The series of the humanitarian



Yüklə 3,77 Mb.
səhifə36/129
tarix25.06.2018
ölçüsü3,77 Mb.
#51547
1   ...   32   33   34   35   36   37   38   39   ...   129

- 74 - 

candan  usandırdı...”  qəzəlinə  bu  bəhrin  məfaA

ʼİlün  təfiləsinin  dörd  dəfə  təkrarından  yaranan 

qəlibdə,  “Leyli  və  Məcnun”  əsərini  isə  məf

ʼUlü  məfAʼilün  fəʼUlün  ölçüsündə  yazmışdır.  M.Ə.Sabir 

“Əkinçi”,  “Nə  işim  var?”,  “Bakı  fəhlələrinə”  şeirləri  həzəc  bəhrinin  başqa  bir  ölçüsündə 

yazılmışdır. 

Rəməl  bəhri.  Rəməl  sözü  ləngərlənmək,  dalğalanmaq,  ağır-ağır,  yəni  ləngərlənə-ləngərlənə 

yerimək  mənasını  bildirir.  Bu  bəhrdə  yazılan  şeirlərdə  bir  əzəmət,  vüqar,  dalğalıq  özünü  göstərir. 

Heç  təsadüfü  deyildir  ki,  klassik  şairlərimiz  öz  dövrlərinə  qarşı  narazılıqlarını,  daxili  iztirablarını, 

qüssə  və  kədərlərini  ifadə  etmək  üçün  rəməl  bəhrini  seçmişdirlər.  Məsələn,  M.Füzulinin  “Padişahi-

mülk...”  qitəsi,    “Söz”,    “Heyrət.  ey  büt...”  qəzəlləri,  M.P.Vaqifin  “Görmədim”  müxəmməsi 

müxəmməsi,  M.Ə.Sabirin  “Nə  yazım?”,  “Beynəlmiləl”  şeirləri  bu  bəhrdə  yazılmışdır.  Rəməl 

bəhrinin  növləri  fAۥilAtün  təfiləsinin  təkrarından  və  dəyişməsindən  yaranır.    Əsas  forması  fA

ʼilAtün 



fA

ʼilAtün  fAʼilAtün fAʼilAtün-dür. 



Xəfif  bəhri.  Xəfif  sözü  yüngül,  zərif,  incə,  mülayim  mənalarını  bildirir.  Xəfif  sözü 

Azərbaycan  dilində  indi  də  fəal  işlənən  sözdür.  Əruzda  da  bu  ölçü  ahəngcə  oynaq,  yüngül 

bəhrlərdəndir.  Bu  ölçüdə  yazılan  şeirlər  öz  oynaqlığı,  yüngüllüyü  ilə  seçilir.  S.Ə.  Şirvaninin  “Qaz 

və  durna”,  “Müəllimə  hörmət”.  “Köpəyə  ehsan”,  “Qafqaz  müsəlmanlarına  xiab”,  A.  Səhhətin 

“İmtahan”  şeirləri  bu ölçüdə  yazılmışdır.  Xəfif  bəhrinin  əsas ölçüsü  fA

ʼilAtün məfAʼilün fAʼilün-dür. 



Səri  bəhri.  Səri  sözünün  lüğəvi  mənası  sürətli,  cəld,  tez-tez  və  s.  deməkdir.  Həmin  sözün 

mənasındakı  əsas  cəhətlər  şeirin  ahəngində  özünü  göstərir.  Bu  vəzndə  yazılan  şeirlər  o  qədər  yüngül 

oxunur  ki,  ilk  baxışda  onu  heca  vəznində  yazılmış  şeirlərdən  fərqləndirmək  çətin  olur.  Məsələn, 

M.Ə.Sabirin  “Ağacların  bəhsi”,  “Üsuli-cədid”şeirləri  bu  ölçüdə  yazılmışdır.  Səri  bəhrinin  ölçüsü 



müftə

ʼilün müftəʼilün fAʼilün-dür. 



Münsərih  bəhri.    Münsərih  sözü  axıcı  mənasında  işlənir.  Bu  bəhrdə  yazılan  şeirlər  də  axıcı 

və  oynaq  olur,  asan  oxunulur.  Məsələn,  M.Ə.Sabirin  “Oxutmuram,  əl  çəkin!”  şeiri  münsərih 

bəhrində  yazılmışdır.  Bu  bəhrin  ahəngi  müftə

ʼilün  fAʼilün  təfilələrinin  təkrarından  yaranır.  

Münsərih  bəhrinin  əsas ölçüsü  müftə

ʼilün fAʼilün  müftəʼilün fAʼilün -dür. 

Sadaladığımız  bütün  bu  bəhrlərlə  yanaşı  Azərbaycan  poeziyasında  söz  ustadları  Rəcəz, 

Müzare,  Müqtəzəb,  Müctəs,  Mütəqarib,  Mütədarik,  Kamil  bəhrlərində  də  şeirlər  yazmışlar. 

Yuxarıda  izah  etdiyimiz  kimi,  bu  bəhrlərin  də  lüğəvi  mənaları  adlarına  uyğundur.  Onların  qəlibləri 

əsasən  geniş  izah  etdiyimiz  bəhrlərin  qəliblərinin  təkrarından  əmələ  gəlmişdir.  Poeziyamızda  bu 

bəhrlərdə  yazılmış  şeirlər  olduqca  azdır  və  ya  yox  dərəcəsindədir.  Məsələn,  Rəcəz  sözünün 

terminaloji  və  lüğəvi  mənası  sürət  deməkdir  və  bu  bəhrin  əsas  qəlibi  müstəf

ʼilün  təfiləsinin  altı  dəfə 

təkrarından  ibarətdir.  Müzare  bəhri  həzəc  bəhrinə  bənzədiyi  üçün,  ona  bənzəyən  mənasında  olan  bu 

ad  verilmişdir.  Müzare  bəhrinin  əsas  qəlibi  aşağıdakı  şəkildədir.  məfA

ʼİlün  fAʼilatün  məfAʼİlün 



məfA

ʼİlün  fAʼilatün  məfAʼİlün.  Müqtəzəb  sözünün  lüğəvi  mənası  kəsilmiş  deməkdir.  Xətib  Təbrizi 

və  Nəsirəddin  Tusiyə  görə,  bu  bəhr  sanki  münsərih  bəhrindən  kəsildiyi  üçün,  bu  bəhrə  müqtəzəb 

adını  vermişlər.  Bu  bəhrin  qəlibi  məf

ʼUlAtü  müstəfʼilün  müstəfʼilün  məfʼUlAtü  müstəfʼilün 

müstəf

ʼilün-dür.  Nəsirəddin  Tusi  müctəs  sözünün  terminaloji  və  lüğəvi  manasını  izah  edərkən  belə  

yazıb:  “Müctəz  kökündən  qoparılmış  deməkdir.  Deyilənlərə  görə  xəfif  bəhrindən  qoparıldığı  üçün 

ona  bu  adı  vermişlər”.  Yəni  bu  bəhrin  əslindən  kəsmişlər,  yaxud  kökündən  qoparılmışlar.  Bu  bəhrin 

əsas qəlibi  müstəf

ʼilün fAʼilAtün fAʼilAtün müstəfʼilün fAʼilAtün fAʼilAtün-dür və s. 

Əruz  vəzni,  vəzn  olmaq  etibari  ilə  göründüyü  kimi  mürəkkəb  vəzndir.  Bu  vəzndə  şeir 

oxuyan  və  şeir  yazan  insanlardan  xüsusi  istedad  tələb  olunur.  Çox  əsrli  milli  dəyərlərimizdən  biri 

olan  Azərbaycan  əruzu  hər  bir  orta  və  ali  məktəbdə  ədəbiyyatı  tədris  edən  müəllimə,  öyrənən 

şagirdə  və  tələbəyə,  aktyora,  xanəndəyə,  şeir  qiraətçisinə,  tərcüməçiyə,  şairə  bir  sözlə  adi  oxucuya 

belə  zəruri  və  vacibdir.  Çünki,  “Bir  şərqli  kimi  sahib  olduğumuz  mənəvi-estetik  dəyərlərdən  biri  də 

əruz  vəznidir”.  (4,3) 

Əruz  vəzvnli  şairlərimizi  -  Nəsimini,  Xətaini,  Füzulini,  Saib  və  Qövsi  Təbrizini, 

S.Ə.Şirvanini,  M.Ə.Sabiri  və    onların  əruz  vəznində  yazan  müasirlərini  səhv  və  qüsurlu  oxumağa 

haqqımız  yoxdur. 

 

 




- 75 - 

ƏDƏBİYYAT 

 

1.

 



Əkrəm Cəfər.  Əruzun  nəzəri  əsasları  və Azərbaycan  əruzu.  Bakı,  1977 

2.

 



Ədili  Şirvani.  Əruz  vəzninin  sadələşmiş  qəlibləri.  Bakı,  2010 

3.

 



Tərlan  Quliyev.  Əruz  və qafiyəşünaslıq  tarixi,  Bakı,  2013 

4.

 



Tərlan  Quiyev.   Əruz,  Bakı,  2001 

5.

 



Ш.А.Микаjылов.Əдəбиjjат  нəзəриjjəcи. Бакы, 1986 

6.

 



Фролов Д.В., Классический арабских стих. История и теория аруда, Москва, 1991 

      

ABSTRACT 

 

         The  word  of    Eruz  is  in  Arabian.  “Wide  road”,  “pole  which  is  put  center  of  tent”,  is  “science 

about  poem”.  Eruz  poem  from  was  systemized  by  Xelil  ibn  Ehmed  who  lived  in  8  th  century.  He 

defined  15  behr  of  eruz.  All  of  eruz    behr  was  not  used  in  Azerbaijan  poem.  Hazec,  remel,  xefif, 

seri,  munserih  is the  most  used in  our literature.   

       Words  which  indicate  meanings  of  these  behr’s  of  eruz  were  selected  suitable  for  their 

characters.  Knowing  meanings  of those  words helps  to realize  characters  of behrs. 

 

РЕЗЮМЕ 



 

Аруд  арабское  словo.  Переводится  как  «широкая  дорога»,  «столб  для  палатки», 

«наука  о  стихотворении».  Впервые  аруд,  как  наука  о  стихотворных  формах  была  открыта  и 

систематизирована    в  VIII  веке  со  стороны  Халил  ибн  Ахмеда.  Он  внёс  в  науку  15  видов 

бахр. 

В  азербайджанской  литературе  не  используются  все  15  видов  бахр.  Больше  всего  в 



нашей  поэзии  используются  такие  формы  как  хазадж,  рамал,  хафиф,  сари,  мунсарих. 

Названий  вышеуказанных  бахр  аруда  по  своему  смыслу  напоминают  качества  и  характер 

этих  бахр.  Поэтому,  изучение  бахров  обязательно  надо  начинать  с  изучения  смысла  их 

названий, что способствует усвоению этих бахров.  

 

 

 



 

NDU-nun  Elmi  Şurasının  23  yanvar  2015-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 

olunmuşdur  (protokol  №  05) 

         Məqaləni  çapa təqdim  etdi:  Filologiya üzrə elmlər doktoru H.Həşimli 

 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 


Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə