Texnologiya 8 Derslik 2017+ Layout 1



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə19/28
tarix14.01.2018
ölçüsü0,54 Mb.
#20719
1   ...   15   16   17   18   19   20   21   22   ...   28

61

PRAKTİK İŞ

İŞLӘYӘN ELEKTRİK ZӘNGİ MODELİNİN YIĞILMASI

Resurslar: elektrokonstruktor 

İşin yerinə yetirilmə ardıcıllığı:

1. Şəkil 5 və mövcud sxem üzrə elektrokonstruktorun hissələrindən işləyən

elektrik zəngi modelini yığ.

2. Zəngdəki avtomatlaşdırılmış elektrik açarının iş prinsipini aydınlaşdır. 

cəzb edir. Toxmaq zəngin qapağına

(5) vurur. Bu zaman 2 və 1

kontaktları açılır və elektrik dövrəsi

dağılır. Özək yumşalır və lövbəri

buraxır. Elektrikləşmiş kontakt 2

kontakt 1­lə birləşir və hər şey

yenidən təkrarlanır. Quruluşundan

asılı olaraq elektrik zəngləri cib

fənəri batareyası ilə və elektrik

şəbəkəsinə qoşulmaqla işləyə bilər.



Elektromaqnit, maqnit sahəsi, elektrik cərəyanı, elektromaqnit rele,

gücləndirici, idarəetmə dövrəsi, icraedici dövrə, icraedici orqan,

elektrik zəngi.

Təhlükəsizlik qaydaları

1. 


Zəngin elektrik dövrəsini qurduqda izolyasiyası zədələnməmiş

naqillərdən istifadə etmək lazımdır.

2. Yığılmış elektrik zəngi dövrəsini yalnız müəllim onu yoxladıqdan sonra

qoşmaq lazımdır.

3. Gərginlik altında olan dövrə elementlərinə toxunmaq olmaz.

4. İşi yerinə yetirdikdən sonra elektrik zəngini elektrik mənbəyindən

ayırmaq və dövrəni sökmək lazımdır.  

1. Elektromaqnit nədən ibarətdir?

2. Elektromaqnitdən harada istifadə olunur?

3. Elektromaqnit relenin hansı əsas hissələri var?

4. Elektromaqnit rele harada istifadə olunur?

5. Elektrik zəngi hansı hissələrdən ibarətdir?

6. Elektrik zənginin iş prinsipi necədir?

7. Elektrik zəngindən hansı sahələrdə istifadə edilir?



Özünüyoxlama sualları

?

Şəkil 5. Elektrik zəngi  

5

4

2

1

а

b

+



3

k

+



k

!

 Çap üçün deyil


ELEKTRİK MÜHӘRRİKLӘRİ

Elektrik mühərrikləri icraedici mexanizmlərdə avtomatlaşdırılmış

qurğuları hərəkətə gətirmək üçün istifadə edilir.

İstehsalatda və məişətdə elektrik mühərrikləri dəzgahları, mexanizmləri,

tramvayları, trolleybusları, elektrovozları, cihazları, oyuncaqları və s.

hərəkətə gətirir. Mühərriklərin başqa növləri (buxarla işləyən, daxiliyanma

mühərrikləri) ilə müqayisədə elektrik mühərriklərinin çox üstünlükləri var.

Elektrik mühərrikinin əsas üstünlüyü, onun faydalı iş əmsalının yüksək

olmasıdır. İşləyərkən onlar zəhərli qazlar, tüstü və buxar buraxmır, yanacaq

və su ehtiyatına ehtiyac duymur, istənilən yerdə (divarda, tramvay və trol­

leybusun döşəməsi altında, maqnitofonun gövdəsində və s.) quraşdırıla

bilirlər.



Elektrik mühərriki nədir?

Elektrik mühərriki elektrik enerjisini mexaniki enerjiyə çevirən elektrik

maşınıdır.

Elektrik mühərrikləri aşağıdakı əlamətlərinə görə təsnif edilir: fırlanan

maqnit sahəsinin alınma üsuluna görə (kollektorlu – kollektorsuz), istifadə

olunan cərəyanın növünə görə (sabit, dəyişən), fazaların miqdarına (bir və

ya üçfazalı) və gücünə görə.

İstehsalatda və məişətdə ən geniş istifadə olunan kollektorlu elektrik

mühərrikləridir. Kollektorlu mühərriklər elektrik enerjisini mexaniki enerjiyə

çevirdiyi kimi mexaniki enerjini də elektrik enerjisinə çevirə bilər. Deməli,

o həm mühərrik kimi, həm də generator kimi işləyə bilər.

Kollektorlu elektrik mühərrikinin iş prinsipi necədir? 

Fizika qanunlarına əsaslanaraq demək olar ki,

maqnit sahəsində olan naqilə elektrik cərəyanı

buraxdıqda ona cərəyan ətrafında yaranan maqnit

sahəsi ilə sabit maqnit sahəsində yaranan qar şı lıqlı

qüvvə təsir etməyə başlayacaq. Sol əl qay da sına

görə (şəkil 1) maqnit sahəsi N şimal qüt bün dən S

cənub qütbünə doğru istiqamətlənib. Әgər ovucu

şimal qütbünə, dörd barmağı isə naqildəki cərə ­

yana doğru yönəltsək, onda böyük barmaq naqilə

təsir edən qüvvənin istiqamətini göstərər.

Cərəyan keçən naqilin maqnit qütbləri arasın ­

da davamlı hərəkətini təmin etmək üçün onu çər ­

62

16­cı MÖVZU



Şəkil 1. Sol əl 

qaydası

 Çap üçün deyil


63

çivə şəklinə salırlar. Bu çərçivənin hər iki

tərəfinə maqnit eyni anda, amma əks

istiqamətlərdə təsir göstərəcək: çərçivənin bir

tərəfini cəzb edəcək, digər tərəfini itələyəcək

(şəkil 2). Yarım dövrdən sonra çərçivə

dayanacaq. Çər 

çivənin eyni istiqamətdə

hərəkətini təmin et mək üçün isə həmin an

oradakı cərəyanın istiqamətini dəyişmək,

daha dəqiq desək, mən bədən cərəyan götürən

naqillərin ucları 

nın yerini dəyişmək lazım

gələcək. Bu, kol 

lek 


torlu mühərrikin işinin

əsasıdır. 

Çərçivədə cərəyanın istiqamətinin avto ­

ma tik dəyişdirilməsi üçün xüsusi dəyişdirici

açar – kollektor (şəkil 3) quraşdırılıb. O, iki

yarımdairəvi kontakt lövhədən ibarətdir. Çər ­

çivənin hər çıxışı ayrıca yarımdairəyə lehim ­

lənib.


Kollektora iki elastiki metal lövhə (fırçalar)

sıxılıb ki, bu lövhələr də enerji mənbəyinə

naqil lər  vasi təsilə  qoşulub

Kollektorlu mühərrikin quruluşunu nəzər ­

dən keçirək (şəkil 4).

Şəkil 2. Kollektorlu 

mühərrikin iş prinsipi

Şəkil 3. Elektrik mühərrikinin

kollektoru

Şəkil 4. Kollektorlu elektrik mühərrikinin quruluşu:

a – ümumi quruluşu; b – kollektorun mis lövhələri

a

b

 Çap üçün deyil



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə