Tofiq (41): tofiq (31). qxd qxd



Yüklə 43,52 Kb.
Pdf görüntüsü
səhifə41/55
tarix25.06.2018
ölçüsü43,52 Kb.
#51016
1   ...   37   38   39   40   41   42   43   44   ...   55

illərdə) və 22 ikiləşmiş (belə bağlanmış pərdələri lazım gəldikdə 44-ə çat-
dırmaq  olur)  pərdə  bağlamışdır.  Qamış  pərdələrlə  say  49-a  çatdırılır.
Aşağıdan yuxarıya simlər: 1 cüt ağ sim – c1; 1 cüt sarı sim – g; ağ və na -
zik kök sim – c; yenə ağ və nazik kök sim – G; tək kök sim – C və adi tar -
da  olan  zəng  simlər  kimi  düzülərək  4  tam  oktavanı  özündə  birləşdirir.
Mizrab, Mahmud Salahovun söylədiyi kimi, tarzən Mirzə Fərəcin mizrabı
ölçüsündə – 46 mm-dir. Bununla da tarda adi mizrabdan fərqli, təbii səs-
lənmələr əldə etmək mümkündür. Muğamların ifasında yarım pərdələrdən
( ) geniş istifadə olunur və həmçinin bu tarda, qeyd olunduğu kimi, bir
neçə simli musiqi alətin səsini də əldə etmək mümkündür.
Belə misalların sayını xeyli artıra bilərik. Belə ki, milli musiqi alət lə -
rimizdə  xeyli  rekonstruktiv  yeniliklər  aparmış  Məmmədov  Məmmədəli
Mirəli oğlu digərlərindən fərqli olaraq, bu alətlərin elektron növlərini də
düzəltmişdir. Bundan əlavə, o özü bir neçə elektron və akustik yeni mu si -
qi alətləri düzəltmiş, onları özünəməxsus adlarla adlandırmışdır. Çox ma -
raqlı  haldır  ki,  haqqında  danışılan  alət  ustasının  nəinki  ali  və  orta,  heç
ibtidai musiqi təhsili də yoxdur. Bağlı olduğu fəaliyyət sahəsi isə musi qi -
dən tamamilə uzaqdır. Lakin bunun özündə də sanki daxili bir qa nu na uy -
ğunluq vardır. Onun əldə etdiyi uğurlara həmin sahədəki sə`y və bacarığı,
çalışqanlığı və zəhməti səbəb olmuşdur.
Hal-hazırda  AMK-nın  “Milli  musiqi  alətlərinin  təkmilləşdirilməsi”
elmi-tədqiqat laboratoriyasında laboratoriya rəhbəridir. Musiqi ilə bağ lı lı -
ğını  o  belə  xatırlayır:  “Mən  musiqiyə  uşaq  yaşlarından  maraq  göstər-
mişəm. 12 yaşında olarkən pul toplayıb Salyanda mədəni mallar mağaza-
sından  mandolina  aləti  aldım  və  müəllimsiz  xalq  mahnılarımızı  öyrən-
məyə başladım. 15 yaşında atam mənim musiqiyə olan həvəsimi gö rüb tar
aldı. Məni ilk öncə tarın və mandolinanın pərdələri maraqlandırdı. Tarın
pərdələri mənə çətin gəlirdi və o vaxtdan məndə bu alətdə yenilik etmək
fikri yarandı.         
Çala-çala  tarın  üzərində  ilk  yeniliklərimi  etdim  –  onda  elektron
vasitələrin tətbiqinə başladım. Daha sonralar isə bu aləti rayonumuzda hələ
o vaxtlar virtuoz ifaçı kimi tanıdığım Həsənağa Sadıqova bağış la dım.” 
Usta  Məmmədəli  bir  sıra  milli  alətlərimizin  üzərində  rekonstruktiv
təcrübələr  aparmışdır.  Bu  alətlərdən  olan  tarın  üzərində  dayanmaq
istərdik. Onun tara tətbiq etdiyi dəyişiklikləri şərti olaraq üç hissəyə bölə
bilərik: 
1. Tarın kəllə hissəsinə aid olanlar
2011/
IV
120
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


2. Qol və simlərə aid olanlar
3. Çanaq hissəyə aid olanlar
Qeyd  etmək  istərdik  ki,  bir  sıra  yeniliklər  tar  ilə  yanaşı,  digər  milli
alətlərə də şamil edilir, belə ki, bunlar alətlərin köklənmə sistemində, qol
ilə çanağın keyfiyyətli birləşməsində və onlar arasındakı bucağın tənzim-
lənməsində özünü göstərir.
1.  Tar,  kamança  və  saz  aşıqlarının  islanmaya  qarşı  müqavimətinin
artırılması:
Milli  musiqi  alətlərimizdən  tar,  kamança,
saz  aşıqlarının  rütubətə  və  islanmaya  qarşı
dö zümlü  olmasını  artırmaq  üçün  aşıqları
AQT (çox duru) yapışqan məhlulu ilə is la dı -
rıq. Yapışqanlı aşıqları qurutduqdan sonra on -
lar artıq suda islanmır, günəş altda quruyaraq
sıxılmır və kökləmə zamanı hava dəyişkənliyi
ona təsir etmir. Aşıqların tərkibində yapışqan
olduğundan simləri kökdə daha e`tibarlı sax -
layır.  Şəkil  1-də  aşıq AQT  yapışqanında  cilalanmamışdır.  Bu  səbəbdən
onu isladarkən öz formasını də-yişmişdir. Şəkil 2-də isə aşıq cilalandığın-
dan (AQT yapışqanında) isladarkən o əvvəlki ölçüsündə qalmışdır.
Şəkil №1. Cilalanmamış aşıq Şəkil №2. Cilalanmış aşıq
2.  Tar,  kamança,  saz  musiqi  alətində  kökdən  düşmənin  qarşısını
fizikanın “Ling” qanununu tətbiq etməklə aradan qaldırılması.
2011/
IV
121
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Şəkil №3
Şəkil №4
Bu təcrübə tərəfindən dəqiq riyazi hesablama aparılaraq həyata keçi-
rilmiş və bunu bizə təqdim etdiyi kimi aşağıda veririk:
Bildiyimiz  kimi  tar,  kamança,  saz  musiqi  alətlərində  simlərin  kökdə
qalması, kəllə ilə aşığın sürtünmə qüvvəsi nəticəsində əldə edilir. (şəkil
№3).  Bu halda simin  dartı qüvvəsi 2,5 kiloqramdır. Aşığın  diametri 12
mm.,  radius  6  mm-dir.  Ling  qanununa  görə  Lx  P=L1  x  P1.  L=6  mm.
P=2,5 kq. L1=6 mm. P1=?
P1=(6 mm x 2,5 kq): 6 mm = 2,5 kq = 2500qr.
Bu halda görünür ki, simin dartı qüvvəsi 2,5 kq olduğunda onun aşığın
burulmasına tə`sir etdiyi qüvvə də bir o qədər olur (2,5 kq).
Şəkil №4. Bu halda da simin dartılma qüvvəsi stabil olaraq 2,5 kq-dır.
L=  1mm;  P=  2,5kq;  L1=6  mm.  P1=?  Düsturda  bu  qiymətləri  yerinə
qoysaq, aşağıdakı nəticəni əldə edərik: P1= (1 mm x 2,5 kq) : 6 mm = 0,4
kq= 400qr.
Birinci halda (şəkil №3) əgər burulmaya 2500qr qüvvə tə`sir edirdisə,
ikinci halda burulmaya tə`sir edən qüvvə 400 qr olur.
Aşığın  hazırlanması  aşağıdakı  qaydada  olur:  tar,  kamança,  saz  və  s.
aşıqları götürülüb içərisində 4 mm-lik deşik açılır. Həmin yerə yapışqan
məhlulu töküldükdən sonra ətrafları şilistlənmiş metal çubuq yerləşdirilir.
Aşıqda simin oturduğu  yeri müəyyən edib həmin yeri 2-2,5 mm qədər
yonuruq. Və  beləliklə,  yeni  –  kökdən  düşməyə  qarşı  daha  effektli  olan
aşığı əldə etmiş oluruq.
3. Zəng simlərinin köklənməsində olan çətinliklərin aradan qaldırılması.
Əvvəllər zəng simləri qoşa olmaqla bərabər bir aşıqla tənzimlənir və
(şəkil №5) sim dəmir məftildən keçir. Bu halda sim dəmir halqada “sınır”
və qoşa simi eyni adda kökləmək çox çətin olur. Bunu nəzərə alaraq aşıq-
dan gələn dəmir məftilin halqasına dəmir təkər taxılır (şəkil №6), dəmir
təkərin üzərindən sim keçirilir və sim sınmadan təkər üzərində rahat hə -
rəkət edir. Beləliklə, simlərin tənzimlənməsi (köklənməsi) asanlaşır.
2011/
IV
122
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 43,52 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə