Tit-kim Documen qxd



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə14/27
tarix26.05.2018
ölçüsü0,6 Mb.
#46025
1   ...   10   11   12   13   14   15   16   17   ...   27

Kimyəvi tənliklərin öyrənilməsi atomlar, molekullar, kimyəvi formullar,

valentlik, indeks və əmsal anlayışları barədə biliklərin aktuallaşdırılması ilə

başlanır. Bu məqsədlə qısa müsahibə aparılır, cavablar dəqiqləşdirilir sonra

müəllim suyun elektrik cərəyanı ilə parçalanması zamanı reaksiyaya daxil olan

maddənin formulunu sol tərəfdə, reaksiyadan alınan maddələrin formullarını

sağda yazmaqla riyazi tənlik tərtib etməyi təklif edir.

Şagirdlər çətinlik çəkmədən  bu tənliyi yazırlar. 

Növbəti təklif: əmsallardan istifadə etməklə solda və sağda yazılan mad -

də lərin tərkibindəki atomların sayını bərabərləşdirin. Bunun icrasından sonra

kimyəvi tənliyin tərifi formulə edilir və şagirdlərlə birlikdə kimyəvi tənliklərin

tərtibi üçün  alqoritm (ardıcıllıq) müəyyənləşdirilir:

1. Reaksiyaya daxil olan (solda) və reaksiya nəticəsində alınan (sağda)

mad dələrin formullarını yazmaq;

2. Tənliyin sol və sağ tərəfindəki maddələrdə element atomlarının sayını

əm sallar vasitəsilə bərabərləşdirmək (bunun üçün əvvəlcə atomun sayı tək

olan maddə formulunun qarşısına «2» əmsalı yazılır, sonra o biri atomların

sa   yı  bərabərləşdirilir);

3. Tənliyin sol və sağ tərəfindəki bütün element atomlarının sayının bəra -

bər olduğunu yoxlamaq.

Əmsalların düzgün yazılması vərdişlərini möhkəmləndirmək üçün qrup -

la rın hərəsinə 2 reaksiya sxemi verilir. Bunun üçün dərslikdə mövzu 10-un 

so nun  dakı çalışmalardan və aşağıdakı sxemlərdən is ti  fadə etmək olar:

Al + HCl 

→ AlCl

3  


+ H

2

Fe + O



2

→ Fe


2

O

3



Fe

2

O



+ H


2

→ Fe + H


2

O

P+O



2

→ P


2

O

5



Cu+O

2

→ CuO



Nəticələr qrup nümayəndələrinin təqdimatından sonra müzakirə edilir 

və aşağıdakı meyarlarla qiymətləndirilir: fiziki hadisələrin izahı, kimyəvi

hadisə lə rin əlamətlərinin və getməsi şərtlərinin göstərilməsi, kimyəvi tənlik -

lərin tərtibi qay dalarının şərhi, həcmi nisbətlər qanununun izahı, qrupda əmək -

daşlıq, təq dimat.

40

  Çap üçün deyil

  Çap üçün deyil

  Çap üçün deyil




Mövzu 14. Kimyəvi reaksiyalarda maddə kütləsinin

saxlanması qanunu

Аlt standart: 1.2.2., 1.3.1.

Məqsəd:

Şagird: 

– qanunun kəşf edilməsində kimyaçı alimlərin fəaliyyətini şərh edir;

– qanunu düzgün formulə edir (tərifini söyləyir) və kimyəvi tənlik üzrə

he sablama aparmaqla onun ödənildiyini, tənliyin solunda və sağında

mad də lərin kütlələrinin bərabərliyini isbat edir;

– qanunun elmi və istehsalat üçün əhəmiyyətini açıqlayır.



Təlim forması: kiçik qruplarla iş, kollektivlə iş

Təlim üsulu: suallara cavab axtarılması, kimyəvi təcrübələrlə müstəqil

işlər, müzakirə



İnteqrasiya: F.: 3.1.1., 3.1.2.;  B.: 1.1.3.

Resurs: dərslik, kimyəvi qablar, su, mis kuporosu, Na

2

SO



4

və BaCl


2

məhlulları, KJ və AgNO

3

məhlulları, Fe və Zn metal çubuqlar



Dərsin gedişi:

Sinif şagirdləri 4–5 qrupa bölünür, bütün qruplara belə tapşırıq verilir:

mövzu 11-də ki mətni bir dəfə diqqətlə oxuyun və bu suallara (lövhədən asılır

və ya ekrana salınır) cavab verin:

1. Maddə kütləsinin saxlanması qanununun kəşf edilməsində M.Lo mo no -

sov və A.Lavuazyenin  apardığı hansı təсrübələr əsas rol oynamışdır?

2. Bu qanunun düzgün tərifini kim deyər?

3. Bir kimyəvi reaksiya tənliyi üzərində hesablama aparmaqla qanunun

ödənildiyini kim isbat edər?

4. Qanunun  nə kimi əhəmiyyəti olmuş və yenə də var?

Mövzu mətninin öyrənilməsinə 8–10 dəqiqə, suallara cavab verməyə isə

5–6 dəqiqə vaxt sərf edilir. Hər sualın cavabı bir qrupun şagirdlərindən so ru -

şulur. Sonra müəllim təklif edir ki, maddə kütləsinin saxlanması qanununu

təs diq edən təcrübələri indi şagirdlər özləri aparsınlar. Bu məqsədlə təcrübələri

aparmaq üçün qruplara aşağıdakı materiallar verilir:

1-ci qrupa

Stəkanlarda eyni həcmdə, eyni qatılıqda Na

2

SO

4



və BaCl

məhlulları və



texniki tərəzi.

41

  Çap üçün deyil

  Çap üçün deyil

  Çap üçün deyil




2-ci qrupa

Mis kuporosu məhlulu və dəmir, yaxud sink lövhə və texniki tərəzi.



3-cü qrupa

Yoğun mis məftil, spirt lampası və texniki tərəzi.



4-cü qrupa

Kiçik stəkanda natrium-yodid (NaJ) və ya kalium yodid (KJ) məhlulu,

pipetdə duru gümüş nitrat (AgNO

3

) məhlulu və texniki tərəzi.



Qruplara təcrübələri aparmaq və müşahidə etmək üçün yazılı təlimat da

təqdim edilir. Hamı üçün ümumi tapşırıq belə olur: təcrübəni aparmazdan əv -

vəl sizə verilən maddələri qablarla birlikdə texniki tərəzidə çəkib ümumi küt -

lə ni qeyd edin. Təcrübədən sonra da alınan məhsulları və artıq qalan maddələri

onların yerləşdiyi qablarla birlikdə texniki tərəzidə təkrar çəkin və alınan ümu -

mi çəkini birinci çəki ilə tutuşdurun, fərq oldumu?



Tədqiqat sualı: Kimyəvi reaksiyalarda reaksiyaya girən maddələrin küt -

lələri cəmi ilə alınan maddələrin kütlələri cəminin eyni olmasını atom-molekul

təliminə əsasən necə izah etmək olar?

Cavablar dinlənilir, tam cavab olma dıq da müəllim özü problemi açıqlayır



(ümu mi ləşdirmə).

Yekunda məqsədlərə müvafiq seçilmiş meyarlar əsasında formativ qiy mət -

ləndirmə aparılır. Bunun üçün əvvəlcədən meyarlar cədvəli tərtib edilməlidir.

Meyar cədvəli həm qrupların fəaliyyətini, həm də ayrı-ayrı şagirdin fəa liy yə -

ti ni qiymətləndirmək üçün tərtib oluna bilər.

Cədvəl 3

Meyar cədvəli

Ev tapşırığı: Mövzu 1–11-dəki əsas məsələləri təkrar edin, yarımilin yeku-

nuna aid yoxlama yazı işinə hazırlaşın.



42

Qrup 

və ya

şagirdlərin

adı, soyadı

Meyarlar

Qanunun

kəşfi

haqqında

məlumat

Qanunun

formulası

və izahı

Qanunun

əhəmiyyəti

Qrupda

əməkdaşlıq

Təcrübələrin

aparılması

  Çap üçün deyil

  Çap üçün deyil

  Çap üçün deyil




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə