Texniki Yardım üzrə Hesabatı


QAZAXISTANDA İNVESTİSİYA İMKANLARI



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə39/48
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32514
1   ...   35   36   37   38   39   40   41   42   ...   48

86
 
Əlavə 2 
QAZAXISTANDA İNVESTİSİYA İMKANLARI 
A. 
İnvestisiya Konsepsiyası 
206.  Bu  konsepsiya  qeydində  təsvir  olunan  investisiya  imkanı  KazTransGas  ASC  təbii  qaz 
şirkəti  tərəfindən  təklif  olunan  NAMA-nın  bir  hissəsidir.  Bu  NAMA-nın  məqsədi  Qazaxıstanda 
nəqliyyat sektorunda təbii qazdan istifadəni genişləndirməkdir. KazTransGas ASC icraçı qurum 
rolunda  çıxış  edəcək  və  üç  pilot  şəhərdə  10  sıxlaşdırılmış  təbii  qaz  (CNG)  doldurma 
məntəqəsinin  (CNG-FS)  tikintisini  həyata  keçirəcəkdir.  Qazaxıstanla  bağlı  investisiya 
konsepsiyasında  institusional  dəstək  elementlərinə  əsaslanan  yumşaq  komponentlər  də  öz 
əksini  tapmışdır.  Bura  mövcud  nəqliyyat  vasitələrinin  CNG-yə  keçirilməsi  üçün  tələb  olunan 
texniki biliklərə dair təlimlərin keçirilməsi, sınaq və sertifikatlaşdırma mərkəzlərinin yaradılması, 
eləcə də nəqliyyat vasitələrinə texniki qulluq göstərən texniklər üçün təlimlrin keçirilməsi daxildir. 
B. 
Qısa məlumat 
207.  Qazaxstan  nəqliyyat  sektorunda  əsasən  benzin  və  dizel  yanacağından  asılıdır.  Hazırda, 
nəqliyyat sektorunda təbii qazın ümumi yanacaq istehlakında payı bir faizdən də aşağıdır.
1
 Təbii 
qazın  az  istifadə  olunmasınınd  səbəblərindən  biri  bu  yanacaq  üçün  lazımi  infrastrukturun 
olmamasıdır.  Təbii  qazdan  istifadənin  artırılması  potensialı  ölkə  daxilində  ucuz  təbii  qazın 
təchizatını nəzərə alsaq böyükdür və hökumət qarşısında prioritet məsələdir. Qazaxıstanda təbii 
qaz ehtiyyatları təxminən 1.3 trilyon m
3
 həcmdə qiymətləndirilir.
2
208. Cədvəl 1-də göstərildiyi kimi, sıxlaşdırılmış təbii qaz (CNG) benzin və dizeldən daha ucuz 
başa  gəlir.  Bundan  əlavə,  təbii  qazın  və  CNG-nin  qiyməti  neftə  əsaslanan  yanacaq  növləri  ilə 
müqayisədə daha  stabil qalmışdır və növbəti  onillik ərzində stabil qalacağı gözlənilir. CNG-nin 
qiyməti  aşağı  olduğundan,  bu  yanacaq  növü,  əgər  zərui  mühərrik  texnologiyası  və  doldurma 
infrastrukturu  yaradılarsa,  bir  çox  nəqliyyat  vasitələri  üçün  cəlbedici  alternativ  rolunu  oynayır. 
Bu,  böyük  nəqliyyat  parkları,  məsələn  avtobus,  yük  maşınları  və  taksilər  üçün  xüsusilə 
əhəmiyyətlidir. 
Cədvəl 1: Qazaxıstanda Yanacaq Növlərinin qiymətləri, 2000-2050 (2010 $ / GJ) 
Yanacaq
Tarixl
ə
r üzr
ə
Proqnoz
2000
2005
2010
2015
2020
2025
2030
2035
2040
2045
2050
CNG
0.6
1.2
1.2
1.8
2.1
2.4
2.8
3.3
3.8
4.4
5.1
Dizell
8.3
5.3
9.9
15.1
17.5
20.3
23.6
27.3
31.7
36.7
42.6
Benzin
10.1
6.5
9.9
14.0
16.3
18.9
21.9
25.4
29.4
34.1
39.5
LPG
3.9
6.0
6.2
9.1
10.6
12.2
14.2
16.4
19.1
22.1
25.6
Təbii qaz 
0.4 
0.8 
0.8 
1.2 
1.4 
1.6 
1.8 
2.1 
2.5 
2.9 
3.3 
Xam neft
2.1
3.6
7.1
9.3
10.8
12.5
14.5
16.8
19.5
22.6
26.2
CNG = sıxlaşdırılmış təbii qaz, LPG = mayeləşdirilmiş benzin  
Mənbə: Abt Associates, Stokholm Ətraf Mühit İnstitutu, Nazar Biznes və Texnologiya MMC (2015b).
1
 Mənbə: Abt Associates, Stokholm Ətraf Mühit İnstitutu, Nazar Biznes və Texnologiya MMC (2015b).  
2
 Qazaxıstanın Sənaye və Yeni Texnologiyalar Nazirliyi, 2014. Qazaxıstan üçün 2030-cu ilə qədər Yanacaq və 
Enerjinin İnkişafına dair Konsepsiyanın layihəsi; və BP, 2014. BP-nin Dünya Enerjisinə Statistik Baxışı 2014
.
http://www.bp.com/en/global/corporate/about-bp/energy-economics/statistical-review-of-world-energy/statistical-
review-downloads.html
.


Əlavə 2
87
C. 
Yol  Nəqliyyatında  Təbii  Qazın  Təşviqi  üçün  Siyasət,  İnstitusional  və  Tənzimləyici 
Baza
209. Hökumətin 2013-cü ildə qəbul etdiyi Qazaxıstan Respublikasının Yaşıl İqtisadiyyata Keçid 
Konsepsiyasında
3
 və  nəqliyyat  sektoru  üçün  ərazi  inkişaf  proqramlarında  müəyyən  edilmiş 
prioritet  tədbirlərdən  biri  nəqliyyat  vasitələrində  təbii  qaza  keçidin  təmin  edilməsidir.  Məqsəd 
şəhər/regional  nəqliyyatın  ətraf  mühitə  və  ictimai  sağlamlğıa  təsirlərini  minimum  endirmək  və 
daha  bahalı  və  əsasən  idxal  olunan  yanacaqdan  asılılığı  azaltmaqdır.  Təbii  qaz 
infrastrukturunun inkişafı da “Hökumətin 2020-ci ilə qədər Qazaxıstan Respublikasının Nəqliyyat 
İnfrastrukturunun İnkişafı və İnteqrasiyası Proqramı”
4
nda müəyyən edilən spesifik tələbdir.  
210.  Nəqliyyat  vasitələrinə  sahiblik  Qazaxıstanda  artmaqdadır.  Hazırda,  ölkədə  qeydiyyatda 
olan təxminən 3,766 min nəqliyyat vasitəsi benzin və dizel mühərrikləri ilə təchiz olunmuşdur
5
.
Qeydiyyat  olan  nəqliyyat  vasitələrinin  70%-dən  çoxu,  ölkədə  2014-cü  ilin  yanvarından  Avro-4 
standartının  tətbiqinə  baxmayaraq,  Avro-2  standartı  ilə  təsnifatlandırılır.  AvrAsiya  İqtisadi 
Birliyinin  Gömrük  İttifaqı  çərçivəsində,  2016-cı  ilin  yanvar  ayından  Avro-5  standartı  tətbiq 
ediləcəkdir.  
D. 
Nəqliyyat  sektorunda  təbii  qazdan  istifadəni  genişləndirmək  üçün  təklif  olunan 
NAMA
211. Təbii qazdan istifadəni artırmaq və İEYQ emissiyasının çoxalmasını azaltmaqla bağlı milli 
strateji məqsədlərə dəstək olaraq, AİB Qazaxıstandakı tərəfdaşlarla NAMA üçün konsepsiyanın 
hazırlanmasında tərəfdaşlıq etmişdir. Bu konsepsiya nəqliyyat sektorunda təbii qazdan istifadəni 
genişləndirəcəkdir. NAMA çərçivəsində ölkə boyu CNG ilə təchizat infrastrukturunun inkişafı və 
böyük nəqliyyat parklarında nəqliyyat vasitələrinin CNG-yə keçidi dəstəklənəcəkdir.  
212.  Hazırda  doldurma  infrastrukturunun  olmaması  qazdan  daha  çox  istifadəyə  ən  mühim 
maneələrdəndir.  Spesifik  ərazi  və  layihələrə  investisiya  qoyuluşlarına  əlavə  olaraq,  NAMA 
çərçivəsində  təbii  qaz  yanacaq  növünün  təşviqi  üçün  geniş  proqramın  hazırlanması  və  icrası 
nəzərdə  tutulur.  Bu  proqrama  hökumətin  dəstək  tədbirləri  paketi,  texniki  və  tənzimləyici 
normaların,  protokol  və    sənədlərin işlənib  hazırlanması, təbii  qaza keçidi  təmin  edəcək  zəruri 
institusional  və  insan  bacarıqlarının  inkişaf  etdirilməsi  kimi  tədbirlər  daxildir.  NAMA 
KazTransGas ASC tərəfindən həyata keçiriləcək və birbaşa olaraq ona tabe olan KAzTransGas 
Onimderi LLP tərəfindən icra olunacaq. 
213.  Bu  NAMA-nın  icrası  bazarda  təbii  qazın  mühərrik  yanacağı  kimi  istehsalı  və  istehlakına 
imkan  verəcək  və  təbii  qazdan  istifadə  edən  nəqliyyat  vasitələrinin  15%-ə  qədər  artırılmasına 
(böyük şəhərlərdə 50%-ə qədər) gətirb çıxaracaqdır. Bu NAMA-nın icrası ilə benzin və ya dizel 
yanacağından sıxlaşdırılmış təbii qaza keçid təmin ediləcək və bununla da nəqliyyat sektorunda 
İEYQ emissiyası azaldılacaqdır.  
3
 Yaşıl  İqtisadiyyat  Strategiyasının  və  Prezidentin  577  saylı,  30  may  2013-cü  il  tarixli  Fərmanının  rəsmi  mətni, 
www.kazpravda.kz/_pdf/jun13/010613decree.pdf
4
 Prezidentin 725 saylı, 13 yanvar 2014-cü il tarixli Fərmanı,  
www.mid.gov.kz/images/stories/contents/gp_150520141656.pdf
5
 Kazakhstanskaya Pravda,  rəsmi gündəlik qəzet, May 20, 2015.  İqtisadi  Artıma “Yaşıl” keçid.  Qazaxıstanın Enerji 
Naziri  cənab  V.Şkolnik  ilə  müsahibə. 
http://www.kazpravda.kz/interviews/view/zelenim-kursom-k-rostu-
proizvodstva/


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə