Texnologiya 8 Derslik 2017+ Layout 1



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə21/28
tarix14.01.2018
ölçüsü0,54 Mb.
#20719
1   ...   17   18   19   20   21   22   23   24   ...   28

67

Təhlükəsizlik qaydaları:

Yumadan sonra su xüsusi şlanq vasitəsilə kanalizasiyaya axıdılır (şəkil 2,3­5).

Bunun üçün maşında bakın altında boşaltma nasosu var (şəkil 2­6). Suyun

axıdılmasından başqa bu nasos daha bir funksiyanı – suyun təkrar istifadəsini

həyata keçirir. Bu yolla yuyucu toz suda daha yaxşı həll olunur. Bu funksiyanı

bunun üçün nəzərdə tutulmuş digər nasoslar da yerinə yetirə bilər. Pal­

taryuyan maşının işi idarəetmə lövhəsi vasitəsilə tənzimlənir (şəkil 2­8).

Müasir paltaryuyan maşınlar çoxlu sayda yuma rejimi və təhlükəsizlik sis­

temi ilə təchiz edilib. Məsələn, əgər maşında suyun itirilməsi nəticəsində

artıq köpük yaranarsa, maşın suyun verilməsini dayandırır, barabanda paltar

qeyri­bərabər olarsa, onun sürətli hərəkətini əngəlləyir. Getdikcə sürət azalır

və paltar bərabər sürətdə barabana paylanır və yenidən əvvəlki hərəkət bərpa

olunur.

1. Elektrik çəngəlini yaş əllə şəbəkəyə daxil etmə.



2. Yuma rejimi və profilaktik işlərin aparılması qurtardıqdan sonra elek­

trik çəngəlini şəbəkədən ayır.

3. Yerlə birləşdirici çıxışı olan rozetkalardan istifadə et.

4. Vanna otağına açıq rozetka qoyma. Belə rozetkalar rütubətdən müdafiə

tipli olmalı və su mənbələrindən mümkün qədər aralıda qo yulmalıdır.

5. Axıtma, küy, iy, maşının gövdəsində gərginlik hiss etdikdə onun işini

da yandır. Unutma, maşının altındakı döşəmə quru olmalıdır!

6. Nasazlıq yaranarsa, mütəxəssis çağır, qüsuru özün aradan qaldır mağa

çalışma. 

!

Paltaryuyan maşın, yumanın mexanikləşdirilməsi və avtomat laş ­

dı rılması, fırlanan baraban, qızdırıcı element, titrəmə, yuma və

sıxma, idarə lövhəsi.

1. Paltaryuyan maşın nə üçün nəzərdə tutulub?

2. Paltaryuyan maşının avtomatlaşdırılmasında məqsəd nədir?

3. Paltaryuyan maşının hansı növləri var?

4. Paltaryuyan maşının quruluşu necədir?

5. Paltaryuma texnologiyası nədən ibarətdir?

6. Yaylar nəyə xidmət edir?

7. Səviyyə relesinin funksiyası nədir?

8. Paltaryuyan maşınla iş zamanı hansı təhlükəsizlik qaydalarına riayət

etmək lazımdır?



Özünüyoxlama sualları

?

 Çap üçün deyil


MӘİŞӘT SOYUDUCUSUNUN QURULUŞU VӘ İŞ PRİNSİPİ

Məişət soyuducuları tez xarab olan qida məhsulları, yarımfabrikatlar və hazır

xörəklərin soyudulmaqla qısamüddətli saxlanması üçün nəzərdə tutulub. Soyu ­

ducuların əsas tərkib hissəsi olan dondurucu kamera isə dondurulmuş qida

məhsullarının qorunmasına xidmət edir.

Soyuducu nədir?

Soyuducu istilik keçirməyən kame ­

rada aşağı temperaturu qoruyub saxlaya

bilən qurğudur.

Soyuducular iki növə ayrılır: qida

məh sullarını saxlamaq üçün orta tem­

peraturlu kameralar və aşağı tempe 

­

raturlu dondurucular.



Sənaye ən müxtəlif quruluşlu məi ­

şət soyuducuları istehsal edir. İşləmə

prinsipinə görə soyuducular kom pres ­

siyalıabsorbsiyalı ter moelektrik  olur.

Әn çox yayılan kompressiyalı donduru ­

cu larıdır.

Kompressiyalı soyuducu­

nun qurulu şu necədir?

Şəkil 1­dəki ikiqapılı so yu ducunun

daxilində mənfi temperaturu qoruyub

saxlayan dondurma ka 

merası, qida

məhsulları üçün saxlama hissələri

(soyuducunun aşağı hissəsi) və məh sul ­

ların yerləşdirilməsi üçün rəfləri olan

soyuducu kamera yerləşir. Soyuducu­

nun maşın bölməsində soyuducu aqre­

qat (arxa divarında yerləşdirilib) var.

Kameralar soyuducunun bayır divar ­

larından istilik keçirməyən materialdan

xüsusi qatla ayrılır. Kameranın qarşısı

qapılarla bağlanıb.

68

18­ci MÖVZU



Şəkil 1. «Stinol­103» məişət soyuducusu:

1 – dondurucu kameranın tutumu; 

2 – aralıq qutu; 3 – üst yeşik; 

4 – soyuducu kameranın  rəfləri; 

5 – temperatur tənzimləyicisi; 

6 – soyuducunun işıqlandırma qurğusu;

7 – ağzı qapaqlı saxlama qabı; 

8 – çevrilən rəf; 9 – yumurta saxlama

rəfi; 10 – rəf ayıran; 11 – çəpərli rəf; 

12 – meyvə və tərəvəz qabı; 

13 – tənzimləyici dayaqlar

6

7



8

9

10



11

12

5



4

3

2



1

13

 Çap üçün deyil




69

Qapının ikiqatlı divarlarında da istilik keçirməyən material var. Hər tərəfdən

soyuducunu əhatə edən istilik keçirməyən qat xaricdəki istiliyi daxilə keçməyə

qoymur. Qapı arasında hava keçə bilən məsafə olmasın deyə qapıların daxili

divarına kipləşdiricisi qoyulub. Qapı bağlanarkən kipləşdirici soyuducunun

qabaq səthinə kip yapışır. Soyuducunun qapıları örtülü halda sürgü ilə saxlanılır.

Soyuducunun əsas hissəsi dondurucu aqreqatdır. O soyuducunun əsas

hissəsini, işlək kamerasını soyudur. Dondurucu aqreqat öz növbəsində üç əsas

hissədən – kondensator, buxarlandırıcı və kompressordan* ibarətdir. Don­

durucu aqreqat sistemi qapalıdır və xüsusi soyuducu qaz olan freonla doldu ­

rulmuşdur.

Freon nədir?

Freon rəngsiz, iysiz qaz və yaxud mayedir. Hər bir duru maye kimi o qay­

nama vəziyyətində (daha doğrusu, buxar əmələ gələndə) ətrafdakı istiliyi özünə

çəkir (soyudur) və əksəriyyət qazlar kimi müəyyən təzyiq və temperaturda kon­

densasiya edir (mayeyə çevrilir), ətraf mühitə istilik ötürür.

Dondurucu aqreqat  necə işləyir?

Dondurucu aqreqatın iş prinsipi (şəkil 2) be ­

lədir: mühərrik­kompressor freonun buxarını buxar ­

landırıcıdan çəkir və onları kondensatora ötürür.

Kondensatorda freonun buxarı soyudulur və maye ­

yə çevrilir. Sonra duru maye halında freon qurutma

kanallı filtr (süzgəc) və kapilyar (çox dar) boru

kəməri vasitəsilə buxarlandırıcıya daxil olur. Freon

buxar landırıcıya daxil olarkən onun təzyiqi konden­

sasiya (maye) təzyiqindən qaynama təzyiqinə qədər

düşür. Bu proses drosselləşdirmə* adlanır. 

Bu zaman buxarlandırıcının kanallarına daxil

olan freon qaynayır. Qaynama üçün lazım gələn is­

tilik enerjisi buxarlandırıcının səthindən alınır və

soyuducudakı hava soyuyur. 

Buxarlandırıcıdan keçən duru freon buxara çev ­

rilir və kompressorla sorulur. Bu zaman freon

buxarlandırıcının daxili səthindən istilik götürür, elə

bu səbəbdən də soyuducunun daxili soyuyur. 

Beləliklə, kondensatorda freon yüksək təzyiq

altında maye halına keçir və istilik ayırır, buxarlan ­

dı rıcıda isə aşağı təzyiq hesabına qaynayır, qaz

halına düşərək istiliyi udur.

Şəkil 2. Dondurucu

aqreqatın quruluşu

1 – kondensator;

2 – kapilyar boru;

3 – mühərrik­kompressor;

4 – buxarlandırıcı;

5 – quruducu filtr;

6 – geri qaytaran boru

4

1



5

2

6



3

* Kompressor – havanı, buxarı, qazları sıxmaq üçün qurğu

* Drosselləşdirmə – mayenin, qazın, buxarın təzyiqinin və işlənməsinin nizama salınması

 Çap üçün deyil


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə