The series of the humanitarian



Yüklə 3,77 Mb.
səhifə39/129
tarix25.06.2018
ölçüsü3,77 Mb.
#51547
1   ...   35   36   37   38   39   40   41   42   ...   129

- 80 - 

ayrıca  yaşadığı  ada  var.  Təpəgöz  zəhmətlə  məşğul  olmur,  insanlara  əzab  və    ziyan  verməklə 

məşğuldur.  Polifem  isə  çobandır.  O,  insan  cəmiyyəti  tanımır,  Təpəgöz  isə  bilavasitə  cəmiyyətdə 

yaşayır.Təpəgöz  müxtəlif  silahlardan  istifadə  edərək  vuruşa  bilir,  Polifemdə  isə  bu  keyfiyyətlər 

yoxdur.  Basat  və  Odissey  obrazlarının  müqayisəsi  də  maraq  doğurur.  Ə.Sultanlı  yazırdı  ki,  Odissey 

daha  çox  şəxsi  tamah  naminə  Polifemlə  üz-üzə  gəlir.  Basat  isə  el-obanı  xilas  etmək  üçün  həyatını 

təhlükəyə  ataraq  Təpəgözlə    döyüşə  girir  və  çətinliklə  də  olsa,  qələbə  qazanır.  Yəni  Ə.Sultanlının 

haqlı  qənaətinə  görə,  Odisseylə  müqayisədə  Basat  daha    xəlqi  surətdir,  ictimai  mənafe  üçün 

vuruşur.  Ə.Sultanlının  Təpəgözü  nağıllarımızdakı  Kəlləgöz  obrazı  ilə  əlaqələndirməsi  də    diqqəti 

çəkir. 


 Ə.Sultanlı  “Dədə  Qorqud”dakı  Dəli  Domrulla  bağlı  süjeti  də  dünya  ədəbiyyatı  fonunda 

araşdırmışdır.  Əzrayıl  Dəli  Domrulun  canını  almaq  istəyir,  son  nəticədə  ona  can    əvəzinə  can  verib 

qurtula  biləcəyi  deyilir.  Qoca  atası  və  anası  Domruldan  can  əsirgəyirlər,  həyat  yoldaşı  isə  canını  ona 

verməyə  hazır  olduğunu  bildirir.  Belə  hərəkət  Tanrıya  xoş  gəlir  və  o,  Domrulu  bağışlayır.  Bu  süjeti 

yunanların  “Arqonavtika”  dastanı  ilə  tutuşduran  alim  yazırdı  ki,  Yazonun  silahdaşlarından  olan 

Admet  allah  Brimaya  qurban  verməyi  yadından  çıxardığı  üçün  ölümə  məhkum  edilmişdir.  Apollon 

onun  ölümünü  əvəz  etdirməyə  nail  olur.  Lakin    Admetin  qoca  atası  və  anası  onun  yolunda 

canlarından  keçmək  istəmirlər,  arvadı  Alkestra  isə  buna  razı  olur.  Ölüm  allahı  onun  canını  alır. 

Hadisədən  xəbərdar  olan  Herakl  Tanat  ilə  mübarizə  apararaq  dostunun  qadınını  qurtarır.  Ə.Sultanlı 

Admet  və  Domrul  obrazlarını  müqayisəli  təhlil  etmiş,  bu  zəmində  yunan  dramaturqu  Evripidin 

“Alkestra”  faciəsinə  də  nəzər  salmışdır.  Alim  həmin  süjetlə  bağlı  belə  nəticəyə  gəlmişdi:  “Haqqında 

danışdığımız  mövzu  Azərbaycan  dastanında  daha  qüvvətli,  qəhrəmanlıq  ruhuna  daha  uyğun  şəkildə 

verilmişdir”  (9, s.77). 

 Böyük  mütəfəkkir  Aristotelin  yunan  ədəbiyyatındakı  “İliada”nı  patetik,  “Odisseya”nı  isə 

etik  əsər  saymasını  xatırladan  Ə.Sultanlı    “Dədə  Qorqud”u  bu  cəhətdən  qiymətləndirərək  onun  həm 

patetik,  həm  də  etik  mahiyyət  daşıması  qənaətinə  gəlmişdir.  “Dədə  Qorqud”dakı  müsbət  

qəhrəmanların  mərdanə  xarakteri,  əqidə  bütövlüyü,  düşmənə  qarşı  rəhmdilliyi  və  s.  barədə  də 

Ə.Sultanlının  tutarlı  fikirləri  vardır.  O,  həm  də  bu  fikirdə  idi  ki,  bizim  dastanda  düşmən  qütbü 

təmsil  edənlər  müsbət  obrazlarla  müqayisədə    fiziki  baxımdan  o  qədər  də  qüvvətli  deyil.  Bu 

cəhətdən  eposumuz  “İliada”dan  fərqlənir.  Alim  ona  da  diqqət  yetirmişdi  ki,  “İliada”da 

qəhrəmanlara  kömək  edən  ilahi  qüvvələr  adi  iştirakçılar  kimi  verilib,  tez-tez  hadisələrə  müdaxilə 

edirlər,  bizim  dastanda  isə  belə  qüvvələr  arabir  nəzərə  çarparaq  obrazlara  yalnız  bir  neçə  dəfə 

yardım  göstərirlər.  Tədqiqatçı  onu  da  vurğulayırdı  ki,  ”İliada”da  rəiyyət,  demək  olar  ki,  kölgədə 

qalıb.  “Dədə  Qorqud”da  isə  Qaraca  Çoban  kimi  möhtəşəm  obraz  var.  O  da  maraq  doğurur  ki,  yunan 

eposunda  kişilər  çoxarvadlıdır.  Bizim  dastanda  isə  ümumən  təkarvadlılıq  xarakterikdir.  Dədə 

Qorqud”dakı  qadın  surətlərinin  yüksək  mənəviyyatı,  onlardan  bəzilərinin  hətta  fiziki  qüdrəti,  döyüş 

məharəti  barədə  də  alim  müvafiq  dəyərləndirmələr  aparmışdır.  Ailə  şərəfi,  qadın  namusu 

dastanımızda  çox  yüksək  tutulur.  Bütün  bunların  sosial-mənəvi  mündəricəsini  Ə.Sultanlı  əhatəli 

təhlillər  yolu  ilə  açıqlamışdır.  “Dədə  Qorqud”dakı  qəhrəmanların  döyüş  adətləri,  hərbi  məharəti, 

istifadə  etdiyi  silahlar  və s. barədə də alimin  maraqlı  elmi  fikirləri  vardır. 

 Bütövlükdə  professor  Əli  Sultanlının  bu  araşdırması  mahiyyət  etibarı  ilə  dastanın  bütün 

detalları  ilə  təhlilə  cəlb  olunması  sahəsində  ilk  uğurlu  addımlar  sırasındadır.  Heç  təsadüfi  deyil  ki, 

sonralar  bu istiqamət  inkişaf  etdirilmiş,  bir  sıra  dəyərli  tədqiqatlar  ortaya  çıxmışdır  (1; 2; 5 və s.). 

Professor  Əli  Sultanlı  dastan  haqqında  fundamental  tədqiqatını  bu  cümlə  ilə  tamamlayırdı: 

“Dədə  Qorqud”    böyük  bir  ədəbi  abidə  olmaqla  bərabər,  həm  də  mədəni-tarixi  bir  yadigardır”  (9, 

s.100).  Bu  sözləri  görkəmli  alimin  fəaliyyətinə  də  aid  etmək  olar.  Onun  “Dədə  Qorqud”  haqqındakı 

dəyərli  tədqiqatı  folklorşünaslığımız  üçün  qiymətli  bir  yadigar,  ciddi  elmi  baza,  istiqamətverici 

mayakdır.    

ƏDƏBİYYAT 

 

1.Abdullayev   K.M. Gizli  Dədə Qorqud. Bakı,  Yazıçı,  1991, 152 s. 

2.Abdulla  K.M. Sirr içində  dastan və  yaxud  gizli  Dədə Qorqud-2. Bakı,  Elm,1999,  288 s. 

3.Axundlu  Y.İ.  Naxçıvan-yurdum  mənim.  Bakı,  Sabah, 1997, 208 s. 




- 81 - 

4.Əfəndiyev  P.Ş. Azərbaycan  şifahi  xalq  ədəbiyyatı.  Bakı,  Maarif,  1992, 477 s. 

5.Əliyev  K.İ. Epos poetikası:  “Dədə  Qorqud”  və “Koroğlu”.  Bakı,  Elm  və təhsil,  2011, 164 s. 

6.”Kitabi-Dədə  Qorqud”  ensiklopediyası.  2 cilddə,  2-ci cild.  Bakı,  Yeni  nəşrlər  evi,  2000, 568 s. 

7.Sultanlı  Ə.A.”Dədə  Qorqud”  dastanı  haqqında  qeydlər.  ADU-nun  Elmi  əsərləri,   

    1959, № 1, s.3-19; № 3, s.3-15; №4, s. 3-12; №5. S. 3-14  

8.Sultanlı  Ə.A.“Dədə  Qorqud”  və yunan  eposları.  Bakı,  ADU-nun  nəşri,  1946,156 s. 

9.Sultanlı  Ə.A .Məqalələr.  Bakı,  Azərbaycan   Dövlət  Nəşriyyatı,  1971, 328 s. 

10.Vəliyev  V.Ə. Azərbaycan  folkloru.  Bakı,  Maarif,  1985, 414 s. 

 

 



 

ABSTRACT 

              Ilhama   Asgarova 



Ali Sultanli 

about   "The Book of  Dede Korkut"

 

 Ali  Sultanli  (1906-1960)  takes  an  important  place  in  the  history  of    Azerbaijan 

literary 

criticism.

  The  article  has  been  dedicated  to  Ali  Sultanli’s  works.  There  have  been  analysed  Ali 

Sultanli’s  charakteristic  literary-critical    works

    about    "The  Book  of    Dede  Korkut"

,    their 

scientifically

   features  have  been clarified.   

 

РЕЗЮМЕ 

                                                                                                  Ильхаме Аскерова 

 

 

 



 Али Султанлы о «Книге моего Деда Коркуда» 

            Али    Султанлы  (1906-1960)  занимается  значительное  место  в  истории  азербай-

джанского  литературоведения.  Статья посвящена творчестве литературоведа Али Султанлы. 

В  статье  анализириуются  ценные  исследования  профессора  Али  Султанлы   о  «Книге моего 

Деда   Коркуда»,  выявляются их  характерные научные особенности . 

 

 

 

NDU-nun  Elmi  Şurasının  23  yanvar  2015-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 

olunmuşdur  (protokol  №  05) 

         Məqaləni  çapa təqdim  etdi:  Filologiya üzrə elmlər doktoru  H.Həşimli   

 

 



 

 

  



  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə