The series of the humanitarian



Yüklə 3,77 Mb.
səhifə17/129
tarix25.06.2018
ölçüsü3,77 Mb.
#51547
1   ...   13   14   15   16   17   18   19   20   ...   129

- 36 - 

3. C.Xəndan.  Seçilmiş  əsərləri.  Üç cilddə.  1-ci cild.  Şeirlər,  poemalar,  ədəbitənqidi  məqalələr.    

Bakı,  Çaşıoğlu  nəşriyyatı.  2010. 352 səh. 

4. Azərbaycan  ədəbiyyatı  tarixi,  üç cilddə,  1 cild,  (ən  əqdim  dövrdən  XVIII  əsrin  sonuna  qədər) 

 Az.  SSR EA Nəşriyyatı.  Bakı,  1960. 592 səh. 

5. Nüşabə Araslı.  N.Gəncəvi  və türk  ədəbiyyatı.  «Elm»  nəşriyyatı.  Bakı,  1980. 206 səh. 

6.  Azərbaycan  filologiyasının  aktual  problemləri.  (C.Xəndan  Hacıyevin  100  illik  yubileyinə  həsr 

olunmuş  elmi-nəzəri  konfransın  materialları),  XII  kitab,Bakı,  «Bakı  Universiteti»  nəşriyyatı,  2010. 

532 səh. 

 

ABSTRACT 

 

Nizami  Gəncəvi  had  achieved  his  own  opinions  short,  laconic  and  in  detail  expression  with 



the  way  using  of  figurative  names  in  the  article.  If  you  want  to  use  rich  figurative  words  correctly, 

you  must  have  an universal  knowledge,  gift  and luxurious  skill  power. 

                                  

  

 

 

NDU-nun  Elmi  Şurasının  23  yanvar  2015-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 

olunmuşdur  (protokol  №  05) 

         Məqaləni  çapa təqdim  etdi:  Pedaqogika   üzrə  fəlsəfə  doktoru, dosent 

V.Rzayev 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


- 37 - 

НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 1 (66) 



 

NAKHCHIVAN ST AT E UNIVERSIT Y

.

  С ЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 1 (66) 

 

НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 1 (66) 



 

                             

 

 

                                          SƏBUHİ İBRAHİMOV                                                                                

AMEA Naxçıvan Bölməsi       

E-mail: s.ibrahimov71 @mail.ru 

UOT:82 

MƏHƏMMƏDTAĞI SİDQİNİN ŞƏXSİ KOLLEKSİYASI  HAQQINDA 

 

Məqalədə  XIX  əsrin görkəmli maarifpərvər yazıçısı və şairi Məhəmmədtağı Sidqinin həyat və 

yaradıcılığı, pedaqoji fəaliyyəti, ədəbi düşüncələri və şəxsi kolleksiyası barədə məlumat verilmişdir. 

Şəxsi  kolleksiyada  olan  qiymətli  əlyazma  nümunələrinin  bir  hissəsi  onun  öz  əsərləri  və  digər 

əlyazmalar  isə  tanınmış  şair  və  yazıçıların  ədəbi  yaradıcılığı  ilə  sıx  bağlıdır.  Kolleksiyada 

saxlanılan  mətnlər  Naxçıvana  dair  əlyazmaların  filoloji-tekstoloji  tədqiqi  istiqamətində  aparılan 

elmi araşdırmalar üçün mühüm əhəmiyyət kəsb edir. 

 

 

 

Açar  sözlər: Naxçıvan, Sidqi, əlyazma, kolleksiya, nüsxə.   

 

Key words:  Nakhchivan, Sidgi, manuscript, collection, specimen. 

 

Ключевые слова: Нахчыван, Сидги, рукопись, коллекция, экземпляр.   

 

 

XIX  əsrin  axırı  –  XX  əsrin  əvvəlləri  Azərbaycanın  görkəmli  pedaqoqu,  yazıçı  və  şairi  Sidqi 



təxəllüsü  ilə  məşhurlaşan  Məhəmmədtağı  Kərbəlayi  Səfər  oğlu  Səfərov  1854-cü  ildə  Naxçıvanın 

dilbər  guşəsi  olan  Ordubad  şəhərində  anadan  olmuşdur.  Sidqinin  atası  əslən  Ordubadlı  Kərbəlayi 

Səfər,  anası  isə  Nəbati  xanım  olmaqla  əslən  vətəni  İran  Azərbaycanının  Üstibini  kəndindəndir  və 

Nəbatinin  yaxın  qohumlarından  olan  tanınmış  Tuti  xanımdır.  O,  ilk  təhsilini  doğma  vətəni 

Ordubadda  almış,  bir  neçə  il  İran  səfərinə  çıxmış  və  bu  müddətdə  fars  dilini  mənimsəmiş,  müqəddəs 

Məşhəd  şəhərində  olmuş,  görkəmli  yerləri  ziyarət  etmiş,  sonra  isə  İranın  Səbzvar  və  Nişapur 

şəhərlərində  yaşamış,  klassik  İran  ədəbiyyatını  dərindən  öyrənmişdir.    M.Sidqi  1831-ci  ildə 

Ordubadda  təşkil  olunmuş  “Əncüməni-şüəra”  (Şairlər  məclisi)  ədəbi  məclisinin  ən  fəal 

iştirakçılarından  Əhədağa  Şamil,  Usta  Zeynal,  Nəqqaş,  Hacı  Molla  Hüseyn  Bikəs,  Məşhədi  Həsən 

Dəbbağ,  Əttar  və  başqaları  ilə  birgə  olmuşdur.  Məclisin  ən  qaynar  dövrü  Hacı  ağa  Fəqir  Ordubadi 

dövrü  idi  ki,  bu  vaxt  Məhəmmədtağı  Sidqi  də  xüsusilə  öz  poetik  hədiyyələri  ilə  burada  iştirak 

edirdi.  XIX  əsrin  70-80-ci  illərində  məclisə  Fəqir  Ordubadi  (3,  s.  4),  daha  sonra  isə  Məhəmmədtağı 

Sidqi  (4,  s.  208)  başçılıq  edirdi.  Təşkil  olunmuş  bu  ədəbi  məclisdə  Azərbaycan  və  fars  dillərində 

olan  poetik  əsərləri  ilə  çıxış  edir,  bəzən  isə  ictimai-siyasi  məsələlərdən  söhbətlər  edirdilər.  O  dövrdə 

Naxçıvanda  ilk  müasir  kitabxanalar  yaranırdı  ki,  bunun  da  təşəbbüskarları  məhz  M.Sidqi, 

C.Məmmədquluzadə  və  bir  neçə  başqa  bu  kimi  şəxslərin  vasitəsi  ilə  həyata  keçirilirdi.  Naxçıvanda 

elmə,  təhsilə  marağın  olması  gənclərin  kitabxanalara  toplanması,  yeni  əsərlərin  oxunması,  jurnal  və 

qəzetlərin  geniş  oxucu  kütləsi  arasında  yayılmasına,  səhnəciklərin  verilməsinə  və  ümumiyyətlə 

ümummilli  əhəmiyyətli  işlərin  aparılmasına  gətirib  çıxarmışdır.  Görkəmli  maarifçi-pedaqoq 

M.Sidqi  Türkiyənin  İstanbul  və  digər  şəhərlərində  olduğu  zaman  çoxlu  lazımı  dərs  vəsaiti  və  başqa 

kitablar  əldə  etmişdir  ki, bu da məktəbdə  lazımı  qədər istifadə  olunurdu.     

 

 



M.Sidqi  mənalı  ömrünün  axırına  qədər  Naxçıvanda  işləmiş,  1903-cü  ildə  indiki  Naxçıvan 

MR  Kəngərli  rayonunun  Qarabağlar  kəndində  dünyasın  dəyişmişdir.  Mərhumun  cənazəsi  Naxçıvan 

şəhərinə  gətirilərək,  bütün  şəhər  camaatının  və  ictimaiyyət  nümayyəndələrinin  iştirakı  ilə  Naxçıvan 

qəbristanlığının  İmamzadə  deyilən  müqəddəs  bir  məkanın  astanasında  torpağa  verilərək  dəfn 

edilmişdir.  M.T.Sidqinin  əlyazma  əsərlərinin  külliyyatı,  böyük  həcmli  elmi  fəaliyyətində  onun 

ədəbi  görüşlərini  bütövlükdə  öyrənmək,  üzə  çıxarmaq  hələlik  çətindir.  Ancaq  əldə  olan  bir  sıra  əsər 

və  məqalələrinə,  başlıca  olaraq  “Nümuneyi-əxlaq”,  “Töhfeyi-benat”,  “Nəsihətnamə”,  “Əzbər 

ediləcək  hikmətli  sözlər”,  “Dilimiz  və  məktəbimiz  –  Hacı  Molla  Məhəmməd  Naxçıvaniyə  məktub” 

(5)  adlı  kitablarına  arxalanaraq,  ədibin  ədəbi-ictimai  görüşlərinin  başlıca  cəhətləri  barəsində 



Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə