Təşkilatlarına Dővlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən Gənc yazarlara



Yüklə 3,5 Kb.
Pdf görüntüsü
səhifə3/60
tarix25.06.2018
ölçüsü3,5 Kb.
#51121
1   2   3   4   5   6   7   8   9   ...   60

təlif formalarda tərənnüm etmiş, onları yada salmaqla 
xalqın   daxilindəki   mübarizlik   əzmini   və   döyüş 
yaddaşını, milli ruhu oyatmağa çalışmışdır. 
…Şeyx Şamilin  nəhəng obrazı A.Yıldırımın, demək 
olar ki, bütün yaradıcılığından gəlib keçir. Şairin coş-
qunluğu,   üsyankarlığı   və   azadlığı   hər   şeydən   uca 
tutaraq   onun   üçün   özünə   məxsus   olan   hər   şeydən 
imtina etməsi, alovlanan, alovlandıqca da coşan qəzəbi 
Şeyx   Şamilin   ruhunu   özündə   yaşadır.   Dağıstanda 
sürgündə   ikən   yazdığı     milli   ruhlu   şeirlər   «Dağlar 
səslənirkən»   adı   ilə   toplanıb   Azərbaycan   Nəşriyyat 
Şöbəsində bəyənilərək nəşr edilsə də tezliklə kitabdakı 
antisovet   ruhunu   duyan   kommunistlər   dərhal   hay   - 
küy   qaldıraraq   kitabın   yasaq   edilməsinə   nail   olurlar. 
Kitab qadağan edilərək nüsxələri toplandığından orada 
dərc   olunmuş   şeirlərin   taleyi   hələ   də   naməlum 
qalmaqdadır.   Lakin   əlimizdə   olan   nümunələr   sübut 
edir   ki,   A.Yıldırımın   Dağıstan   şeirləri   onun   üsyankar 
ruhunun   canlı   təzahürüdür.   O,   1930-cu   ildə   Şamil-
qalada yazdığı  şeirdə  şair  rus imperiyasına  üz tutub 
hayqırırdı:
Qafqasın eşqi bütün zər dolu dünyaya dəyər,
 Desələr yurdu unut, al «Yeni dünya»yı əgər,
Söylərəm eşqimi ver, haqqımı ver, yurdumu ver, 
Dinləsin   qoy   bütün   aləm   bu   boğulmaz   səsimi!
(1,s.31)
«Yeni   dünya»   dedikdə   kommunizmi   nəzərdə   tutan 
şair rus imperiyasının gözqamaşdırıcı vədlərinə aldan-
madan onun yalnız rənginin dəyişdiyini bəyan edərək 
həm çar zamanında, həm də sosializm dövründə bu 
ölkənin   «xalqlar   həbsxanası»   olduğunu   çəkinmədən 
söyləyirdi. 
Dərbənddə   yazıldığı   qeyd   edilən  (1929)  bu   şeirdə 
şairin əzmkarlığı və mübarizliyi görünür. O, poeziyanı 
sanki süngüyə çevirir, qəzəbini bildirir, eyni zamanda 
köləliyin acısından doğan tarixi yaddaşa qürurlu bir nə-
zər salmaqla xalq ruhunun əyilməzliyini fəxrlə söyləyir.
…O qudurmuş orduların bitməz oldu qovğası,
Zirvəmizdə iz buraxdı şahinlərin caynağı.
Hər gün yeni bir tanrı
9


Çıxıb göründü gözə.
Şamillər cana gəldi,
Pənah gətirdi bizə… (1, s.35)
Qafqaz   xalqlarının   başına   gətirilən   faciələri   sada-
layan   şair   sonda   nəinki   bədbinləşir,   əksinə,   xalqın 
yaşadığını, sanki yeni mübarizə üçün qüvvə topladığını 
bildirir. Xalq yaşayırsa, demək hələ azadlığa ümid var. 
Xalq yaşayırsa, demək onun ruhu da ölə bilməz. Şair 
xalqları   əsarət   altına   almaq   istəyən,   xalqların   bəd-
bəxtliyi üzərində öz hökmranlığını qurmaq istəyənlərə 
üz tutaraq deyir:
O çarpışan orduların oylağında yel əsər,
Genə meydan bizimir,
bax, büsatımız qurulmuş.
Ey uzaqdan gələn səs,
Qayıt, getmə bu yolu.
Sən də etmə gəl həvəs,
Qəzəbimiz qorxulu. (1, s.35) 
Bu şeir o dövrdə yazılmışdı ki, artıq repressiyaların 
mənhus   qoxusu   duyulmaqda   idi.   «Əksinqilabçılarla 
mübarizə” adı altında Azərbaycanda və bütün Qafqaz-
da milli qüvvələr darmadağın edilir; güllələnir, Sibirə 
göndərilir, nəsillərinin kökü   kəsilirdi. Belə bir vaxtda 
Qafqazın   tarixinə   müraciət   etmək   əslində   həm   rus 
ağalığına,   həm   də   kommunizm   kabusuna   qarşı 
üsyanın təzahürü idi. Şeirdə diqqəti cəlb edən cəhət 
odur   ki,   A.Yıldırım   burada   üzünü   xalqa   tutub   onu 
döyüşə çağırmır, “Vuruş, haqqını al!” demir. O, sadə-
cə, tarixi yada salır, millətin hansı qüdrətə malik oldu-
ğunu xatırladır, bununla da əslində ədəbiyyatın vəzi-
fəsinin nə olduğunu göstərir. Diqqət edin (məhz bu-
rada   şair   şəxsiyyəti   özünü   göstərir),   o,   şeirlərində 
özünü   yalnız   Azərbaycanlı,   türk   kimi   deyil,   məhz 
Qafqazlı kimi təqdim edir, «Lermontovun hiddətindən 
gülməyən   Qafqaz»ın   dərdlərini   Azərbaycanın   dərdlə-
rindən   ayırmır,   əksinə,   onların   dərdlərini   birləşdirir, 
sözündə yaşadır.  O,«Atamın oğlu igid türkəm mən!» 
deyə hayqırırsa, həm də
      
Azərbaycan, mənim eşsiz yurdum oy!…
   Ölməz eşqim, içimdəki dərdim oy!.. (1, s.14)
10


deyə sızıldayır, eyni zamanda Azərbaycanı «Qafqazla-
rın içindəki bir inci» və yaxud «qoca Qafqaza zümrüd 
bir tac» adlandıraraq 
Nə zəncirli bir Qafqas, nə qan qusan bir Ural,
İxtilal   istəyirəm,   müqəddəs   bir   ixtilal...   (1, 
s.133)
deyə haray çəkir və bütün məqamlarda şairin bütöv-
lüyü, üsyankarlığı, əzmkarlığı, dönməzliyi Şamil ruhu-
nun   dirçəlişinə   bənzəyir.   Bütün   yaradıcılığında   Qaf-
qazın böyük və nəhəng xəritəsini çəkən A.Yıldırım gah 
əfsanə və rəvayətlərlə, gah da coşub daşan qəzəblə 
Qafqazlı   olduğunu   təkrar   edir.   O,   arxalandığı   tarixi 
gözəl bilir və o böyük tarixdən ilham alaraq öz ruhu ilə 
hər şeirində yenidən doğulur, yenidən dirçələrək sanki 
azadlıq qovğasına atılır. «Birləşən iki nəhr» şeirində 
Qucaqlaşmış o yerdə, birləşmiş iki bacı,
Biri eşqim, varlığım, biri başımın tacı…
Birində Qafqas qızı yıkamış gur saçını,
Yolunda   qurban   etmiş   mənim   kimi   kaçını.   (1, 
s.17)
 
söyləyən şair «Gölcüklə həsbi-hal», «Qafqaz dağları-
na», «Yurd həsrəti» şeirlərində nə qədər kövrək və kə-
dərlidirsə,   «Mənim   türküm»,   «Dağlardan   xatirələr», 
«Gözəl yurd» şeirlərində bir o qədər güclü və üsyan-
kardır.   «İgidlərə   çağırış»   şeiri   isə   sanki   bir   döyüş 
maarşıdır:
           
Baxıb uca Qafqaslardan uzağa,
           Kim meydan oxurdu rusa, kazağa,
           Salıb böyük orduları tuzağa,
           Kimdir yapan dörd bucağa axınlar,
                     Siz söyləyin, siz ey bizə yaxınlar. (1,  
s.136)
Şairin   haqqında  danışdığı  xalqlar  Qafqazın  qədim 
sakinləridir.   Şeirlərində   ləzgi,   avar,   çeçen,   kabardin, 
qumıq kimi xalqların adını çəksə də hayların adını bircə 
dəfə də çəkməmişdir. A.Yıldırım hayların Qafqaza gəl-
mə olduqlarını bilir, onları yerli hesab etmirdi.    
  A.Yıldırımın bütün şeirlərində əyilməz Qafqazlı ob-
razı var, bu obraz gah dağların timsalında, gah ləzgi 
milli rəqsinin sədasında, gah qocaların «çatılmış qaşla-
11


Yüklə 3,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə