Texnologiya 8 Derslik 2017+ Layout 1



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə13/28
tarix14.01.2018
ölçüsü0,54 Mb.
#20719
1   ...   9   10   11   12   13   14   15   16   ...   28

41

Qarışdırılma xüsusi ucluq taxılmış drelin köməyi ilə aparılır. Adicə ağac

parçası ilə də boyanı qarışdırmaq olur. Çirklənmiş boyanı mütləq süzüb

təmizləmək lazımdır.



Divarların rənglənməsi texnologiyası nədən ibarətdir?

Rəngləmədən qabaq alətlər nəzərdən keçirilir. Fırçalar və süngərli mütək ­

kələr təmiz olmalıdır. Onların üzərində əvvəlki boyanın qalıqları qalma ma lıdır.

Fırçalar qopmuş və zəif tüklərdən təmizlənməlidir. Yoxsa onlar rəng  lə mə

səthinə yapışıb qalar. Fırçalar soyuq suda 20–30 dəqiqə isladıl malıdır. Canına

su yığmış və şişmiş fırça işlənmədən öncə silkələnməli və quru əsgi ilə silin ­

məlidir.

Yalnız bunlardan sonra rəngləməyə başlamaq olar. Әvvəlcə rəngsaz skot ­

çunun köməyi ilə rənglənən səthin sərhədləri qeyd edilir. Sonra pəncərə və

qapı qutuları, tavana bitişik səthlər örtülür. Boya rənglənən səthin perimetri

boyunca 5–10 sm enində çəkilir, yuxarı­aşağı, sağa­sola hərəkətlə sürtülür.

Son ra divarın qalan hissəsi süngərli mütəkkə ilə rənglənir (şəkil 3).

Altlığa boya tökülür, süngərli mütəkkə boyaya batırılır. Sonra altlığın

kələ­kötür səthi üzərində hərəkət etdirilən süngərli mütəkkədən artıq boya

süzülür. Rəngləmə W­şəkilli hərəkətlə yuxarı­aşağı olmaqla aparılır. Hər qat

digərini 3–4 sm örtür. Belə rəglənən divar düz və hamar səthə malik olur.



Şəkil 3. Divarın rənglənmə ardıcıllığı

 Çap üçün deyil


42

Divar kağızları, kağız, velür, tekstil, şüşəlifli, vinil, fırça, fleys,

süngərli mütəkkə, rəngsaz malası, rəngləmə.

Rəngsazlıq işlərində təhlükəsizlik qaydaları

• Rozetkalar və elektrik açarları olan yerlərə divar kağızı çəkərkən mənzilin

işığını elektrik şəbəkəsindən ayır.

• Hündürlükdə aparılan rəngsazlıq işləri zamanı etibarlı və möhkəm nərdi ­

van lardan və masalardan istifadə et.

• Yapışqandan istifadə edərkən qablaşdırmanın üzərində göstərilən qaydalara

riayət et.

• Divar kağızını çəkib qurtarandan sonra əllərini yaxşı­yaxşı yu.

• Nəfəs yollarını zədələnmədən qorumaq üçün respirator (ağız və nəfəs

borularını zəhərli maddələrdən və tozdan qoruyan cihaz) və yaxud tənzif

sarğı tax.

• Әllərin və üzün dərisini qorumaq üçün papaq, eynək, əlcək, qoruyucu krem

və s. istifadə et.

• Boya, lak, durulaşdırıcı və s. kimyəvi maddələri ağzı bağlı qablarda saxla.

• Rəngsazlıq işləri zamanı tez­tez otağın havasını dəyiş. 

• Lak boyama işlərində açıq oddan istifadə etmə.

• Rəngsazlıq işləri qurtarandan sonra otaqda lak­boyama vasitələri hopdu ­

rul muş əsgi qoyma.

1. Divar kağızı nədir?

2. Satışda hansı növ divar kağızları var?

3. Divar kağızı çəkərkən hansı alət və tərtibatlardan istifadə edilir?

4. Divar kağızı necə çəkilir?

5. Boya nə üçün nəzərdə tutulmuşdur?

6. Rəngləmə hansı alət və tərtibatların köməyi ilə aparılır?

7. Divarı necə boyamaq lazımdır?

8. Rəngsazlıq işlərində hansı qaydalara riayət edilməlidir?



Özünüyoxlama sualları

?

!

 Çap üçün deyil


TAVANIN TӘMİRİ TEXNOLOGİYASI

Alətlərdən istifadə etməyin əsaslarını bilən və hövsələli olan istənilən

şəxs öz mənzilinin tavanını asanlıqla təmir edə bilər. İstənilən binanın təmiri

məhz tavandan başlayır. Təmir üçün hansı materialların seçilməsindən asılı

olmayaraq, hazırlıq işləri eynidir. Yalnız asma və qurulma konstruksiyalı ta­

vanlardan başqa, bütün digər növ təmir aparılanda malalama tələb olunur.



Tavan təmirə necə hazırlanır?

Tavanı təmirə hazırlamaq üçün əvvəlcə onu köhnə dekorativ materialların

qalıqlarından təmizləmək lazımdır. Bunun üçün tavanın səthi dəmir rəngsaz

malası ilə qaşınır. Nahamarlıqlar suvanır və zamaskalanır. Sonrakı işlər

təmirin növündən asılı olaraq dəyişir. Müasir inşaat bazarı mənzillərin tava ­

nını təmir etmək üçün ən müxtəlif materiallar – keyfiyyətli suvaq qatışıqları,

boyalar, asma qurğular təklif edir.

Beləliklə, öz mənzilinin tavanını aşağıdakı üsullarla təmir edə bilərsən:

• tavanın malalanması və rənglənməsi;

• tavana divar kağızlarının yapışdırılması;

• tavana penopolistirol konstruksiyaların və plitələrin yapışdırılması;

• asma tavanların quraşdırılması.



Tavanın malalanma və rənglənmə texnologiyası nədən ibarətdir?

İdeal düz səthi əldə etmək üçün tavana yapışdırılmış plitələrin birləşmə

xətləri hamarlanmalıdır. Bunun üçün başlanğıc və son zamaskalama

aparılmalıdır. Bu məqsədlə tavana əvvəlcə

boya ilə astar çəkilir. Boya süngərli mütəkkə

və yaxud enli fırça ilə çəkilir və quruması

gözlənilir. İlkin zamaska otaq hərarətində

olan su ilə qatılır. Zamaskanı qarışdırma qa ­

bı na tökür və qatı yapışqan kütlə alınanadək

qarışdırırlar. Qarışdırma elektrik drelinin

pat ronuna geydirilmiş mikser ağızlığının kö ­

mə yi ilə aparılsa, daha keyfiyyətli zamas ka

alınar. Zamaska 1 sm­dən artıq plitələrarası

boş luqlara xırdagözlü rəngsaz toru vasitəsilə

çəkilir. Tor boşluq xəttinin tən ortasına

43

11­ci MÖVZU



Şəkil 1. Tavanın rənglənməsi

 Çap üçün deyil


44

yerləşdirilir və hazırlanmış zamaska materialı ilə möhkəmləndirilir. Plitə ­

lərarası boşluqlar hamarlanandan sonra bütün tavan zamaskalanır. Qurumuş

zamaska bir daha astarlanır, sonra nazik qatla son zamaskalama aparılır.

Qurumağa buraxılır. Sonda sumbata kağızı ilə hamarlanır, astar çəkilir və emul­

siya və yaxud akril* boya ilə rənglənir (şəkil 1).



Tavana kağız çəkilməsi texnologiyası nədən ibarətdir?

Tavan əvvəlki kimi təmirə ha ­

zırlanır. Yalnız ilkin zamaskalama

aparılır. İri dənəli sumbata kağızı

ilə hamarlanır və astar çəkilir. Ka ­

ğızların  yapış dı rılma  istiqamətini

hər kəs özü seçir: tavanın eninə,

yoxsa uzununa. İş aşa ğıdakı ardı ­

cıl lıqla  aparılır:

• süngərli mütəkkə və yaxud

enli fırça ilə tavana ka ğız zo­

la ğının eni, üs təgəl 10 sm ar ­

tıq yapışqan çəkilir;

• divar kağızı divardan başlayaraq çə ki lir, təmiz süngərli mütəkkə ilə

bütün uzunu boyu hamarlanır;

• kağızın kənarlarından çıxan yapışqan quru əsgi ilə silinir;

• digər kağız əvvəlkinə elə birləş 

diril 


mə 

lidir ki, yapışdırılma xətti

bilinməsin.

Çoxları tavan üçün divar kağızı seçməkdə çətinlik çəkir. 



Tavan üçün hansı divar kağızlarının seçilməsi daha məqsədə ­

uy ğundur?

Tavan üçün seçilən material yüngül, ra hat

yapışan, açıq rəng çalarlarında olmalıdır.

Məsələn, kağız əsaslı materiallar tavan üçün

daha məsləhətdir. Onlar gözəl səthə və ağ, açıq­

çəhrayı, açıq­yaşıl, mavi çalarlara malikdir.

Tavan təmirində ən əlverişli vasitələrdən

biri penopolistrol plitələrdir. Hamarlanmış

səthə malik tavan belə plitələri yapışdırmaq

üçün münbit sahədir (şəkil 3).



Şəkil 2. Tavana divar

kağızının çəkilməsi

Şəkil. 3. Tavana plitələrin

yapışdırılması

* Akril boya – poliakrilat əsaslı (metil, etil polimerləri) sudispersiyalı boya

 Çap üçün deyil


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə