Texnologiya 8 Derslik 2017+ Layout 1



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə20/28
tarix14.01.2018
ölçüsü0,54 Mb.
#20719
1   ...   16   17   18   19   20   21   22   23   ...   28

64

Elektrik mühərrikinin hərəkətsiz hissəsi statordur (2). O daimi maqnit

sahəsi yaradır. Quruluş etibarı ilə stator sabit maqnit şəkildə və ya sarğıları

(3) və nüvəsi (5) olan elektromaqnit şəkildə ola bilər. Elektrik mühərrikinin

fırlanan hissəsi olan rotor (val) (şəkil 5) lövbərdən (4) və kollektordan (7)

ibarətdir. Lövbər isə öz növ bə sində nüvədən (5) və sarğıdan (6) ibarətdir.

Mühərrikin lövbərində bir ne çə sarğı olduğundan, kollektor iki deyil,

çoxlu sayda bir­birindən və mühərrikin va lın dan təcrid edilmiş yarım dai rə ­

lərdən ibarətdir (şəkil 4, b).

Kollektor lövbərin valında (9) möhkəm bərkidilib. Lövbərin hərəkəti vala

ondan isə istehlakçının işçi orqanlarına ötürülür.

Val statorun arxa (2) və ön (8) qapaqlarına preslənmiş diyircəkli

yastıqlarda (1) fırlanır. Elektrik mühərrikinin soyuması qanadı (10) vala

birləşdirilmiş sərinkeşin köməyi ilə həyata keçir.

1. Nəyə görə sənaye müəssisələrində elektrik mühərriki geniş yayılıb?

2. Elektrik mühərriki nə üçün nəzərdə tutulub?

3. Elektrik mühərrikləri necə təsnif olunur?

4. Elektrik mühərrikinin iş prinsipi hansı hadisəyə əsaslanır?

5. Kollektorlu elektrik mühərrikinin əsas hissələrini sadalayın və onların

təyinatını şərh edin.

6. Kollektor hansı tərkib hissələrindən ibarətdir?

Özünüyoxlama sualları

?

Şəkil 5. Rotor

Elektrik mühərriki, kollektor, stator, lövbər, nüvə, rotor, diyir ­

cək li yastıq, qanad, statorun qapaqları (ön və arxa qapaq).

 Çap üçün deyil



AVTOMATLAŞDIRILMIŞ PALTARYUYAN MAŞININ

QURULUŞU VӘ İŞ PRİNSİPİ

Paltaryuyan maşın (şəkil 1) ev təsərrüfatında ən ağır əl əməyi hesab edilən

parça məmulatlarının (alt və üst geyimlərinin, yataq dəstlərinin, çantaların

və s.) yuyulub təmizlənməsi üçün nəzərdə tutulmuş avtomatlaşdırılmış

qurğudur. Paltarların yuyulması – onlara suyun və yuyucu vasitələrin köməyi

ilə kimyəvi və mexaniki təsirin göstərilməsidir.



Avtomatlaşdırılmış paltaryuyan maşın nə ilə xarakterizə edilir?

Avtomatlaşdırılmış paltaryuyan maşının işində insan

əməyindən az istifadə edilir. Paltaryuyan maşın elektrik

şəbəkəsinə, kanalizasiya və su təchizatı sisteminə daimi

qoşulu olduğu üçün onu işə salmaq heç bir əlavə əmək

tələb etmir. Yalnız yuyulacaq paltarları içinə yığıb,

yuyucu vasitələr əlavə etməklə uyğun gələn yuma

proqramını seçmək lazımdır.



Paltaryuyan maşınların hansı növləri

mövcuddur?

Paltaryuma prosesinin mexanikləşdirilməsi və avtomatlaşdırılması səviy ­

yə sinə görə paltaryuyan maşınlar dörd cür olur:

• kiçik ölçülü (PM);

• əl sıxma qurğulu (ӘPM);

• yarımavtomat (YPM);

• avtomatlaşdırılmış (APM), avtomatlaşdırılmış yuyub­qurudan.

PM növ maşınlarda paltarı sıxmaq üçün qurğu yoxdur. Bu növ maşınlarda

yal nız yuma və yaxalama əməliyyatları mexanikləşdirilmişdir. ӘPM növlü

maşınlarda sıxma qurğusu əl ilə hərəkətə gətirilir. YPM tipli yarımavtomat

ma şınlarda isə sıxma elektrik mühərriki vasitəsilə hərəkətə gətirilən qurğu

ilə icra olunur.

Paltarların yuyulma əməliyyatları ardıcıllığı proqram qurğusu vasitəsilə

verilir.


Avtomatlaşdırılmış paltaryuyan maşın hansı hissələrdən

ibarətdir?

Paltaryuyan maşının hissələri şəkil 2 və 3­də verilmişdir.

65

17­ci MÖVZU

Şəkil 1. Paltaryuyan

maşın

 Çap üçün deyil



66

Avtomatlaşdırılmış paltaryuyan

maşının iş prinsipi nədən iba ­

rətdir?

Qeyd etmək lazımdır ki, maşının üst

qapağının altında yerləşən elektrik qapaq ­

ları blo ku (şəkil 2­1) paltaryuyan maşına

suvermə şlanqı ilə suyun yığılmasına

nəzarət edir. Su maşına dolduqdan sonra

xüsusi nazik şlanq vasitəsilə yuyucu va si ­

tələrin tökül dü yü bölməyə axır (şəkil 2­2).

Sonra su çənə daxil olur (şəkil 2­3). Çəndə

paltar ların yuyulması prosesi gedir. Çəndə

pas lanmayan metaldan hazırlanmış fır lanan

baraban yerləşir. Su çənə dolduqdan sonra

qızdırıcı element işə düşür (şəkil 2­4). Qız ­

dırıcı element suyu lazımi istilik həddinə

qədər qızdırır. Barabanın hər lən məsi nəti ­

cəsində yaranan titrəyişi sabit ləşdirmək

üçün çən xüsusi yayların üzərində yerləş ­

dirilib (şəkil 3­1). Bununla yanaşı, çənin

yerini təsbit etmək üçün ona əks ağırlıq

qurğusu da birləşdirilir (şəkil 3­2).

Paltaryuyan maşının barabanı yuma və

sıxma kimi iki iş rejimində işləyir. Yuma

rejimində baraban növbə ilə hər iki tərəfə

və yavaş hərlənir. Sıxma rejimində isə

onun hərəkəti sürətlənir. Müasir paltar ­

yuyan maşınlar dəqiqədə 2000 dövr ilə

işləmə sürətinə malikdirlər. Fırlanma mo­

mentinin elektrik mühərrikinin (şəkil 3­3)

valından ba ra banın valına ötürülməsinin iki üsulu mövcuddur. Ötürülmənin

ənənəvi üsulu qayış ötürməsidir. Bu üsulun yüksək səs, elektrik enerjisinin

israfı və sürtünmədən qayışın tez­tez yeyilib sıradan çıxması kimi nöqsanları

var. Әn mükəmməl üsul isə birbaşa intiqaldır. Belə qurğularda elektrik

ötürücüsü birbaşa barabanın oxuna geydirilmişdir, bu da işləmə zamanı səsin

və enerji israfının azalmasına şərait yaradır.

Maşının mexanizmində həm də səviyyə relesi (şəkil 2­7) var. Səviyyə re­

lesi yuyulan paltarın miqdarından asılı olaraq baka yığılan suya nəzarət edir.



Şəkil 2. 1 – elektrik qapaqları bloku;

2 – yuyucu vasitələrin paylaşdırılma

bunkeri; 3 – çən;

4 – qızdırıcı element (İEQ);

5 – boşaltma şlanqı; 

6 – boşaltma nasosu; 

7 – səviyyə relesi;

8 – idarəetmə lövhəsi

Şəkil 3. 1 – çənin asılma yayı;

2 – əks ağırlıq; 3 – elektrik

mühərriki; 4 – elektrik mənbəyi

şnuru; 5 – boşaltma şlanqı

 Çap üçün deyil


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə