Texnologiya 8 Derslik 2017+ Layout 1



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə16/28
tarix14.01.2018
ölçüsü0,54 Mb.
#20719
1   ...   12   13   14   15   16   17   18   19   ...   28

51

Diz elementi bir qədər başqa quruluşa ma­

likdir. Onu vannanın, duş kabinasının və uni ­

tazın altına quraşdırırlar.

Büzməli sifon qat­qat bükülmüş şlanqdır.

Onu burub xortum vasitəsilə istənilən vəziy ­

yətdə bərkitmək olar (şəkil 2, c). Yeri

gəlmişkən, bu növ sifonlar nadir hallarda su

buraxır. Çünki olduqca az birləşmə nöqtələri

var.


İstifadə müddəti boyunca heç bir nara hat ­

çılıq yaratmasın deyə sifon düzgün quraş dı ­

rılmalıdır. Çoxları elə düşünür ki, sifonu

qu raşdırmaq çətin işdir. Amma, əslində, bu

belə deyil. İstənilən şəxs ümumi qaydalara

əməl etməklə və əl altına lazım olan bütün

əmək alətlərini toplamaqla bu işin öhdəsindən

asanlıqla gələ bilər.

Şəkil 3­də butulkavarı sifonun quruluşu

göstərilmişdir. 

Sifonun quraşdırılması üçün lazım olan alətlər bunlardır (şəkil 4):

a – yastıdodaq kəlbətin;

b – montaj bıçağı;

c – vintaçan;

d – boru üçün lingli açar;

e – kipləşdirici silikon.



Şəkil 3. Butulkavarı sifonun

quruluşu: 1 – əlüzyuyana

birləşdirmə borusu; 2 – qaykalar;

3 – bərkidici ara qatları; 

4 – gövdə; 5 – gövdə qapağı 

(durulducu)

Şəkil 4. Sifonun quraşdırılması üçün alət və tərtibatlar

Әgər sifon axıdırsa, deməli, ya pis quraşdırılıb, ya da çirklənib, onu təmiz ­

ləmək lazımdır (şəkil 5). İstifadə müddəti ərzində sifonda yığılan yağ və zibil

ya mexaniki yolla, ya da müxtəlif kimyəvi vasitələrlə xaric olunmalıdır.

Yağəridici maddə kimi kaustik (yandırıcı) soda olduqca əlverişlidir. Sifonu

tez­tez qaynar su axıtmaqla da uzun müddət təmiz saxlamaq mümkündür. Sifo­

nun mexaniki təmizlənməsi üçün vantuzdan istifadə etmək olar (şəkil 6,a).

Vantuz rezin klapan (qapaq) və dəstəkdən ibarət olan mexaniki santexnika

aləti dir. O borularda suyun hərəkətinə mane olan tullantıların və havanın

a

b



c

e

d



1

2

2



4

3

3



5

 Çap üçün deyil


52

kənarlaşdırılması üçün nəzərdə tutulub. Onu mətbəx çanağının içindəki suaxı ­

dan dairəyə bir neçə dəfə sıxıb­çəkməklə yığılıb qalmış zibili kanalizasiyaya

ötürmək olar (şəkil 6, b).



d

e

f

а

b

c

Şəkil 7. Sifonun mexaniki təmizlənmə texnologiyası

Mexaniki təmizləmə başqa yolla da aparıla bilər. Bu zaman sifonu söküb

onu bıçaq və vintaçanın köməyi ilə təmizləmək və yenidən yığmaq lazımdır.

Sifonun mexaniki təmizlənmə texnologiyası nədən ibarətdir?

1. Sifonu təmizləmək üçün açmazdan öncə suyu bağlayın. Әvvəlcədən sifo­

nun altına qoymaq üçün qab hazırlayın (şəkil 7, a).

2. Sifonun dibini açın, su tam axanadək gözləyin (şəkil 7, b).



Şəkil 5. Sifonun çirklənməsi 

Şəkil 6. Sifonun vantuzla mexaniki təmizlənməsi:

a – vantuz; b – sifonun vantuzla təmizlənməsi

Suyun 


hündürlüyü

Sifonun dibindəki

yığıntılar

a

b

 Çap üçün deyil



Sifonlar: butulkavarı sifon, dizşəkilli sifon, büzməli sifon, gövdə,

gövdə qapağı, silikon kipləşdirici, vantuz, çirkab.

53

1. Santexnikanın hansı elementləri kanalizasiya qovşağına aiddir?



2. Santexnikada sifonun rolu nədən ibarətdir?

3. Sifonun hansı növləri var?

4. Butulkavarı sifon hansı hissələrdən ibarətdir?

5. Büzməli sifon haralarda istifadə edilir?

6. Sifonun sökülməsi və yığılması zamanı istifadə edilən alətlər hansılardır?

7. Vantuz nə üçün istifadə edilir?

8. Sifon hansı üsullarla təmizlənir?

9. Tullantı sifonun hansı hissəsində yığılır?



Özünüyoxlama sualları

?

3. Sifonda yığılıb qalmış zibilləri bıçaq və yaxud vintaçanla təmizləyin (şəkil



7, c).

4. Sifonun dibinin germetik olması üçün onun yivli birləşmə yerinə

kipləşdirici silikon sürtün (şəkil 7, d).

5. Silikonu bütün birləşmə xətti boyunca gəzdirin (şəkil 7, e).

6. Sifonun dibini burub bərkitməklə yığın (şəkil 7, f).

Santexniki işlər zamanı təhlükəsizlik və sanitariya qaydaları:

• Santexniki avadanlığın təmirini yalnız böyüklərin nəzarəti altında həyata

keçir.

• Su kəməri xəttinin istənilən hissəsinin təmiri və yenisi ilə əvəz olunması



zamanı mütləq mənzilə gələn suyu kəs. 

• Təmir zamanı yalnız istifadəyə yararlı alətlərdən istifadə et.

• Әyri bağlanmasın deyə yivli detalları birləşdirərkən diqqətli ol.

• Santexniki avadanlığın təmirdən sonrakı vəziyyətini yoxlayıb, su

buraxmadığına əmin olduqdan sonra suyu aç.

İşi bitirdikdən sonra əllərini yu.



!

 Çap üçün deyil


İNSAN  HӘYATINDA  AVTOMATLAR  VӘ  AVTOMATİKA.

AVTOMATİK  QURĞULARIN  NÖVLӘRİ 

VӘ  ELEMENTLӘRİ

Xəyalən minilliklər bundan öncəyə səyahət edin. Təsəvvür edirsinizmi,

adicə daş, paya, ox və yayla silahlanmış qədim insan ov zamanı nə qədər

böyük çətinlik və təhlükə ilə qarşılaşıb. Sonra bu təhlükədən qorunmaq

istəyən insan onun iştirakı olmadan ov edə bilən alətlər düşünüb: cələ qurub,

özüatan qundaqlı ox­yay hazırlayıb. Bu alətlər təkmilləşərək müasir dövrə

qədər gəlib çıxıb. Qədim yunanlar onlara ad da qoyub – automatas, yəni öz­

özünə işləyən. Beləcə avtomat sözünün kökü lap qədimlərdən gəlib. 



Avtomat (avtomatik qurğu) cihaz nədir?

Avtomat (avtomatik qurğu) cihaz insanın müdaxiləsi olmadan məqsəd ­

yönlü fəa liy yət göstərə bilən texniki qurğudur.

Belə cihazlardan gündəlik həyatımızda geniş istifadə edirik. Avtomatlaş ­

dırıl mış yığım maşınlarında və avtomatlaşdırılmış xətlərdə qəzet və jurnallar

hazır lanır, çap olunur və qablaşdırılır. Avtomatlaşdırılmış xətlərdə qida məh ­

sulları çəkilir, bükülür, qablaşdırılır və yerləşdirilir. Liftlər də avtomat laş ­

dırılıb. Artıq çoxdandır liftçi deyilən insanın xidmətindən istifadə edilmir.

Met roda bizi avtomatlaşdırılmış nəzarətçi­turniket* qarşılayır. Böyük şəhər ­

lərdə nəqliyyatın hərəkətinə avtomatlaşdırılmış sistem (şəkil 1) nəzarət edir.

Məişətdə isə getdikcə daha çox belə cihazlara – pal­

taryuyan, qabyuyan ma şınlara, soyuduculara, mətbəx

kombaynlarına, proqramlaşdırılmış radio və elektrik

cihazlarına müraciət olunur. 

İstehsalatda avtomatlaşdırma insanı ağır əmək tələb

edən, sağlamlığa zə 

rər vura biləcək işlərin yerinə

yetirilməsindən azad edir, əmək məhsul 

darlığını

yüksəldir. Avtomatlaşdırma avtomobil, tekstil, qida

sənayesinin ayrılmaz his sə sidir.

Kənd təsərrüfatını da bu gün avtomatlaşdırılmış

qurğularsız təsəvvür etmək olmaz. Örtülü şitilliklərdə,

inkubatorlarda yumurtaların seçilməsi, yerləşdiril məsi və qablaşdırılmasında

çox çeşidli avtomatlaşdırılmış qurğular sistemi fəaliyyət göstərir.

14­cü MÖVZU

54

V. ELEKTROTEXNİKİ  İŞLƏR



Şəkil 1. 

İşıqfor

* Turniket – jeton və kartla işləyən, fırlanan xaçvarı qurğusu olan nəzarət cihazıdır.

 Çap üçün deyil


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə