The Holy Bible in Azerbaijani of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey [abz] Ezekiel



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə30/35
tarix17.11.2018
ölçüsü0,61 Mb.
#80783
1   ...   27   28   29   30   31   32   33   34   35

eni bir qamış idi. Bir kandarın eni bir qamış idi. 

7

Keşikçi otaqlarının 



hər birinin uzunluğu və eni bir qamış idi. Keşikçi otaqlarının arası beş 

qulac idi. Məbədə baxan eyvanın yanındakı darvaza kandarı bir qamış 

uzunluğunda idi. 

8

Sonra o, darvaza eyvanını ölçdü: 



9

eni səkkiz qulac idi. 



Yan taxtaların qalınlığı iki qulac idi. Darvaza eyvanı məbədə baxırdı. 

10

Şərq darvazasının hər iki yanında üç-üç keşikçi otağı var idi. Üçünün 



də ölçüsü bir idi. Hər iki tərəfdə olan bölmə divarlarının da ölçüsü bir 

idi. 


11

O, darvazanın astanasının enini ölçdü: on qulac idi. Darvazanın 



uzunluğu isə on üç qulac idi. 

12

Hər iki tərəfdə olan keşikçi otaqlarının 



qarşısında bir qulac yüksəkliyində bir-bir arakəsmə var idi. Hər iki 

tərəfdə keşikçi otaqları dördbucaqlı idi. Kənarları hər tərəfdən altı qulac 

idi. 

13

Sonra o, darvazanın enini – girişləri bir-birinin qarşısında olan 



keşikçi otaqlarının arxa divarlarının arasını ölçdü: iyirmi beş qulac 

idi. 


14

Sütunları ölçdü: altmış qulac idi. Darvazanın ətrafındakı həyət 



sütunlara qədər uzanırdı. 

15

Darvazanın astanasından eyvanın sonuna 



qədər məsafə əlli qulac idi. 

16

Darvazanın içəri tərəfinin hər yanında 



keşikçi otaqlarının və bölmə divarlarının içəriyə baxan qəfəsli pəncərələri 

var idi. Eyvanlarda da belə idi. Hər yanın içəri tərəfindən pəncərələr var 

idi. Bölmə divarları üzərində xurma ağacı təsvirləri var idi.

Bayır həyət

17

O adam məni bayır həyətə gətirdi. Orada bayır həyəti əhatəyə 



alan otaqlar və daş yol var idi. Daş yol boyunca otuz otaq var idi. 

18

Darvazaların hər iki tərəfindəki daş yolun eni qapıların uzunluğu qədər 



idi. Bu, aşağı daş yol idi. 

19

O adam həyətin enini aşağı darvazadan içəri 



həyətin darvazasına qədər ölçdü: şərqdə və şimalda olan məsafə yüz 

qulac idi.



Şimal darvazası

20

O adam bayır həyətin şimala baxan darvazasının uzunluğunu və 



enini ölçdü. 

21

Buranın hər iki tərəfində üç-üç keşikçi otağı var idi. Bölmə 



divarları və eyvanları birinci darvazanın ölçüsünə bərabər idi: uzunluğu 

əlli qulac, eni iyirmi beş qulac idi. 



22

Pəncərələrin, eyvanın və xurma 



ağacı təsvirlərinin ölçüsü şərqə baxan darvazanın ölçüsünə bərabər idi. 

Oraya yeddi pillə ilə çıxırdılar, bunların qarşısında eyvan var idi. 



23

Şərq 



darvazasında olduğu kimi şimal darvazasına da baxan bir içəri həyət 

darvazası var idi. O adam bu iki darvaza arasındakı məsafəni ölçdü: yüz 

qulac idi.

Cənub darvazası

24

O adam məni cənuba doğru apardı. Orada cənuba baxan bir darvaza 



gördüm. O, darvazanın yan taxtalarını və eyvanı ölçdü: ölçüləri o 

Yezekel 40 

1344 

 

The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation




birilərinin ölçülərinə bərabər idi. 

25

O birilərində olduğu kimi bu darvaza 



ilə eyvanın hər tərəfində də pəncərələr var idi. Eyvanın uzunluğu əlli 

qulac, eni iyirmi beş qulac idi. 



26

Oraya yeddi pilləkənlə çıxırdılar. 



Bunların qarşısında eyvan var idi. Darvazanın yan taxtaları hər iki 

tərəfdən bir xurma ağacı təsviri ilə bəzənmişdi. 



27

İçəri həyətin cənuba 



baxan bir darvazası var idi. O adam bu içəri darvazadan cənuba baxan 

darvazaya qədər olan məsafəni ölçdü: yüz qulac idi.



İçəri həyətin darvazaları

28

O adam məni cənub darvazasından içəri həyətə apardı. Cənub 



darvazasını ölçdü: ölçüləri o birilərinin ölçülərinə bərabər idi. 

29

Keşikçi 



otaqlarının, bölmə divarlarının və eyvanın ölçüləri o birilərinin 

ölçülərinə bərabər idi. Darvaza ilə eyvanın hər tərəfində pəncərələr 

var idi. Darvazanın uzunluğu əlli qulac, eni iyirmi beş qulac idi. 

30

Hər 



tərəfdə uzunluğu iyirmi beş qulac, eni beş qulac olan eyvanlar var idi. 

31

Eyvanı bayır həyətə baxırdı. Darvazanın yan taxtaları xurma ağacı 



təsvirləri ilə bəzənmişdi. Oraya səkkiz pillə ilə çıxırdılar.

32

O adam məni şərqdəki içəri həyətə apardı. Oradakı darvazanı 



ölçdü. Ölçüsü o birilərinin ölçüsünə bərabər idi. 

33

Keşikçi otaqlarının, 



bölmə divarlarının və eyvanının ölçüsü o birilərinin ölçüsünə bərabər 

idi. Darvaza ilə eyvanının hər tərəfində pəncərələr var idi. Darvazanın 

uzunluğu əlli qulac, eni iyirmi beş qulac idi. 

34

Eyvanı bayır həyətə 



baxırdı. Darvazanın yan taxtaları iki tərəfdən xurma ağacı təsvirləri ilə 

bəzənmişdi. Oraya səkkiz pilləkənlə çıxırdılar.



35

Sonra o adam məni şimal darvazasının yanına apardı. O, qapını 



ölçdü: ölçüsü o birilərinin ölçüsünə bərabər idi. 

36

Keşikçi otaqlarının, 



bölmə divarlarının və eyvanının ölçüsü o birilərinin ölçüsünə bərabər 

idi. Darvazanın hər tərəfində pəncərələr var idi. Darvazanın uzunluğu 

əlli qulac, eni iyirmi beş qulac idi. 

37

Yan taxtaları bayır həyətə baxırdı. 



Darvazanın yan taxtaları hər iki tərəfdən xurma ağacı təsvirləri ilə 

bəzənmişdi. Oraya səkkiz pilləkənlə çıxırdılar.



Qurbanların hazırlandığı otaqlar

38

İçəri həyətin darvazalarındakı eyvanların yanında qapısı eyvana 



açılan bir otaq var idi. Yandırma qurbanları burada yuyulurdu. 

39

Darvaza eyvanının hər iki tərəfində iki sıra qoşa masa var idi. 



Yandırma qurbanı, günah qurbanı və təqsir qurbanı olacaq heyvanlar 

bu masaların üstündə kəsilirdi. 



40

Eyvanın bayır divarının yanında, 



şimal darvazasının pilləkənlərinin hər iki tərəfində iki sıra qoşa masa da 

var idi. 



41

Beləcə qurbanlıq heyvanları kəsmək üçün darvazanın hər iki 



tərəfində dörd-dörd olmaqla səkkiz masa var idi. 

42

Yandırma qurbanları 



üçün yonulmuş daşdan dörd masa var idi. Hər masanın uzunluğu və eni 

 

1345 

Yezekel 40

The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə