Təşkilatlarına Dővlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən Gənc yazarlara



Yüklə 3,5 Kb.
Pdf görüntüsü
səhifə9/60
tarix25.06.2018
ölçüsü3,5 Kb.
#51121
1   ...   5   6   7   8   9   10   11   12   ...   60

dözməyib   keçəl   Xonduludan   sürgünə   göndərilənlərin 
heyfini   çıxır.   Keçəl   Xondulunu   öldürdükdən   sonra 
gülləyə tutulan və canını qurtarmq üçün Kürün qoy-
nuna atılan Alan meşədə görünməz olur və aləmi acı 
bir   ulartı   bürüyür.   Bu   ulartı   bəlkə   də   şüurlu   insan 
vəhşiliyinə ehtiraz idi... 
İmperiya siyasəti mərdi qova-qova namərd eləyirdi. 
Əsərin sonunda Kəsəmənli də haqqı bərpa etmək üçün 
dağlara çəkilir. O, günahsız insanların qanına susayan 
“sapı özümüzdən olan baltaları” öldürdükdən sonra bu 
addımı   atır.   Kəsəmənlinin   Fətullayevi   öldürməsinin 
əsas   səbəbi   dağlara   çəkilib   mübarizə   aparan   ziyalı 
Halay   bəyin   “troyka”nın   əmri   ilə   ölümə   məhkum 
olunmasıdır. Halay bəyin ölümündə Kəsəmənli özünü 
qınayır. Axı o gözləmirdi ki, Fətullayev belə namərdlik 
etsin. O, Halay bəyə söz vermişdi, kişi sözü. Əsərdə 
Halay bəyin ölməyi təkcə Kəsə-mənlinin yox, milli birlik 
uğrunda   mübarizə   aparan   bütün   işıqlı   beyinlərin   və 
millətin faciəsidir. 
Əsərin epiloq hissəsi daha təsirli mənzərələrlə rənga-
rəngdir. Yazıçı oxucu ilə açıq danışır. Onun əl-qolunu 
bağlayan qadağalar sistemi artıq yoxdur. Ancaq dərd 
var,   acı   var.   Bütün   acılar   unudulsa   da   Vətən   acısı 
unudulmur. Uzun illərdən sonra Vətənə dönən, vətənin 
acısını, yurd-yuva və öz əlləri ilə əkdiyi ağacın, üzüm 
tənəyinin ağrısını bu ahıl çağında Həsən ağa yenidən 
yaşayır. Yurd yerində yeni həyat qaynayır, lap əsərdə 
deyildiyi kimi “elə bil dünyada heç nə olmamışdır.” 
…Belə  qənaətə  gəlmək olar  ki, İ.Şıxlının  irili-xırdalı 
bütün   əsərlərində   ideoloji   problemlər   diqqət   mərkə-
zində   olmuşdur.   Onun   və   yaratdığı   obrazların   istəyi  
azadlıq   idi.   Şükrlər   olsun   ki,   İ.Şıxlı   müstəqil 
Azərbaycanı görə bildi!..
28


AZƏRBAYCAN
Hülya MƏMMƏDLİ
BDU-nun tələbəsi
ƏXİLİK VƏ ONUN AZƏRBAYCANDAKI
İZLƏRİ
Hazırda   Türkiyənin   Kırşehir   bölgəsində   bir   çox 
dükana, idarə və müəssisəyə Əxi Evranın adının veril-
diyini görürük. Kimdir Əxi Evran? Əxilik özü nədir?..
Orta əsrlərdə Azərbaycanın Təbriz, Gəncə, Xoy, Şa-
maxı, Ərdəbil, Ordubad, Şəki, Bakı və başqa şəhərlə-
rində sənətkarlıq inkişaf edir, sənətkar birlikləri yara-
nırdı. Azərbaycanda hələ Sasanilər dövründən mövcud 
olduğu bilinən sənətkar birləşmələri XIII-XVIII əsrlərdə 
möhtərifə, uzan, əsnaf adlanırdı. Bu dövrlərdə sənət-
karlar arasında dini-əxlaqi normalar xüsusilə risalə və 
fütuvvətnamələr əsasında təsbit edilirdi. Sənətkarlığın 
inkişafı eyni sahəyə mənsub sənətkarların digər sahə-
lərlə rəqabətini də meydana çıxartdı. Əgər gündəlik iş 
həyatında usta-şagird, eyni sahənin ustaları, dükanları 
və ya ayrı-ayrı sahələrin sənətkarları arasında rəqabət 
yaranırdısa,   ümumi   şəhər   həyatında   önəmli 
ziddiyyətlər   meydana   çıxanda,   bütün   sənətkarlar 
birləşirdilər.   Bu   da  yavaş-yavaş   sənətkarların   ümumi 
maraq   ətrafında   təşkilatlanmasına   gətirib   çıxardırdı. 
İslam   dini   geniş   yayılmış   şəhər   mühitində   ümumi 
birləşdirici amil din olsa da, dinə də fərqli yanaşmalar 
nəticəsində təriqətlər meydana gəlirdi. Yaranmış sufi 
təriqətləri   əsasən   səbri,   mütiliyi   təbliğ   edirdi.   Lakin 
gündəlik   iş   həyatlarında   daim   rəqabətlə   qarşılaşan, 
daha fəal olmaq məcburiyyətində qalan şəhər varlıları, 
tacirlərdən və şəhər sənətkarlarından mənfəət götürən 
hakim   dairələr   tərəfindən   haqsızlığa   məruz   qalan 
sənətkarlar   müti   kənd   əhalisindən   və   şəhər   yox-
sullarından   fərqli   olaraq   daha   mübariz   olmaq   məc-
buriyyətində idilər. Əxilərin geniş təsvirini verən səy-
yahlar onların fiziki cəhətdən güclü olduqlarını, kəmər-
lərində uzun xəncər gəzdirdiklərindən yazırdılar. «Əxi» 
29


sözünün həm ərəbcə, həm də türkcə izahını verməyə 
çalışan   tədqiqatçılar   onun   «qardaşım»,   «comərd», 
«igid» anlamını verdiyini də qeyd edirlər.
Həddindən artıq qonaqpərvər olan əxilər zəngin zi-
yafətlər  verməyə  həvəsli  idilər.   Kasıb  sufi  süfrəsi  ilə 
heç cür müqayisə oluna bilməyən bu cür bol süfrəli 
qonaqlıqlar bir daha əxilərin  sufi dərvişlərdən kəskin 
fərqləndiklərindən   xəbər   verir.   Əxilər   üçün   etnik   və 
dini   mənsubiyyət   önəmli   deyildi.   Təsadüfi   deyil   ki, 
Əbülqasım Qüreyş comərdlik haqqında yazırdı ki, onun 
nümayəndəsi   evində   yemək   yeyən   şəxsin   övliya, 
yaxud kafir olmasının fərqinə varmır. Bu ideologiyanın 
əsasında   humanizm,   ictimai   bərabərlik,   sosial   ədalət 
durur.
Maraqlıdır ki, əgər Y.E.Bertels əxiliyi (fütuvva) «sə-
nətkarların   gizli   təşkilatı»   adlandırırdısa,   İ.P.Petru-
şevski   onları   «usta   əlaltılarının   gizli   təşkilatı» 
adlandırır. Fikrimizcə, bu daha doğru idi. Çünki yaşlı, 
təcrübəli usta sənətkarlar fiziki güc tələb olunan  əxi 
təşkilatının üzvü olsalar da, aktiv mübarizədə daha çox 
gənc şagirdlər, usta əlaltıları iştirak edirdilər.
Bakının Gürdəxanı kəndində üzərindəki Əxi Nurullah 
zaviyyəsi burada da əxiliyin mövcud olduğundan xəbər 
verir.   XV   əsrin   birinci   yarısında   təbrizlilərin   Teymuri 
hökmdarı Ömərə qarşı üsyanına Əxi Qəssab başçılıq 
edib. Səfəvi müridləri arasında əxilər də vardı. Onlara 
Əxi Şadi Xəbbazı, Əxi Düluzini, Əxi Hənifəni, Əxi Hə-
səni və başqalarını misal göstərmək olar. 
Tarixi Azərbaycan torpaqlarında geniş yayılan əxiliyin 
dini   ictimai-siyasi   mahiyyəti   onun   dövlətin   bu   və   ya 
digər   mühüm   işlərində   də   önəmli   rola   malik 
olmasından   xəbər   verirdi.   Qeyd   etmək   lazımdır   ki, 
sənətkar birlikləri Səlcuqlu dövlətinin və Osmanlı impe-
ratorluğunun ilk dövrlərində də cəmiyyətdəki siyasi və 
ictimai yerləri ilə seçilmişlər. Belə ki, ara müharibələri, 
basqınlar,   üsyan   və   iğtişaşlar   zamanı   əxilər   şəhər 
idarəsini   öz   əllərinə   alaraq   şəhərin   dağılmasına   və 
qarət   olunmasına   imkan   vermirdilər.   XIV   əsrin 
əvvəllərində   əxi   təşkilatları   daxilində   təbəqələşmə 
başladı,   Osmanlıda,   Azərbaycan   və   şərq   ölkələrində 
30


Yüklə 3,5 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə