Təşkilatlarına Dővlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən Gənc yazarlara



Yüklə 3,5 Kb.
Pdf görüntüsü
səhifə10/60
tarix25.06.2018
ölçüsü3,5 Kb.
#51121
1   ...   6   7   8   9   10   11   12   13   ...   60

mərkəzi hakimiyyətin güclənməsi nəticəsində tədricən 
keçmiş demokratik ənənələrini itirən əxi təşkilatlarının 
hərbi-siyasi qüdrəti sarsıldı.
Bir çoxları əxiliyin Kiçik Asiyaya Azərbaycandan  ya-
yıldığını qeyd edirlər. A.Krımski əxiliyi Türkistan mən-
şəli orden adlandıraraq XII əsrdə Türkistandan Azər-
baycana və oradan Kiçik Asiyaya keçdiyini vurğulayır.
Əxilərin Şah İsmayılın hakimiyyəti ələ almasında da 
mühüm rolu olmuşdur. Belə ki, Səfəvi dövlətinin banisi 
1500-cü ilin axırlarında Şirvana hücum edərkən dəstə-
sində 7 min sufi də vardı. Şah İsmayıl 1501-ci ilin pa-
yızında   Təbrizə   daxil   olarkən   də,   özünü   şah   elan 
edərkən   də   sənətkarlığın   geniş   yayıldığı   Təbriz 
şəhərində əxilərin dəstəyinə arxalanmışdı. Buna görə 
də   o,   şəhərlərdə   sənətkarlığı   və   ticarəti   inkişaf 
etdirərək   xarici   ölkələrlə   iqtisadi   əlaqələrini 
genişləndirir, istehsal olunan malların xarici bazarlara 
çıxışını təmin edirdi ki, bu da sənətkarların xeyrinə idi. 
Türkiyədəki Əxi Evrandan başlayıb Azərbayanda əxi-
likdən   danışmağımız   təsadüfi   deyil.   XII-XIII   əsrlərdə 
Azərbaycan türkləri arasında, o cümlədən də Xoyda, 
Xuvayda, yəni Araz çayından cənubda əxilik geniş ya-
yılmışdır. Əxi Evran da əslən Xoydan idi. Onun baba-
larının XI əsrdə İrana gələn türkmənlərdən olduğu da 
bildirilir. 1207-ci ildə Kayseriyə gələrək orada dabbaq-
xana açan Evran sənətkar və tacirlərinin sayı monqol 
işğalı   zamanı   Azərbaycandan   qaçanların   hesabına 
artan Anadoluda əxiliyin əsasını qoydu. Tədqiqatçılar 
əxiliyin   Anadoluda   təşkilatlanmasında   «İran 
türkmənlərinin əli var» deyəndə məhz Evranı nəzərdə 
tuturlar.  Əxi Evrandan  sonra  belə  əxiliyin   mərkəzinə 
çevrilən   Kırşehirdə   qüvvədə   olan   fütuvvətnamələr 
Azərbaycandan   tutmuş   Balkanlaradək   yayılmışdı.   Bu 
gün Əxi Evranın məzarı da elə Kırşehirdədir. 
Tədqiqatçıların   bir   çoxu   dabbaq   Ahi   Evranı   (1172-
1262) əxiliyin banisi kimi qeyd etsələr də, M.Heydərov 
bununla   razılaşmayaraq   yazır   ki,   hələ   XI   əsrdə 
Urmiyalı   Əxi   Fərəc,   qacarlardan   olan   Əmin   əd-din 
Mahmud ibn Yusuf və başqaları əxi kimi məlum idilər. 
XI   əsr   yazılı   abidəsi   olan   «Qabusnamə»də   gənc   əxi 
31


cavanmərdlərin və sufilərin davranışlarına ayrıca fəsil 
həsr   olunmuşdu.   XII   əsrdə   mütəfəkkir,   «kəmala 
çatmış arif, təriqət mürşidi və gerçəklik rəhbəri» olan 
Sadəddin Mahmud Əbülqasım oğlu Təbrizi də əxi idi. 
Mövlanə   Cəlaləddin   Rumi   dövründə   yaşamış, 
Konyadakı tanınmış əxi ordeni başçılarından olan Əh-
məd Ərdəbili də Azərbaycandan idi… 
Əxiliyin Şirvanda, özəlliklə də Şamaxıda mövcud ol-
masını Xaqani (1120-1199) mahir dülgər olan atası Əli 
Naccara   həsr   etdiyi   şeirində   də   göstərir.   Burada   o, 
ixvan deyərək atasının «qardaşlarının» (ixvan – ərəbcə 
«əxi» sözünün cəm şəkli) da adı çəkilir. Elə buradaca 
dülgərlərin piri, memarların şeyxi kimi bilavasitə əxiliyə 
aid terminlərin işlədilməsi hələ XII əsrin əvvəllərində 
əxi   qardaşlığının   mövcudluğundan   xəbər   verir. 
Gəncədə   duluzçu   Bəndər   üsyanı,   N.Gəncəvinin   əxi 
mürşidin   müridi   olması,   yenə   də   Gəncə   şəhərindəki 
Comərd Qəssab türbəsi, Zəngəzurdakı Comərdli kəndi, 
Qubadakı   «Comərd»   adlı   müqəddəs   yer,   Abşeron 
ərəzisindəki   epiqrafik   abidələr,   Ordubaddakı   Cümə 
məscidindəki   yazı   da   orta   əsrlər   Azərbaycanında 
əxiliyin olduğunu təsdiqləyir. 
Kəşifi   Azərbaycanda   əxi   üzvlərinin   şəcərəsini   yazır: 
Əxi Əli Mübarək Şirvani, Gəncədəki nəvəsi Qütb əd-
Din-əxi, onun oğlu əxi Tacəddin Əli və b. M.Heydərov 
indiki   Ermənistan   ərazisində,   yəni   tarixi   Azərbaycan 
torpaqlarında   Mikoyan   rayonunun   Alayaz   kəndindəki 
daşın üzərində Əxi Təvəkkülə (XVə.) aid epitafiyadan 
bəhs edir. 
Təbii ki, hakim dairələrin nümayəndələri əxilərin gü-
cündən istifadə etmək istəyir və edirdilər də. Bu da 
əxilər   arasında   bir   çoxlarının   vəzifələrə   çəkilmələrinə 
və   nəticədə   təbəqələşmə   ilə   nəticələndi.   Şeyx   Əxi 
Qəssab Təbrizdə yüksək vəzifələrdən olan tamqaçı idi 
və XIV-XV əsrlərdə Yaxın Şərqin ticarət və sənətkarlıq 
mərkəzlərindən olan Təbrizin əsas gəliri onun əlindən 
gəlib keçirdi. Təsadüfi deyil ki, bu əxi şeyx Şirvanşah I 
İbrahimi   (1382-1417)   Qara   Yusuf   Qaraqoyunlunun 
əsirliyindən   xilas   etmək   üçün   1200   tümənlik   mal 
vermişdi. Qaraqoyunlu dövlətinin banisi Qara Yusufun 
32


Şeyx   Əxi   Qəssabla   hesablaşması,   onun   şəhər 
əhalisindən bu qədər malı toplaya bilməsi bir daha əxi 
şeyxin Təbriz əhli arasındakı nüfuzundan xəbər verirdi. 
Göründüyü kimi, artıq XV əsrin əvvəllərində əxi başçı-
larının feodallarla əlaqəsi ortaya çıxır.
Əxi gənclər təşkilatında yalnız eyni sahənin sənətkar, 
usta əlaltıları və şagirdlərinin olması fikrinə İbn Battuta 
Rumda gördüyü müxtəlif sənət sahələrindən olan 200-
ə yaxın sənətkarın başında duran gənc rəis haqqındakı 
məlumatı ilə son qoyur. Buradan görünür ki, gənc rə-
islər əxi şeyxlər tərəfindən yönləndirilirdilər. Hətta sufi 
ordenlərinin   şeyxləri   belə   əxiləri   öz   tərəflərinə 
çəkməyə, bununla da özlərini dini-siyasi güclə təmin 
etməyə çalışırdılar.
XV əsrin sonu – XVI əsrin əvvəllərində Ərdəbil şeyx-
lərinin   başçılığı   ilə   Azərbaycanda,   İran   və   Kiçik 
Asiyanın   bir   sıra   yerlərində   ilkin   mərhələdə   birlik   və 
bərabərlik təbliğ edən, bununla da sənətkar və yox-
sullar arasında rəğbətlə qarşılanan şiəlik inkişaf edir. 
Bu   da   əxilərin   Səfəviyyə,   Heydəriyyə   və 
Nemətullahiyyə ordenləri ilə əlaqəsini gücləndirir. Sə-
fəviyyə tezliklə hərbi-siyasi gücə çevrilir. Şah İsmayılın 
sərkərdələrindən biri Əxi sultan Təkəli idi. Bu əxi bəyə 
şah Xəzərin cənub-qərb sahillərini vermişdi. XV əsrin 
sonlarında   Ağqoyunlu   sarayında   nüfuzlu   əmirlərdən 
biri də Əxi Fərəc ibn Əli idi. Sosial-siyasi dəyişikliklərə 
uğrayan   əxilər   şəhər   sənətkarlarının   və   yoxsullarının 
həyatında önəmli rollarını və bununla da mövqelərini 
əldən verdilər. Təbii ki, qazi kimi Səfəvi ordusunda vu-
ruşan əxilərdən fərqli olaraq sərkərdə əxilər varlanır, 
şahdan  ənamlar alır, təbəqələşmə artır,  onlara inam 
azalırdı.
Tədqiqatçı M.Heydərov bir sıra tədqiqatçılarla birgə 
orta çağlarda Gəncədə tez-tez baş verən üsyanlarda 
şəhər sənətkarlarının və yoxsullarının iştirakı, eləcə də 
Gəncədə əxiliyin mövcudluğu barədə materialların ol-
mamasından təəssüflənsə də, tarixdə «Gəncə üsyanı» 
kimi qalan usta Bəndər üsyanı, Comərd Qəssab türbəsi 
və N.Gəncəvinin əxiliyi ilə bağlı fikirlər (onun şeyxinin 
adı Əxi Fərrux Zəncani idi) bu şəhərdə də əxiliyin var-
33


Yüklə 3,5 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə