Texnologiya 8 Derslik 2017+ Layout 1



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə11/28
tarix14.01.2018
ölçüsü0,54 Mb.
#20719
1   ...   7   8   9   10   11   12   13   14   ...   28

9­cu MÖVZU

35

IV. SADƏ TƏMİR İŞLƏRİ



MӘNZİLDӘ APARILAN TӘMİR İŞLӘRİNİN TEXNOLOGİYASI.

DİVARLARIN İŞLӘNMӘSİ

Mənzilin təmirində əsas yeri rəngsaz işləri tutur. Təmir zamanı aparılan

rəngsaz işləri səthin işlənməsi, divar kağızlarının yapışdırılması və rəngləmədən

ibarətdir.



Divarların və tavanın işlənmə texnologiyası hansı mərhələlərlə

aparılır?

Divarların işlənməsi bir neçə mərhələdən ibarətdir: köhnə rəngin və divar

kağızlarının təmizlənib çıxarılması, malalama və zamaskalama*.

Təmir işləri aparılarkən divarlardan, qapı və pəncərə çərçivələrindən köhnə

yağlı boyanı qaşıyıb təmizləmək lazımdır. İstismar müddəti boyunca bəzən elə

olur ki, yuxarıda sadalananlar bir neçə dəfə üst­üstə rənglənir və belə qalın rəng

qatı məmulatın formasını və xarici görünüşünü korlayır. Elə ona görə də təmir

işinə bərkiyib qalmış rəng qatlarının çıxarılması ilə başlamaq lazımdır. Müxtəlif

materiallardan hazırlanmış məmulatlardan rəngin çıxarılması bir neçə üsulla

aparılır. Bu üsullar materialın növündən asılı olaraq seçilir. 

Köhnə rəngin çıxarılma üsulları bunlardır: rəngin mexaniki üsulla çıxarıl ­

ması,  rəngin termik üsulla (qızdırılma vasitəsilə) çıxarılması, rəngin kimyəvi

tər kiblərin tətbiqi ilə çıxarılması.

Rəngin mexaniki üsulla çıxarılması olduqca sadədir. Bu üsul üçün lazım

olan əmək alətləri rəngsaz malası və rəngsaz qaşıyıcısıdır (şəkil 1, a, b).



Rəngin termik üsulla çıxarılması. Bəzən yağlı boyanı yalnız termik üsulla

çıxartmaq olur. Bu iş üçün inşaat feni lazımdır (şəkil 1, c). Bu elektrik cihazının

köməyi ilə divar boya qabarıb qat­qat çıxana qədər qızdırılır. Belə halda divar

soyumamış isidilib yumşalmış rəngi qaşıyıb təmizləmək lazımdır. 

Qabarmış boyanı qaşımaq üçün isidilmiş ləkənin ölçüsündə olan rəngsaz

malasından istifadə edilir. Alətin dəstəyi qızdırılmadan qorunmalıdır. 



Şəkil 1. Rəngin çıxarılma üsulları: a, b – mexaniki, c – termik

а

b

c

rəngsaz 

malası

rəngsaz 

qaşıyıcısı

Zamaska – ixtiyari bir əşyaya sürtmək üçün maddə, material (suvaq, mala)



 Çap üçün deyil


36

Şəkil 2. Malalama işləri üçün alətlər: a – künyə; b – kəmçə; c – taraz; 

d – divarın malalanması

а

b

c

d

Rəngin kimyəvi üsulla çıxarılması. Rəngin bu üsulla təmizlənməsi xüsusi

kimyəvi məhlulların köməyi ilə həyata keçirilir. Xalq arasında belə məhlullar

«yuyucu»lar adlanır. Bu məhlulların təsiri altında termik emalda olduğu kimi

bo ya qabarır və yumşalır. Yuyucu məhlullar boya çəkilmiş məmulatın keyfiy ­

yə tini pozmur. Köhnə divar kağızı və boyadan xilas olmağın ən rahat yolu onla­

rın sabun məhlulu ilə isladılmasıdır.

Divar kağızının çıxarılması üçün sabun məhlulu yuxarıdan aşağı olmaqla di­

vara çəkilir. Bu əməliyyat uzun dəstəkli rəngsaz aləti – süngərli mütəkkə ilə

yerinə yetirilir. Dəstəyin uzun olması əlləri kimyəvi məhlulla təmasdan və yanıq ­

ların əmələ gəlməsindən qoruyur.

Sabun məhlulu ilə iş aparılan yerdə döşəməyə əsgi sərmək lazımdır. Divar

kağızı məhlulu tam canına çəkdikdən sonra onu çıxartmaq olar. Amma çox lən ­

gidikdə divar kağızının soyulması çətinləşir. Yapışqanlı rəngi də divardan bu üsulla

təmizləmək olar. Başqa sözlə, onu sabun məhlulu ilə yaxşıca isladıb sonra rəngsaz

malası ilə qaşı maq lazımdır. Әgər mənzilin divarları yağlı boya ilə rənglənibsə,

quruyub ya pış mış yerlər sumbata kağızı ilə təmizlənməlidir.



Malalama işlərinin texnologiyası nədən ibarətdir?

Malalama işləri künyə (çəkmə qəlibi), kəmçə və tarazın (su tərəzisi) köməyi

ilə aparılır.

Qum və sement qarışığı ilə divarın malalanması artıq keçmişdə qalıb. Onu

müasir quru sement qatışıqlar əvəz edib.

Sement qatışıqlarından həm daxili, həm də xarici malalamada istifadə edilir.

Belə qatışıqlar çox davamlı suvaq materialı olduğu üçün onlardan rütubətli

və soyuq mənzillərin malalanmasında da uğurla istifadə etmək olar.

Həm nazikqatlı (iki santimetrə qədər), həm də qalınqatlı (beş santimetrə

qədər) malalama üçün sement qatışıqları mövcuddur. Qalınqatlı malalama əsaslı

hamarlanmaya ehtiyacı olan divarlar üçün nəzərdə tutulmuşdur.

Malalama texnikası. Әvvəlcə malalama məhlulu ilə tikişlər, tavanda beton

lövhələr arasındakı aralıqlar doldurulur, sonda isə digər qüsurlar aradan qaldırılır.



 Çap üçün deyil


37

Divarlar yuxarıdan aşağı malalanır (şəkil 2, d). Malalamaya otağın daxili

künclərindən başlamaq lazımdır. Panel evlərdə malalama panellər arasındakı

araların tutulması ilə başlayır. Ardınca panellərin səthi malalanır. Hər yeni mala

qatı əvvəlki qat tam quruyandan sonra çəkilir. İlk örtücü qatın çəkilməsi üçün

ələnmiş narındənəli qum istifadə edilir. Belə malalama texnikası qüsursuz nəticə

əldə etməyə imkan yaradır. 

Malalamada dəqiq nəticə almaq üçün künyə istifadə edilir. Qapı və pəncə ­

rə lərin maili səthi çərçivələr yerləşdiriləndən sonra malalanır. 

Zamaskalama işlərinin texnologiyası nədən ibarətdir?

Zamaskalama divarın son

örtülmə sindən, yəni divar kağızı

çəkil mə sin dən  və  rəngləmədən

öncə aparılan hamarlama mər ­

hə ləsidir. Zamaska quru qatışıq

və hazır pasta halında istehsal

edilir.


Mineral zamaskalar bir qə ­

dər də nəvər, polimerlər isə da ­

ha zərif qu ruluşa malikdirlər. 

Aşağıda göstərilən alətlər

zamas kalama işlərində istifadə

edilir. Rəng saz malası zamas ­

kanın çəkilməsi və hamar lan ma ­

sı üçün işlənilir.

Rəngsaz malasının ağzı me ­

tal və rezindən olur (şəkil 3).



Divarın zamaskalanma tex ­

ni ka sı.  Әsasən, diqqəti za mas ­

kanın  ma la  üzərinə  götü rül  mə­

sinə vermək la zımdır. İşin key ­

fiyyəti  za mas ka nın böyük mala

ilə lazımi miqdarda götürül mə ­

sin dən  asılıdır  (şəkil 4).

Zamaskalama texnikası ol ­

duq ca sadədir. Zamaskanın çə ­

kil 

məsi mala 



nın düzxətli və

qövsvarı hərəkətləri ilə yerinə

yetirilir (şəkil 5, a). Adətən, düz

hərəkətlərlə divar və tavanların

küncləri, dairəvi hərəkətlərlə

bö 


yük səthlər zamaskalanır.

Şəkil 3. Rəngsaz malaları: 

a, b, c, d, e – dəmir; f – rezin

а

b

c

d

e

f

Şəkil 4. Zamaskanın böyük 

mala ilə götürülməsi

böyük mala

kiçik malanın

hərəkət istiqaməti

 Çap üçün deyil


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə