- 80 -
ayrıca yaşadığı ada var. Təpəgöz zəhmətlə məşğul olmur, insanlara əzab və ziyan verməklə
məşğuldur. Polifem isə çobandır. O, insan cəmiyyəti tanımır, Təpəgöz isə bilavasitə cəmiyyətdə
yaşayır.Təpəgöz müxtəlif silahlardan istifadə edərək vuruşa bilir, Polifemdə isə bu keyfiyyətlər
yoxdur. Basat və Odissey obrazlarının müqayisəsi də maraq doğurur. Ə.Sultanlı yazırdı ki, Odissey
daha çox şəxsi tamah naminə Polifemlə üz-üzə gəlir. Basat isə el-obanı xilas etmək üçün həyatını
təhlükəyə ataraq Təpəgözlə döyüşə girir və çətinliklə də olsa, qələbə qazanır. Yəni Ə.Sultanlının
haqlı qənaətinə görə, Odisseylə müqayisədə Basat daha xəlqi surətdir, ictimai mənafe üçün
vuruşur. Ə.Sultanlının Təpəgözü nağıllarımızdakı Kəlləgöz obrazı ilə əlaqələndirməsi də diqqəti
çəkir.
Ə.Sultanlı “Dədə Qorqud”dakı Dəli Domrulla bağlı süjeti də dünya ədəbiyyatı fonunda
araşdırmışdır. Əzrayıl Dəli Domrulun canını almaq istəyir, son nəticədə ona can əvəzinə can verib
qurtula biləcəyi deyilir. Qoca atası və anası Domruldan can əsirgəyirlər, həyat yoldaşı isə canını ona
verməyə hazır olduğunu bildirir. Belə hərəkət Tanrıya xoş gəlir və o, Domrulu bağışlayır. Bu süjeti
yunanların “Arqonavtika” dastanı ilə tutuşduran alim yazırdı ki, Yazonun silahdaşlarından olan
Admet allah Brimaya qurban verməyi yadından çıxardığı üçün ölümə məhkum edilmişdir. Apollon
onun ölümünü əvəz etdirməyə nail olur. Lakin Admetin qoca atası və anası onun yolunda
canlarından keçmək istəmirlər, arvadı Alkestra isə buna razı olur. Ölüm allahı onun canını alır.
Hadisədən xəbərdar olan Herakl Tanat ilə mübarizə apararaq dostunun qadınını qurtarır. Ə.Sultanlı
Admet və Domrul obrazlarını müqayisəli təhlil etmiş, bu zəmində yunan dramaturqu Evripidin
“Alkestra” faciəsinə də nəzər salmışdır. Alim həmin süjetlə bağlı belə nəticəyə gəlmişdi: “Haqqında
danışdığımız mövzu Azərbaycan dastanında daha qüvvətli, qəhrəmanlıq ruhuna daha uyğun şəkildə
verilmişdir” (9, s.77).
Böyük mütəfəkkir Aristotelin yunan ədəbiyyatındakı “İliada”nı patetik, “Odisseya”nı isə
etik əsər saymasını xatırladan Ə.Sultanlı “Dədə Qorqud”u bu cəhətdən qiymətləndirərək onun həm
patetik, həm də etik mahiyyət daşıması qənaətinə gəlmişdir. “Dədə Qorqud”dakı müsbət
qəhrəmanların mərdanə xarakteri, əqidə bütövlüyü, düşmənə qarşı rəhmdilliyi və s. barədə də
Ə.Sultanlının tutarlı fikirləri vardır. O, həm də bu fikirdə idi ki, bizim dastanda düşmən qütbü
təmsil edənlər müsbət obrazlarla müqayisədə fiziki baxımdan o qədər də qüvvətli deyil. Bu
cəhətdən eposumuz “İliada”dan fərqlənir. Alim ona da diqqət yetirmişdi ki, “İliada”da
qəhrəmanlara kömək edən ilahi qüvvələr adi iştirakçılar kimi verilib, tez-tez hadisələrə müdaxilə
edirlər, bizim dastanda isə belə qüvvələr arabir nəzərə çarparaq obrazlara yalnız bir neçə dəfə
yardım göstərirlər. Tədqiqatçı onu da vurğulayırdı ki, ”İliada”da rəiyyət, demək olar ki, kölgədə
qalıb. “Dədə Qorqud”da isə Qaraca Çoban kimi möhtəşəm obraz var. O da maraq doğurur ki, yunan
eposunda kişilər çoxarvadlıdır. Bizim dastanda isə ümumən təkarvadlılıq xarakterikdir. Dədə
Qorqud”dakı qadın surətlərinin yüksək mənəviyyatı, onlardan bəzilərinin hətta fiziki qüdrəti, döyüş
məharəti barədə də alim müvafiq dəyərləndirmələr aparmışdır. Ailə şərəfi, qadın namusu
dastanımızda çox yüksək tutulur. Bütün bunların sosial-mənəvi mündəricəsini Ə.Sultanlı əhatəli
təhlillər yolu ilə açıqlamışdır. “Dədə Qorqud”dakı qəhrəmanların döyüş adətləri, hərbi məharəti,
istifadə etdiyi silahlar və s. barədə də alimin maraqlı elmi fikirləri vardır.
Bütövlükdə professor Əli Sultanlının bu araşdırması mahiyyət etibarı ilə dastanın bütün
detalları ilə təhlilə cəlb olunması sahəsində ilk uğurlu addımlar sırasındadır. Heç təsadüfi deyil ki,
sonralar bu istiqamət inkişaf etdirilmiş, bir sıra dəyərli tədqiqatlar ortaya çıxmışdır (1; 2; 5 və s.).
Professor Əli Sultanlı dastan haqqında fundamental tədqiqatını bu cümlə ilə tamamlayırdı:
“Dədə Qorqud” böyük bir ədəbi abidə olmaqla bərabər, həm də mədəni-tarixi bir yadigardır” (9,
s.100). Bu sözləri görkəmli alimin fəaliyyətinə də aid etmək olar. Onun “Dədə Qorqud” haqqındakı
dəyərli tədqiqatı folklorşünaslığımız üçün qiymətli bir yadigar, ciddi elmi baza, istiqamətverici
mayakdır.
ƏDƏBİYYAT
1.Abdullayev K.M. Gizli Dədə Qorqud. Bakı, Yazıçı, 1991, 152 s.
2.Abdulla K.M. Sirr içində dastan və yaxud gizli Dədə Qorqud-2. Bakı, Elm,1999, 288 s.
3.Axundlu Y.İ. Naxçıvan-yurdum mənim. Bakı, Sabah, 1997, 208 s.
- 81 -
4.Əfəndiyev P.Ş. Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakı, Maarif, 1992, 477 s.
5.Əliyev K.İ. Epos poetikası: “Dədə Qorqud” və “Koroğlu”. Bakı, Elm və təhsil, 2011, 164 s.
6.”Kitabi-Dədə Qorqud” ensiklopediyası. 2 cilddə, 2-ci cild. Bakı, Yeni nəşrlər evi, 2000, 568 s.
7.Sultanlı Ə.A.”Dədə Qorqud” dastanı haqqında qeydlər. ADU-nun Elmi əsərləri,
1959, № 1, s.3-19; № 3, s.3-15; №4, s. 3-12; №5. S. 3-14
8.Sultanlı Ə.A.“Dədə Qorqud” və yunan eposları. Bakı, ADU-nun nəşri, 1946,156 s.
9.Sultanlı Ə.A .Məqalələr. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1971, 328 s.
10.Vəliyev V.Ə. Azərbaycan folkloru. Bakı, Maarif, 1985, 414 s.
ABSTRACT
Ilhama Asgarova
Ali Sultanli
about "The Book of Dede Korkut"
Ali Sultanli (1906-1960) takes an important place in the history of Azerbaijan
literary
criticism.
The article has been dedicated to Ali Sultanli’s works. There have been analysed Ali
Sultanli’s charakteristic literary-critical works
about "The Book of Dede Korkut"
, their
scientifically
features have been clarified.
РЕЗЮМЕ
Ильхаме Аскерова
Али Султанлы о «Книге моего Деда Коркуда»
Али Султанлы (1906-1960) занимается значительное место в истории азербай-
джанского литературоведения. Статья посвящена творчестве литературоведа Али Султанлы.
В статье анализириуются ценные исследования профессора Али Султанлы о «Книге моего
Деда Коркуда», выявляются их характерные научные особенности .
NDU-nun Elmi Şurasının 23 yanvar 2015-ci il tarixli qərarı ilə çapa tövsiyə
olunmuşdur (protokol № 05)
Məqaləni çapa təqdim etdi: Filologiya üzrə elmlər doktoru H.Həşimli