Təşkilatlarına Dővlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən Gənc yazarlara



Yüklə 3,5 Kb.
Pdf görüntüsü
səhifə4/60
tarix25.06.2018
ölçüsü3,5 Kb.
#51121
1   2   3   4   5   6   7   8   9   ...   60

rında» gah da müəllifin qəzəbində görünür. Dağıstana 
sürgün olunması ilə şairin bu yerlərin həyatına daha 
da yaxınlaşması ləzgi, avar, qumuq və digər dağlıların 
ruhunu duymasına kömək etmişdir. O, bu xalqların toy 
şənliklərini,   rəqslərini,   bayram   mərasimlərini,   hətta 
“çay məclisləri”ni məhəbbətlə təsvir edir, bu təsvirlərin 
hər   birində   onların   mübarizliyi,   şanlı   tarixi,   əyilməz 
ruhu   ilə   bərabər   nikbinliyini,   yaşamaq   eşqini   nəzərə 
çatdırır.   Bu,   önəmli  məqamdır,   nikbin   ruhlu   bir  xalq 
əslində mübarizəyə həmişə hazırdır. Qarşıda yeni bir 
mübarizə meydanı var, ləzgi rəqs havası da bu mü-
barizə   üçün   qanı   coşdurur,   qocaların   söylədiyi   xa-
tirələr,   rəvayətlər   də   bu   mübarizə   üçün   hazırlıqdır. 
Hətta bu yerdə sevdaya düşən şair də sevgilisinin qar-
şısında   özünün   boy-buxunu,   var-dövləti,   yaraşığı   ilə 
deyil,   el   qəhrəmanına   bənzəməsi   ilə   onun   diqqətini 
cəlb etməyə çalışır:  
Bir qəhrəman Şamil kimi güdsəm ölüm oyunu,
Mana imanlı bir ümid bağlarmısan, Tamara? (1, 
s.54)
 
Müəllif   ədəbi   obyekti   sevgi   izharının   fonunda 
təqdim edir. Poetik qəhrəman məhz Şair Şamilə özünü 
bənzətməklə sevdiyi qızın gözündə ucalmaq istəyir. Bu 
bir   mis-rada   bir   neçə   cəhətdən   diqqəti   cəlb   edən 
güclü dramatizm diqqəti cəlb edir. Şamilin qəhrəman 
obrazı; onun ölümə münasibəti və daxili gücü; gənc 
qızın   və   müəllifin   obrazında   xalqın   öz   qəhrəmanına 
olan dərin sayğı və sevgisinin ifadəsi, nəhayət, burada 
Şamil   mübarizəsinin   imanlılığı   da   nəzərə   çatdırılır. 
Həqiqətən   də   o   xalq   məğlubedilməzdir   ki,   orada 
gənclər   hər   hansı   əcnəbi   qəhrəmana,   aktyora, 
milyonçuya   deyil,   məhz   qəhrəmanına   bənzəmək 
istəyir, bu bənzərliklə fəxr edir və el qızı da məhz el 
qəhrəmanını öz xəyallarının qəhrəmanı seçir.
    Həqiqətən də A.Yıldırımın Şeyx Şamillə bağlı misra-
ları   onun   nəhəng   obrazını   təsəvvür   etmək   və   şairin 
Şamilə münasibətini öyrənmək üçün kifayətdir. Məhz 
A.Yıldırımın Şamilə münasibətində o cəhət özünü qa-
barıq şəkildə göstərir ki, obyekt yalnız sözdə deyil, ob-
razlaşdırılmış məna çalarlarında təqdim olunarkən öz 
12


təsir   gücünü   daha   çox   hiss   etdirir.   Ədəbi   obrazın 
əsərdə   təqdimedilmə   anları   olmalıdır,   yeri   gəldi-
gəlmədi obrazı irəli gətirərək daim oxucunun gözünün 
qarşısında   sipər   kimi   saxlayaraq   onun   tərəfindən 
qavramasına   və   öz   içərisində   yetişdirilməsinə   mane 
olmaq yazıçının zəif tərəfidir. Maraqlıdır, əslində dram 
əsərlərində   diqqət   yetirilməli   olan   bu   məqam   A.Yıl-
dırımın poeziyasında açıq şəkildə diqqəti cəlb edir. O 
poetik qəhrəmanını oxucuya hazır şəkildə «qızıl məc-
məyidə» təqdim etmir, oxucunu öz süzgəcindən keçi-
rərək   onu   obrazın   doğuluşuna   hazırlayır.   A.Yıldırım 
böyük şəxsiyyətin obrazını uzun-uzadı təsvirlərlə deyil, 
qısa   və   aydın   şəkildə   ifadə   edilən   sözlərdə   yaradır. 
Lakin   bu   sözlərlə   Şeyx   Şamilin   zahiri   görkəmi   deyil, 
xarakteri,   şəxsiyyəti   və   mübarizliyi   digər   poetik 
obrazların   münasibətində   göstərilir.   Burada   müəllifin 
öz   münasibəti   ilə   köməkçi   surətlərin   obyektə   mü-
nasibəti fonunda bədii obraz təqdim edilir. 
A.Yılıdırım dağlı xalqların, daha dəqiq desək, çeçen-
lərin   həyatından   götürülmüş   «Səlim   xan»   adlı   tarixi 
poemasını şairin özünün qeyd etdiyi kimi, «ixtiyar Qaf-
qazın   dağlarına   üfüqlərdə   ağ   başlı   qara   duman 
çökdüyü»   zamanda   yazılmışdır.   Qəsbkarların   çeçen 
torpaqlarına   hücum   edərək   çeçenləri   öz   yurdundan 
sürgün   etməsi   və   igid   el   qəhrəmanı   Səlim   xanın 
dağlara   çəkilərək   işğalçılarla   mübarizə   aparması   əks 
olunur. Burada da Səlim xanın igidliyi çeçen xalqının 
azadlıq   simvolu   kimi   canlanır.   «Qara   dastan» 
kitabından   poemadan   parçalar   kimi   verilmiş   «Səlim 
xan» əsərinin böyük bir poemanın hissələri olduğuna 
şübhəmiz yoxdur. Ola bilsin ki, aramsız sürgünlər və 
təqiblər nəticəsində poemanın digər hissələri itib-bat-
mış,   ya   da   xəstəlik   ucundan     tamamlanmamış   qal-
mışdır. Bununla belə, əldə olan parçalar poemanın mil-
li ruhunu əks etdirməsi baxımından maraqlıdır. Ümu-
miyyətlə, A.Yıldırımın şeirlərində istər Şeyx Şamil, istər 
Səlim xan, İstər Mete, Çingiz xan, Əmir Teymur kimi 
kimi tarixi şəxsiyyətlər, istərsə də Amudərya, Gölcük, 
Gicginə, Araz, istərsə də dağlar məhz azadlıqa çağırış, 
milli qürur, bütün Qafqazın və türk xalqlarının  tarixinin 
13


yaddaşı kimi yada salınır, düşmənlə mübarizə üçün bir 
qalxan   və   silah   rolunu   oynayır.   Şairin   azadlq   eşqi 
yalnız bir insanın, bir millətin azadlıq eşqi deyil, bəşəri 
bir   istəkdir.   A.Yıldırım   Rusiyanın   ikiüzlü,   rəngini   də-
yişmiş siyasətini görürdü:
    
…Orda Dəli Petronun hirsi var, əməli var,
       Orda   sosialistliyin   ruslaşan   təməli   var.   (1, 
s.129) 
«Mənim protestom» şeirində A.Yıldırım yalnız bir öl-
kənin   vətəndaşı   kimi   danışmır,   bütün   bəşəriyyətin 
azadlığı naminə, yüksək humanist dəyərlər naminə, in-
san və millət hüquqlarının qoruyucusu kimi səsini qal-
dırıb, insanlığın  həm fiziki, həm də mənəvi məhvinə 
yönəlmiş   hökmranlığa   qarşı   çıxır.   Şairin   bütün 
yaradıcılığı   boyu   davam   edən   üsyankarlığın 
mərkəzində   də  elə   “İnsanlara   hüriyyət,   millətlərə   is-
tiqlal!”   amalı   dayanır.   O,   qəzəblənir,   üsyan   qaldırır, 
“müqəddəs   ixtilal”   istəyir,   bəzən   ümidsizləşir,   vətən 
həsrəti ilə göz yaşı tökür, amma gələcəyə inanır. Bu 
millətin ruhundakı döyüşkənliyə, azadlıq eşqinə inanır, 
üzünü qəsbkara tutaraq deyir:
   
Sən istərsən qəlbimi parçala, qır, çeynə, əz,
   Mənim yenə bu yolda tükənməz bir canım var!
   Sən ölüm ol, başımda hər an dolaş, hər an gəz,
  Mənim yenə sənə bir gün üsyanım var!
  ...Mən bilirəm, sonunda çıxmam üzüqaralı,
   Yurdumun gənclərinə ümidim, inamım var!(1, 
s.138)
A.Yılıdırım poeziyası xalqların əzilməsinə, haqq səsi-
nin boğulmasına, insan haqlarının tapdanmasına qar-
şıdır. O, yalnız bir şair kimi deyil, həm də milli haqların 
müdafiəçisi kimi çıxış edir. Bu tip şeirlərində A.Yıldırım 
şairdən daha çox bir siyasətçi kimi görünə bilər. Ancaq 
bu,   zahirən   belədir.   Sadəcə   vətənini   çox   sevən   şair 
onun taleyinə yazılmış məmləkətin azadlığını istəyir.
A.Yıldırımın poeziyasının mənəvi-estetik ideyası da, 
nifrət   və   məhəbbətinin   obyekti   də   aydındır.   O, 
sevgisini     bildirmək   üçün   məcazlardan,   metafora   və 
epitetlerdən istifadə etsə də, nifrətini bildirərkən heç 
bir ədəbi boyaya ehtiyac duymadan açıq şəkildə fikrini 
14


Yüklə 3,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə