Texnologiya 8 Derslik 2017+ Layout 1



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə18/28
tarix14.01.2018
ölçüsü0,54 Mb.
#20719
1   ...   14   15   16   17   18   19   20   21   ...   28

58

1. Hansı qurğular avtomat adlanır?

2. Məişətdə rast gəldiyiniz avtomatlaşdırılmış qurğular hansılardır?

3. İstehsalatda avtomatlaşdırılma bizə nə verir?

4. Avtomat qurğulardan istifadə hansı hallarda daha məqsədəuyğundur?

5. Sən avtomat qurğuların hansı növləri ilə tanış oldun?

6. Avtomat nəzarət qurğuları hansı məqsədlə istifadə edilir?

7. Avtomat mühafizə qurğuları hansı funksiyanı yerinə yetirir?

8. Avtomat idarəetmə qurğuları hansı məqsəd üçün nəzərdə tutulub?

9. Avtomat tənzimləmə qurğuları hansı funksiyanı yerinə yetirir?

10. Avtomat qurğular hansı əsas elementlərdən ibarətdir?

Özünüyoxlama sualları

?

Avtomatlaşdırılmış qurğu, avtomat, texnoloji proses, avtomat laş ­

dırılmış qurğuların növləri, avtomatlaşdırılmış (nəzarət, müha ­

fizə, tənzimləmə, idarəetmə) qurğuları, diyircəkli yastıq.

Bu qurğunun əsas vəzifəsi çəndə olan mayenin miqdarı haqda məlumat

verməkdir. Bu avtomat qurğuda siqnal ötürücü üzgəcdir (6), gücləndirici –

ling (4) isə xüsusi qol (5) ilə üzgəcə bağlanmışdır.

Qabda mayenin səviy yə si nin dəyişməsi (artması və azal ması) hərəkətli

kontaktın (2) yerini dəyiş mə sinə (yuxarı və aşağı) səbəb olur. Mayenin müm ­

kün olan ən aşağı səviy yə sində kontaktlar (1 və 2) qa pa nır (qırmızı lampa

ya nır). Sə viyyə ən yük sək nöq təyə ça tanda, 2 və 3 kontaktları qapa nır (yaşıl

lampa yanır). Yaşıl və qırmızı lam pa ların işıq  lanması çəndə suyun sə viy ­

yəsinin yüksək və ya alçaq olmasının gös  təricisidir.

Belə qurğuların siqnal lampaları rahat yerdə quraşdırılır.

PRAKTİK İŞ

Aşağıdakı təsvirləri nəzərdən keçirin və bu qurğuların hansı avtomat ­

laşdırıl mış qurğu növünə aid olduğunu müəyyənləşdirin.

Saat 

mexanizmi

Kompüterin

termoelektrik

modulu

Tikiş 

maşını

Elektrik

sayğacı

 Çap üçün deyil



ELEKTROMAQNİT RELE 

VӘ ELEKTRİK ZӘNGİ

Elektromaqnit relenin iş prinsipi və quruluşu haqqında öyrənməmişdən

öncə elektromaqnitlərin nə olduğunu bilmək lazımdır.

Elektromaqnit nə deməkdir?

Yəqin ki, sizlərdən hər biri dəfələrlə maqnitin

mis marı, sancağı və metaldan hazırlanmış digər mə ­

mulatları necə özünə çəkdiyinin şahidi olub. Bu ona

görə baş verir ki, maqnit öz ətrafında maqnit sahəsi

yaradır. Amma maqnit sahəsi təkcə maqnitin ətrafın ­

da yaranmır. Onu həm də elektrik cərəyanı vasitə silə

yaratmaq mümkündür: əgər keçirici naqilə elek trik

cərəyanı verilsə, onun ətrafında mütləq maqnit sahəsi

yaranacaq (şəkil 1). Bu sahə yalnız cərəyan keçən

müd dətdə mövcud olur. Elektrik cərəyanı verilmə ­

sini dayandıran kimi maqnit sahəsi yox olur. 

Bu sahə çox zəifdir. Onun gücünü əsaslı artırmaq üçün naqili spiral şək ­

lində burur, içliyə dolayır və yaxud metal milə – özəyə sarıyırlar. Daxi lin də özək

yerləşdirilmiş qarqara elektromaqnit adlanır.  Elektromaqnit,  daxi lin  dən  elektrik

cərəyanı keçəndə maqnit sahəsi yarada bilən qurğudur (şəkil 2).

Elektromaqnitin cəzbetmə qüvvəsi qarqaranın sarğılarının sayından və

sarğıdan keçən cərəyanın gücün dən asılıdır. Müxtəlif ölçülərdə və formalarda

elektromaqnitlər var. Onlardan

elek trik mühərriklərində, qaldırıcı

kranlarda, teleqraf və telefonlarda,

relelərdə, avtomat qurğu larda və

elektrik zənglərində istifa də edilir. 

Elektromaqnit rele nədir?

Elektromaqnit rele (şəkil 3)

elə bir cihazdır ki, onun köməyi ilə

müx təlif növ elektrik cərəyanı isti ­

fadəçiləri məsafədən idarə olunur

və yaxud ondan pilləli gücləndirici

ki mi istifadə edilir.

59

15­ci MÖVZU

Şəkil 1. Keçirici naqil

ətrafında yaranmış

maqnit sahəsi

Şəkil 2. Elektromaqnit

 Çap üçün deyil



60

Qarqaranın sarğıları (4) hesabına

yaranan elektrik sa həsinin təsiri altında

lövbərin yuxarı çiyni (3) özə yə doğ ru

dartılır. Bu zaman löv bə rin aşağı çiyni

kontakt löv hə 2­ni kontakt lövhə 1­ə

toxu na  na  qədər  itələyir.  Toxun ma

nəticəsində kontaktlar istifa 

dəçinin

qoşulduğu elektrik dövrəsini qapayır.



Cərəyan kəsiləndə lövbər kontakt lövhə 2 ilə özəkdən uzaqlaşır, 1 və 2 elektrik

kon taktları aralanır və dövrə açılır.

Elektrik siqnallarının gücləndirilməsi üçün, əsasən, gücləndirici adlan ­

dırılan xüsusi elektron sxemlərdən, pilləli gücləndirmə üçün isə artıq yaxşı

tanıdığımız elektromaqnit reledən istifadə edilir. 

Pilləli gücləndirmədə rele aşağıdakı kimi işləyir. O iki elektrik

dövrəsinə eyni vaxtda qoşulur (şəkil 4): idarəetmə dövrəsinə – az enerji

tələb edən (zəif cərəyan mənbəyi) və güclü istifadəçi hesab edilən icraedici

orqan birləşdirilmiş yüksək enerji ilə işləyən  (güclü cərəyan mənbəyi)

icraedici orqana.

Bu zaman idarəetmə dövrəsindəki cərəyanın gücünün azacıq dəyişməsi

icraedici dövrədə əhəmiyyətli dərəcədə cərəyanın yaranmasına və icraedici

orqanın hərəkətə gəlməsinə səbəb olur. Beləliklə, rele az cərəyanın köməyi

ilə böyük cərəyan axan dövrəni aça və qapaya bilir.



Elektrik zəngi nədir?

Çox geniş yayılmış cihazdır (şəkil 5, a). Bu cihazda əsas işi elektromaqnit

rele görür. Elektrik zəngi səs xəbərdaretmə (siqnalizasiya) qur ğusu olaraq

avtomatlaşdırılmış nəzarət və mü ha ­

fizə cihazlarında, həm çinin məişət ­

də, istehsalatda istifadə edilir.

Elek 

trik zəngi avtomatlaş 



dırılmış

idarəetmə qurğusudur.

Elektrik zənginin əsas hissəsi

elektromaqnitdir. Onun düyməsinə

basanda elektrik dövrəsi qapanır

(şəkil 5, b). Cərəyan elektromaqnit

sarğısından (3) keçərək özəyi

maqnitləşdirir, o da öz növbəsində

lövbərlə toxmağı (4) və kontaktı (2)



Şəkil 3. Elektromaqnit relenin quruluşu

Şəkil 4. Relenin pilləli gücləndiriciyə

qoşulması: 

1 – rele; 2 – icraedici orqan; 3 – idarəetmə

dövrəsi; 4 – icraedici dövrə

2

3

1

4

4

2

1

3

 Çap üçün deyil


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə