Təşkilatlarına Dővlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən Gənc yazarlara



Yüklə 3,5 Kb.
Pdf görüntüsü
səhifə17/60
tarix25.06.2018
ölçüsü3,5 Kb.
#51121
1   ...   13   14   15   16   17   18   19   20   ...   60

«Kəmalüddövlə   məktubları»,   S.M.Qənizadənin 
«Məktubati–Şeyda   bəy   Şirvani»,   A.Şaiqin   «İki 
müztərib»,   Ə.Haqverdiyevin   «Cəhənnəm   məktubları» 
kimi   bədii   nəsr   nümunələrini   epistolyar   janrına   aid 
etməsi   və   tədqiqata   cəlb   etməsi   böyük   maraq   kəsb 
edir. 
Monoqrafiyada səyahətnamə janrının müstəqil janr 
kimi   təşəkkülü,   onun   həm   nəzmdə,   həm   də   nəsrdə 
biruzə   verməsini   vurğulayan   müəllifin   fikirləri   bu 
baxımdan janrın aktuallığını və xüsusiyyətlərini nəzərə 
çarpdırır: «Səyahətnamələrdə yalnız tək-tək adamların 
deyil, bütöv xalqın həyatı, başqa ölkələrə səyahətlərin 
nəticələri   göstərilir.   Yəni   səyahətnamələrdə 
kompozisiya quruluşu  vacib  deyildir.  Burada səyahət 
zamanı   qəhrəmanın   başına   gələn   qəziyyə   və 
əhvalatlardan   bəhs   olunur,   bu   janra   uyğun   süjetin 
əsas məğzini coğrafi məkan dəyişmələri təşkil edir». 
S.Şərifovanın   «uzun   təkamül   yolu   keçmiş   və   nəsrin 
aparıcı   janrlarından   birinə   çevrilmiş»   səyahətnamə 
janrında   qələmə   alınmış   bədii   nümunələri   təhlil 
süzgəcindən   keçirərək   elmi   ictimaiyyətə   çatdırması 
uzun   illərin   tədqiqatının   nəticəsi   kimi   böyük   əməyin 
uğurlu nəticəsidir.
Müəllifin   Azərbaycan   ədəbiyyatında   maraq   kəsb 
edən sərgüzəşt janrını tədqiq etməsi monoqrafiyanın 
müsbət   məziyyətlərindəndir.   S.Şərifovanın   sərgüzəşt 
janrı haqqında irəli sürdüyü fikir də öz əhəmiyyətliyini 
saxlayır.   Belə   ki,   «sözügedən   janr   ədəbiyyatımızda 
müstəqil,   ayrıca   janr   kimi   özünü   tam   doğrulda 
bilməmiş, bəzən ayrı-ayrı əsərlərdə ünsür şəklində üzə 
çıxmışdır».   Müəllif   ona   da  xüsusi   olaraq   toxunur   ki, 
«C.Məmmədquluzadənin   «Danabaş   kəndinin 
əhvalatları»,   Ə.Talıbovun   «Kitab   yüklü   eşşək», 
N.Nərimanovun   «Bir   kəndin   sərgüzəşti», 
S.M.Qənizadənin «Sərgüzəşt, yaxud Məşədi Qurbanın 
54


dəftərçəsindən bir nəbzə», Ə.Razinin «Sərgüzəştim», 
Mirzə İsmayıl Xanın «Yetimlərin sərgüzəşti» və digər 
əsərlərdə sərgüzəşt özünü qabarıq şəkildə göstərir». 
«Azərbaycan   nəsr   janrlarının   təşəkkül   və   forma-
laşma prosesi» monoqrafiyasında tərcümə ədəbiyyatı 
və   onun   anlayışı   problemlərinə   toxunularaq,   əsas 
olaraq   dil,   müəlliflik,   tərcümə   və   transliteratsiya 
problemləri   və   tərcümə   ədəbiyyatının   inkişaf 
perspektivləri   geniş   açıqlanır.   S.Şərifova   tərcümə 
ədəbiyyatının mahiyyətini və rolunu açıqlayaraq, onun 
nəticəsi   kimi   müxtəlif   millətlər   arasında   mədəni 
mübadilə prosesinin getməsini və bunun nəticəsi kimi 
milli ədəbiyyatların zənginləşməsi tendensiyalarını xü-
susi vurğulamışdır. Müəllifin «oriji-nal» lıq probleminə 
münasibəti və bir amil kimi ədəbi əsərlərin yaradıldığı 
dildən «vasitəçi» dillərdən istifadə olunmaqla üçüncü 
dillərə   çevrilmə   praktikasına   və   bu   zaman   meydana 
gələn yaradıcılıq problemlərinə diqqət yetirməsi təqdi-
rəlayiqdir. 
Müəllifin   tərcümə   ədəbiyyatı   haqqında   bəhs 
edərkən  belə  fikri nəzəri xüsusi  cəlb  edir:  «tərcümə 
əsərlərinin   əmələ   gəlməsi   barədə   danışarkən,   onları 
milli   ədəbiyyatımızda   əcnəbi   yazıçıların   bədii 
nümunələri   əsasında   yaradılmış   yeni   əsərlərlə 
eyniləşdirmək   səhv   olardı».   Bu   baxımdan   C.Məm-
mədquluzadənin   «Qurbanəli   bəy»   hekayəsinin 
Qoqolun «Kolyaska» əsərindən iqtibas olunmasına dair 
fikirlərə etirazı xüsusi maraq doğurur. Tədqiqatçıların 
«hekayənin (C.Məmmədquluzadənin «Qurbanəli bəy» 
hekayəsi-M.N.)   fabulası   böyük   rus   yazıçısı   Qoqolun 
«Kolyaska»   əsərindən   iqtibas   edilmişdir»   kimi.   irəli 
sürmüş olduqları yanlış fikirlərinə mövqeyi elmiliyi ilə 
diqqəti cəlb edir. S.Şərifova qeyd edir ki, «Qurbanəli 
bəy surəti özünə qədər yaradılmış surətlər içərisində 
yaltaqlığı,   ikiüzlülüyü   və   digər   mənfi   cəhətləri   ilə 
55


seçilən orijinal obrazdır. Hər iki əsərin süjet xətti və 
hadisələrin   inkişafı   arasında   zahiri   oxşarlığı   heç   də 
əsərin   tam   Qoqolun   təsiri   altında   yazıldığına   dəlalət 
etmir…Bu   bə-dii   nümunələrin   kompozisiyasının 
mükəmməl,   sadə   və   dərin   məzmunlu   olması,   kiçik 
süjet daxilində obrazın mükəmməl ifadə edilməsi, yəni 
onların real, səciyyəvi cizgilərlə verilməsi əsərlərin bir-
birinə   bənzərliyini   göstərir.   Qurbanəli   bəy   və 
Çertokutski   müvafiq   olaraq   azər-baycanlı   və   rus 
milliyyətinin   nümayəndələri   kimi   həmin   xalqların   və 
mühitin insanları qismində çıxış edirlər».
XIX   əsrin   sonu–XX   əsrin   əvvəllərində   Azərbaycan 
ədəbi   tənqidi   məsələlərinə   də   diqqət   yetirilməsi   və 
tədqiq edilməsi monoqrafiyanın müsbət məziyyətlərin-
dəndir. Cəmiyyətin tərəqqisi prosesində ideoloji müba-
rizənin əks etdirilməsi baxımından tənqid və tənqidçi 
mövqeyinin   labüdliyini   nəzərə   alan   müəllif   XIX   əsrin 
sonları–XX əsrin əvvəllərində tənqidin ədəbi prosesdə 
inkarolunmaz   roluna  də xüsusi  toxunmuşdur.  Müəllif 
onu da xüsusi vurğulayır ki, bu dövrdə «tənqidçilərin 
qələmə   aldıqları   yazılarda   janrların   xüsusiyyətləri, 
ədəbiyyatın   əxlaqi-tərbiyəvi   əhəmiyyəti,   ədəbi   dil, 
tərcümə, epiqonçuluq əleyhinə mübarizə, ədəbiyyat və 
sənətin   milliliyi   və   müasirliyi,   onların   mütərəqqi 
ideyaların təbliğində rolu, klassik irsə münasibət kimi 
aktual məsələlər öz əksini tapmışdır».
Göründüyü kimi, S.Şərifovanın qələmə aldığı «Azər-
baycan nəsr janrlarının təşəkkül və formalaşma pro-
sesi» monoqrafiyasında XIX əsrin sonları–XX əsrin əv-
vəlləri bədii nəsrimizin həm ideya, həm mövzu, həm 
janr   də   etibarilə   kamilləşmə   dövrü   olmasının   və   bu 
dövrdə yeni nəsr janrlarının meydana çıxmasının vur-
ğulanması, dövrü mətbuatın inkişafının təsiri ilə yeni 
janrların   formalaşması   və   ədəbi   tənqidinin   təkamül 
prosesinin özəlliklərinin açıqlanması əksini tapmışdır.
56


Yüklə 3,5 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə