Texnologiya 8 Derslik 2017+ Layout 1



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə2/28
tarix14.01.2018
ölçüsü0,54 Mb.
#20719
1   2   3   4   5   6   7   8   9   ...   28

6

I. MƏİŞƏT MƏDƏNİYYƏTİ

1­ci 

MÖVZU

XİDMӘT SAHӘLӘRİNDӘ DAVRANIŞ VӘ 

ÜNSİYYӘT MӘDӘNİYYӘTİ

Hər bir insan xidmət sahələrində davranış və ünsiyyət qaydalarını bilməli və

onlara riayət etməlidir. Bu qaydalara riayət etmək, hər kəsin olduğu kimi, siz

şagirdlərin də borcudur.



Bəs xidmət sahələrinə nə daxildir?

Xidmət sahələrinə ictimai iaşə, maliyyə, məlumat, mənzil­kommunal,

məişət, kirayə, turizm, hüquq, mehmanxana, mühafizə, tərcümə, ticarət,

nəqliyyat, səhiyyə və rabitə xidmətləri daxildir.

Qeyd etmək lazımdır ki, xidmət sahələrində ünsiyyətimizin özünə məx sus

etiket qaydaları davranış mədəniyyəti ilə qarşılıqlı əlaqədə olan ünsiyyət mə ­

dəniyyəti anlayışıdır. Davranış normalarını bilmək və onlara riayət etmək,

təmkinli olmaq, öz hərəkətlərinə nəzarət etmək, insanlara qarşı nəzakətli, diqqətli

və qayğıkeş olmaq – bir sözlə, cəmiyyətdə yaxşı tərz kimi qəbul edilmiş hər şey

insanın davranış mədəniyyətinə aid edilir və etiketlə tənzimlənir.

Davranış real (təcrübi hərəkət və rəftar şəklində) və verbal (sözlə ifadə

edilmiş) olur. Bu iki davranış növü bir­birinə uyğun olmalıdır. Yalnız sözlərdə

nəzakətli və işə yarayan insan olmaq olmaz. Mədəni insan o kəsdir ki, etik prin ­

siplər, cəmiyyətin əxlaqi normaları onun daxili əqidəsinə çevrilib. O, lazım ol ­

duğu üçün deyil, başqa cür hərəkət edə bilmədiyi üçün belə hərəkət edir.

Davranış mədəniyyəti normalarına aşağıdakılar aiddir:

• nəzakətlilik – ətrafdakı insanlarla qarşılıqlı münasibətdə mədəni və nəcib

davranış;

• ədəblilik – istənilən vəziyyətdə hamı tərəfindən qəbul edilmiş dəyərlər

çərçivəsində özünü aparmaq;

• mərifətlilik – danışıq zamanı, şəxsi və işgüzar münasibətlərdə gözlənilməsi

lazım olan ölçü hissi – «sərhədi hiss etmək» bacarığıdır ki, bu, olmadıqda sözlər

və hərəkətlər münaqişəyə səbəb ola bilər. Mərifət həm də digər insanın

reaksiyasını olduğu kimi anlamağa imkan verən daxili duyma qabiliyyətidir.

• zəriflik – insanların fərdi xüsusiyyətlərini aşkarlamaq və nəzərə almaq

bacarığı;

• təvazökarlıq – bütün hallarda öz fərdi və müsbət keyfiyyətlərini qoruyub

saxlamaq bacarığı, özünə xas olmayan xüsusiyyətlər sərgiləməmək, öz üstün­

lüyü, müsbət cəhətləri ilə lovğalıq və ədəbazlıq etməmək;



 Çap üçün deyil


7

• sadəlik – sosial pillədə kimin «yuxarıda», kimin isə «aşağıda» yerləşməsini

büruzə verməməkdir.

• dürüstlük – doğru danışmaq, verdiyi sözü yerinə yetirmək bacarığı. Bu

xüsusiyyət insanın nəinki düzgünlüyünü, həm də etibarlılığını təsdiq edir.

Sözsüz ki, insanda davranış mədəniyyəti yuxarıda sadalanan norma və hal­

larla kompleks surətdə formalaşır.

Təsadüfi deyil ki, davranış mədəniyyəti normaları siyahısında ilk pillədə

nəzakətlilik durur. Nəzakətlilik ünsiyyətin əsas şərtidir.

Ticarət xidmətləri sahəsində davranış və ünsiyyət mədəniyyəti

nədən ibarətdir?

İnsanlar mağazaya əksəriyyət hallarda konkret bir mal əldə etmək məqsədilə

yanaşı, bəzən yeni mallar və nəzərdə tutulacaq endirimlərlə bağlı məlumat və

ya satıcıdan məsləhət almaq üçün də daxil olurlar. Təbiidir ki, mağazada da

davranış digər istənilən ictimai yerlərdə olduğu kimi etiket* qaydaları ilə

tənzimlənir. Mağazada alıcı, adətən, üç kateqoriya insanla qarşılıqlı əlaqədə olur:

satıcılar, kassir və digər alıcılarla. Hamı ilə mütləq ədəblə və ümumi qəbul

edilmiş etiket normaları çərçivəsində davranmaq lazımdır.

Mağazada davranış qaydaları alıcının hansı növ ticarət mərkəzinə getdi ­

yindən asılıdır: fərdi xidmət mağazasına və ya özünəxidmət supermarketinə.

• Alış­verişə getməzdən öncə mağazada lazım olanları yada salmağa vaxt

itirməmək, bununla da digər alıcılara mane olmamaq və satıcıları işdən ayır ­

mamaq üçün bazarlığın siyahısını tərtib etmək lazımdır. Hətta mağaza evin

yaxınlığında olsa belə, oraya ev geyimində getmək olmaz.

• Mağazada davranış bir neçə ümumi qaydalarla tənzimlənir. Bu qaydaları

is tənilən alıcı istər böyük supermarket, istərsə də xırda ərzaq dükanına gi rərkən

xatırlamalıdır.

• Mağazada səs salmaq, hündürdən danışmaq və belə hərəkətlərlə özünə diq ­

qət cəlb etmək olmaz.

Hamı nəsə almaq məcburiyyətində deyil. Amma saatlarla malları əldən

keçirmək, satıcını təngə gətirmək də arzuolunan hal deyil. Yaxşı olar ki,

əvvəlcədən nələrin alınacağı müəyyənləşdirilsin və mağazada arzuolunan

məqsədyönlü və planlaşdırılmış alış­veriş edilsin.

• Alış­veriş edərkən satıcılara aldığınız malın dəyərindən əlavə pul vermək

məsləhət deyil. Yalnız ba zar larda, bukinist dükanlarında və mühasibatın ciddi

aparılmadığı aydın nəzərə çarpan digər yerlərdə qiyməti aşağı salmaq üçün

sövdələşmə aparmaq olar.

* Etiket (fransızcadan etiquette – yarlıq, etiket) – insanların cəmiyyətdə davranış normaları və qaydaları

 Çap üçün deyil



8

• Mağazaya girişdə bəzən insanların çox olması maneə yaradır. Bu halda

kimisə itələmək, çıxan alıcıların arasından içəri daxil olmağa çalışmaq lazım

deyil. Çıxanlara yol vermək, sonra isə rahat içəri girmək daha nəzakətli davranış

hesab edilir.

• Mağazanın bağlanmasına bir neçə dəqiqə qalmış, vacib səbəb olmadan içəri

girmək arzuolunan deyil.

• Bir çox iri mağazalarda, xüsusən özünəxidmət qəbul edilmiş supermar ­

ketlərdə girişdə çantaların saxlanması üçün xüsusi dolab və ya rəflər olur.

Supermarketə daxil olarkən çantanı və digər əşyaları dolaba qoymaq, bazarlıq

üçün xüsusi səbət və araba götürmək məsləhətdir. Daha sonra almaq istədiyiniz

məhsulları kassadan keçirərək bütün bazarlığın pulunu ödəmək, saxlama

dolabından çantanı götürüb mağazanı tərk etmək lazımdır. 

• Alıcılar üçün mövcud olan etiket qaydalarından başqa, satıcılar və

mağazanın digər işçiləri üçün də bəzi ədəb qaydaları nəzərdə tutulmuşdur.

İctimai iaşə sahəsində (kafelərdə, yeməkxanalarda və restoranlarda)

davranış və ünsiyyət mədəniyyəti nədən ibarətdir?

• Yeməkxana, kafe və digər bu cür yerlərə qız (xanım) birinci, oğlan (kişi)

isə onun ardınca daxil olur.

• Müasir iaşə obyektlərinin əksəriyyətində müştərilərin üst geyimlərinin, çə tir,

çanta və paketlərinin saxlanması üçün qarderob vardır. Әgər qız oğlanla gəlib sə,

onda oğlan qıza paltosunu (plaşını) çıxarmaqda və geyinməkdə kömək etməlidir.

• Qarderob olmayan yerlərdə paltarları oturacağın söykənəcəyinə qoymaq

məsləhət görülmür. Zalda bu məqsədlə qoyulmuş asılqandan istifadə etmək daha

məqsədəuyğundur.

• Çantanı masanın üzərinə deyil, döşəmə və ya dizlərin üzərinə qoymaq olar. 

• Әgər nahar zamanı işgüzar sualları müzakirə etmək lazımdırsa, içərisində

sənədlər, kağızlar olan qovluğu və ya portfeli özünüzlə götürmək olar.

• Yalnız vestibül və ya tualet otağında saç düzümü və geyimi səliqəyə salmaq

olar.


• Kafenin, restoranın və ya yeməkxananın zalına birinci oğlan daxil olmalı,

sonra bu yerin qızın xoşuna gəlib­gəlmədiyini soruşmalıdır. Digər müştəriləri

narahat etməmək və onlara toxunmamaq üçün masaların arası ilə sakit hərəkət

etmək lazımdır. Digər masalar arxasında oturanları və masaların üzərində olan

yeməkləri nəzərdən keçirmək olmaz.

• Әgər boş masalar yoxdursa, amma artıq tutulmuş masalar arxasında boş

yerlər varsa, oturmaq məsləhət deyil. Lakin yer xanımın çox xoşuna gəlmişdirsə,

əyləşmək üçün mütləq icazə almaq lazımdır. Әgər sizə icazə versələr, təşək kür

edərək xanıma oturmağa kömək etmək, sonra əyləşmək lazımdır.

• Belə yerlərdə üzü zala oturmaq daha rahat hesab edilir.

• Kişilər masa arxasında xanımların sağında, əgər masa böyük deyilsə, on­

larla üz­üzə oturmalıdırlar.



 Çap üçün deyil


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə