Təşkilatlarına Dővlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən Gənc yazarlara



Yüklə 3,5 Kb.
Pdf görüntüsü
səhifə7/60
tarix25.06.2018
ölçüsü3,5 Kb.
#51121
1   2   3   4   5   6   7   8   9   10   ...   60

siyasi   məqamlarını   obrazlı   dillə   bədii   şəkildə   ifadə 
etmək özü belə vətənə xidmətin bir parçası idi.  
“İs-
mayıl   Şıxlının   bədii   yaradıcılığı   haqqında   monoqrafi-
yalar,   çoxlu   məqalələr   yazılmışdır.   Lakin   bununla 
yanaşı   Azərbaycan   Sovet   Ədəbiyyatının   bir   çox   nü-
mayəndələri kimi İsmayıl Şıxlının yaradıcılığı da döv-
lətimizin yeni siyasi mərhələsində yeni baxışlarla araş-
dırılmalıdır. İsmayıl Şıxlının xatirəsini yad edərkən mən 
həmin  fikrimi   açmaq   istərdim.  Ona   görə   ki,   İsmayıl 
Şıxlı   həm   bədii   yaradıcılığında,   həm     ictimai 
fəaliyyətində, həm də vətəndaşlıq duyğularında onun 
orijinal   yaradıcılığı   Sovet   ideologiyasına   zidd   şəkildə 
inkişaf   edirdi”(Ədəbiyyat   qəzeti.   18.10.2002.  Tarixin 
sınağından çıxan şəxsiyyət. H.Ə.Həsənov).
Artıq 50-ci illər   Sovetlər ölkəsinin siyasi mühitində 
sakit   bir   abı-hava   yaratmışdı.   Müharibədə   zəfər   qa-
zanmaq   onun   az   da   olsa   ağrı   və   acılarını   unut-
durmuşdu.   Bu   dövrdə   Sovet   ədəbiyyatı   fonunda 
müstəmləkə altda olan xalqların öz milli ədəbiyyatını 
bərpa   uğrunda   start   verilmişdi.   Bu   kütləvi   xarakter 
almasa da müəyyən əsərlərdə özünü  büruzə verirdi. 
Bir yazıçı, ziyalı və türk övladı kimi İsmayıl Şıxlı da bu 
ədəbi oyanışdan geri qala bilməzdi. Müasirliklə qədim 
tarix   arasında   körpü   salmaq,   onu   gələcək   nəsillərə 
olduğu kimi çatdırmaq üçün yeni əsərlərə ehtiyac var 
idi. 
“Şəxsiyyəti cılızlaşdıran amillərin kökləri və səbəbləri 
ilə yaxından maraqlanan sənətkarlar xalqın keçmişinə 
müasir   təfəkkür   işığında   ayıq   gözlə   yanaşmağa   və 
qiymət verməyə can atdılar. Bu istiqamətdə aparılan 
axtarışlar nəticəsində yaranmış ilk uğurlu müasir tarixi  
roman   nümunələrindən   biri   məhz   “Dəli   Kür” 
oldu”(Y.İsmayılov. İsmayıl Şıxlı. Həyatı, Mühiti, Sənəti)
Müxtəlif   tənqidçilərin   haqlı   olaraq   qeyd   etdiyi   kimi 
“Dəli Kür” xarakterlər romanıdır. Əsərin ən çılğın, inad-
kar   obrazı   Cahandar   ağadır.   Onun   xarakteri   də 
düşdüyü mühitə uyğun olaraq dəyişir. Biz bunu əsərdə 
belə   görürük.   İlk   öncə   bunun   bir   yazıçı   fantaziyası 
olduğu   fikri   bizə   hakim   kəsilir.   Lakin   əsərdəki 
hadisələri izlədikcə baş verənlərin  real  tarixi  faktlara 
söykəndiyini   görürük.   Şəhvətə   aldanıb   başqasının 
arvadını   qaçırdıqdan   sonra   üzdə   hiss   olunmasa   da 
artıq   Cahandar   ağaya   qarşı   ailədə   bir   ögeylik   və 
soyuqluq baş qaldırmışdı. O, bilirdi ki, səhv iş tutub. 
22


Qüruruna   sığışdırıb   geriyə   çəkilməyi   özünə   ar   bilən 
Cahandar ağa nə vaxtsa belə bir hadisənin öz ailəsinin 
başına   gələcəyindən   qorxub   nahaq   yerdən   özünə 
düşmən qazandığı Allahyarı axtarmağa başlayır. Artıq 
o, qatilə çevrilir. Namus qatilinə. Öz arvadının, qızının 
yox,   başqasından   oğurlayıb   özünə   arvad   elədiyi   bir 
qadının namus qatilinə. Bəlkə də yazıçının çılpaq şə-
kildə verdiyi bu fikirləri biz bir bədii sual kimi əsərin 
qarşısında qoysaq onda əsərin nə üçün “Dəli Kür” ad-
landırılmasını   yəqinləşdirərdik.   “Dəli   Kür”   Cahandar 
ağanın faciəsidir. Əsərin süjet xətti, ideyası və xarak-
terlər arasında bağlılıq Cahandar ağa obrazında özünü 
büruzə verir. Onun Mələklə olan dialoqunda bütün ailə 
üzvlərinə olan münasibət daha çox maraq doğurur. 
“-Bəs arvadın, qızın?
  -Az danış, onların sənə dəxli yoxdur. Bu evin sahibi 
mənəm, mən nə elədiyimi bilirəm.
O, nə qədər hirsli olub Mələyə susmağı əmr etsə də, 
qəlbinin   dərinliklərində   haqsızlığını   duyurdu”(İ.   Şıxlı. 
Ölən dünyam kitabı.)    
İlk baxışdan Cahandar ağanın peşmançılığı, ailəsinə 
bədbəxtlik gətirməsi onu daxilən əzilən bir obraz kimi 
xarakterizə   etməyə   əsas   versə   də,   sonrakı   səhnədə 
onun   özünə   haqq   verməsi   və  
“Əşi,   nə   olub,   eldən 
çıxarı   bir   iş   tutmamışam   ki?   Elə   dədə-babadan   iki 
arvad   saxlamaq   peşəmiz   deyilmi?”   (“Ölən   dünyam”) 
deməsi qeyri-adi görünür və sual meydana çıxır: “Bu 
peşmançılıqdır, yoxsa qürur?” Yox, Cahandar ağa dəli 
deyil. O, psixoloji baxımdan hazırlıqlı və hadisələrə real 
yanaşandır. Onun hərəkətləri, çılğınlığı, davakarlığı ona 
mənfi obraz kimi yanaşmağa imkan  versə də əsərin 
sonuna  yaxın   Cahandar ağanın   milli  ideologiya,  milli 
mənlik   uğrunda   mübarizə   aparan   bir   xalq 
qəhrəmanına   çevrildiyini   görürük.   Bax   elə   İ.Şıxlı 
şəxsiyyətinin və qələminin də gücü bundadır.
“Dəli Kür” ün  ideoloji bir əsər kimi meydana çıxması 
və onun oxucular tərəfindən xüsusi bir həssaslıqla qar-
şılanması   heç   şübhəsiz   ki,   həmin   dövrdə   kolxozdan, 
quruculuq işindən yazmağa məcbur olan yazıçılara bir 
stimul verdi. “Dəli Kür” əsəri İ.Şıxlı şəxsiyyəti, mənsub 
olduğu nəsil və adının çəkilməsi qadağan olunan türk 
dünyası ilə “Böyük Sovetlər Ölkəsini” üz-üzə qoydu. Bu 
inkişaf   edib  və  sonda   özünü   süquta   aparan   bir  zid-
diyyətli gerçəkliyin məhvinə olan inama çağırış idi. O, 
23


mənəvi qələbə qazanmışdı. Yaxın dostu Mehdi Hüseyn 
belə   onun   dəliqanlılığına   heyran   qalmışdı.   Lakin   o, 
əsərə   münasibətini   İ.Şıxlıya   yazdığı   məktubda   belə 
izah edirdi. 
“Təəssüf ki, sənə məlum olan bəzi xırda səbəblərə 
görə, mənim “Dəli Kür” haqqında mətbuatda yazma-
ğıma imkan yoxdur. Elə həmin səbəblərə görə də öz 
fikrimi   məktubla   bildirməyi   özümə   borc   bildim.  Belə 
romanlara   xalqımızın   necə   böyük   ehtiyacı   olduğunu 
sübuta   ehtiyac   varmı?   Gün   o   gün   olsun  ki,   romanı  
qurtarasan   və   mən   də   artıq   məktubla   yox,   məqalə 
ilə(mən həmişə belə qalmayacağam ki) öz rəyimi ifadə 
edim.(Xatirəyə dönmüş illər) 
Məktubda M.Hüseyn  
“bəzi xırda səbəblər”  deyəndə 
nəyi nəzərdə tutduğunu  
“mən həmişə bu vəziyyətdə 
qalmayacağam   ki”  fikri   ilə   cavablandırır.   Elə   bu   fi-
kirlərdən də aydınca görmək olar ki, “Dəli Kür” sovet 
ideologiyasını   hədəfə   almış,   özündə   milliliyi   ehtiva 
edən bir ideoloji, siyasi əsərdir.  
Məktubdan göründüyü kimi milli hərəkat, milli oyanış 
nəinki   xalqın   içində,   hətta   ədəbiyyatda   da   öz   təsir 
dairəsini genişləndirirdi. Azərbaycan dilli sovet ədəbiy-
yatı artıq milli ruhlu, milli ideologiyaya xidmət edən bir 
ədəbiyyata çevrilirdi. Belə milli ədəbiyyatın  formalaş-
ması   Azərbaycan   dilinin   zənginliyindən,   Azərbaycan 
xalqının   mübarizliyindən   irəli   gəlirdi   və   İ.Şıxlı   bunu 
dərk edərək yazırdı
“Məlumdur ki, dil yazıçı qüdrətinin 
məhək daşıdır. Dil səciyyələri aşmaqda yazıçıya kömək 
edən ən yaxşı vasitədir. Dil sadəcə cümlə üzvlərinin 
qrammatik   qayda-qanunlar   əsasında   düzülüşü   deyil, 
dil -  yazıçı üçün ehtirasları toqqaşdıran, surətin daxili 
varlığı   ilə   intellektual   aləmi   aşkara   çıxaran   bir 
vasitədir. Dil yazıçı üçün hər şeydir”(Xatirəyə dönmüş 
illər).
“Dil insanları öz tarixi keçmişinə, adət-ənənəsinə, fol-
kloruna yaxınlaşdırdıqca kökə-soya dönmək, keçmişə 
qayıtmaq arzusu da ədəbiyyatda qarşısı alınmaz axına 
çevrilirdi. Elə “Dəli Kür”ün yazılıb başa çatdığı ildə is-
tedadlı sənətkar Fərman Kərimzadə “Qarlı aşırım”) ta-
rixi romanını bitirdi” Y. İsmayılovun bu fikirləri bir daha 
onu   deməyə   əsas   verir   ki,   dil   artıq   ideologiyanın 
aparıcı   qüvvəsinə   çevrilirdi   və   o   artıq   unutdurulmuş 
keçmişə   dönüşün   istinad   nöqtəsi   oldu.   Fərman 
Kərimzadə   yaradıcılığında   önəmli   yer   tutan   “Qarlı 
24


Yüklə 3,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə