindən   sonra   qəti   qərar   verdi   ki, 
ondan   şair   olmayacaq.   Tanınmış   yazıçı   və   nasir 
olmağa hələ çox  vardı.  Çünki qarşıda  müharibə  adlı 
19


sınaqdan   sağ-salamat   çıxmaq   hamı   kimi   onu   da 
düşündürürdü.   Müharibə   qanlı-qadalı   olsa   da, 
insanların   yaratdıqları   maddi   və   mənəvi   mədəniyyət 
abidələrini   məhv   etsə   də   yeni   əsərlərin,   maddi-
mədəniyyət   abidələrinin   yaranmasına   səbəb   oldu. 
Artıq   ədəbiyyatda   müharibə   aparıcı   bir   mövzuya 
çevrilmişdi.  
“İsmayıl Şıxlının “Cəbhə yolları” başlığı al-
tında çap etdirdiyi döyüş gündəliyi milli ədəbiyyatda 
Gündəlik   formasında   ilkin   əsər   yazmaq   şərəfini   ona 
bəxş etdi” (Y. İsmayılov. İsmayıl Şıxlı. Həyatı, Mühiti, 
Sənəti).  Onun yaradıcılığında uydurma heç nəyə rast 
gəlmək olmur. Çünki o, necə deyərlər “aşıq gördüyünü 
çağırar” deyib həyatı olduğu kimi qeyd edirdi.  
“Məni 
əsl   mənada   nəsrə   bağlayan   həyatın   özü   olmuşdur. 
Böyük   Vətən   müharibəsində   gördüyüm   hadisələri, 
döyüş   çətinliklərini,   insanların   keçirdiyi   iztirabları, 
onların   mürəkkəb   psixoloji   sarsıntılarını   və   döyüş 
əhval-ruhiyyəsini   vermək   üçün   nəsrin   imkanlarının 
daha   çox   olduğunu   dərk   etdiyimdən   sonra   nasir 
olmağa çalışdım. Hadisələrin sonrakı inkişafı göstərdi 
ki, deyəsən düz yol seçmişəm”. 
İ.Şıxlının   yaratdığı   ən   kiçik   hekayələrində   belə   hər 
şey milliliyə, türkçülüyə söykənir. Onun yaratdığı ob-
razlar ana dilində danışır, vətən, namus, qeyrət anlamı 
uğrunda canlarını fəda etməkdən belə çəkinmirlər.
İ.Şıxlı inanırdı ki, uğrunda vuruşduğu dövlət və bu 
dövlətin   idarə   sistemini   öz   murdar   kommunist   ideo-
logiyası ilə zəhərləyənlər gəldi-gedərdi. “Cəbhə gündə-
likləri”ndə   olan   qeydlərdə   də   İ.Şıxlının   vətənpər-
vərliyinə,   türk   coğrafiyasına   və   türklərin   yaşadıqları 
əraziyə   sevgisini   görməmək   mümkün   deyil.   “Cəbhə 
gündəlikləri”ndən   oxuyuruq:
  “Bizim   batalyonu   indi 
əlahiddə   dəniz   ordusuna   vermişdilər.   Komandanımız 
yenə general Petrov idi. Ciddi şəkildə Kerçdə desant 
əməliyyatı   gedirdi.   18-ci   ordu   da   bu   cəbhədə   idi. 
Deyilənə görə lap bu yaxınlarda bütün cəbhə boyu de-
sant   əməliyyatı   başlanacaqdı.   Tamandan, 
Duzlugöldən, Çuşka yarımadasından, bir sözlə bütün 
Taman   yarımadasının   sahillərindən   Kerçə   desant 
keçiriləcəkdir” Və yaxud da: “Eltigen balaca bir balıqçı 
qəsəbəsi idi. Kerçdən 20 km cənubda, Çurbaş gölü ilə 
Tobeçik gölünün arasında yerləşmişdi” (İ.Şıxlı. Cəbhə 
yolları sənədli povesti). “Geriyə qayıdırıq. Axşamüstü 
Aqibel   adlı   balaca   bir   kəndə   çatdıq.   Yoldan   uzaq, 
20


kənar bir kəndə” (“Cəbhə gündəlikləri”) “Sennoy dəniz 
sahilində yerləşmiş balaca bir dəmir yol stansiyasıdır. 
İndi buranın adı Tamandır” (“Cəbhə yolları”)  “Cəbhə 
gündəlikləri”ndə   verilmiş   bu   yer-yurd   adları,   qədim 
türklərin   yaşadıqları   və   sahib   olduqları   bu   böyük 
coğrafi ərazilər  İ.Şıxlının  gündəliyindən  kənarda  qala 
bilməzdi. O, yaxşı bilirdi ki, faşist Almaniyasının əldə 
etmək istədiyi “Rusiya ərazisi” qədim türklərin yaşayış 
məskənləridir.   Bəlkə   də   bu   qeydləri   etmək   İsmayıl 
Şıxlının taleyinə yazılmış bir xoşbəxtlik idi. “Cəbhə gün-
dəlikləri”ni   oxuduqca   O.Süleymanovun   “AZ-YA”   ki-
tabında   verilmiş   “İqor   Polku   haqda   dastan”,   qədim 
türk   sözləri,   türk   tarixi   insanın   gözləri   qarşısında 
yenidən canlanır və insanı xəyalən çox uzaqlara aparır. 
Böyük   bir   xalqın   etnosu,   adət-ənənəsi,   yaşayış   tərzi 
fərqli lakin, tarixiliyi qorunmaqla oxucuya çatdırılır. Bu 
gün rusların və digər millətlərin dilində işlədilən sözlər 
deyərdim   ki,   dünyanın   nitq   leksikonuna   türklər 
tərəfindən   verilmiş   ən   böyük   töhfələrdir.   “Loşad”, 
“Qəpik”, “Kolbasa”, “Qarovul”, “Karandaş” və s. kimi 
minlərlə söz bu gün də leksikonumuzda işlənməkdədir 
və   qürurla   deyə   bilərəm   ki,   biz   türklərdə   uydurma, 
mənasız   adlara   rast   gəlmək   mümkün   deyil.   “Cəbhə 
yolları”   sənədli   povestində   verilmiş   Eltigen,   Aqibel, 
Sennoy, Taman, Duzlugöl, Çurbaş gölü, Tobeçik gölü 
kimi adların hərəsinin öz yaranma tarixi və mənaları 
var. Bu adlar hər biri bir tarixi salnamədir. Belə demək 
mümkündürsə “Cəbhə yolları” sənədli povesti İ.Şıxlının 
yeni   yaranacaq   əsərlərinə   ideoloji   baxımdan   təsir 
etmiş,   onlarda   milli   ruhun   və   bu   ruhun   təməl 
prinsipinə çevrilən “türkün  qızıl alma ideologiyası”nın 
sətiraltı ifadələrlə verilmiş fikirlərdə əksinə çevrilmişdir. 
Onun   bütün   əsərlərində   böyük   bir   millətin   təmsilçisi 
olduğunu   sübut  etmək  prinsipi  diqqət  çəkir.  
“Cəbhə 
yolları”   sənədli   povestində   bir   daha   bunun   şahidi 
oluruq. “İsrafil Məmmədova SSRİ Ali Sovetinin 1941-ci 
il 11 dekabr tarixli fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı 
adı   verilmişdi.   O   vaxt   “Pravda”da   İsrafili   “Sovet 
bahadırı” adlandırmışdılar. Hələ heç bir kəsə belə ad  
verilməmişdi.   Bir   anlığa   özümü   Azərbaycanda   hiss 
etdim”. Burada İ.Məmmədovun adının çəkilməsi onun 
məhz   rusların   özləri   tərəfindən   “sovet   bahadırı” 
adlandırılması   faktı   İ.Şıxlının   uzaqgörənliyindən   irəli 
gəlirdi. Yazıçı təfəkkürü ilə dövrü təhlil etmək və onun 
21


Yüklə 3,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə