Təşkilatlarına Dővlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən Gənc yazarlara



Yüklə 3,5 Kb.
Pdf görüntüsü
səhifə16/60
tarix25.06.2018
ölçüsü3,5 Kb.
#51121
1   ...   12   13   14   15   16   17   18   19   ...   60

Monoqrafiyada   XIX   əsrin   ikinci   yarısınadək   Azər-
baycan   ədəbiyyatında   nəsr   ənənəçiliyinə   toxunan 
müəllif bu dövrdə ədəbiyyatımızın inkişafında əhəmiy-
yətli rol oynamış Nizami və Füzuli yaradıcılıqlarına xü-
susi   toxunmuşdur.   Monoqrafiyada   diqqəti   cəlb   edən 
amil-lərdən   biri   də   orta   əsr   poemalarına   yeni 
metodoloji   yanaşmadır   ki,   müəllif   N.Gəncəvinin 
«Xəmsə»sinin   və   digər   orta   əsr   ustadlarının 
poemalarının  mənzun  romanlara  aid  edilməsi,  yaxud 
onların   digər   nəsr   janrları   ilə   yaxınlığını 
əsaslandırmışdır.   Müəllif   M.Füzulinin   «Hədiqətüs– 
Süəda»   əsərindən   bəhs   edərkən   qeyd   edir   ki, 
«tədqiqatçılar   orada   dastanlarımızdan   gələn   ən-
ənəçiliyin   əsas səbəbi kimi,  əsasən,  nəzm  və  nəsrin 
növbələşməsini göstərirlər».
  «XIX əsr yeni dövrdə nəsrlə yaradılmış ədəbi nü-
munələrin   janrlarının   inkişaf   tarixinin   izlənilməsi   ba-
xımından maraq kəsb edir» deyə qeyd edən S.Şərifo-
vanın  bu dövrdə nəsrlə  qələmə alınmış bədii nümu-
nələri təhlil obyektinə çevirməsi monoqrafiyada diqqəti 
cəlb edən amillərdəndir. Belə ki, müəllif A.Bakıxanovun 
«Kitabi–Əsgəriyyə» və İ.Qutqaşınlının  «Rəşid bəy və 
Səadət   xanım»   ədəbi   nümunələrin   janrın   inkişaf 
tarixinə təsirini açıqlamışdır. 
Ədəbiyyatın janr kateqoriyasını təkmilləşmə prose-
sini və tarixi inkişafını izləyən müəllif roman, hekayə, 
səyahətnamə, sərgüzəşt, məktub (epistolyar), felyeton 
və   digər   nəsr   janrlarının   «ədəbiyyatda   təzahürü, 
inkişaf   mərhələləri,   yaranma   zərurəti,   təkamül 
qanunauyğunluqlarının   tarixi   proseslə   bağlılığı» 
araşdırılmış   və   özünün   dolğunluğu   və   elmiliyi   ilə 
diqqəti cəlb edir. Nəsr janrları içərisində həcmi, süjet 
xəttinin  genişliyi  və obrazlarının  zənginliyi  ilə seçilən 
roman janrını tədqiq edən müəllif qeyd edir ki, «roman 
janrı   digər   nəsr   janrlarına   nisbətən   dövrlə   uyğun-
51


laşaraq inkişaf edir, özünün bir janr kimi təkamülünü 
sürətləndirir». 
S.Şərifovanın   N.Nərimanovun   «Bahadır   və   Sona», 
M.S.Ordubadinin   «Bədbəxt   milyonçu,   yaxud   Rzaqulu 
xan firəngiməab», A.Divanbəyoğlunun «Can yanğısı», 
A.Yusifzadənin   «Sınıq   qanadlar»,   N.Bəsirin   «İki   na-
kam»,   X..Səbribəyzadənin   «Sarı   yarpaqlar»,   Ə.Müz-
nibin «Yusif və Züleyxa», Ə.M.Talıbovun «Əhmədin ki-
tabı», Mirzə İsmayılın «Dastani– Şükufət– Sərgüzəşti– 
Yetiman» və digər əsərləri roman janrının nümunələri 
kimi tədqiq etməsi və oxucuların nəzərinə çatdırılması 
monoqrafiyanın müsbət xüsusiyyətləri kimi dəyərlidir.
«C.Məmmədquluzadə,   Y.V.Çəmənzəminli,   A.Şaiq, 
Ə.Haqverdiyev, S.S.Axundov və digər ədiblərimizin sa-
yəsində   püxtələşmiş»   «hekayənin   konkretləşdirilmiş 
oxucu   qrupuna   ünvanlanması   kimi   xüsusiyyətini» 
araşdıran   müəllif   C.Məmmədquluzadənin   «Qurbanəli 
bəy»,   «Poçt   qutusu»,   «Usta   Zeynal»,   A.Şaiqin 
«Məktub yetişmədi», «İntiharmı, yaşamaqmı», Ə.Haq-
verdiyevin   «Mirzə   Səfər»,   «Süleyman   Əfəndi»,   Y.V. 
Çəmənzəminlinin   «Divanə»,   «Dərdli   Züleyxa»,   «Yu-
xu»,   X.Səbribəyzadənin   «Fəzilət»,   «Namus»,   «Ba-
bam», «Mütəhəssirə», «Səfil», «Kin», «Qadın qəlbi», 
«Cinan»,   «Macəd»,   «Əsir»,   Ə.Cavadın   «Xuda   qəbul 
Nəkə»,   A.Səhhətin   «Qara   günlü   Həlimə»,   T.Ş.Si-
mürğün   «Aclar»,   Ş.Əfəndizadənin   «Qadın   səsi»   kimi 
hekayə nümunələrini təhlil obyektinə çevrilməsi mono-
qrafiyada   maraq   kəsb   edir.   Ədəbi   janr   kimi 
formalaşmış hekayə janrının «müxtəlif janr nümunələri 
sırasında nəsrin ən çox yayılmış və perspektivli janrı» 
olmasını   vurğulayan   müəllifin   fikirləri   həmin 
hekayələrin   geniş   təhlili   nəticəsində   özünü   doğ-
rultduğunu görürük.
Mətbuatın   inkişafı   nəticəsində   formalaşan   janrlar 
içərisində   diqqəti   cəlb   edən   felyeton   janrı   mo-
52


noqrafiyada   geniş   və   hərtərəfli   təhlil   edilmişdir. 
Monoqrafiyada   «1890-cı   ildə   «Kəşkül»   qəzetində 
naməlum müəllif tərəfindən «Azərbaycanlı» imzası ilə 
nəşr edilmiş «Avam gəzmək–yuxu yatmaqmı dedin?» 
felyetonu   mövzu   problematikası   baxımından»   tədqiq 
edilməsi diqqəti xüsusi cəlb edir. Müəllifin qeyd etdiyi 
kimi   «sözügedən   əsər   çərçivəsində   millət   anlayışının 
mahiyyəti,   azərbaycanlıların   etnik   mənsubiyyətinin 
millət kimi «Azərbaycan milləti», dini mənsubiyyətinin 
isə   «islam   milləti»,   «müsəlman»   olması   fikri 
ictimaiyyətin   mövqeyinə   qarşı   qoyulmuşdur.   Belə   ki, 
monoqrafiyada   bu   amil   müəllif   tərəfindən   geniş 
işıqlandırılmış   və   real   nəticə   özünü   göstərmişdir: 
«Avam   gəzmək–yuxu   yatmaqmı   dedin?»   felyetonu 
ətrafında tədqiqatçıların apardığı fikir mübadiləsi hələ 
də davam etməkdədir və bu, Azərbaycan millətinin öz 
inkişaf   yolunu   sonadək   müəyyənləşdirməməsi   ilə 
əlaqələndirilir.   Bəzi   alimlər   sözügedən   əsərdə 
“Azərbaycançılıq” amilinin dəyərinin aşağı salınmasına 
və   bununla   da   felyetonun   mahiyyətinin   digər   isti-
qamətdə   açıqlanmasına   cəhdlər   göstərirlər.   Bu   cə-
hətdən əsərdə yer alan «hələ azərbaycanlıların etnik 
mənsubiyyətini   konkret   müəyyənləşdirmək   imkanı 
vermirdi.   Azərbaycanlıların   özünün   də   türk   millətinin 
bir qolu olması həqiqəti bu məqalədə unudulmuşdu» 
kimi   mülahizələr   xüsusi   maraq   doğurur.   Fikrimizcə, 
«Azərbaycanlı» imzası ilə özünü təqdim etmiş müəllif 
əsərdə   məhz   azərbaycanlı   millətinin   formalaşması 
problematikasını ortaya atmağa səy göstərmişdir».
Monoqrafiyada   nəsr   janrları   içərisində   epistolyar 
janrının  geniş tədqiq edilməsi baxımdan diqqəti cəlb 
edir.   «Azərbaycan   bədii  ədəbiyyatında   ilk   yazılı   nəsr 
nümunəsinə   məktub-epistolyar   şəklində   rast   gəlinir» 
fikrini   irəli   sürən   müəllif   Xaqaninin   «Töhfətül–
İraqeyn»,   Füzulinin   «Şikayətnamə»,   M.F.Axundovun 
53


Yüklə 3,5 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə