Tofiq (41): tofiq (31). qxd qxd



Yüklə 43,52 Kb.
Pdf görüntüsü
səhifə30/55
tarix25.06.2018
ölçüsü43,52 Kb.
#51016
1   ...   26   27   28   29   30   31   32   33   ...   55

folklor  konseptlərininin  yazılı  ədəbiyyatda  da  yaşadığını  geniş  faktiki
material əsasında aşkarlamaq, Azərbaycan folkloru adlanan materiya ilə
Azərbaycan  ədəbiyyatı  adlanan  materiyanın  eyni  milli  epik  düşüncə
materiyasında  birləşdiyini  vahid  semantik  xətt  –  ikiləşmə  konseptinin
epoxal  paradiqmalar  sistemi  boyunca  təsdiq  etməklə,  əslində,  bir
akademik təhlil standartına imza atmışdır. O, bununla folklor-ədəbiyyat
(yaxud  retrospeksiyada:  ədəbiyyat-folklor)  münasibətlərinə  dünya
səviyyəsində normal (səciyyəvi), Azərbaycan səviyyəsində  isə yeni bir
baxış gerçəkləşdirmişdir.
Gəlin, özümüz özümüz üçün etiraf edək ki, Azərbaycan filoloji-folk-
lorşünaslıq  fikrində  ədəbiyyat-folklor  münasibətləri  məsələsinin  qoyu-
luşu  keçən  əsrdən  başlayıb  bizim  əsrimizi  də  əhatə  etməklə  onilliklər
boyunca təkrarlanmaqdan yıpranmış və yalnız kəmiyyət genişlənməsinə
xidmət edən bir təcrübə olmaqdan irəli getmir.
«Yazılı ədəbiyyat və folklor problemi ilk baxışdan asan mövzu kimi
görünsə də, əslində, yaradıcılığın çox mürəkkəb münasibətlər kompleksi-
ni, bədii özünüifadənin müxtəlif təsvir dillərini, ifadə kodlarını nəzərdə
tutur.  Folklor  və  yazılı  ədəbiyyat  etnik-bədii  özünüifadə  kontekstində
düşüncənin həm diaxron, həm də sinxron kodlarıdır» (18, 64).
Sevindiricidir  ki,  «yazılı  ədəbiyyat  və  folklor»  problemi  artıq  ciddi
yönə istiqamət götürmüşdür (bax: 19). Bu yönün formalaşmasında, başqa
sözlə, ədəbi düşüncənin yazılı və şifahi laylarına etnik özünüifadə kodu
yanaşılmasında M.Kazımoğlunun öz yeri və rolu var (bax: 20). 
Əlbəttə, bu yer və rol haqqında bütün hallarda indikindən daha geniş
və  əhatəli  yazmaq  olar.  «Folklorda  obrazın  ikiləşməsi»  monoqrafiyası
buna kifayət qədər material verir. Lakin hər bir yaradıcılığın öz hüdudları
var. Burada mövcud fakturaya münasibətdə gerçəkləşdirdiyimiz bu yazı
yalnız  bir  rakursu  və  o  saya  uyğun  baxışı  ifadə  edir.  Fakturanın
Azərbaycan humanitar fikir dövriyyəsində oynayacağı rol, onun inkişafı-
na verəcəyi təkan artıq bu reallaşmış elmi tədqiqat materiyasının sonrakı
taleyidir.  Bu  taleyin  uğurlu  olacağı  isə,  ən  azı,  onun  müəllifinin
Azərbaycan folklorşünaslığına heç kəsin gətirmədiyi və qoymadığı oriji-
nal problemləri gətirməsi ilə təmin olunur.  
ƏDƏBİYYAT
1. Əfəndiyev P. Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakı: Maarif, 1981
2. Kazımoğlu M. Folklorda obrazın ikiləşməsi. Bakı: Elm, 2011, 228 s. 
2011/
IV
88
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


3. Rzasoy S. Milli yaddaşın bifurkasiyası: şəhidlər və şahidlər (redaktordan
ön söz) / C.Qasımov. Azərbaycan folklorşünaslığı və sovet totalitarizmi. Bakı:
Nurlan, 2011, s. 3-27           
4. İmanov M. Müasir Azərbaycan nəsrində psixologizm. Bakı: Elm, 1991
5. Kazımoğlu M. Gülüşün arxaik kökləri. Bakı: Elm, 2005 
6. Kazımoğlu M. Xalq gülüşünün poetikası. Bakı: Elm, 2006 
7. Acalov A. Ön söz / Azərbaycan mifoloji mətnləri. Bakı, Elm, 1988, s. 7-34  
8. Acalov A. Azərbaycan folklorşünaslığının bəzi epistemoloji problemləri /
«Azərbaycan folklorşünaslığı məsələləri» (Nizami ad. Ədəbiyyat İnstitutu Gənc
Alimlər Şurası konfransının materialları). Bakı, Elm, 1989, s. 3-12  
9. Acalov A. Türk etnik-mədəni sistemi və folklor / «Folklor və mədəniyyət»
(Gənc filoloqların altıncı respublika konfransının materialları). Bakı, Elm, 1990,
s. 3-12
10. Zeynallı H. Azərbaycan nağılları haqqında / Azərbaycan nağılları. 5 cild-
də,  I  cild.  Toplayıb  tərtib  edəni:  H.Zeynallı.  Nəşrə  hazırlayanlar:  İ.Abbaslı,
R.Xəlilov, M.Teymur. Bakı: 2005
11.  Qasımov  C.  Azərbaycan  folklorşünaslığı  və  sovet  totalitarizmi.  Bakı:
Nurlan, 2011
12. İvanov V.V. Dualistiçeskie mifı / Mifı narodov mira. V 2-x tomax. Tom
1. Moskva: Sovetskaə gnüiklopediə, 1980
13.  Toporov V.N.  O strukture  nekotorıx  arxaiçeskix tekstov,  sootnosimıx  s
konüepüiey «mirovoqo dereva» / Trudı po znakovım sistemam (sb. st.). Vıp. 5,
Tartu, 1971, s. 9-62
14. Meletinskiy G.M. Poetika mifa. Moskva: Nauka, 1976
15. Rzasoy S. Nizami poeziyası: Mif-Tarix konteksti. Bakı: Ağrıdağ, 2003
16. İvanov Vəç.Vs., Toporov V.N. Slavənskie əzıkovıe modeliruöuhie semi-
otiçeskie sistemı (drevniy period). Moskva: Nauka, 1965
17. Sən yadıma düşəndə. Xalq mahnıları / Tərtib edəni Minəxanım Təkləli.
Bakı: Araz, 2003
18. Həkimov M., Rzasoy S. Yaddaş və şəxsiyyət. Bakı: Səda, 2004
19. Bu haqda bax: Rzasoy S. Etnokosmik düşüncənin romantizm və folklor
kodları. «Dədə Qorqud» jur., № 2, 2007 s., 178-181           
20.  Rzasoy  S.  Azərbaycan  gülüşü  etnik  özünüifadə  kodu  kimi  Muxtar
Kazımoğlunun yaradıcılığında. «Dədə Qorqud» jur., № 2, 2006, s. 155-164
2011/
IV
89
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Səhər Hidayət qızı ORUCOVA
filologiya elmləri namizədi, BDU-nun dosenti
seher.orucova@inbox.ru
XIX ƏSRDƏ AZƏRBAYCAN FOLKLOR JANRLARININ
XIX ƏSRDƏ AZƏRBAYCAN FOLKLOR JANRLARININ
"SMOMPK" MƏCMUƏSINDƏ RUS DİLİNƏ İLKİN
"SMOMPK" MƏCMUƏSINDƏ RUS DİLİNƏ İLKİN
TƏRCÜMƏ PRİNSİPLƏRİNİN FORMALAŞMA
TƏRCÜMƏ PRİNSİPLƏRİNİN FORMALAŞMA
XÜSUSİYYƏTLƏRİ...
XÜSUSİYYƏTLƏRİ...
XÜLASƏ
Azərbaycan  folklorunun  müxtəlif  dillərə  tərcüməsi  məsələləri  və  bu
tərcümə məsələlərinin tarixi folklorşünaslıqda araşdırılan vacib problem-
lərdəndir.  Azərbaycan  folklorunun  əksər  janrlarına  dair  nümunələr
“SMOMPK” məcmuəsində çap olunmuşdu. Rus tərcümə məktəbi dünya-
da tanınmış məktəblərdəndir. Bir çox ədəbiyyatşünaslar hesab edirlər ki,
Azərbaycan folklorunun rus dilinə tərcüməsi XIX əsrdən başlanmış, bu -
günədək davam edir.
XIX əsrdə Tiflisdə bir neçə jurnal və qəzetlər tə`sis edilmişdir: “Tiflis
xəbərləri”,  “Qafqaz”,  “Qafqaz  xəbərləri”,  “SMOMPK”  və  s.  Bütün  bu
jurnal və məcmuələrdə Azərbaycan folklorunun müxtəlif janrları (nağıl-
lar,  lətifələr,  atalar  sözləri,  dastanlar  və  s.)  çap  olunmuşdur.  Burada
həmçinin Azərbaycan xalqının adət və ən`ənələri haqqında mə`lumatlar
da öz əksini tapmışdır. Azərbaycan folklorunun müxtəlif janrlarının rus
dili nə tərcüməsi və çap olunması bu folklorun yayılmasında əhəmiyyətli
dərəcədə rol oynamışdır.
Açar sözlər: folklor, tərcümə, ədəbiyyat, tarix 
DEVELOPMENT CHARACTERISTIC OF THE FIRST TRANSLATION
DEVELOPMENT CHARACTERISTIC OF THE FIRST TRANSLATION
PRINCIPLES TO THE RUSSIAN LANGUAGE OF AZERBAIJANI
PRINCIPLES TO THE RUSSIAN LANGUAGE OF AZERBAIJANI
FOLKLORE GENRES IN XIX CENTURY IN THE 
FOLKLORE GENRES IN XIX CENTURY IN THE 
JOURNAL CMOMIIK
JOURNAL CMOMIIK
SUMMARY
The translation of Azerbaijani folklore into different languages and the history of this
translation is one of the least studied subjects. One of the most actual subjects in the folk-
lore was published in the journal CMOMПK in the Russian language. Russian transla-
tion school is one of the famous schools. Many specialists in literature consider that the
history of translation of Azerbaijani folklore into the Russian language began approxi-
mately from XIX century and lasts today.
Some  journals  and  newspapers  were  created  in  Tbilisi  in  XIX  century.  Such  as,
«Тифлисское  ведомости»  (Tbilisi  news),  «Кавказ»  ("Caucasus"),  «Кавказский
вестник»  ("Caucasus  reporter"),  «Новое  обозрение»  ("New  review"),  «CMOMПK»
2011/
IV
90
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 43,52 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə