Tofiq (41): tofiq (31). qxd qxd



Yüklə 43,52 Kb.
Pdf görüntüsü
səhifə32/55
tarix25.06.2018
ölçüsü43,52 Kb.
#51016
1   ...   28   29   30   31   32   33   34   35   ...   55

dar  V.I.Qacarovun  (“Azərbaycan  şifahi  poeziyası  rus  dilində”  –  1979),
T.Abbasquliyevin (“İngilis atalar sözləri və onların rusca, azərbaycanca
ekvivalenti”  –  1981),  F.D.Mustafayevin  (“Azərbaycan  dastanı  "Ko roğ -
lu"nun rus dilinə tərcüməsində milli özünəməxsusluğun qorunması prob-
lemi”  –  1983),  E.Rəhimovanın  (“Azərbaycan  dastanlarından  “Dədə
Qorqud”un və “Koroğlu"nun rus dilinə tərcüməsi” – 1997) tədqiqat işləri
olduqca təqdirəlayiq bir yer tutur və bu sıraya vaxtı ilə bizim apardığımız
"Azərbaycan folklorunun rus dilinə tərcüməsi probleminin özünəməxsus-
luğu"  (dərs  vəsaiti, Bakı,  “Səda” nəşriyyatı,  2007)  işini  də  əlavə  etsək,
aydın olar ki, xatırlatdığımız bu elmi-nəzəri tədqiqat işlərində folkloru-
muzun digər dillərə, əsasən də, rus dilinə tərcümələrinin mühüm aspekt -
lərinə  ardıcıl  olaraq  toxunulsa  da,  tərcümə  tarixinin  müəyyən  mərhə -
lələrinə nəzər saldıqda aydın görünür ki, hələ də bu sahədə "ağ səhifələr"
mövcuddur.
Belə toxunulmamış, tədqiqatlarda ötəri şəkildə xatırlanan "ağ səhi fə -
lərdən"  biri  də  XIX  əsrdə  dərc  olunan  mətbuatda  və  toplularda,  məc-
muələrdə, jurnallarda geniş şəkildə əksini tapan Azərbaycan folklorunun
toplanması, tərcüməsi və nəşri problemidir. 
Belə mühüm, monumental məcmuələrdən biri də, 1881-ci ildə Tiflisdə
Qafqaz Tədris İdarəsi tərəfindən rus dilində çap olunmuş, 46 cildi işıq üzü
görəndən  sonra  1929-cu  ildə  Mahaçqalada  buraxılışı  dayandırılmış
“Сбор ник материалов для описания местностей и племен Кавказа” –
“SMOMPK”  ("Qafqaz  əraziləri  və  xalqlarının  təsvirinə  dair  materiallar
toplusu” – “QƏXTMT”) - dir ki, uzun illər boyu dərc olunan və ölkəşü-
naslıq  xarakteri  daşıyan  bu  məcmuənin  səhifələrində  Qafqazda  yaşayan
xalqların, o cümlədən Azərbaycan xalqının şifahi ədəbiyyat – folklor nü -
munələrinin toplanması, rus dilinə tərcüməsi və nəşrinə geniş yer ay rıl mış -
dı. Və təəssüf doğuran hal budur ki, Azərbaycan folklorunun müxtəlif jan-
rlarını əhatə edən, əksəriyyət nümunələri ilk dəfə topladıb, tərcümə etdirib,
nəşr edən bu möhtəşəm toplu bə`zi istisnalar nəzərə alınmazsa, uzun müd-
dət Azərbaycan tədqiqatçılarının diqqətindən kənarda qalmışdı...
Bizim işimizin ən mühüm, aktual cəhətlərindən biri də budur ki, Azər -
baycan folklorunun rus dilinə tərcümə problemləri əksər istiqa mət lərdə,
konkret tarixi dövr daxilində, yə`ni XIX əsrdə baş verən toplama və tər-
cümə  hadisələrini,  xüsusən  "SMOMPK"  məcmuəsindəki  Azərbaycan
folk lorunun  tərcümə  faktlarını  və  ilkin  yaranan  tərcümə  prinsiplərinin
xüsusiyyətlərini də əhatə edir.
2011/
IV
93
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


"Azərbaycan folklor materiallarının  XIX  əsrdə  toplanması, nəşri  və
tərcüməsi  problemləri"  (“SMOMPK”  /“QƏXTMT”/  əsasında)  tədqiqat
işi folklorşünaslığımızda  bu mövzuda ilk işlənən  əsər kimi aktuallıq və
müasirlik  kəsb  edir. Azərbaycanın,  o  cümlədən  türkdilli  folklor  nümu -
nələrinin rus dilinə tərcümə tarixi böyük təcrübəyə malik olsa da, bu zən-
gin  tərcümə  məktəbinin  "SMOMPK"  məcmuəsində  keçdiyi  tarixi  yol,
mərhələlər və bu tarixi yolun praktik, təcrübi nəticələri nə tarixi-xronolo-
ji cəhətdən, nə də elmi-nəzəri problemlər istiqamətində lazımınca öyrə nil -
məmişdir.
Mə`lumdur ki, rus dilinə tərcümə məktəbinin əhatəli, zəngin ən`ənələri
və örnəkləri mövcuddur. Doğru deyilir ki, "həqiqətən, rus tərcümə mək-
təbi dünyada ən yaxşı, öndə gedən tərcümə məktəblərindən biridir. Ru-
siyada  olduğu  kimi  heç  bir  ölkədə  tərcümə  nəzəriyyəsi  və  təcrübəsi
ən`ənələrinə  belə  yüksək  münasibət  olmamışdır.  İstər  monarxiya  illə -
rində, istərsə də sovet hakimiyyəti dövründə heç bir digər tərcümə mək -
təbi belə yüksək sənət nümunələri yaratmamışdır" (2, 177).
İstisnasız olaraq bütün ədəbiyyatşünaslar Azərbaycan ədəbi-bədii nü -
munələrinin,  o  cümlədən  folklor  janrlarının  rus  dilinə  tərcümə  tarixini
XIX əsrdən başlandığını qəbul edirlər. XIX əsrdə Azərbaycan folklorunun
demək olar ki, bütün janrlarına aid nümunələr – atalar sözləri, tapmaca,
əfsanə, lətifə, nağıl və dastanlar toplanıb rus mətbuatında həm orijinalda,
həm də rus dilində çap edilmişdi. Təsadüfi deyildir ki, Azərbaycan folk-
lorunun təsnifi və dövrləşdirilməsinin mühüm bir mərhələsi də XIX əsr
sayılır. Tanınmış folklorşünas, prof. Azad Nəbiyev yazır: "Ağız ədəbiy-
yatının dövrləşdirilməsi əslində şərti anlayışdır. ...Lakin başqa xalqların
şifahi  ədəbiyyatı  üçün  bə`zən  məqbul  hesab  edilməyən  dövrləşdirmə
Azərbaycan ağız ədəbiyyatına tətbiq edildikdə onun daha geniş araşdırma
imkanı nəzərə çarpır.
Azərbaycan  türklərinin  uzun  zaman  hüdudunda  yaratdığı  zəngin
mə`nəvi-əxlaqi  dəyərləri  ağız  ədəbiyyatını  dövrləşdirməklə  onun  tarixi,
ictimai  və  estetik  mahiyyəti  haqqında  daha  dolğun  təsəvvür  əldə  etmək
mümkündür. Təbii ki, ağız ədəbiyyatı janrlarının bölgüsü şərti olduğu kimi
onun  dövrləşdirilməsi  də  şərtidir”.  Beləliklə,  müəllif  qeyd  edir  ki,  uzun
minilliklər  ərzində  yaranıb  müxtəlif  dini-əxlaqi  təriqətlərə,  görüşlərə
yoldaş olan, orta əsrlərin zəngin ictimai-əxlaqi dəyərləri ilə cilalanıb yad-
daşlardan-yaddaşlara süzülən ağız  ədəbiyyatımızı şərti olaraq  belə dövr-
ləşdirmək olar: qədim dövr (bizim eradan əvvəl, bizim eranın XII əsrinə
2011/
IV
94
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


qədər); bizim eranın XIII-XVIII əsrləri əhatə edən orta əsrlər mərhələsi və
yeni dövr adlandırılan XIX-XX əsrləri əhatə edən mərhələsi. Müəllif, haqlı
olaraq, müəyyənləşdirir ki, “Azərbaycan ağız ədəbiyyatının hər bir dövrü
özünəməxsus yaradıcılıq ən`ənələri, poetik üslubları, janr törə mələri, onu
əhatə edən dövrün ictimai-siyasi və sosial görüşləri, ayrı-ayrı ayin, e`tiqad,
təriqət və dini-mifoloji baxışları ilə əlamətdardır” (3, 107-109).
"Yeni dövr adlandırılan XIX əsr Azərbaycan folklorunun toplanması,
rus dilinə tərcüməsi və nəşri işi "onu əhatə edən dövrün ictimai-siyasi və
sosial hadisələri" ilə sıx əlaqəsi vardı.
Tarixdən mə`lumdur ki, XVIII əsrin sonlarında, XIX əsrin əvvəllərində
Azərbaycanda siyasi durum olduqca ziddiyyətli və mürəkkəb idi. "Azər -
baycan kiçik feodal dövlətlərinə – Quba, Dərbənd, Şamaxı, Bakı, Qa ra -
bağ, Gəncə, İrəvan, Talış, Naxçıvan, Şəki, Qarabağ, Təbriz kimi bir sıra
xanlıqlara,  Marağa  və  Urmiya  malikanələrinə,  Şəmşəddin,  Qazax,
Borçalı  və  İlisu  sultanlıqlarına,  Car-Balakən  icmalarına  parçalanmışdı"
(4, 10).
Xanlıqlar  və  feodal  icmaları  arasındakı  çəkişmələr,  qanlı  savaşlar  o
dövrdə Azərbaycan xalqının vahid dövlət ətrafında birləşmək imkanının
qarşısını  alırdı.  Belə  bir  situasiyadan  istifadə  edən  Rusiya  imperiyası
Zaqafqaziyanı  və  o  cümlədən  Azərbaycanın  şimal  hissəsini  zəbt  etdi.
1828-ci  il  fevralın  10-da  Rusiya  ilə  İran  dövlətləri  arasında  bağlanan
Türkmənçay müqaviləsi Azərbaycanı iki yerə parçaladı və bu parçalama
siyasəti indi də rəzalətlə davam etməkdədir (5, 205). 
Lakin Rusiya Avropaya çıxışı olan böyük imperiya dövləti idi. Avropa
mədəniyyəti  ilə  sıx  əlaqə  Rusiyada  xüsusi,  demokratik  fikirli  ziyalı
təbəqəsinin yaranmasına və mütərəqqi fikrin inkişafına şərait yaratmışdı.
Bütün  bunlar  Rusiyanın  işğal  zonasına  düşmüş  ucqarlara  da  müəyyən
tə`sirini  göstərirdi.  Xüsusən  maariflənmə  işi  inkişaf  edir, Azərbaycanın
bir  sıra  mərkəzi  şəhərlərində  rus-tatar  məktəbləri,  qızlar  seminariyaları
açılır, mətbuat yaranırdı. 1879-cu ildə Qori Müəllimlər Seminariyasında
tatar  şö`bəsinin  açılması  olduqca  mütərəqqi  bir  hadisə  idi  və  bu Azər -
baycanda  yeni  ziyalı  təbəqəsinin  yetişməsinə  şərait  yaratdı.  "Azər bay -
canın  görkəmli  maarifçiləri  C.Məmmədquluzadə,  N.Nərimanov,  Rəşid
bəy  Əfəndiyev,  H.Mahmudbəyov,  F.Köçərli  bu  seminariyada  və  Tiflis
Alek sandrovski  Müəllimlər  İnstitutunda  təhsil  almışlar.  Azərbaycan
dilində dərsliklərin yaranması da həmin şəxsiyyətlərin adları ilə bağlıdır"
(5, 222).
2011/
IV
95
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 43,52 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə