Tofiq (41): tofiq (31). qxd qxd



Yüklə 43,52 Kb.
Pdf görüntüsü
səhifə33/55
tarix25.06.2018
ölçüsü43,52 Kb.
#51016
1   ...   29   30   31   32   33   34   35   36   ...   55

Azərbaycan  folklorunun  toplanması,  nəşri,  hətta  rusca  ilk  milli  tər-
cüməçi  kadrların  yetişməsi  də  bu  mütərəqqi  maarif  ocağının  adı  ilə
bağlıdır. "Rus ictimai fikrinin mütərəqqi tə`siri elm, ədəbiyyat, incəsənət
və s. sahələrdə olduğu kimi, Azərbaycan folklorunun toplanması, nəşri,
öyrənilməsi (buraya tərcüməni də əlavə etmək lazımdır – S.O.) işinə də
öz müsbət tə`sirini göstərdi. Azərbaycanın Rusiya tərkibinə daxil olduğu
dövrə  qədər  folklorun  yığılması,  nəşri  sahəsində  rus  elminin  müəyyən
təcrübəsi  var  idi.  Bu  təcrübə  yerli,  mütərəqqi  Azərbaycan  ziyalılarının
fəaliyyəti üçün mühüm bir məktəb idi” (6, 40).
Bunu nəzərə alan folklorşünas haqlı olaraq yazır: “Azərbaycan şifahi
ədəbiyyatının  XIX  əsr  rus  mətbuatında  nəşri  məsələsi  ayrıca  tədqiqata
möhtacdır” (7, 28).
XIX əsrdə Tiflisdə rus dilində «Тифлисские ведомости», «Кавказ»,
«Кавказский  вестник»,  «Новое  обозрение»,  «CMOMПK»  kimi  rus
dilli mətbuat orqanları yaradılmışdı. Bu mətbuat orqanlarında digər Za -
qafqaziya  xalqlarının  folkloru  ilə  yanaşı, Azərbaycan  tatarlarının  (türk-
lərinin)  folklorundan  əksər  janrlar  üzrə  müxtəlif  nümunələr  toplanıb
bə`zən orijinalda, çox vaxt isə orijinalla yanaşı rus dilində sətri tərcüməsi
ilə dərc edilmişdir.
Bu illərdə adı çəkilən məşhur mətbuat orqanları ilə yanaşı, digər rus-
dilli  məcmuələr,  sorğu  və  təqvim  tipli  mətbuat  növlərində  də  folklor
nümunələri dərc edilirdi. Məsələn, bunların arasında "Tiflis quberni ya sı -
nın təsviri üçün məcmuə", "Qafqazın təqvimi", "Qafqaz arxeoloji komis-
siyasının aktları", "Qafqaz dağlıları haqqında mə`lumat toplusu", "Kənd
təsərrüfatı üzrə Qafqaz İmperator Cəmiyyətinin məcmuəsi" və s. göstər-
mək olar (8, 3).
Azərbaycan  folklorunun  və  poetik  nümunələrinin  rus  dilinə  profes-
sional  şəkildə  tərcümə  faktı  və  tərcüməçilik  məktəbinin  yaranma  tarixi
XIX əsrin payına düşür.
Tərcümə işinin əhəmiyyətini qiymətləndirən prof. Pənah Xəlilov yazır:
"Tərcümə  sayəsində  bir  milli  ədəbiyyatın  nailiyyəti  başqa  qardaş
xalqların da mə`nəvi sərvətinə çevrilir" (9, ll).
Folklorumuzun  "SMOMPK"da  rus  dilinə  tərcüməsinin  janrlar  üzrə
qısa xülasəsini versək, maraqlı faktlarla qarşılaşarıq.
Lirik  janrlar  içərisində  bayatıların  tərcümə  tarixi  nisbətən  sonralara
gəlib  çıxır.  Rus  müəlliflərindən A.Kalaşev  və A.Yakimov  1894-cü  ildə
“SMOMPK”-də (“QƏXTMT”) çap  etdirdikləri "Tatar nəğmələri" (oxu:
2011/
IV
96
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Azərbaycan nəğmələri – S.O.) içərisində bayatıların layla və ağı növləri
olmuşdur. Bunların rusca şərhi verilir. Bu rus müəlliflərinin bayatı janrı
ilə ilk tanışlıq faktı idi. Mətnlər Nuxadan, Xatınbəyli kəndindən, Gəncə
şəhərindən, Cəbrayıl qəzasından, Şuşadan toplanmışdı (10, 37-74).
Yenə  də  bu  məcmuənin  növbəti  buraxılışında A.Zaxarovun  "Qafqaz
tatarları qadınlarının ev və sosial məişəti" məqaləsində "Beşik mahnıları"
adı  altında  xeyli  layla  mətnləri  və  onların  rusca  mə`nası  açıqlanmışdır
(11, 91-157).
XIX  əsrin  90-cı  illərinə  qədər  folklorun  lirik  janrı  kimi  xalq  mahnı
nümunəsi  məcmuədə  rus  dilinə  tərcümə  edilməmişdir.  1892-ci  ildə
"SMOMPK"  məcmuəsinin  13-cü  buraxılışında  M.Quliyev  tərəfindən
Cavanşir qəzasının Mamırlı kəndində qeydə alınmış “Yaylaqla aranın dey-
işməsi”  və  “Göylə  yerin  deyişməsi”  mahnı  mətnləri  “Tatar  nəğmələri”
başlığı  altında  verilir.  Doqquz bənddən  ibarət  birinci  şe`rin  həm  orijinal,
həm də hər bəndin rusca tərcüməsi verilmişdir. M.Füzulinin “Meyvələrin
söhbəti”ndə  olduğu  kimi,  bu  deyişmədə  aranla  yaylaq  öz  üstünlüklərini
sübuta yetirməyə çalışır. İkinci şe`rin də məzmunu belədir və beş bənddən
ibarətdir. "Göylə yerin deyişməsi" mahnı mətninin isə sətri tərcüməsi ver-
ilibdir (12, 173-234).
Adı çəkilən məcmuənin 1910-cu il 41-ci buraxılışında F.B.Köçərlinski
imzası ilə "Sayaçı" mahnısı və "Valehin nəğmələri" mahnı mətnləri oxu-
culara  təqdim  edilir,  rus  oxucuları  üçün  onların  sətri  tərcüməsi  verilir.
"Valehin  nəğməsi"  adlı  ikinci  hissədə,  məqalənin  müəllifi  insanın
dünyaya  gəldiyi  ilk  gündən  dünyadan  köçənə  qədərki  həyat
mərhələlərindən bəhs edən nəğməni və bunun ruscaya sətri tərcüməsini
oxuculara təqdim edir (13, 1-36). Çox təəssüf ki, S.Zelinski "SMOMPK"
məcmuəsinin  1882-ci  il,  2-ci  buraxılışında Azərbaycan  folklorunun  bu
nümunəsini "Erməni xalq aşığı Vartan Xoyskinin (Vartan Xoylunun)" adı
altında təqdim edir. Şe`rin Azərbaycan dilində, ərəb əlifbasında olan 24
bənddən  ibarət  mətni  orijinalda  və  onun  rus  dilində  tərcüməsi  verilir.
Görünür,  rus  müəllifini  yenə  də  ermənilər  aldadıblar. Amma  fakt  fakt -
lığında  qalır.  Mətn  təmiz  Azərbaycan  dilindədir  və  erməni  əsilli
Azərbaycan aşığı Vartan Xoylunun dilindən – əzbərdən qələmə alınmışdır
və məzmunca, mövzuca Firudin bəy Köçərlinin aşkar etdiyi mətnlə eyni-
dir (14, 99-106).
Azərbaycan mahnılarının rus dilində səslənməsi P.Vostrikovun da adı
ilə  bağlıdır.  "SMOMPK"  məcmuəsinin  1912-ci  il  42-ci  buraxılışında
2011/
IV
97
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


P.Vostrikov "Azərbaycan tatarlarının musiqisi və nəğmələri" adlı böyük
bir məqalə yazır. Azərbaycan musiqisi, musiqi alətləri – simli, nəfəsli və
zərb  alətləri  haqqında  geniş  mə`lumat  verir,  musiqi  alətlərinin  şəkilləri
dərc edilir. Azərbaycan rəqsləri üçün ayrıca bölmə ayrılır. "Sazandələr və
aşıqlar"  bölməsində  Qarabağ  xanəndələri,  muğam  sənəti,  aşıqların  el
arasında  hörmətindən,  uzun  qış  gecələri  çalıb-oxumalardan,  de-yiş mə -
lərindən, dastan-nağıl məclislərindən ətraflı mə`lumat verir. Bütün bun-
lardan sonra "Tirmə şal", "Evlərinin altı qaya", "Nəbi" qəbildən onlarla
Azərbaycan mahnısının mətni orijinalda dərc edilir və rus dilinə sətri tər-
cümə  olunur,  bə`zi  mahnıların  yaranması  haqqında  rəvayət  və  əfsanə -
lərdən misallar gətirilir (15, 1-15).
Azərbaycan nağıllarının, lətifələrinin, tapmacalarının, laylalarının, ata-
lar sözləri və məsələlərinin, digər folklor janrlarının toplanıb "SMOMPK"
məcmuəsində rus dilinə tərcüməsi təcrübəsindən çıxış edərək belə qənaətə
gəldik  ki,  xalq  yaradıcılığının,  folklorun  tərcüməsi  xüsusi  səriştə  və
iste`dad, bacarıq, fəhm tələb edir.
Ədəbiyyatın  yazılı  ədəbi  tərcüməsindən  fərqli  olaraq,  folklorun  tər-
cüməsi daha məs`uliyyətli və çətin bir yaradıcılıq prosesidir. Çünki ədəbi-
bədii materialın müəllifi mə`lumdur və çox vaxt tərcüməçi – müəllif bədii
əsərin müəllifi ilə təkbətək, üz-üzə qalır və onun bədii təfəkkürünə qoşu-
laraq, onun prizmasından hadisələrə yanaşır.
Folklor yaradıcılığında isə belə deyildir. Müəllif – tərcüməçi bütöv bir
xalqın tarixi, ən`ənəsi, dünyagörüşü, psixologiyası, etnoqrafiyası, məişəti,
mədəniyyəti,  bədii  təxəyyülü  ilə  təkbətək,  üzbəüz  qalmağa  məcburdur.
Ona görə də folklor janrlarının tərcüməçisi daha böyük və çətin ya ra dı -
cılıq və sənət sınağı qarşısında qalmalı olur. Buraya milli folklor janrının
spesifik, səciyyəvi, özünəməxsus, bənzərsiz məzmun və forma xüsu siy -
yətlərini, orijinal poetikasını, linqvistik xüsusiyyətlərini də əlavə etməli
olsaq, folklor tərcüməsinin gördüyü işin möhtəşəmliyi və vacibliyi, çətin-
liyi, məsuliyyəti müəyyən dərəcədə təsəvvürə gələ bilər.
Folklor  yaradıcılığı  olduqca  özünəməxsus,  spesifik  xüsusiyyətlərə
malikdir. Yazılı ədəbi janrların, tutaq ki, romanların, poemaların, povest -
lərin, lirik şe`rlərin poetikası, strukturu bütün dünya yazılı ədəbiy-yatında
təxminən  eynidir,  oxşardır.  Burada  yalnız  müəllif  manerası,  şəxsiyyəti,
yaradıcılıq  psixologiyası, milli mənsubiyyəti fərqlidir.  Ona  görə  də  tər-
cüməçi burada folklorda olduğu kimi yaradıcılıq çətinlikləri ilə qarşılaş-
malı olmur.
2011/
IV
98
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 43,52 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə