The Holy Bible in Azerbaijani of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey [abz] Ezekiel



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə29/35
tarix17.11.2018
ölçüsü0,61 Mb.
#80783
1   ...   25   26   27   28   29   30   31   32   ...   35

 

g

 39:11 Hamon‑Qoq ibrani dilində Qoq qoşunu. 



h

 39:17‑20 Vəhy 19:17-18 

əlindən kamanını, sağ əlindən oxlarını vurub salacağam. 

4

Sən bütün 



ordularınla, yanında olan xalqlarla birgə İsrail dağları üzərində həlak 

olacaqsan. Səni qida olmaq üçün hər cür yırtıcı quşa və vəhşi heyvanlara 

verəcəyəm. 

5

Açıq çöldə həlak olacaqsan, çünki Mən bunu söylədim, 



Xudavənd Rəbb belə bəyan edir. 

6

Mən Maqoqun və sahil ölkələrində 



əmin-amanlıq içində yaşayanların üstünə od göndərəcəyəm. Onda 

biləcəklər ki, Rəbb Mənəm.



7

Xalqım İsrailin arasında müqəddəs adımı tanıdacağam, artıq 



müqəddəs adımın ləkələnməsinə izin verməyəcəyəm. Onda millətlər 

biləcəklər ki, Mən Rəbbəm, İsraildə Müqəddəs Olanam. 



8

Budur, o vaxt 



gəlir və mütləq baş verəcək” Xudavənd Rəbb belə bəyan edir, “bu gün 

Mənim dediyim gündür.



9

Onda İsrail şəhərlərində yaşayanlar çıxıb od qalayacaq. Silahlarını, 



qalxanlarını, sipərlərini, kamanlarını, oxlarını, toppuzlarını və nizələrini 

bu odda yandıracaqlar. Onları yeddi il ərzində yandıracaqlar. 



10

Çöldən 



odun daşımayacaq, meşələrdən ağac kəsməyəcəklər, çünki silahlarla od 

qalayacaqlar. Onları qarət edənləri qarət edəcək, mallarını talan edənləri 

talan edəcəklər” Xudavənd Rəbb belə bəyan edir.

11

“O gün Duz dənizinin şərqində, Səyyahlar dərəsində Qoqa İsraildə 



bir qəbiristanlıq verəcəyəm. Orada Qoq və bütün qoşunu basdırılacaq. 

Bu yerə Hamon-Qoq 



g

 dərəsi deyiləcək. Oradan yol keçənlərin qabağı 

kəsiləcək. 

12

Ölkəni təmizləmək üçün İsrail nəsli yeddi ay onları 



basdırmaqla məşğul olacaq. 

13

Onları bütün ölkə xalqı basdıracaq. 



Mənim izzətləndiyim gün onlar üçün əlamətdar olacaq” Xudavənd Rəbb 

belə bəyan edir. 



14

“Ölkəni təmizləmək üçün adamlara iş tapşırılacaq. 



Bəziləri ölkəni dayanmadan dolaşacaq, bəziləri isə yerdə qalan cəsədləri 

basdıracaq. Yeddi aydan sonra axtarışlara başlayacaqlar. 



15

Bu adamlar 



ölkənin hər yerini dolaşacaq. İnsan sümüyü görəndə qəbirqazanlar 

onu Hamon-Qoq dərəsində basdırana qədər yanına bir nişan qoyacaq. 



16

Orada Hamona adlı bir şəhər olacaq. Beləcə ölkəni təmizləyəcəklər”.



17



h

 Sən ey bəşər oğlu, Xudavənd Rəbb belə deyir: “Hər cür quşa və 

hər cür vəhşi heyvana söylə ki, toplaşıb gəlsinlər. Sizin üçün kəsəcəyim 

qurbanın – İsrail dağları üzərindəki böyük qurbanın yanına hər 

tərəfdən yığılın. Orada ət yeyib qan içəcəksiniz. 



18

Başanın bəslənmiş 



heyvanlarının – qoçların, quzuların, təkələrin və buğaların ətini yeyib 

qanını içdiyiniz kimi igidlərin ətini yeyəcək, dünya rəhbərlərinin qanını 

içəcəksiniz. 

19

Sizin üçün kəsdiyim qurbandan doyunca yağ yeyəcək



sərxoş olunca qan içəcəksiniz. 

20

Süfrəmdə atlardan, süvarilərdən, 



igidlərdən və hər cür əsgərdən bol-bol yeyib-doyacaqsınız” Xudavənd 

Rəbb belə bəyan edir.



Yezekel 39 

1342 

 

The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation




 

i

 40:2 Vəhy 21:10-11 



j

 40:3 Vəhy 11:1; 21:15 



k

 40:5–42:20 1Pad. 6:1-38; 2Saln. 3:1-9 



l

 40:5 40-48-ci fəsillərdə işlədilən qulac xüsusi ölçüyə malik qulacdır. Adi qulacın ölçüsü 

45 sm, buradakı qulacın ölçüsü isə 53 sm-dir. 

21

“İzzətimi millətlər arasında göstərəcəyəm. Bütün millətlər onlara 



verdiyim cəzanı və üstlərinə qoyduğum əlimi görəcək. 

22

Bu gündən 



sonra İsrail nəsli biləcək ki, onların Allahı Rəbb Mənəm. 

23

Onda 



millətlər biləcək ki, İsrail nəsli öz təqsirlərindən ötrü sürgünə getdi. 

Çünki onlar Mənə xəyanət etdi, Mən onlardan üz döndərdim, onları 

düşmənlərinə təslim etdim, hamısı qılıncla həlak oldu. 

24

Murdarlıqlarına 



və üsyanlarına görə onlarla rəftar etdim, onlardan üz döndərdim”.

25

Buna görə Xudavənd Rəbb belə deyir: “Yaqub nəslindən sürgün 



olunanları indi geri qaytaracaq, bütün İsrail nəslinə rəhm edəcək və 

müqəddəs adım naminə qısqanc olacağam. 



26

Torpaqlarında əmin-



amanlıq içində yaşayanda, onları qorxudan bir kəs olmayanda 

rüsvayçılıqlarını və Mənə etdikləri bütün xəyanətləri unudacaqlar. 



27

Onları xalqlar arasından geri qaytarıb düşmən ölkələrindən topladığım 



zaman çoxlu millətin gözü önündə, onların arasında müqəddəs 

tutulacağam. 



28

Onda biləcəklər ki, onların Allahı Rəbb Mənəm. Çünki 



onları millətlər arasına sürgünə göndərdim. Amma öz torpaqlarına da 

qaytaracağam, artıq heç birini qaldığı ölkəsində qoyub getməyəcəyəm. 



29

Bir daha onlardan üz döndərməyəcəyəm, çünki İsrail nəsli üzərinə Öz 



Ruhumu tökəcəyəm” Xudavənd Rəbb belə bəyan edir».

Yeni məbəd barədə vəhy

40 


 

1

Sürgünlüyümüzün iyirmi beşinci ilində, birinci ayın onuncu 



günü, Yerusəlim şəhərinin süqutunun on dördüncü ili – həmin o 

gün Rəbbin əli mənim üstümdə idi. O məni oraya apardı. 



2



i

 Görüntüdə 

Allah məni İsrail ölkəsinə aparıb çox uca bir dağın başına qoydu. Dağın 

cənubunda şəhərə bənzər tikililər var idi. 

3



j

 Allah məni oraya apardı. 

Mən orada görünüşcə tunca bənzər adam gördüm. Onun əlində bir 

kətan ip və ölçmək üçün bir qamış var idi. O, darvazada durmuşdu. 

4



adam mənə dedi: «Ey bəşər oğlu, gözünlə görüb, qulağınla eşit və sənə 

göstərəcəyim hər şeyə yaxşı-yaxşı bax. Ona görə buraya gətirildin ki, 

bunları sənə göstərim. Gördüyün hər şeyi İsrail nəslinə bildir».

Şərq qapısı

5



k

 Mən məbədi hər tərəfdən əhatəyə alan bir divar gördüm. Ölçmək 

üçün o adamın əlində olan qamışın uzunluğu altı qulac idi. Hər qulaca 

bir ovuc uzunluq əlavə edilmişdi. 

l

 O adam divarı ölçdü: qalınlığı bir 

qamış, hündürlüyü bir qamış idi. 

6

Sonra şərqə tərəf olan darvazaya tərəf 



getdi və onun pilləkənləri ilə yuxarı qalxdı. Darvazanın kandarını ölçdü: 

 

1343 

Yezekel 39 ,  40

The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə