Texnologiya 8 Derslik 2017+ Layout 1



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə7/28
tarix14.01.2018
ölçüsü0,54 Mb.
#20719
1   2   3   4   5   6   7   8   9   10   ...   28

22

Künclü iskənələr (şəkil 2, e)

qanovcuqların kəsilməsi üçün

istifadə edilir.

Yastı çəpinə iskənələr (şə ­

kil 2, f), əsasən, həndəsi oyma

işlərinə yararlıdır. Ağac üzə rin ­

də oyma ustasının, yəni hək ka­

kın iş yeri adi masa və stul, bir

də oyma işləri üçün nəzərdə tu ­

tulmuş dülgər dəzgahı ilə təc hiz

olunur.  Dülgər  dəzga hı nın  qa pa ­

ğının hündürlüyü həkkakın dir ­

səyi səviyyəsində ol malıdır. İş

masasına işıq sağ dan və soldan

düşməlidir. Emal edilən mə mu ­

lat lar dəzgahda pazlarla və ya

vintli sıxaclarla bərkidilir.

Bədii oyma işinə salınacaq təsvirin konturlarının nişanlanması ilə baş ­

lanır. Nişanlama karandaş, diyircəkli qələm, xətkeş, pərgar, bucaqlıq, bucaq ­

ölçən və qəlibin köməyi ilə aparılır.

Eskizin yerinə yetirilməsi üçün təsvirin təbii ölçüsünü bilmək və onu qalın

kağız vərəqdə işləmək lazımdır.

Üçtərəfli qanovcuqlu oymada, naxış, adətən, adi həndəsi fiqurlar – üçbu­

caqlar, düzbucaqlar, kvadratlar, trapesiyalar, romblar və s. köməyi ilə alınır.

Ağac üzərində oyma işinə yeni başlayanlar işlənəcək təsvirin eskizini

sürətçıxarma kağızının köməyi ilə taxta lövhə üzərinə köçürüb sonra işləmə ­

lidirlər. 

Ağac üzərində bədii oymanın işlənmə texnikası nədən ibarətdir?

Oymanın işlənmə texnikasını yaxşı başa düşmək üçün nümunə olaraq

üçbucaq konturu üzrə işi nəzərdən keçirək.

İş iki əsas mərhələdən ibarətdir – batırma və kəsmə. Kəskinin burnu üç ­

bu cağın ortasına şaquli vəziyyətdə qoyulmalıdır. Bu zaman kəskinin dabanı

üçbucağın təpəsinə doğru yönəlməlidir. 

Kəskinin burnu başlanğıc üçün taxta lövhəyə 2–3 mm batırılmalı, dabanı

isə təpəyə yüngülcə toxunmalıdır. Bu üsulla üçbucağın digər təpələri də

işlənməlidir. İş zamanı bıçağı deyil, məmulatı çevirmək lazımdır. Batırmadan

sonra kəsmə əməliyyatı başlanır. Bıçağın kəsici ucu üçbucağın təpəsinə qoyu­



Şəkil 2. Ağac üzərində oyma işləri üçün 

iskənələr: a – yastı düz iskənə; b, c, d – novşəkilli 

(orta, dairəvi və yarımdairəvi) iskənələr; 

e – künclü iskənə; f – yastı çəpinə iskənə

а

b

c

d

e

f

 Çap üçün deyil


23

lur. Oymanın dərinliyindən asılı olaraq müəyyən bucaq altında (30 – 45°)

kəski aramla üçbucağın konturları boyunca batırılır. Batırma mərkəzə

getdikcə dərinləşir (2–3 sm). Sonra mərkəzdən o biri təpəyə doğru istiqamət

götürülür. Tədricən bıçağa təsiri zəiflətmək şərtilə kəski məmulatın səthinə

çıxarılır. Dəqiq və düzgün oyma aparılarsa, lövhədən oyulub götürülmüş

hissə piramidaya bənzəməlidir.

Bütün qanovcuqlar çəpinə iskənə

ilə kəsilir. Kəsmə əməliyyatı əvvəlcə

taxta liflərinin uzununa (şəkil 3, a),

sonra isə eninə (şəkil 3, b) aparılır.

Xüsusi qeyd etmək lazımdır ki, üç ­

tərəfli çuxurlu oymanın aparılması za ­

manı çəpinə iskənə şaquli vəziy yət də

tutulur və üçbucaqların tərəfləri tə pə ­

dən mərkəzə doğru kəsilir. Üçbu cağın

təpəsində açılan dərin kəsik mərkəzə

doğru dayazlaşır və sonda sıfır dərin ­

liyə qədər azaldılıb çıxarılır. Çəpinə

iskənə sağ əldə tutulur (şəkil 4). İskənənin kəsən ucunun

burnunu nişanlanmış xəttin üzərinə qoyub özünə tərəf

bir qədər əyir və elə bu istiqamətdə kəsirlər.

Şəkil 5­də iskənə ilə tək və qoşa əllə işləmə tex ­

nikası göstərilib. Әyri qatların kəsilməsi üçün iskənə

ya sağa (şəkil 5, a), ya da sola doğru 30 – 40° bucaq

altında əyilir. Әvvəlcə sağa doğru əyilmiş iskənə ilə

sağ qatlar, sonra isə sola doğru əyilmə ilə sol (şəkil 5,

b) qatlar kəsilib götürülür (bu zaman nişanlama xəttini

kəsib keçmək olmaz).



Şəkil 3. Üçbucağın konturlarının

kəsilməsi: a – liflərinin uzununa; 

b – liflərinin eninə

а

b

Şəkil 4. Alətin oyma

zamanı əldə tutulma və

işləmə istiqaməti

Şəkil 5. İskənə ilə kəsmə üsulları: a – tək əllə sağa doğru əyərək; b – iskənənin

kəsmənin sonundakı vəziyyəti; c – sola doğru əyərək; d – qoşa əllə

а

b

c

d

 Çap üçün deyil


24

Kəsmə aramla, ehtiyatla, iskənəyə eyni bərabərdə təzyiq verməklə apa ­

rıl malıdır. İskənə sağ əllə möhkəm tutulmalıdır. Liflərin istiqaməti boyunca

hərəkəti tənzimləmək üçün arada bir sol əlin köməyindən istifadə edilməlidir



(şəkil 5, d).

Sadə işləmə üsullarına yiyələnməklə ağac üzərində daha mürəkkəb

təsvirləri yerinə yetirmək mümkündür.

Təhlükəsizlik qaydaları 

•  İskənə və oyma bıçaqları təhlükəli kəsici alətlərdir. Onlarla iş zamanı

ehtiyatlı ol.

•  Sol əlini kəsici alətin yaxınlığında saxlama.

•  İskənə və oyma bıçaqları ilə iş zamanı artıq güc sərf etmə.

•  İskənənin dəstəyinə zərbə endirmək lazım gələndə onu sol ələ ötür,

taxta çəkici sağ əlində tut, iskənəni kəsim nöqtəsinə qoyub yüngülcə

vur.


•  İskənə və oyma bıçaqlarını dəzgahın yeşiklərində və yaxud rəfdə xüsusi

arakəsmələrdə saxla.



Tiyəsi çəpinə bıçaq, naxış bıçağı, yastı düz iskənə, novşəkilli

iskənə, künclü iskənə, yastı çəp iskənə, çəpinə iskənə, naxış.

PRAKTİK İŞ

HӘNDӘSİ OYMA ELEMENTLӘRİNİN YERİNӘ

YETİRİLMӘSİ. ÜÇBUCAQ

1. Müəllimin verdiyi pəstaha üçbucağın təsvirini çək.

2. Oymanı yerinə yetirmək üçün bıçağı  sağ əlində rahat və sərbəst tut.

3. Bıçağı bucaq altında tutaraq oymanı yerinə yetir.



!

1. Ağac üzərində oyma hansı alətlərin köməyi ilə aparılır?

2. Tiyəsi çəpinə bıçaq naxış bıçağından nə ilə fərqlənir?

3. İskənələrin hansı növləri var?

4. İskənələr bir­birindən nə ilə fərqlənir?

5. İskənə ilə iş hansı mərhələlərlə aparılır?

6. Oyma üçün pəstahda nə ilə və necə nişanlama aparılır?

7. Üçbucaqlı kəsiklər necə açılır?

8. Ağac üzərində oyma alətləri ilə iş zamanı hansı təhlükəsizlik qaydalarına

riayət edilməlidir?



Özünüyoxlama sualları

?

 Çap üçün deyil


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə