141
Ş.Əliyev
6.
Васильева М.И. Охрана права граждан СССР на здоровую
окружающую природную среду. // Вестник Московского ун-та, Серия 11:
Право. 1990. - № 6.
7.
Клюева Н.А. Обеспечение конституционного права человека на
благоприятную окружающую среду в Российской Федерации. Автореферат
диссертации на соискание ученой степени кандидата юридических наук.
Москва. 2008.
8.
Петров З. В. Экологическое право России: Учебник для вузов. – М.:
Издательство БЕК, 1998.
9.
Сучкова В.А. К вопросу о классификации экологических прав человека
// Московский журнал международного права. 2006. № 2.
10.
Фокин А.В. Экологические права и обязанности человека и
гражданина (теоретико-правовой аспект): автореф. дис.... канд. юрид. наук/А.В.
Фокин.– Волгоград, 2006.
11.
Фокин А.В. Экологические права и обязанности человека и
гражданина (теоретико-правовой аспект): Дис. канд. юрид. наук. – Волгоград,
2006.
12.
Шемшуненко Ю. С. Правовые проблемы экологии. Киев:
Наукова думка, 1989.
13.
Sərq Qapısı qəzeti. 05.06.2014.
14.
www.e-qanun.az.
15.
http://www.eco.gov.az/orxus1.php
16.
http://www.who.int/ru/
17.
http://static.un.org/content/news/dh/ru/2014/20141112-ru.pdf
18.
http://www.un.org/russian/documen/declarat/riodecl.htm
19.
http://www.unece.org/fileadmin/DAM/env/pp/documents/cep43r.pdf
20.
http://refdb.ru/look/2925239.html
21.
http://www1.umn.edu/humanrts/russian/instree/Rz1afchar.html
22.
http://www.oas.org/juridico/english/treaties/a-52.html
23.
http://lawtheses.com/
Məqalədə sosial hüquqların mühüm tərkib hissəsi olan saglam ətraf mühitdə
yaşamaq hüququnun nəzəri və praktiki problemləri təhlil edilir. Qeyd edilir ki, əlverişli
ətraf mühitdə yaşamaq hüququ - hər bir şəxs, xalqlar və bütün insanlar üçün fiziki və psixi
sağlamlığın ən yüksək səviyyəsini təmin edən Yer biosferində yaşamaq fürsətini, o
cümlədən insan fəaliyyəti nəticəsində qlobal biosfer təhlükəsini aradan qaldırılan vasitələr
sistemindən istifadə olunması imkanını bildirir.
В статье анализируется теоретические и практические проблемы право на
благоприятную окружающую среду, которая является важным компонентом
социальных прав. Отмечается, что право на благоприятную окружающую среду –
это возможность для каждого человека, народов и всего человечества
существовать при таком состоянии биосферы Земли, которое обеспечивает
наибольший уровень физического и психологического здоровья, также применять
систему средств, устраняющих глобальные опасности биосфере, вызванные
людской жизнедеятельностью.
152
ODLAR YURDU UNİVERSİTETİNİN ELMİ VƏ PEDAQOJİ XƏBƏRLƏRİ
THE SCIENTIFIC AND PEDAGOGICAL NEWS OF ODLAR YURDU UNIVERSITY
2016 - № 45
AMERİKANIN DÖVLƏTLƏŞMƏ PROSESİ
VƏ MONRO DOKTRİNASI
A.Məmmədov
Azərbaycan Dövlət İqtisad Universiteti
Bakı, Abbas Səhət 45 A
aqil.arifoglu@gmail.com
Z.Həsənov
Azərbaycan Dövlət İqtisad Universiteti
Bakı, Abbas Səhət 45 A
ziyadhan.hasanov@gmail.com
N.Mahmudova
Azərbaycan Dövlət İqtisad Universiteti
Bakı, Abbas Səhət 45 A
mahmudova.nurana@yahoo.com
Açar sözlər: Dövlət, siyasət, vətəndaş, tarix
Key words: State, policy, citizen, history
Ключевые слова: Государство, политика, гражданин, история
Elmdə, fəlsəfədə bir görüşü bir sistem içində müəyyən bir anlayışa, düşüncəyə
söykənərək meydana gətirən qanunları doktrina olaraq qeyd edə bilərik. Bu anlayışa
əlavə olaraq doktrina cəmiyyətdə hər hansı bir sahədə də mövcud ola bilməkdədir. Bu
məqalədə doktrina
dedikdə, Amerikanın dövlət başçılarının sahib olduğu
siyasi
anlayışlar və bu anlayış çərçivəsində inkişaf etdirdikləri siyasətləri, strategiyaları
nəzərdə tutulmuşdur.
Amerikanın xarici siyasət xəttinə təsir edən dörd düşüncə mövcuddur: 1) xarici
siyasətdə iqtisadiyyata birinci dərəcəli yer verilməsi fikrinə əsaslanan Hamiltonçuluq; 2)
Amerikanın əxlaqi dəyərlərinin dünyaya nümunə olması fikrini
irəli sürən Vilsonçuluq;
3) Amerikan inqilabının prinsiplərinin və ölkədaxili demokratiyanın təhlükəsizlik
siyasətindən daha dəyərli olmasına əsaslanan Cefersonçuluq; 4) vətənpərvərlik və
militarizmə əsaslanan Ceksonçuluq. (9, s. 2-3).
ABŞ-ın İngiltərəyə qarşı apardığı müstəqillik müharibəsi ilə yanaşı bir siyasi
fəlsəfə ilə qurulması, onu hər hansı bir dəyərə əsaslanmayan xarici siyasətdən
fərqləndirmiş, onun özünə inamını əhəmiyyəti dərəcədə artırmışdır. Amerikanın
İstiqlaliyyət Bəyannaməsinin dünyəvi xarakter daşıması da, ABŞ-ı dövlət kimi
formalaşdıranlarda onun özünəməxsus xarakterə malik olmağı ilə bağlı inamı
gücləndirmişdir. Bu özünəməxsus xarakterdə isə, daha çox din faktoru nəzərdə
tutulurdu, çünki din ABŞ-ın siyasi mədəniyyətinin əsaslarından birini təşkil edirdi. Bu
siyasi mədəniyyətin əsas ünsürü olan puritanlar ABŞ-ı hər cür
dini təzyiqdən azad və öz
inancları əsasında yaradacaqları bir ölkə kimi görürdülər. Hələ müstəqilliyin əldə
edilməsindən əvvəl də amerikanlar Allahı həqiqi kralları kimi görürdülər. ABŞ-ın
yaradılış fəlsəfəsində də dini və siyasi müstəqilliklərdən birinin digəri olmadan
düşünməyin mümkün olmamağı səbəbindən tamamlayıcı dəyərlər kimi qəbul
edilmişdir. ABŞ-ın yaradıcılarından biri olan Tomas Ceferson amerikalıların Allahın
seçilmiş xalqı olduğuna inanırdı. Bu səbəbdən Ceferson ABŞ-ın əsasını təşkil edən 13
koloniyanın sərhədlərinin genişləndirilməsinin son dərəcə təbii
proses olduğunu
düşünürdü. ABŞ-ın digər yaradıcılarından olan Ceyms Medison da, ABŞ-ın
yaranmasından əvvəlki mərhələni “sərt gücün hakim olduğu qaranlıq dövr” adlandırırdı.
Belə ki, daha sonra gələn prezidentlərdən Con Adams ABŞ-ın bütün Şimali Amerikaya