Texnologiya 8 Derslik 2017+ Layout 1


Üzgəcli mexanizmin nasazlığının aradan qaldırılması texnologiyası



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə15/28
tarix14.01.2018
ölçüsü0,54 Mb.
#20719
1   ...   11   12   13   14   15   16   17   18   ...   28

48

1. Üzgəcli mexanizmin nasazlığının aradan qaldırılması texnologiyası.

Әgər axıdıcı çənə tökülən su tez axıb gedirsə, bunun səbəbini üzgəcli me ­

xanizmdə axtarın. Bu mexanizmin sıradan çıxma səbəbləri müxtəlif cür ola bilər:

• axıdıcı qapağın sıradan çıxması – qapağı dəyişmək tələb olunur.

• axıdıcı qol əyilib – onu əvvəlki vəziyyətinə qaytarmaq lazımdır.

• üzgəcli mexanizm sıradan çıxıb. Üzgəcli mexanizm uzunmüddətli istismar

zamanı çat verə bilər. Belə olan halda çatdan onun daxilinə su sızır və o

batır, bununla da üzərinə düşən işi yerinə yetirə bilmir və onu yenisi ilə

əvəz etmək lazım gəlir.

2. Axıdıcı çənin su saxlamadıqda boltlarının dəyişdirilməsi.

Ayaqyolunun axıdıcı çənindən su lazımi yerə deyil, döşəməyə

tökülür sə, təmir necə aparılmalıdır?

Belə qüsur olarsa, deməli, polad

boltlar çürüyüb. Çünki onlar axıdıcı

çəni unitaza birləşdirir. Bu qüsur mey­

dana gəlibsə, təzə boltlar alıb onları

dəyişdirmək lazımdır (şəkil 3).



Əgər su arasıkəsilmədən uni­

taza axırsa, nə etmək la zım dır?

Әgər su arasıkəsilmədən axıb ge ­

dirsə və çəndə lazımi həcmdə yığıl ­

mırsa, belə olan halda suya qənaətdən

söz gedə bilməz.

Belə olan halda axıntının qar ­

şısını almaq üçün axı dıcı çən

necə təmir olun malıdır?

Әgər bu nasazlıq yaranıbsa, demə ­

li, sifonun pərdəsi köhnəlib və dəliyi

kip bağlaya bilmir. Nasazlıq sifonun

köhnə pərdəsini yenisi ilə əvəz etmək ­

lə aradan qaldırılır (şəkil 4).

Pərdənin dəyişdirilmə texno lo gi yası aşağıdakılardan ibarətdir: axıdı cı çənin

suyu boşaldılır, o qola birləşdirilir, bərkidici qayka burulub bərkidilir.



Axıdıcı çənin armaturu necə dəyişdirilir?

Әgər armaturu yararsız hala salan xırda hissələr ilə çalışmaq həvəsi yox­

dursa, onu bütünlüklə dəyişdirmək olar (şəkil 5). 

Şəkil 3. Boltların dəyişdirilməsi

Şəkil 4. Pərdənin yenisi ilə əvəzlənməsi

 Çap üçün deyil



49

Axıdıcı çənə armatur qoyulması texnologiyası (şəkil 6):

• Axıdıcı qurğuya rezin aralıq qatı qoyulur.

• Qurğu axıdıcı çənə yerləşdirilir və plastmas qayka ilə burulub bərkidilir.

• Birləşdirici boltlara plastmas və yaxud dəmir şaybalar və rezin aralıqlar

geydirilir. Boltlar deşiklərə taxılır.  Digər tərəfdən şayba geydirilir və qayka

bərkidilir.

• Plastmas qaykaya bərkidici rezin halqa geydirilir (şəkil 7). Yeni rezin halqa

istifadə edilərsə, onu kipləşdirmək tələb olunmur. Әgər istifadədə olmuş rezin

halqa işlədilərsə, bütün birləşmə hissələrinə kipləşdirici maddə çəkilir.



Şəkil 5. Axıdıcı çənin 

armaturu

Şəkil 6. Axıdıcı çənə

yeni armaturun

quraşdırılması

Şəkil 7. Axıdıcı çənin

quraşdırılması

1. Mənzilin su təchizatı dedikdə nə başa düşülür?

2. Mənzilin su təchizatı hansı elementlərdən ibarətdir?

3. Sanitar­texniki armaturun tərkib hissələri hansılardır?

4. Axıdıcı çənin hansı elementləri var?

5. Üzgəcli mexanizm necə təmir edilir?

6. Su saxlamayan axıdıcı çənin təmiri texnologiyası necədir?

7. Sifonun pərdəsi hansı hallarda dəyişdirilir?

8. Pərdəni necə dəyişmək olar?

9. Axıdıcı çənə yeni armatur qoyulması texnologiyası hansı mərhələlərdən

ibarətdir?

Özünüyoxlama sualları

?

Su təchizatı və kanalizasiya sistemi, sanitar­texniki armatur,

axıdıcı çən, buraxıcı (doldurucu) armatur, qapaq, qol, pərdə, kip ­

ləşdirici halqa.

 Çap üçün deyil



SANTEXNİKA SİSTEMİ ELEMENTLӘRİNİN 

TӘMİRİ TEXNOLOGİYASI. SİFON

Hər bir mənzilin sakinləri su kəməri xətl ə ri ­

nin köməyi ilə içməli su əldə edir, kanalizasiya

vasitəsilə çirkab suları axıdırlar.

Әgər vanna otağında, mətbəxdə və ayaq yo ­

lunda çanağın altına baxsaq, oradakı boru diq qə ­

ti mizi cəlb edər. Bu boru çirkab sularını kana  li­

zasiyaya axıdır. Bu boru  elə qatlanıb ki, məsələn,

əlüzyuyandan tökülən su əvvəlcə aşağı enir, sonra

bir qədər yuxarı qalxır və yalnız bundan sonra ye ­

ni dən kanalizasiyaya axır (şəkil 1). Məhz elə bu,

əyilmiş borusu olan qurğu sifon adlanır.



Sifon nəyə xidmət edir?

Sifonun əsas təyinatı kanalizasiya qazlarının mənzilə dolmasının qarşısını

almasıdır. Onun xidməti sayəsində vanna otağının və mətbəxin havası təmiz

qalır. Bu bükülmüş hissə boru kəsiyidir. Onun bükük hissəsində çanaqdan tökü ­

lən su bir anlıq dayanır. Yaranan bu hidrosipər kanalizasiyadan gələn qazla rın

qarşısını alır, onların mənzilə daxil olmasını əngəlləyir. 



Bəs sifonun hansı növləri var?

Santexnika sifonlarının bir neçə növü var: butulkavarı, dizşəkilli və büzməli

sifon.

Butulkavarı sifon (şəkil 2, a), adətən, vanna otağında və mətbəxdə quraş ­



dırılır. O, kolbaşəkilli görünüşə malikdir. Onun suaxıdan borusunun bir başı

kanalizasiyaya, digəri isə çanağa birləşdirilir. Zaman keçdikcə kolbanın dibində

(gövdənin qapağında) zibil yığılır və elə bu səbəbdən onu tez­tez təmizləmək

lazım gəlir.

50

13­cü MÖVZU

Şəkil 1. Əlüzyuyanın quruluşu: 

1 – suqarışdırıcı; 2 – çanaq; 

3 – sifon

Şəkil 2. Sifonun növləri: a – butulkavarı; b – dizşəkilli S­varı;

c – büzməli; d – U­şəkilli

a

b



c

d

1



3

2

 Çap üçün deyil




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə