Texnologiya 8 Derslik 2017+ Layout 1



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə22/28
tarix14.01.2018
ölçüsü0,54 Mb.
#20719
1   ...   18   19   20   21   22   23   24   25   ...   28

70

PRAKTİK İŞ

MӘİŞӘT SOYUDUCUSUNUN QURULUŞU 

VӘ İŞ PRİNSİPİ İLӘ TANIŞLIQ

Resurslar: Soyuducu və dondurucu aqreqatın şəkilləri, soyuducunun is­

tismar qaydaları kitabçası.

1. Təhlü kə sizlik qaydalarına diqqət ayırmaq şərtilə soyuducunun istismar

qaydaları kitabçasını diqqətlə oxu, onun texniki göstəricilərini yaz.

2. Soyuducunun iş prinsipinə və quruluşuna diqqət yetir.

3. Soyuducunun yüklənmə qaydasını və ondan istifadə üsullarını, mümkün

nasazlıqlarını və onların aradan qaldırılma yollarını nəzərdən keçirt.



Soyuducunun istismarı zamanı elektrik təhlükəsizliyi qaydaları

1. Soyuducunu elektrik şəbəkəsinə qoşmazdan əvvəl onun çəngəl və şnurda

izolyasiya pozulmasını yoxla.

2. Soyuducunun gövdəsində qısa qapanma olduqda, onu şəbəkədən ayır və

nasazlığı aradan qaldırmaq üçün usta çağır.

3. Soyuducuya və yerlə təbii birləşməsi olan qurğulara (qaz pilətəsi, qızdırıcı

radiator, su kəməri kranı və s.) eyni zamanda toxunma.

4. Soyuducunun daxilini və xaricini qaydaya salmaq, onun altındakı dö ­

şəməni yumaq, nasazlıqları aradan qaldırmaq üçün elektrik çəngəlini mütləq

şəbəkədən ayır.

5. Rütubət və cərəyan keçirən döşəməli (metal, torpaq, dəmir­beton) otaq ­

larda soyuducuların istismarı qadağandır. Yanğından mühafizə məqsədilə

soyuducuda gücü 15 vt­dan çox olan lampa quraşdırmaq qadağandır.

1. Məişət soyuducuları nə üçün nəzərdə tutulmuşdur?

2. Sənayedə hansı növ soyuducular istehsal edilir?

3. Kompressiyalı soyuducunun quruluşu necədir?

4. Soyuducunun əsas hissəsi hansıdır?

5. Dondurucu aqreqat nədən ibarətdir?

6. Freon hansı funksiyanı daşıyır?

7. Dondurucu aqreqatın iş prinsipi nədən ibarətdir?

8. Drosselləşdirmə nədir?

9. Soyuducunun istismarı zamanı hansı təhlükəsizlik qaydalarına riayət etmək

lazımdır?

Özünüyoxlama sualları

?

Soyuducu, istilik keçirməyən kamera, soyuducu kamera, kompres­

siyaedici, absorbsiyalı, termoelektrik, istilik tənzimləyicisi, kondensasiya,

buxarlandırıcı, kompressor, freon, qurutma kanallı filtr, kapilyar boru

kəməri, drosselləşdirmə.

!

 Çap üçün deyil



MӘİŞӘT TOZSORANININ QURULUŞU 

VӘ İŞ PRİNSİPİ

Məişət tozsoranları (şəkil 1) nisbətən kiçik

ərazilərdə: mənzillərdə, ofislərdə, sinif və

auditoriyalarda, kafe və restoranlarda tullan ­

tıların, tozun yığılması üçün nəzərdə tutul ­

muş dur. Tozsoranın davamlı işi gün ərzində

30–40 dəqiqədən artıq olmamalıdır. Әks halda

bu təmizləmə qurğusu tez sıradan çıxar və

işləmə müddətini başa vurar.

Tozsoran nədir?

Tozsoran hava kütləsi vasitəsilə tozu və tullantılarını sorub, təmizləmək

üçün qurğudur. Sorulan toz və çirk tozsoranın tozluğunda yığılır və mütəmadi

olaraq oradan kənarlaşdırılır. 

Müasir tozsoranlar  tozluğun quruluşuna görə fərqlənirlər:

1. Kisəli tozsoran – bu tozsoranlara təmizləmə zamanı tozu, çirki və başqa

xırda hissəcikləri  süzgəcli kisəyə toplayan  modelləri aid edirlər.

2. «Siklon» tipli  tozsoran – bu tozsoranlarda tozun yığılması üçün kisə

yoxdur, əvəzində toz mərkəzdənqaçma qüvvələrinin hesabına hava selindən

ayrılır  və çıxarıla bilən xüsusi konteynerə yığılır.

3. Su süzgəcli  tozsoran – bu  növ tozsoranlarda  təmizləmə  havanın  su

olan qaba  püskürdülməsi  yolu ilə  həyata  keçirilir.

Məişət tozsoranının gücü 2000 vatdan artıq olmur. Turbinlərinin fırlanma

tezliyi 18–22000 dövr/dəq. arasında dəyişir. Məişət tozsoranının tullantı

yığan kisəsinin tutumu 1,5–1,8 kiloqramdan artıq olmur. Kisə parça material ­

dan hazırlanır. Məişət tozsoranı, adətən, kiçikölçülü, yığcam olur və mənzildə

az yer tutur. İstismar qaydalarına riayət edilərsə, tozsoranın işləmə müddəti

3 ildən 5 ilə qədər ola bilər.

Məişət tozsoranı hansı hissələrdən ibarətdir?

Məişət tozsoranı gövdədən və şəkil 2­də göstərilmiş digər hissələrdən

ibarətdir.

Tozsoranın mühüm hissələrindən biri tozluqdur (şəkil 3). Təmizlik işləri

aparılan zaman tozsoranın sorduğu zibil, toz və çirk burada toplanır.

Tozluğun əsas iki növü var:

• Dəyişilməyən parça tozluqlar həmişə tozsoranın içində qalır, zibillə

dolduğu halda çıxardılıb çırpılır və yenidən qoyulur. Dəyişdirilməyən

tozluqlar parçadan tikilir, daxilində yalnız böyük zibilləri saxlayır və

çırpılıb təmizlənərkən ətrafa sağlamlıq üçün təhlükəli toz yayır. 

71

19­cu MÖVZU

Şəkil 1. Məişət tozsoranı

 Çap üçün deyil



• Dəyişilən tozluqlar kağızdan və

qeyri­toxuculuq  məmu lat la rın ­

dan hazır lanır, dolanda çıxar dı ­

lıb yenisi ilə əvəz edilir.



Məişət tozsoranının iş prin­

sipi necədir?

72

Tozsoranın iş prinsipi olduqca



sadədir  (şəkil 4). Bu məişət cihazı üç

əsas tərkib hissəsindən ibarətdir. Elek­

trik mühərriki və nasosun kömə yi ilə

tozsoranın şotkası altında dövr edən

hava tozu və çirki sorur (şəkil 4,a),

sonra filtrin kö məyi ilə sorulmuş hava

tozdan tə mizlənir (şəkil 4,b). Tozso ­

ranın gördüyü işin mahiyyəti budur.

Tozsoranların ən müxtəlif növləri yal ­

nız bu işə xidmət edir. Onlarda müx ­

təlif filtrlərdən və nasoslardan istifadə

etmək olar, amma bu zaman görülən iş

dəyişmir. Dəyişən yalnız işin key 

­

fiyyəti ola bilər.



Tozsoranın ən başlıca elementi

onun filtridir. Yaxşı filtri olmayan toz­



Şəkil 4. Məişət tozsoranının iş prinsipi:

1 – dəyişilən və ya dəyişilməyən 

tozluq; 2 – mühərriki tozdan müdafiə fil­

tri; 3 – son təmizləmə filtri

Şəkil 3. Tozluqlar: a – dəyişilməyən

(parçadan hazırlanmış); 

b – dəyişdirilən (kağızdan hazırlanmış)

Şəkil 2. Məişət tozsoranının quruluşu

1 – buraxılış filtri (incə təmizləmə filtri);

2 – tozsoranın gücünü dəyişdirmə düyməsi;

3 – buraxıcı tor;

4 – şnurun burulub yığılma qurğusu;



– 

elektrik mühərriki (sorucu nasosu

hərəkə tə  gətirir);

6 – tozsoranı söndürüb­yandırma düyməsi;

7 – mühərriki tozdan müdafiə filtri (mühər ­

rik filtri);

8 – hava nasosunun gövdəsi;

9 – tozun yığılması üçün kisə (tozluq);

10 – şlanqın boğazlığı;

11 – tozsoranın gövdəsi (açılan qapaqla);

12 – kisənin doldurulma indikatoru;

13 – tozsoran üçün ucluqlar

3

2



1

13

а



а

b

b

mühərrik


 Çap üçün deyil


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə