Tofiq (41): tofiq (31). qxd qxd



Yüklə 43,52 Kb.
Pdf görüntüsü
səhifə37/55
tarix25.06.2018
ölçüsü43,52 Kb.
#51016
1   ...   33   34   35   36   37   38   39   40   ...   55

for mul tiplərinin bir çox dastanlarımızın strukturunun daha dəqiq araş dı -
rılmasında əhəmiyyəti olduqca böyükdür.
ƏDƏBİYYAT
1. “Kitabi-Dədə Qorqud”, Bakı, 2004
2. Azərbaycan nağılları, I cild, Bakı, 2005
3. Təhmasib M.H. Azərbaycan xalq dastanları(orta əsrlər), Bakı, 1972
4. Nizami Gəncəvi. “Leyli və Məcnun”, Bakı, 1978
5. M.F.Axundzadə. Seçilmiş əsərləri (III cilddə), I cild, Bakı, 2005
5. Əliyev O. “Kitabi-Dədə Qorqud” və Azərbaycan folkloru, Bakı, 1999
6. Ögəl Bahaddin. Türk Mifologiyası (I cild), Bakı, 2006
7.  Dr.  Çobanoğlu  Özkul,  Halkbilimi  Kuramları  ve  Araştırma  Yöntemleri
Tarihine Giriş, Ankara, 1999
9. Folkloristik: Prof.Dr Umayi Günay Armağanı, Ankara, 1996 
10.  Dundas,  Alan.  “The  Study  of  Folklore”-(Şifahi  xalq  ədəbiyyatı-
N.A),Englewood clifts, 1965
11.  Dundes  Alan.“Folklorun  mənşəyi”  (İnterpreting  Folklore),  İndiana
University, 1980
12.  Raqlan    Lord.  Ən`ənəvi  epik  qəhrəman.(tərcümə:Metin  Ekici),  Milli
Folklor-C.5, S.37, Ankara, 1998
13.  Cozef    Kampbell,  “Tanrının  sifətləri:  İlkin  Mifologiya”-The  Masks  of
God: Primitive Mytholoji, New York, 1959
14. Otto  Ranqın (“Qəhrəmanın doğulması haqqında olan miflər”-The Myth
of the birth of the hero, New York, 1909
15. Robert  A. Segalin  (“Epik Qəhrəman axtarışı”(İn Quest of the Hero),New
Jersey University Press, 1990
16.  Teylor,  Archer.  “The  Biographical  Pattern  in  Traditional  Narratives”-
(Ə`nənəvi mətnlərdə qəhrəmanların bioqrafiyasına dair qəliblər-N.A), Journal of
Folklore İnstitute S1, 1964
2011/
IV
108
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Altay MƏMMƏDLİ
Folklor İnstitutu, elmi işçi
GÖYÇƏLİ AŞIQ NƏCƏFİN DİVANİLƏRİ
GÖYÇƏLİ AŞIQ NƏCƏFİN DİVANİLƏRİ
XÜLASƏ
Məqalədə  Göyçə  aşıqlarından  Aşıq  Nəcəfin  (Ələsgər  ocağının  nümayəndəsidir)
divaniləri təhlil olunur, aşığın yaradıcılığında bu poetik örnəklərin xüsusi yeri, mahiyyəti
göstərilir. Bu qeyd olunan mülahizələr Aşıq Nəcəfin Ələsgər ocağının görkəmli nüma -
yəndəsi olduğunu bir daha təsdiqləyir.
Açar sözləri: aşıq, divani, hərbə-zorba, Ələsgər ocağı
DIVANIS OF ASHUG NAJAF FROM GOYCHA
SUMMARY
The  article  analyzes  divanis  of  Ashug  Najaf  (representative  of  Ashug  Alasgar
school), one of the ashugs of Goycha and special place and essence of poetic models in
the activity of the ashug are mentioned. The above stated facts confirm that Ashug Najaf
was one of the famous representatives of Alasgar school.
Key words: ashug, divani, threat and menace, Alasgar school
ДИВАНИ АШУГА НАДЖАФА ИЗ ГЁЙЧИ
РЕЗЮМЕ
В данной статье анализируются дивани Ашуга Наджафа из Гёйчинских ашугов
(представителя очага Ашуга Алескера), отмечается особое место, сущность этих
образцов поэзии в творчестве ашуга. Данные соображения свидетельствуют о том,
что Ашуг Наджаф является выдающимся представителем очага Ашуга Алескера.
Ключевые слова: ашуг, дивани, угрозы, очаг Ашуга Алескера
Məsələnin quruluşu. Aşıq sənətinin regional aşıq mühitləri üzrə təd -
qiqi böyük əhəmiyyətə malikdir. Kifayət qədər tədqiq olunan aşıq mühit -
lərindən biri də Göyçə  aşıq mühitidir. Buna baxmayaraq ayrı-ayrı ustad
aşıqların,  onların  müasirlərinin  yaradıcılığı  hələ  lazımi  qədər  araşdırıl-
mamışdır. Ələsgər ocağının görkəmli nümayəndəsi Aşıq Nəcəf də belə el
sə nət karlarındandır.
İşin məqsədi. Bu məqalədə Ələsgər ocağının nümayəndəsi Aşıq Nə -
cəfin  divani  yaradıcılığı  ocağın  digər  nümayəndələri  ilə  paralel  olaraq
araşdırılmış, tədqiqat nəticəsində müəyyən olunmuşdur ki, bu poetik ör -
nək lər, yə`ni divanilər aşıq şe`rinin kamil nümunələri olub Aşıq Nəcəfin
ustad  aşıq  olduğunu  təsdiq  edir,  həm  də  bu  şe`rlərdə  sufizm,  təsəvvüf
kifayət qədər əks olunmuşdur.
Aşıq Nəcəf Ələsgər ocağının nümayəndələrindən biridir. Aşıq Ələsgər
və Ələsgər ocağının yorulmaz tədqiqatçısı İslam Ələsgərin dili ilə desək
2011/
IV
109
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Aşıq Ələsgərin qardaşı Xəlilin oğludur (1, 164). Bu el sənətkarının yara -
dıcılığının,  ədəbi  irsinin  toplanılıb  yazıya  alınması  da  hörmətli  İslam
Ələs gərin  adı  ilə bağlıdır. Bunu böyük  tədqiqatçının  özü  də etiraf  edir:
“Onun (Aşıq Nəcəf – A.M) əsərlərinin böyük bir qismi bu sətirlərin müəl-
lifinin toplayıb tərtib etdiyi “Ələsgər ocağı”, “Sazlı-sözlü adlı kitablarda
özünə yer tapmışdır” (2, 12).
Aşıq Nəcəfin “Ələsgər ocağı” kitabında ancaq bir divanisi (“Gəl”) çap
olunub, sonralar eyni adlı divani “Sazlı-sözlü Göyçə” kitabında işıq üzü
görmüşdür. Aşığın yaradıcılığı “Göyçəli Aşıq Nəcəf” kitabında nisbətən
əhatəli verilmişdir. Bu kitabda müəllifin on dörd  divanisi (“Mən”, “Çəp”,
“Dam”, “Qırmızı”) “Layiq deyil”, “Ola”, “Gəlmədi”, “Pərvərdigar”, “Ve -
rir”)  toplanıb  (3,  164-174).  Bu  da  səbəbsiz    deyildir.  Professor  Mürsəl
Həkimov yazır: “Divani aşıqların ən  çox müraciət etdiyi şe`r formasıdır”
(4, 460). İki yerə ayırmaq olar: şəxsiyyəti qeyri-müəyyən olanlara xitabən
deyilən divanilər və sufizmlər, təsəvvüf elmini əks etdirən  şerlər. Təbii ki,
bu divanilərin arasında didaktik poetik örnəklər də var. Məsələn, “Var”,
“Çəp”, “Danışaq”, “Gəl” kimi divanilər şəxsiyyətləri qeyri-müəyyən olan
şəxs lərə xitabən yazılsa da, maraqlıdır ki, bu poetik örnəklərin hər birinin
özünəməxsus xüsusiyyətləri var, eyni zamanda mövzuları da müxtəlifdir.
“Bax” divanisində  Aşıq Nəcəf böyük ustalıqla cəmi bir neçə sözlə (“Sən
şəgirdsən, bir ustaddan dərsin al, sözə bax”) kimi xitabən yazıldığını gös -
tərir. Buradan mə`lum olur ki, o müstəqil aşıqlıq etmək iqtidarında olma -
yan bir şəxsdir. Bunun ötəri deyilmədiyini  müəllif aşağıdakı bənddə daha
ay dın verir:
Öz özünə mənəm deyib
İtirməynən sərini;
Məndən sənə müştəri olmaz, 
Axtar, tap müştərini;
Əbəs yerə pərvazlanıb
Yandırmaynan pərini
Pərvanə olub ataşa
Vurma  özünü közə, bax (3, 164).
Bu divani daha çox hərbə-zorbanı xatırladır. Professor Paşa Əfəndiyev
yazır: “Divanilər də qoşmalar kimi məzmununa görə müxtəlif lirik, nəsi-
hətamiz, çağırış, hərbə-zorba xarakterli və s. olur” (5, 64).
Müəllifin  “Çəp”  adlı  divanisində  didaktika,  nəsihət  olduqca  qüvvət-
2011/
IV
110
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 43,52 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə