Tik d avraniş k odeksləRİNİN



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/26
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#319
1   ...   7   8   9   10   11   12   13   14   ...   26

39 
 
şəkildə  təsdiq  olunmasını  tələb  etməlidir.  Birbaşa  rəhbərindən 
yazılı  şəkildə  təsdiq  edilmiş  əmr,  sərəncam  və  ya  tapşırıq 
almasına baxmayaraq, ədliyyə işçisi onların qanuna, yaxud digər 
normativ hüquqi akta zidd olmasına inanmaqda davam edərsə, o, 
həmin  əmr,  sərəncam  və  ya  tapşırığın  yerinə  yetirilməsindən 
imtina edə bilər.  
Qanuni göstərişlərin yerinə yetirilməməsi intizam məsuliyyətinə 
səbəb olur. 
4.3.  Ədliyyə  işçisi  subordinasiya  məsələlərinə  diqqət  yetirməli, 
şikayət  halları  istisna  olmaqla,  yuxarı  rəhbərinə  yalnız  birbaşa 
rəhbəri vasitəsilə müraciət etməlidir. 
4.4.  Ədliyyə  işçisi  qulluq  vəzifəsi  ilə  bağlı  tədbirlərdə  iştirakı 
barədə əvvəlcədən bilavasitə rəhbərini məlumatlandırmalıdır.  
4.5. Ədliyyə işçisi istifadəsində olan dövlət əmlakından, maliyyə 
vəsaitlərindən,  rabitə,  kompüter  və  digər  kommunikasiya 
sistemlərindən,  nəqliyyat  vasitələrindən  və  digər  maddi-texniki 
təchizat  avadanlıqlarından  qənaətlə  və  səmərəli  istifadə 
etməlidir.  
Ədliyyə  işçisinə  dövlət  əmlakından,  maliyyə  vəsaitlərindən, 
rabitə,  kompüter  və  digər  kommunikasiya  sistemlərindən, 
nəqliyyat  vasitələrindən  və  digər  maddi-texniki  təchizat 
avadanlıqlarından  şəxsi  maraqları  naminə,  habelə  xidməti 
vəzifələrinin  icrası  ilə  əlaqədar  olmayan  digər  məqsədlər  üçün 
istifadə etməsi qadağandır. 
4.6.  Ədliyyə  işçisi  istifadəsindəki  xidməti  silah  və  xüsusi 
vasitələrin,  həmçinin  xidməti  vəsiqəsinin  saxlanması  və 
gəzdirilməsində məsuliyyətli olmalıdır. 
4.7. Ədliyyə işçisi xidmət etdiyi ədliyyə orqanının sərəncamında 
olan  məlumatların  qanunvericiliklə  müəyyən  olunmuş  qaydada 
əldə olunması və yayılması mümkünlüyünü təmin etməli, habelə 
xidməti  informasiyanın  təqdim  edilməsi  qaydalarına  əməl 
etməlidir.  
Ədliyyə  işçisi  xidməti  fəaliyyəti  zamanı  əldə  etdiyi  məlumatları 
şəxsi maraqları üçün istifadə edə bilməz. 


40 
 
4.8. Ədliyyə işçisi dövlət sirrini və qanunla mühafizə edilən digər 
sirri həmişə, o cümlədən işdən çıxdıqdan sonra da saxlamalıdır. 
5. Ədliyyə işçilərinin xidmətdənkənar davranışı 
 
5.1.  Ədliyyə  işçisi  şəxsi  həyatında  ümumqəbul  olunmuş  milli 
əxlaq, ictimai davranış normalarına əməl etməlidir. 
5.2.  Ədliyyə  işçisi  icra  etmək  imkanı  olmayacağı  təqdirdə 
öhdəliklər  (kredit,  borc,  pul,  kirayə  və  s.)  götürməməlidir. 
Üzərinə  götürdüyü  öhdəlikləri  müəyyənləşdirilmiş  şərtlərə 
uyğun icra etməlidir.  
5.3.  Ədliyyə  işçisi  öz  ailə  üzvlərinin,  habelə  sosial  və  digər 
münasibətlərin  onun  xidməti  fəaliyyətinə  nüfuz  etməsinə  yol 
verməməlidir.  
5.4.  Ədliyyə  işçisi  vəzifəsindən  və  qulluq  mövqeyindən  şəxsi 
məqsədlər  üçün  istifadə  etməməli,  xidməti  zərurət  olmadıqda 
ədliyyə  orqanları  əməkdaşı  olduğunu  qabartmamalı,  xidməti 
vəsiqəsini təqdim etməməlidir.  
5.5.  Ədliyyə  işçisi  heç  bir  seçkili  və  ya  digər  təyinatlı  vəzifələr 
tuta  bilməz,  elmi,  pedaqoji  və  yaradıcılıq  fəaliyyətindən  başqa 
heç  bir  sahibkarlıq,  kommersiya  və  digər  ödənişli  fəaliyyətlə 
məşğul  ola  bilməz.  Ədliyyə  işçisi  pedaqoji  fəaliyyətlə  işlədiyi 
ədliyyə  orqanı  rəhbərinin  icazəsi  ilə  məşğul  ola  bilər,  elmi  və 
yaradıcılıq  fəaliyyəti  ilə  məşğul  olması  barədə  işlədiyi  ədliyyə 
orqanının rəhbərini əvvəlcədən məlumatlandırmalıdır. 
6. Bəzi ədliyyə orqanlarında davranışın xüsusiyyətləri 
 
6.1.  Müstəntiqlər,  məhkəmə  icraçıları,  həmçinin,  Məhkəmə 
ekspertizası  mərkəzinin,  penitensiar  və  tibb  xidmətlərinin 
əməkdaşları bu Qaydalarla müəyyən edilmiş bütün normalara, o 
cümlədən aşağıdakılara əməl etməlidir: 
6.1.1. Müstəntiq: 
vəzifələrini  yerinə  yetirərkən  qanunu  və  vicdanını  rəhbər 
tutmalıdır; 


41 
 
istintaq  hərəkətlərini  həyata  keçirərkən  orada  iştirak  edən 
şəxslərlə prosessual münasibətlərdən kənara çıxmamalıdır. 
6.1.2. Məhkəmə icraçısı: 
icra  işi  ilə  bağlı  tərəflər  və  ya  onların  qohumları  (yaxınları)  ilə 
xidmətdənkənar münasibətlər qurmamalıdır; 
aralarında 
münaqişə 
olan 
tərəflərin 
münasibətlərinin 
kəskinləşməsinə  şərait  yaratmamalı,  zərurət  olduqda,  ayrı-ayrı 
icra  hərəkətlərini  həyata  keçirərkən  həmin  şəxslərin  bir-biri  ilə 
təmasda olmamaları üçün tədbirlər görməlidir
icra  hərəkətlərini  həyata  keçirərkən  iş  üzrə  tərəflərin,  eləcə  də 
cəmiyyətdən təcrid etmə ilə əlaqədar olmayan cəzalara məhkum 
edilmiş  şəxslərin  və  onların  ailə  üzvlərinin  şərəf  və  ləyaqətini 
alçalda biləcək hərəkətlərə yol verməməlidir. 
6.1.3. Məhkəmə eksperti: 
məhkəmə  ekspertizasının  aparılması  ilə  bağlı  işin  gedişatında 
maraqlı olduğunu güman etməyə əsas verən proses iştirakçıları 
ilə şəxsi əlaqələr yaratmamalıdır; 
dövlət,  qulluq,  peşə  və kommersiya  sirri  təşkil  edən  və  qanunla 
qorunan  məlumatları,  habelə  məhkəmə  ekspertizasının 
aparılması ilə əlaqədar ona məlum olan və açıqlanması insan və 
vətəndaş  hüquqlarının  və  azadlıqlarının  pozulmasına  səbəb  ola 
bilən məlumatları yaymamalıdır. 
6.1.4. Penitensiar xidmətin əməkdaşı: 
qohumunun  məhkum  olunması  barədə  məlumatı  ona  məlum 
olduğu vaxt qulluq etdiyi orqanın rəhbərliyinə təqdim etməlidir; 
özünün  əxlaqı  və  vəzifə  borclarını  yerinə  yetirməsi  ilə  yüksək 
nümunə  göstərməli  və  məhkumların  rəğbətini  qazanmalıdır; 
penitensiar  müəssisələrdə  və  istintaq  təcridxanalarında 
saxlanılan bütün şəxslərlə münasibətdə nəzakətli olmalı, onlarla 
davranış zamanı hüquqlarına hörmət etməlidir; 
məhkumların  fikir,  vicdan  və  dini  etiqad  azadlığına  hörmətlə 
yanaşmalıdır; 
məhkumlarla, onların qohumları və yaxınları ilə xidmətdənkənar 
münasibətlər yaratmamalıdır. 
6.1.5. Tibb xidmətinin əməkdaşı: 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə