51
Diz elementi bir qədər başqa quruluşa ma
likdir. Onu vannanın, duş kabinasının və uni
tazın altına quraşdırırlar.
Büzməli sifon qatqat bükülmüş şlanqdır.
Onu burub xortum vasitəsilə istənilən vəziy
yətdə bərkitmək olar (şəkil 2, c). Yeri
gəlmişkən, bu növ sifonlar nadir hallarda su
buraxır. Çünki olduqca az birləşmə nöqtələri
var.
İstifadə müddəti boyunca heç bir nara hat
çılıq yaratmasın deyə sifon düzgün quraş dı
rılmalıdır. Çoxları elə düşünür ki, sifonu
qu raşdırmaq çətin işdir. Amma, əslində, bu
belə deyil. İstənilən şəxs ümumi qaydalara
əməl etməklə və əl altına lazım olan bütün
əmək alətlərini toplamaqla bu işin öhdəsindən
asanlıqla gələ bilər.
Şəkil 3də butulkavarı sifonun quruluşu
göstərilmişdir.
Sifonun quraşdırılması üçün lazım olan alətlər bunlardır (şəkil 4):
a – yastıdodaq kəlbətin;
b – montaj bıçağı;
c – vintaçan;
d – boru üçün lingli açar;
e – kipləşdirici silikon.
Şəkil 3. Butulkavarı sifonun
quruluşu: 1 – əlüzyuyana
birləşdirmə borusu; 2 – qaykalar;
3 – bərkidici ara qatları;
4 – gövdə; 5 – gövdə qapağı
(durulducu)
Şəkil 4. Sifonun quraşdırılması üçün alət və tərtibatlar
Әgər sifon axıdırsa, deməli, ya pis quraşdırılıb, ya da çirklənib, onu təmiz
ləmək lazımdır (şəkil 5). İstifadə müddəti ərzində sifonda yığılan yağ və zibil
ya mexaniki yolla, ya da müxtəlif kimyəvi vasitələrlə xaric olunmalıdır.
Yağəridici maddə kimi kaustik (yandırıcı) soda olduqca əlverişlidir. Sifonu
teztez qaynar su axıtmaqla da uzun müddət təmiz saxlamaq mümkündür. Sifo
nun mexaniki təmizlənməsi üçün vantuzdan istifadə etmək olar (şəkil 6,a).
Vantuz rezin klapan (qapaq) və dəstəkdən ibarət olan mexaniki santexnika
aləti dir. O borularda suyun hərəkətinə mane olan tullantıların və havanın
a
b
c
e
d
1
2
2
4
3
3
5
Çap üçün deyil
52
kənarlaşdırılması üçün nəzərdə tutulub. Onu mətbəx çanağının içindəki suaxı
dan dairəyə bir neçə dəfə sıxıbçəkməklə yığılıb qalmış zibili kanalizasiyaya
ötürmək olar (şəkil 6, b).
d
e
f
а
b
c
Şəkil 7. Sifonun mexaniki təmizlənmə texnologiyası
Mexaniki təmizləmə başqa yolla da aparıla bilər. Bu zaman sifonu söküb
onu bıçaq və vintaçanın köməyi ilə təmizləmək və yenidən yığmaq lazımdır.
Sifonun mexaniki təmizlənmə texnologiyası nədən ibarətdir?
1. Sifonu təmizləmək üçün açmazdan öncə suyu bağlayın. Әvvəlcədən sifo
nun altına qoymaq üçün qab hazırlayın (şəkil 7, a).
2. Sifonun dibini açın, su tam axanadək gözləyin (şəkil 7, b).
Şəkil 5. Sifonun çirklənməsi
Şəkil 6. Sifonun vantuzla mexaniki təmizlənməsi:
a – vantuz; b – sifonun vantuzla təmizlənməsi
Suyun
hündürlüyü
Sifonun dibindəki
yığıntılar
a
b
Çap üçün deyil
Sifonlar: butulkavarı sifon, dizşəkilli sifon, büzməli sifon, gövdə,
gövdə qapağı, silikon kipləşdirici, vantuz, çirkab.
53
1. Santexnikanın hansı elementləri kanalizasiya qovşağına aiddir?
2. Santexnikada sifonun rolu nədən ibarətdir?
3. Sifonun hansı növləri var?
4. Butulkavarı sifon hansı hissələrdən ibarətdir?
5. Büzməli sifon haralarda istifadə edilir?
6. Sifonun sökülməsi və yığılması zamanı istifadə edilən alətlər hansılardır?
7. Vantuz nə üçün istifadə edilir?
8. Sifon hansı üsullarla təmizlənir?
9. Tullantı sifonun hansı hissəsində yığılır?
Özünüyoxlama sualları
?
3. Sifonda yığılıb qalmış zibilləri bıçaq və yaxud vintaçanla təmizləyin (şəkil
7, c).
4. Sifonun dibinin germetik olması üçün onun yivli birləşmə yerinə
kipləşdirici silikon sürtün (şəkil 7, d).
5. Silikonu bütün birləşmə xətti boyunca gəzdirin (şəkil 7, e).
6. Sifonun dibini burub bərkitməklə yığın (şəkil 7, f).
Santexniki işlər zamanı təhlükəsizlik və sanitariya qaydaları:
• Santexniki avadanlığın təmirini yalnız böyüklərin nəzarəti altında həyata
keçir.
• Su kəməri xəttinin istənilən hissəsinin təmiri və yenisi ilə əvəz olunması
zamanı mütləq mənzilə gələn suyu kəs.
• Təmir zamanı yalnız istifadəyə yararlı alətlərdən istifadə et.
• Әyri bağlanmasın deyə yivli detalları birləşdirərkən diqqətli ol.
• Santexniki avadanlığın təmirdən sonrakı vəziyyətini yoxlayıb, su
buraxmadığına əmin olduqdan sonra suyu aç.
İşi bitirdikdən sonra əllərini yu.
!
Çap üçün deyil
İNSAN HӘYATINDA AVTOMATLAR VӘ AVTOMATİKA.
AVTOMATİK QURĞULARIN NÖVLӘRİ
VӘ ELEMENTLӘRİ
Xəyalən minilliklər bundan öncəyə səyahət edin. Təsəvvür edirsinizmi,
adicə daş, paya, ox və yayla silahlanmış qədim insan ov zamanı nə qədər
böyük çətinlik və təhlükə ilə qarşılaşıb. Sonra bu təhlükədən qorunmaq
istəyən insan onun iştirakı olmadan ov edə bilən alətlər düşünüb: cələ qurub,
özüatan qundaqlı oxyay hazırlayıb. Bu alətlər təkmilləşərək müasir dövrə
qədər gəlib çıxıb. Qədim yunanlar onlara ad da qoyub – automatas, yəni öz
özünə işləyən. Beləcə avtomat sözünün kökü lap qədimlərdən gəlib.
Avtomat (avtomatik qurğu) cihaz nədir?
Avtomat (avtomatik qurğu) cihaz insanın müdaxiləsi olmadan məqsəd
yönlü fəa liy yət göstərə bilən texniki qurğudur.
Belə cihazlardan gündəlik həyatımızda geniş istifadə edirik. Avtomatlaş
dırıl mış yığım maşınlarında və avtomatlaşdırılmış xətlərdə qəzet və jurnallar
hazır lanır, çap olunur və qablaşdırılır. Avtomatlaşdırılmış xətlərdə qida məh
sulları çəkilir, bükülür, qablaşdırılır və yerləşdirilir. Liftlər də avtomat laş
dırılıb. Artıq çoxdandır liftçi deyilən insanın xidmətindən istifadə edilmir.
Met roda bizi avtomatlaşdırılmış nəzarətçiturniket* qarşılayır. Böyük şəhər
lərdə nəqliyyatın hərəkətinə avtomatlaşdırılmış sistem (şəkil 1) nəzarət edir.
Məişətdə isə getdikcə daha çox belə cihazlara – pal
taryuyan, qabyuyan ma şınlara, soyuduculara, mətbəx
kombaynlarına, proqramlaşdırılmış radio və elektrik
cihazlarına müraciət olunur.
İstehsalatda avtomatlaşdırma insanı ağır əmək tələb
edən, sağlamlığa zə
rər vura biləcək işlərin yerinə
yetirilməsindən azad edir, əmək məhsul
darlığını
yüksəldir. Avtomatlaşdırma avtomobil, tekstil, qida
sənayesinin ayrılmaz his sə sidir.
Kənd təsərrüfatını da bu gün avtomatlaşdırılmış
qurğularsız təsəvvür etmək olmaz. Örtülü şitilliklərdə,
inkubatorlarda yumurtaların seçilməsi, yerləşdiril məsi və qablaşdırılmasında
çox çeşidli avtomatlaşdırılmış qurğular sistemi fəaliyyət göstərir.
14cü MÖVZU
54
V. ELEKTROTEXNİKİ İŞLƏR
Şəkil 1.
İşıqfor
* Turniket – jeton və kartla işləyən, fırlanan xaçvarı qurğusu olan nəzarət cihazıdır.
Çap üçün deyil
Dostları ilə paylaş: |