Tofiq (41): tofiq (31). qxd qxd



Yüklə 43,52 Kb.
Pdf görüntüsü
səhifə35/55
tarix25.06.2018
ölçüsü43,52 Kb.
#51016
1   ...   31   32   33   34   35   36   37   38   ...   55

İşin məqsədi. Epik mətnlərdə, dastanlarda qəhrəmanların bioqra fiya -
sını təhlil edən formul tipləri haqqında mə`lumat verməkdir.
Xalq  nağıllarında, dastanlarında qəhrəmanların  həyat  hekayələrindən
yola çıxaraq, dastan boyu onların yaratdığı ortaq qəlibləri və ya formul la -
rı aşkara çıxarmaq  yönündə xeyli araşdırma aparılmışdır. Qəhrə manlıq
dastan larında yer alan epik qəhrəmanın formul  qəlibini və ya quruluşunu
ortaya  çıxarmağa  yönələn  ilk  təşəbbüs  1864-cü  ildə  alman  alimi  İohan
Georg Van Hayn tərəfindən edilmişdir (8, 179). O, xalq  hekayələri, nağıl-
lar üzərində tədqiqat apararkən bu epik nümunələrdə mövcud olan  müx-
təlif  formullar diqqətini cəlb  edir, bunları bir siyahı halında formalaşdırır
və 16 maddədən ibarət bir “qəhrəman qəlibi” meydana gətirir. Bu folklor -
da “sürgün və dönüş formulu” olaraq bilinməkdədir. Daha sonra Anti Aar -
ne tərəfindən 1910-cu ildə nağılların  tiplərə görə sistemləşdiril mə sində
istifadə  edilmişdir (10, 142).  Bir   başqa   baxış  açısıyla  Haynın  bu təd -
qiqatı “epik mətnlərin qəlibləşmiş quruluşu” haqqındakı ilk ümimiləş dir -
mə (16, 114-129) hesab  olunmuş və V. Propp nümunəsinin də əsasını təş -
kil etmişdir.
“Sürgün və dönüş formulu”nun əsas  müddəaları aşağıdakılardır:
Doğum:
1. Qəhrəmanın qeyri-qanuni olaraq doğulması.
2. Qəhrəmanın anası ölkənin şahzadəsidir.
3. Qəhrəmanın atası bir tanrı və ya  başqa  biridir.
Gənclik:
4. Qəhrəmanın  yüksəlişinin  müəyyən işarətləri  vardır. 
5. Buna görə də qəhrəman tərk edilmişdir. 
6. O, heyvanlar tərəfindən əmizdirilir.
7. Övladsız  bir  çoban tərəfindən böyüdülür.
8. O, yüksək  ruhlu  bir gəncdir.
9. O, başqa bir ölkədə işləmək üçün iş axtarır.
Dönüş:
10. O, müzəffər, qalib olaraq geriyə dönər və yenidən başqa bir ölkəyə
gedir. 
11. O, həqiqi düşmənlərini məhv edir, ölkəni idarə etməyə başlayır və
anasını xilas edir. 
12. O, şəhərlər inşa edir.
13. Onun ölümü də fövqəladə olaraq  təsvir edilməkdədir. 
İkinci dərəcədən şəxslər:
2011/
IV
102
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


14. O, yasaq  münasibətə görə lənətlənmişdir və gənc ölür.
15. O, təhqir  olumuş bir xidmətçisinin  əliylə intiqam almaq məqsədi
ilə öldürülür. 
16. O hələ gənc olan qardaşını öldürür (16, 115-116;  10, 143).
Yuxarıda    qeyd  edildiyi  kimi  Van  Haynla  təxminən  eyni  zamanda
–1871-ci ildə Eduard Teylorun çap etdirdiyi “İlkin mədəniyyət” adlı  təd -
qi qatında  “qəhrəman mifləri” adlandırdığı epik mətnlərdə, qəhrəmanların
ortaq, ümumi bir model əsasında formalaşdırıldıqları ideyasını  irəli sür-
müşdür. Modelə görə:
1. Qəhrəman doğumdan  sonra tərk edilir. 
2.  Başqa  insanlar  və  ya  heyvanlar  tərəfindən    mühafizə  edilir,
böyüdülür.
3. Böyüyür.
4. Böyük bir igidlik  göstərir və əsl  qəhrəmana  çevrilir.
Eduard Teylor sadəcə ortaq  qəhrəman modeli meydana gətirməyə sə`y
göstərir. Qəhrəman və ya qəhrəmanların mənşəyi Teyloru düşündürmür -
dü. “Dədə Qorqud” mətnlərində də Van Haynın və Eduard Teylorun qəh -
rə man  formuluna    aid  nümunələrə  rast    gəlmək  mümkündür.  Dastanın
“Basatın Təpəgözü öldürdüyü boy ”u əsatiri boy olmaqla bərabər  yuxarı-
da qeyd etdiyimiz  qəhrəman modelini   özündə ehtiva etməkdədir. Boyda
Oğuz elindən  köç edərkən  Aruz  Qocanın  kiçik  yeni doğulan oğlu yük -
dən düşür və beləliklə, “qəhrəmanın tərk edilməsi”  formulunu əmələ gə -
tirir.  Daha sonra  ailəsi  tərəfindən  tərk edilən  qəhrəman  bir dişi  aslan
tə rəfindən götürülür və aslanın südü ilə bəslənib böyüyür. Təpəgöz Oğu -
zun fövqəladə düşməni olduğuna görə, Təpəgözə qarşı qoyulan xalq qəh -
rə manı  da    öz  fəaliyyətini,    fövqəladə  qüvvələrdən  güc almaqla  həyata
keçirir. Daha sonra  Dədə Qorqudun  vasitəsilə insan  cəmiyyətinə qatılan
bu qəhrəman “at basdığına” görə Basat adını alır (1, 125-135). Bundan
əlavə  “Kitab”da  “qəhrəmanın  başqa  bir  ölkəyə  getməsi  formulu”na  da
təsadüf edilməkdədir. Dastanda  həqiqətən  də Basatın  “aqında” – başqa
bir ölkədə olduğunun şahidi oluruq. Basat Təpəgözün Oğuz elinin  başı-
na gətirdiyi  fəlakətləri qoca qarıdan öyrənir. Bu da  sübut edir ki, bu ha -
disələr zamanı Basat  başqa  ölkədə olmuşdur. Bundan sonra  Basat  bö -
yük bir  igidlik, qəhrəmanlıq göstərir. Oğuz elini böyük bir bəladan xilas
edir. Təpəgözü öldürür və əsl qəhrəmana  çevrilmiş olur. 
Otto Ranqın qəhrəman qəlibi.
Otto  Ranq  Siqmund  Freydin  psixoanalitik  məktəbinin  nümayəndəsi
2011/
IV
103
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


olmuşdur. O, qəhrəmanların, ata-oğul arasında çəkişmələrin nəticəsi ola -
raq oğulların atalarını öldürmələrini və bu münasibətlərdə qəliblər əsasın-
da  formalaşan yeni bir  formul  nəzəriyyəsi irəli sürürdü.
Robert  A. Segalin  (15, 75) təsbitlərinə  görə Otto  Ranqın (14, 124)
irəli  sürdüyü    bu  qəhrəman  qəlibində,  xüsusilə,  qəhrəmanların  həyatla -
rının ikinci yarısı üzərində durmaqdadır. Qəhrəmanın həyatının  ilk yarısı
yox,    ikinci  yarısına  ağırlıq    verən  bu  nəzəriyyə  üçün  həmçinin  Cozef
Kam pbellin (13, 90) tədqiqatlarına  baxıla bilər. 
Otto Ranqın “qəhrəman qəlibi” aşağıdakı formullardan əmələ gəl mək -
dədir:
1. Qəhrəman qeyri-adi bir  ailənin övladıdır. 
2. Qəhrəmanın  atası  bir kraldır. 
3. Qəhrəmanın ana  rəhminə düşmə  şərtləri çətindir. Yəni, hamı kimi
doğulmur – (N.A)
4. Qəhrəmanın doğumu  ilə əlaqəli olaraq müəyyən əlamətlər vardır. 
5. Qəhrəman bir qutu içində suya  buraxılır.
6. Qəhrəman heyvanlar və ya  xeyirxah  insanlar tərəfindən qorunur. 
7. Qəhrəmana dişi bir heyvan və  ya  alicənab  bir qadın  süd verir.
8. Qəhrəman böyüyür. 
9. Həqiqi ailəsini tapır. 
10. Atasından  intiqam alır. 
11. Qəhrəman rütbə qazanır, yüksəlir, mükafatlandırılır (14, 40-67).
Otto  Ranqın  “qəhrəman  qəlibi”ndə  öz  əksini  tapan  formullardan  da
bə`zilərinə  “Dədə  Qorqud”  boylarında  təsadüf  edə  bilərik.  Məsələn:
“Qəh rəmanın  ana  rəhminə  düşmə    şərtlərinin  çətinliyi”  formuluna    biz
“Dirsə xan oğlu Buğac  boyu”nda  təsadüf edirik. Burada övladı olmadığı-
na görə,  Bayındır  xanın qara çadırında əyləşdirilən Dirsə xan çox pərt
olur.  Daha  sonra  arvadının  sözü  ilə  “ulu  toy  eləyib,  hacət  diləyir”.
Borclunu borcundan xilas edir, susuz yollara su çəkir. Bir  ağzı dualının
alqışı ilə  Tanrı Dirsə xana  bir oğul verir. Bu formul  bizə Azərbaycan na -
ğıllarında  şahların, padşahların övladsızlığını, daha sonra ortaya çıxan bir
dərvişin  verdiyi  sehirli  almanın  köməyi  ilə  padşahın    övladının  olması
motivini  xatırladır  (2,  50-67).  “Kitabi  –  Dədə  Qorqud”da  Qazan  xanın
oğlu  Uruzun  əsir  düşdüyü  boyda  da  Burla  xatunun  sözlərindən  belə
mə`lum olur ki,   Uruz da  adi   yolla yox, qeyri  – adi  yolla –  “nəzir-ni-
yazla”, “hacət-dua” ilə doğulmuşdur. Boyda oğlunun Qazan xanla birgə
gəlmədiyini görən Burla xatunun ürəyində bir ana narahatlığı baş qaldırır:
2011/
IV
104
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 43,52 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə