Təşkilatlarına Dővlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən Gənc yazarlara



Yüklə 3,5 Kb.
Pdf görüntüsü
səhifə8/60
tarix25.06.2018
ölçüsü3,5 Kb.
#51121
1   ...   4   5   6   7   8   9   10   11   ...   60

aşırım” tarixi romanı haqqında İ.Şıxlı yazırdı
“Düşmən 
olan  Abbasqulu  bəy Şadlinski  ilə  Kərbəlayı İsmayılın 
döyüşməsində   milli   cəhətlər   əsas   rol   oynayır.   Ab-
basqulu   bəy   kommunistdir.   Kərbəlayı   İsmayıl 
qolçomaqdır,   dağlara   çəkilərək   sovet   hakimiyyətinə 
qarşı vuruşur. Eyni zamanda düşməni ilə rəftarında da 
milli   xüsusiyyətini   də   unutmur.   Vaxtı   ilə   duz-çörək 
kəsdiyi  Abbasqulu  bəyə   əl  qaldıra  bilmir,  Abbasqulu 
bəy     də   bunu   nəzərə   alaraq   onun   üstünə   silahsız 
gedir. Onların mənəvi əzabları da bu aspektdə inkişaf 
edir”.( Xatirəyə dönmüş illər)
İ.Şıxlı   bütün   əsərlərində   milli   koloriti,   keçmişin   da-
yaqları üzərində qurulmuş müasirliyi özünə xas şəkildə 
bədii boyalarla  verməklə  əsl  sənətkar  necə  olmalıdır 
fikrinə belə aydınlıq gətirir:
 “Sənətkarın qüdrəti yalnız 
mövzu seçməklə deyil, bu mövzunu necə işləməsi ilə 
təyin edilir. Həyat  hadisələrini,  insanları  bilmək belə 
yazıçı olmaq demək deyil.  Yazıçı olmaq üçün bu həyat 
materiallarını bədii yüksəkliyə qaldırmaq lazımdır. Bu 
isə   sənətkarın   gücünü   təyin   edir”(Xatirəyə   dönmüş 
illər).
İ.Şıxlının  ictimai məzmun kəsb edən, tarixi faktlara 
söykənən həcmcə “Dəli Kür” dən fərqlənən, lakin məz-
munca “Dəli Kür”ün davamı hesab oluna biləcək əsəri 
“Ölən   dünyam”dır.   Əsər   yazıçının   ömrünün   son 
illərində   yazılıb.   Bu   dəfə   də   İ.Şıxlı   öz   yaradıcılıq 
ənənələrinə sadiq qalaraq tarixi faktları bədii fikrin ən 
yüksək zirvəsinə qaldırmış, və onu milli ideoloji ədə-
biyyatımızın   ölməzlik   qazanan   əsərləri   sırasında 
birincilik qazandırmışdır. Əsərin “Ölən dünyam” adı ilə 
adlandırmasını   yazıçı   Azərnəşr   tərəfindən   romanın 
1995-   ci   ildə   ayrıca   kitab   şəklində   buraxılmış 
variantının müəllif sözündə belə açıqlayır:  
“Hər hansı 
görkəmli adamın həyatından roman yazmaq mümkün 
olmadığı kimi, xalqın həyatının istənilən mərhələsindən 
də böyük bədii əsərlər yazmaq qeyri-mümkündür. O 
adamların həyatından əsər yazmaq mümkündür ki, bu 
həyat   cəmiyyətin   ictimai,   siyasi   və   sosial   tarixi   ilə 
səsləşsin   və   nəticə   etibarı   ilə   fərdi   tərcümeyi-hal 
ictimai  tərcümeyi-hala  çevrilsin.  Xalqın da həyatında 
taleyüklü   dönüş   nöqtələri   var.   Bu   dönüş   nöqtələri 
xalqın   yeni,   xoşbəxt   yaxud   bədbəxt   həyat 
mərhələlərinə keçməsinə səbəb olur. XX əsərdə bizim 
xalqın həyatında belə döngələr çox olmuşdur. İnqilab 
25


illəri,   30-cu   il   hadisələri,   Böyük   Vətən   müharibəsi 
dövrü, 37-ci il və sair bu cür dönüş nöqtələrindəndir.
Azərbaycanda   20-ci   illərdə   baş   verən   inqilab   tari-
ximizdən   yazmaq   qərarına   gəldim,   müəyyən   ma-
teriallar topladım, hətta əsərin adını da oxuculara çat-
dırdım.   “Qanlı   təpə”   adlanacaq   bu   əsər   20-ci   illərin 
mürəkkəb və ziddiyyətli həyatını əks etdirməli idi. La-
kin mövcud qadağalar,  arxiv  sənədlərinin gizlin sax-
lanması,   o   illərdə   baş   verən   əsl   həqiqət   və   ziddiy-
yətlərin   meydana   çı-xarılıb   açıq   söylənilməsinə 
qoyulmuş  yasaqların  nəticəsində tarixi  dövrü  olduğu 
kimi verməyin qeyri-mümkünlüyü məni fikrimdən da-
şındırdı.”   
İ.Şıxlının   əsərlərində   ən   maraqlı   cəhət   ondadır   ki, 
onun   bütün   əsərlərində   məhz   özünün   şəxsi   keyfiy-
yətləri də üzə çıxır. Yazıçı inadkarlığı, dözümlülük, ən 
ümdəsi   mübarizlik   onun   şəxsiyyət   olduğunu   təsdiq 
edir. Nizami Cəfərovun təbiri ilə desək “yazıçının son 
sözü   kimi   deyilmiş   “Ölən   dünyam”a   qədər   İsmayıl 
Şıxlının yaratdığı əsərlər nə qədər mükəmməl olsa da 
böyük mütəfəkkir yazıçının ən mükəmməl əsəri onun 
heç   zaman   unudulmayacaq   tarixi   şəxsiyyətidir.” 
Fikrimcə “Ölən dünyam”dakı bütün obrazlar və tarixi 
faktlar   gərgin   bir   yazıçı-tarixçi   əməyinin   bəhrəsidir. 
İ.Şıxlı   əsərin   təkcə   bədii   məziyyətlərini   nəzərə 
almamış,   həm   də   onun   tarixi   bir   əsər   kimi    ərsəyə 
gəlməsində maraqlı olmuşdur. Bu əsər də “Dəli Kür” 
kimi   son   dərəcə   faciəvi   və   dramatik   səhnələrlə 
doludur. Həyatdan götürülmüş obrazların faciəviliyinin 
və   dramatikliyinin   alt   qatında   yazıçı   əsarət   altında 
inləyən   bir   xalqın   məşəqqətli   və   dözülməz   həyatını 
açıb   göstərmişdir.   Represiyaların   başlandığı   dövrdə 
yazıçı xalqın qolu zorlu, millət dərdi çəkən oğullarının 
soyuq   Sibirə   sürgünə   göndərilməsinin   az   şahidi 
olmamışdı. 
Bir təsadüf nəticəsində Həsən ağanın Ələddini güllə 
ilə vurması iki nəsil arasında düşmənçiliyə, sonda isə 
böyük   bir   nəslin   sürgün   olunmasına   yol   açır.   Son 
dərəcə   səbirli   və   təmkinli   olan   Ömər  koxa   “ölən   də 
bizimdir, öldürən də” deməklə arada olan düşmənçiliyə 
son vermək istəyir. Lakin Ələddin onun gözləri önünə 
gəldikdə   nifrətini,   qəzəbini   göz   yaşlarından   çıxır   və 
yenə də ağsaqqallığından geri qalmır. 
26


-   Qanı   qanla   yumazlar,   oğul,   bir   də   sənin   qızın  
onların   ocağının   başındadı,   qan-qana,   süd-südə 
qarışıb.
- Məsləhətin nədi ata uşağın qanı batsınımı?
- Səbr elə, bala, nahaq qan yerdə qalmaz. O əlini 
qana   bulayıb,   sən   bulama.   Gec-tez   haqq   öz   yerini  
tapacaq. 
Son dərəcə təsirli verilən bu səhnə ağsaqqal sözünə 
hörmətin ən bariz nümunəsidir. 
Hadisələr öz axarını dəyişir. İki nəslin bir-biri ilə düş-
mənçiliyini   hər   iki   nəsli   məhv   etməkdən   ötrü   Fətul-
layevlər “davam etdirir.”O Fətullayevlər ki, rejimin əl-
altısına   çevrilmiş,   öz   mənliyini,   kişiliyini   satmış   və 
buyruq qulu olmaqdan ötrü xalqın düşünən başlarını, 
vuran əllərini məhv etməkdə canfəşanlıq etmişlər. Fə-
tullayevin “mən qanunsuz bir iş görmürəm, Troykanın 
qərarı   ilə   hərəkət  edirəm”   deməsi  hər  şeyə   aydınlıq 
gətirir.   Kimlər   idi   bu   “trojka”   lar,   “üçlüklər”.   Z.Bün-
yadovun “Qırmızı terror” kitabındakı “Ön söz”dən oxu-
yuruq:   “Orqanların   yaratdığı   fövqəlada   üçlüklər 
Naxçıvan,  Qarabağ, Şəki, Zaqatala, Quba, Lənkəran, 
Abşeron   və   başqa   yerlərin   minlərlə   sakinini 
güllələnməyə   məhkum   edir,   sürgünə   göndərirdilər. 
Üçlüklər   isə   əsasən   ermənilərdən   ibarət   idi.   Millətin 
kökünü kəsməyə hazır olanların boyunduruğu altında 
işləyən   “sapı   özümüzdən   olan   baltalar”   da   “böyük 
işlər” görürdülər. 
Əsərdə ana adının ucalığının və türk qadının çəkdiyi 
dərdlər   qarşısında   əyilməzliyinin   Güllü   ananın   ti-
msalında verilməsi heç də əbəs deyil. Güllü ana “ağır 
oturub batman gələn”, hər şeyin yerini bilən, xanım-
xatın bir türk qadınıdır. Onun uzaqgörənliyini başlarına 
gələn   bəlalara   təmkinlə   yanaşmağını,   sürgünə 
gedərkən   etdiyi   hərəkətlərdə   və   nəvəsi   ölən   zaman 
gəlninə   dediyi   “kişi   qızı   ol,   dost   var,   düşmən   var” 
fikrində görmək çətin deyil. 
Keçəl Xondulu və Fətullayev əsərdə mənfi obrazlar-
dır. Onların aqibətinin ölümlə nəticələnməsi haqqın öz 
yerini tapması kimi xarakterizə oluna bilər. Keçəl Xon-
dulunun   ölüm   səhnəsi   daha   çox   maraq   və   heyrət 
doğurur. Çünki o, insan tərəfindən deyil, vəhşi təbiətin 
bir   parçası   olan,   öz   yiyəsinə   son   dərəcə   vəfalı   olan 
Həsən ağanın iti Alan tərəfindən öldürülür. Sanki it də 
nahaq yerə Sibirə sürgün olunan ağır nəslin faciəsinə 
27


Yüklə 3,5 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə