Təşkilatlarına Dővlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən Gənc yazarlara



Yüklə 3,5 Kb.
Pdf görüntüsü
səhifə5/60
tarix25.06.2018
ölçüsü3,5 Kb.
#51121
1   2   3   4   5   6   7   8   9   ...   60

ifadə   edir.   Bu   zaman   şair   bəzən   publisistikaya 
yuvarlansa da fikrin ifadəsindəki poetiklik və şeriyyətin 
gücü   bunun   üstünü     məharətlə   örtür.   Təqdirəlayiq 
haldır   ki,   müəllif   ən   sərt   siyasi   baxışlarını   da   məhz 
şeiriyyətin gücü, ahəngi ilə birləşdirməklə təqdim edir 
ki, bu da ideyanın bədii məziyyəti üstələməsinə imkan 
vermir. 
Şairin ədəbi-estetik idealı müraciət etdiyi mövzu ilə 
o   dərəcədə   üst-üstə   düşür   ki,   Şeyx   Şamilin   təkrar-
təkrar  adını çəkməyə lüzum qalmır, obraz  sanki hər 
misranın   arxasında   görünür,   sözün   şüuraltı   bədii 
yükünə çevrilir. 
Coşqun döyüş ruhu ilə ilhamlanmış Almas Yıldırım 
yaradıcılığı bu gün torpaqlarının böyük bir hissəsi işğal 
olunmuş, haqqı tapdanmış, əhalisinin böyük bir hissəsi 
qaçqın və köçkün vəziyyətə düşmüş, əsir və girov gö-
türülmüş vətəndaşları ən qəddar və ağlasığmaz vəh-
şiliklə   işgəncələrə   məruz   qalan   Azərbaycan   xalqının 
döyüş   ruhunun,   tarixi   qürur   hissini,   əyilməz   və 
məğlubedilməz   qüdrətini   özünə   qaytarmaq,   türk 
insanının   təfəkkürünü   öyrənmək   və   türk   birliyi 
ideyasının   inkişaf   etdirilməsi   baxımından   ən   yaxşı 
təbliğat vasitəsi və ibrət dərsidir.
Qaynaq:
1. Yıldırım A.Ə., Qara dastan, Bakı, Azərnəşr,1994.
2. Rəsulzadə. M.Ə.,  Çağdaş Azərbaycan tarixi, Gənclik,1991. 
3. Mustafaev İ., Murtuzayev S.,  İmam Şamil, Vətən, 1993. 
s. 240 
4. Osmanlı V.M., Azərbaycan romantikləri. Yazıçı, 1985,  
5. Cabbarov X.M., Bədii ədəbiyyatda obrazlılıq.Yazıçı, 1986. 
6. Cavad Ə.M., Seçilmiş əsərləri, I c, Azərnəşr,1992. 
15


AZƏRBAYCAN
prof. dr. Elçin İSGƏNDƏRZADƏ 
   «Vektor» Beynəlxalq Elm Mərkəzinin 
prezidenti 
İNSAN TALEYİNİN ƏN CANLI TABLOSU
Yahya   Akengin   çağdaş     Türk   ədəbiyyatının   ən 
görkəmli simalarından biridir. 
Böyük gələnəyi olan, öz dühaları ilə kimliyini əbədi 
olaraq   təsdiq   etmiş   Türk   ədəbiyyatının   bu   günkü 
dünya təmsilçilərindən biri Yahya Akengindir. 
Bütün   ömrünü   Türk   ədəbiyyatının,   mədəniyyətinin 
inkişafına və təbliğinə həsr etmiş, bu sahədə misilsiz 
uğurlar qazanmış Yahya bəy eyni zamanda türk dün-
yasının   əvəzsiz   mədəniyyət   körpülərindən   və 
mədəniyyət elçilərindən biridir. 
Yahya bəyin uzun illər qurucusu və Yönətim Kurulu 
Başkanı olduğu TURSAV (Türk Dünyası Yazarlar və Sə-
nətçilər Vakfı) təşkilatı xətti ilə göstərdiyi fəaliyyətlər 
türksoylu   xalqların   aydınlarının   şair   və   yazarlarının, 
aşıq   və   sənətçilərinin   bir-birilə   tanış   olmaları   və 
qovuşmaları   yönündə   əvəzsiz   xidmət   kimi 
dəyərləndirilə bilər. 
Yahya Akengin Azərbaycanı ən çox sevən və Azər-
baycanın ən böyük dostlarından biridir. O, müstəqilliyi-
mizin ilk günlərindən bu anadək Azərbaycan xalqına, 
onun mədəniyyətinə və ədəbiyyatına hər zaman böyük 
sədaqətlilik  nümayiş  etdirmişdir.  İstər  Azərbaycanda, 
istər Türkiyədə, istərsə də xarici ölkələrdə Yahya bəylə 
bütün görüşlərimdə ondan bir həmyerlilik hərarəti və 
doğmalığı duymuşam. O hər zaman bizimlə sanki bir 
Azərbaycan vətəndaşıdır kimi rəftar edib. Məncə hər 
birimizin arzusu və idealı olan müqəddəs böyük TÜRK 
16


BİRLİYİNƏ   bundan   gözəl   örnək   və     nümunə   ola 
bilməz. 
Azərbaycan   Yazıçılar   Birliyinin   və   «Bayatı» 
Beynəlxalq Sənət və Ədəbiyyat Dərgisinin Beynəlxalq 
Redaksiya Şurası üzvü olan Yahya Akengin Bakı Asiya 
Universitetinin və «Vektor» Beynəlxalq Elm Mərkəzinin 
Fəxri Doktoru ünvanına layiq görülmüşdür. 
Türk   dünyasının   bu   böyük   mədəniyyət   xadimini 
Azərbaycan   oxucularına   daha   çox   tanıtmağa   məncə 
elə bir gərək yoxdur. Xüsusilə Yahya Akenginin şairlik 
yönü ilə oxucularımız çox yaxından tanışdırlar. Onun 
bir   sıra   şeirləri   müxtəlif   qəzet   və   dərgilərimizdə 
yayınlanmış,   2007   ci   ildə   isə   Bakıda   şeir   kitabı   çap 
olunmuşdur.   (Yahya   bəyin   şeir   yaradıcılığı   haqqında 
Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar 
bəyin   bir   neçə   il   öncə   «Ədəbiyyat»   qəzetində 
yayınlanmış «Bayburtlu Yahya Akengin» adlı məqaləsi 
hamımızın yadındadır.) 
Ədibin   «Kəfkir»   romanını   tərəfimizdən   Azərbaycan 
türkcəsinə
 
uyğunlaşdırılaraq
 
yayınlanmışdır. 
Məqsədimiz nasir Yahya Akengini dəyərli oxucularımıza 
tanıtmaqdır.   Yeri   gəlmişkən   qeyd   edim   ki,   bu   əsər 
İstanbul Tuzla Bələdiyyəsi tərəfindən «700 yıl Roman 
Ödülü»nə layiq görülmüşdür. 
Çox gərgin və tragik məcrada bir ailənin yaşamını və 
başına   gələnləri   qapsayan   bu   romanı   genel   olaraq 
dünya   insanlığının   doğal   yaşam   manifestosu   və   ya 
insan taleyinin ən canlı tablosu adlandırmaq olar. Mən 
bu sətirləri romanı böyük həyəcan və zövqlə oxuyub 
bitirdikdən   on   dəqiqə   sonra   isti-isti   təəssüratlarımla 
yazıram.   Və   bu   düşüncələrimin   bir   neçəsini   sizinlə 
paylaşmaq istəyirəm. 
Birincisi, məncə dünyanın möcüzə sənətkarlarından 
biri   Vinsent   Van   Qoq   «Günəbaxanlar»   tablosunda 
yaratmaq istədiyi obyekti hansı ustalıq və sənətkarlıqla 
17


təqdim   etməyə   nail   olubsa,   Yahya   bəy   də   «Kəfkir» 
romanında   insan   taleyini   və   onun   fəlsəfəsini   eyni 
sənətkarlıqla yaratmağa müvəffəq olub. 
İkincisi,   roman   məna  yükünün   və   fəlsəfi  çalarların 
qarşılıqlı   qovuşması   fonunda   çox   böyük   ədəbi-bədii, 
mənəvi,   əxlaqi,   psixoloji   və   estetik   zövq   aşılayan 
çağdaş dünya nəsrinin ən elit bir əsəridir. 
Üçüncüsü,   romandakı   millilik,   soy-kökə,   milli   gələ-
nəklərə   genetik   bağlılıq   və   ondan   qopma, 
manqurtlaşma   aspektində   (Necati   bəy   obrazı 
timsalında)  cərəyan edən hadisələrin  böyük ustalıqla 
işlənməsi   çox   böyük   tərbiyəvi   əhəmiyyət   daşımaqla 
diqqətçəkicidir.   Hətta   bu   əsnada   mən   tam 
səmimiyyətlə   «Kəfkir»   romanının   böyük   ustadım   və 
dostum Çingiz Aytmatovun «Əsrə bərabər gün» əsəri 
ilə eyni mərtəbədə dayanmasını etiraf edirəm.
Dördüncüsü, yazıçının bədii üslubu, özəlliklə dil zən-
ginliyi, mahir yazıçı maneraları, süjet sadəliyi və sadə 
olduğu qədər fəlsəfiliyi heyrətedicidir. 
Beşincisi, insanoğlunun olduqca mürəkkəb iç dünya-
sının və mənəvi psixologiyasının bu qədər sadəcəsinə 
açılmasına   əsərin   bütün   süjet   xətti   boyu   böyük 
ustalıqla nail ola bilməsinə görə əziz dostumu ürəkdən 
təbrik edirəm. 
İnanıram ki, əsəri oxuyan hər bir kəs kitabdan yeni 
bir insanlıq dünyası kəşf  etmiş kimi ayrılacaqdır. 
18


Yüklə 3,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə