Təşkilatlarına Dővlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən Gənc yazarlara



Yüklə 3,5 Kb.
Pdf görüntüsü
səhifə2/60
tarix25.06.2018
ölçüsü3,5 Kb.
#51121
1   2   3   4   5   6   7   8   9   ...   60

Ə.Cavad bütün yaradıcılığında Azərbaycan istiqlalını 
tərənnüm   edən   şairdir.   Çağdaşı   Hüseyn   Caviddən 
fərqli olaraq, o, fikirlərini açıq ifadə edir və bəşəri rəng 
vurmağa ehtiyac görmədən qeyri-real varlıqlara deyil, 
Kür,   Araz   çaylarına,   Göygölə,   Gəncəyə   üz   tutur, 
Azərbaycan   poeziyasından   bir   silsilə   kimi   keçən   dağ 
obrazına da bu məqsədlə müraciət edir. Ümumiyyətlə, 
linqivistik   əsası   təbii   varlıqların   və   detalların 
şəxsləndirilməsi   olan   metanomiyalar   bu   kimi   ədəbi 
nümunələrdə   geniş   yer   tutur.   Metanomiyalar 
poeziyanın   obrazlılığına,   bədii   poetikasına,   lüğət 
fondunun   genişliyinə   kömək   edən   əsas   ifadə   va-
sitələrindəndir, eyni zamanda panteist fəlsəfi dünyagö-
rüşün, yəni mütləq həqiqətlə-allahla təbiətin eyniləşdi-
rilməsidir.   «Dağlar»   şeirində   istifadə   edilən   situativ-
fərdi epitetlər onun təsir gücünü artırır, şairin ədəbi-
estetik   idealının   təzahürünə   çevirir.   Burada   hər   bir 
detal   simvola   çevrilir,   tarixin   xronologiyasını   deyil, 
şairin əhval-ruhiyyəsinin, poetik «mən»inin, tarixə və 
zamana baxışının obrazlı əksi kimi canlandırılır, onun 
tərəf-müqabili rolunu oynayır. Ə.Cavadın dağlara mü-
raciətində duyulan narazılıq təbiətə qarşı deyil, təbiətin 
özünə təsir edib onu sünii surətdə dəyişdirən, zamanın 
gedişini əks istiqamətə döndərən qara qüvvələrə qar-
şıdır. Müəllif daha çox panteist kimi çıxış edir, onun 
üçün   dağ   obrazı   təbiətin   bir   parçası   deyil,   dövrün, 
zamanın   hərəkətinə,   insanlara   təsir   edə   biləcək   bir 
qüvvədir,   ona   görə   də   şair   «dərdinə   dərmanı» 
dağlardan istəyir (6, s.214). Lakin bu qüvvənin özü də 
qurtuluşa möhtacdır, çünki artıq dəyərlər də, qüvvələr 
də, bu dəyər və qüvvələri qiymətləndirmə meyarı da 
dəyişib. Tarixin gedişini öz axarına qaytarmaq üçün isə 
onun özünü devirə bilən bir qəhrəman - Şeyx Şamil 
lazımdır.
Bir gün gəldi, oldu imanın kamil,
Ki, qurtarır səni qəhrəman Şamil!
Fələk dedikləri sən deyən deyil,
Namərdlər yolun kəsər, a dağlar! (1, s. 215)
Müəllif  Şeyx  Şamili   şeirin   qəhrəmanı  kimi  seçmir, 
onun   mübarizəsi,   şəxsiyyəti   haqqında  da   söz   açmır, 
6


lakin   yuxarıda   qeyd   etdiyimiz   bənddə   qeyd   edilən 
«qanlı   əfsanələr»   sözünün   arxasında   hansı   fikirlərin 
durduğunu   görməmək   mümkün   deyil.   Hər   bənddə 
saysız-hesabsız döyüşlər yada salınır, Sabutayın, Elxa-
nın   adları   çəkilir,   sonda   isə   məhz   Qafqaz   qartalı 
xatırlanır. Son beş bənd artıq ruslara əsir olmuş ölkəyə 
deyilən   ağıya   bənzəyir,   «Qərib   türk   üçün   daşları 
ağlayan   dağların   göz   yaşları   tökdüyü»(20,s.216) 
görünür. Şeirin əhval-ruhiyyəsi, onun yazıldığı tarixin 
(01.04.1920)   əhval–ruhiyyəsidir.   Hər   tərəfdən  təz-
yiqlərə   məruz   qalmış   Xalq   Cümhuriy-yətinin   taleyi 
təhlükə   qarşısında   idi   və   bir   vətəndaş   ziyalı   kimi 
Ə.Cavad   qurtuluş   yolunu   arasa   da   labüd   təhlükəni 
duymaya   bilməzdi.   Şair   qəlbən   bağlı   olduğu   milli 
dövləti   qorumaq   iqtidarında   deyildi,   onun   coşqun 
mübarizlik ruhunu ağıya çevirməsi də məhz bu işğalçı, 
təcavüzkar qüvvənin qarşısındakı gücsüzlüyündən irəli 
gəlirdi.   Qeyd   etməliyik   ki,   Ə.Cavadın   bizə   bəlli   olan 
poeziya   nümunələri   içərisində   «Dağlar»   şeiri   Şeyx 
Şamilin adı çəkilən yeganə şeiridir. 
A.Yıldırım isə mövzusunu müxtəlif üsullarla davam 
etdirir. «Bir el aşığının dedikləri» şeirinin epiqrafından 
isə   bəlli   olur   ki,   şeir   Qubada   yazılmışdır.   Gənclərin 
məclisinə sazla qonaq gəlmiş aşıq onların «Ruhumuz 
acıqlıdır,   bizə   nəşə   bul»   sözünə   aşıq   «Nəşə   harda, 
bəklənirmi cəhənnəmdə bir bahar?» deyərək qəmli bir 
nəğmə oxuyur:
Durnam uçdu uzaq dağlar ardına,
Uğradımı bilməm Şimal qurduna?
Ellərə bir bahar, mana fırtına,
Günəş söndü, qaş qaraldı, gəlmədi…(1, s.23)
İlk baxışdan şeir poetik qəhrəmanın sevgi həsrətinə 
bənzəsə   də   tezliklə   bu   həsrətin   obyektinin   məhz 
azadlıq   və   o   azadlığın   mübarizləri   olduğu   duyulur. 
Buna görə də nəğmə başa çatınca hamının gözlərində 
ayrılıq görünür. Xatirələr çözələnir, hər kəsin içərisində 
yatmış  və susdurulmuş Qafqaz qartalının  ruhu  sanki 
diksinib oyanır,  dodaqlarda Şamil hiddəti görünür.
M.Ə.Rəzulzadə   «Çağdaş   Azərbaycan   tarixi»   əsə-
rində bolşevikləşmiş Azərbaycanda vətənpərvərlik tər-
7


biyəsindən   danışarkən   yazırdı:   «Rusiyada   rus   vətən-
pərvər-liyinin Aleksandr Nevski, Minin-Pojarski kimi rus 
imperatorluğunun tarixi sərkərdələri yüksək bir əda ilə 
öyülərək göylərə qaldırılarkən, Azərbaycanda vətən və 
milli   istiqlal   uğrunda   unudulmaz   mübarizəsi   ilə 
tanınmış Dağıstanın böyük imamı Şamil ilə Gəncənin 
igid   müdafiəçisi   Cavaddan   bəhs   etmirlər»(2,s.100). 
M.Ə.Rəsulzadə   fikrini   davam   etdirərək   daha   sonra 
yazırdı:   «Bolşeviklər,   yuxarıda   dediyimiz   kimi,   Qaf-
qazya istiqlal qəhrəmanı böyük Şamilin xatirəsini çox 
da   yad   etməzlər;   Azərbaycanlı   Cavad   xanın   şəx-
siyyətini   də   tərifləmək   istəmirlər.   Lakin   bu   məq-
sədlərinə nail ola bilmirlər. Qafqazyanın azadlığını öyən 
gənc Azərbaycan şairi Almas Yıldırım Şamilin adını dini 
bir həyəcanla anır» (2, s.108). 
Həqiqətən də M.Ə.Rəsulzadənin rəmzi mənada «di-
ni»   adlandırdığı bu  həyəcan   A.Yılıdırımın   bütün   şeir-
lərində aşkar görünməkdədir.
Daldı küskün baxışlar duman çökən yollara,
Bir Şeyx Şamil hiddəti qonunca dodaqlara
İxtiyarlar   qaş   çatıb   baxdılar   Şah   dağlara…(1, 
s.24)
Şübhəsiz ki, bu baxışın mənası səbəbsiz deyildi, bu 
dodaqlara məhz Şeyx Şamil hiddətinin qonması da sə-
bəbsiz   deyildi.   1830-1932-ci   illərdə   Car-Balakəndə, 
1837-ci ildə isə Qubada baş vermiş üsyanların məhz 
Şeyx   Şamil   mücadiləsindən   qaynaqlandığı   haqqında 
fikirlər hələ bu üsyanların baş verdiyi zamanlarda istər 
Azərbaycanda,   istərsə   də   rus   imperiyasında   geniş 
yayılmışdı.   İlk   təhsilini   “İttihad”   məktəbində   farsca 
almış   A.Yıldırımın   hələ   gənc   yaşlarından   tarixə 
dərindən bələd olması, azadlıq mübarizlərini yaxından 
tanıyıb   qiymətləndirməsi   onun   geniş   mütaliəsinə, 
ölkəsinin,  ümumən dünyanın  siyasi  tarixinə dərin və 
müntəzəm maraq göstərməsi ilə izah edilə bilər. A.Yıl-
dırımın   şeirlərində   üç   xətt   aydın   görünür:   1)   Azər-
baycan   xalqının   tarixi   və   azadlıq   mübarizəsi;   2)Türk 
xalqlarının   tarixi   və   azadlıq   mübarizəsi;   3)   Qafqazın 
tarixi və azadlıq mübarizəsidir. A.Yıldırım hər üç müba-
rizəni, onun öndərlərini bir-birindən ayırmadan  müx-
8


Yüklə 3,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə