Təşkilatlarına Dővlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən Gənc yazarlara



Yüklə 3,5 Kb.
Pdf görüntüsü
səhifə15/60
tarix25.06.2018
ölçüsü3,5 Kb.
#51121
1   ...   11   12   13   14   15   16   17   18   ...   60

formalaşması prosesi, XIX yüzilliyin sonu XX yüzilliyin 
əvvəllərində nəsr janrlarının formalaşma proseslərinin 
əsas   xüsusiyyətlərinin   tərcümə   ədəbiyyatına   təsiri 
nəticəsində   milli   ədəbiyyatımızın   süjet   və   janr   ba-
xımından   zənginləşməsi,   XIX   yüzilliyin   sonu   XX   yüz-
illiyin  əvvəllərində ədəbi tənqidin inkişafı baxımından 
Azərbaycan ədəbiyyatına təsiri, onların nəsrimizin in-
kişafındakı mövqeyi və bu dövrdə yaranmış yeni nəsr 
janrlarının  tənqidi xüsusiyyətləri geniş araşdırılır.  Bu-
nula yanaşı əbiblərimizin qələmə aldıqları nəsr nü-mu-
nələrinə münasibət bildirilir, konkret faktlara, ayrı-ayrı 
tədqiqatçıların bu sahədə söylədikləri fikirlərə istinadən 
araşdırmalar aparılır.
Monoqrafiyanın təqdirəlayiq amillərindən biri də bu-
dur ki, burada ədəbiyyatşünaslığımızda nəsr janrlarının 
təşəkkülünün inkişaf dinamikasının spesifik xüsusiyyət-
lərinin öyrənilməsinə xüsusi diqqət yetirilir. S.Şərifova 
janr anlayışının səciyyəvi cəhətlərini, janrda sabitlik və 
dəyişkənliyi,   nisbiliyi,   janrın   terminoloji   özəlliklərini 
təhlil   süzgəcindən   keçirmişdir.   Ədəbiyyatın   inkişafı 
prosesində yeni tip ədəbiyyatın formalaşması nəticə-
sində mövcud janrlar daxilində islahatların aparılması 
və   bu   zaman   yeni   janrların   formalaşması   prosesləri 
geniş
 
işıqlandırılmışdır.
 
Bu
 
baxımdan 
ədəbiyyatşünaslıqda   nəsr   janrlarının   təsnifatı,   ədəbi 
növlərin tətbiqi, saf və qarışıq janrların xüsusiyyətləri 
açıqlanmışdır.   Monoqrafiyada   diqqəti   cəlb   edən 
amillərdən   başlıcası   da,   ədəbiyyatşünaslıqda   ən 
mübahisəli   və   aktual   problemlərdən   olan   bədii 
əsərlərin janr mənsubiyyətinin müəyyənləşdirilməsi və 
janrları fərqləndirən meyarların konkretləşdirilməsidir. 
Müəllif janr formalarının bir-biri ilə qarışması və bunun 
nəticəsində   bədii   nümunələrdə   müxtəlif   janrlara 
məxsus xüsusiyyətlərin meydana çıxmasına toxunaraq, 
qələmə alınmış bu kimi əsərlərin konkret hansı janra 
48


aid olması və qarışıq janrların yaranması məsələlərinə 
diqqət yetirməsi yenilik baxımından diqqəti xüsusi cəlb 
edən amillərdəndir. Azərbaycan ədəbiyyatında saf və 
qarışıq   janrlar   probleminin   ətraflı   açıqlanması   və   ilk 
dəfə   olaraq   «qarışıqlığın»   pillələrinin   müəyyənləş-
dirilməsi   və   bir-biri   ilə   müqayisəsi   elmi   yenilik   kimi 
qiymətləndirilməlidir.   Bu   aspektdə   janrların   «qarışıq-
lığı»nın   müxtəlif   pillələrdə   büruzə   verməsi   və   növ-
lərarası,   janrdaxili   və   strukturdaxili   kimi   növlərinin 
olmasına   toxunmuş  ədəbiyyatşünaslığın  uğurları  kimi 
dəyərləndirilməlidir.   Müəllifin   milli   ədəbiyyatımızda 
qarışıq   janrın   janrdaxili   «qarışması»   əsasında   ya-
radılmış əsərlərə rast gəlinməsinə toxunması və bədii 
nəsr   nümunələrində   səyahətnamə,   epistolyar,   sər-
güzəşt və digər janrlardan müştərək istifadə edilməsini 
vurğulaması öz maraqlılığı ilə diqqəti cəlb edir. S.Şəri-
fovanın   milli   ədəbiyyatımızda   qarışıq   janrın   struktur-
daxili növünə toxunması da diqqəti cəlb edən başlıca 
müsbət məziyyətlərdən biridir. Müəllif tərəfindən «yal-
nız bir janrı əhatə edən janrlar saf janrlar kimi qəbul 
edilmişdir»   fikrinin   elmi   faktlara   əsaslanaraq   özünü 
doğ-rultuğunu müşahidə edirik. Müəllifin «janrın daxi-
lində   hər   hansı   bir   janrın   ünsürlərinə   rast   gəlinirsə, 
artıq həmin bədii nümunənin qarışıq (müştərək) janra 
daxil olunması problemi meydana çıxır» fikri isə qarışıq 
janr probleminə diqqəti cəlb edir. Müəllif qarışıq janrın 
növ-lərarası   növünə,   «əsasən,   nəzm   və   nəsr   ədəbi 
növləri   arasında   qabarıq   şəkildə   nəzərə   çarpır»   kimi 
qeyd   etməsi   və   dastanlarımızda,   təmsillərimizdə   bu 
janra ən çox rast gəlinməsini də vurğulaması maraq 
kəsb   edən   amillərdəndir.   Monoqrafiyada   yeniliyi   ilə 
diqqəti cəlb  edən faktlardan  biri  də, müəllifin  qeyri-
ənənəvi   janr   bölgüsünə   olan   münasibətidir.   Müəllif 
janrın bu bölgüsünə münasibətini bildirərək göstərir ki, 
«yazılmış  əsərin   süjet  xətti   və   obrazları   onun   qeyri-
49


ənənəvi janr bölgüsünə aidiyyatına şərait yaradır».
Monoqrafiyada   «yaranma   tarixi   etibarilə   daha 
qədim   olması»  ilə   seçilən   şifahi   xalq   ədəbiyyatı   ilə 
yazılı ədəbiyyatın qarşılıqlı təsir istiqamətlərinin işıqlan-
dırılması,   nağıl,   dastan,   lətifə,   təmsil,   əsatir,   əfsanə 
kimi epik janrlarının anlayışı, onların əsas əlamət və 
xüsusiyyətləri,   xüsusilə   janrların   əlaqəsi,   oxşarlıqları, 
fərdiliyi   və   onların   inkişaf   perspektivləri   geniş   açıq-
lanmışdır.   Burada   XIX   əsrin   ikinci   yarısınadək   Azər-
baycan   ədəbiyyatında   nəsr   ənənəçiliyi,   XIX   əsrin 
sonu–XX   əsrin   əvvəllərində   Azər-baycanda   nəsr 
janrlarının inkişaf tarixi, bu dövrdə nəsr janrlarının for-
malaşması prosesləri ilə yanaşı, nəsr janrlarının əsas 
xüsusiyyətləri,   janrların   anlayışları,   əsas   əlamətləri, 
növləri, kompozisiya xüsusiyyətləri və süjet xətlərinin 
əsas   sə-ciyyəsi,   obrazların   təsnifatı   və   özəllikləri, 
janrların əlaqəsi, oxşarlıqları, fərdiliyi və onların inkişaf 
perspektivləri   sistemli   şəkildə   tədqiq   obyektinə   çev-
rilmişdir.
Monoqrafiyada   ilkin   yazılı   nümunələrimizdən   olan 
«Orxon-Yenisey daş kitabələri»nin janr problematika-
sına toxunulması və müəllif tərəfindən «bu abidə zə-
manəmizədək gəlib çatmış türkdilli xalqların daş üzə-
rində həkk olunmuş ilk tarixi sənədli yazılı abidəsidir» 
kimi qiymətləndirilməsi maraq kəsb edən xüsusiyyət-
lərdəndir. S.Şərifovanın bu tarixi əsər haqqında digər 
bir   fikri   də   diqqəti   xüsusi   cəlb   edir:   «Diqqətəlayiq 
haldır ki, Orxon-Yenisey abidələrində Tanrı və qədim 
türk dini pateonunun digər elementlərinə dair müəy-
yən fikirlər vardır. Bununla yanaşı, həmin abidələrdə 
«Yer-Sub»   kateqoriyasının   daxil   edilməsi   qədim 
türklərin Vətənlərinə, Ana torpaqlarına dair görüşlərini 
əks etdirir». Monoqrafiyada müəllifin digər tarixi abidə 
olan «Avesta»ya toxunması da maraq doğurur.
50


Yüklə 3,5 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə