Tofiq (41): tofiq (31). qxd qxd



Yüklə 43,52 Kb.
Pdf görüntüsü
səhifə36/55
tarix25.06.2018
ölçüsü43,52 Kb.
#51016
1   ...   32   33   34   35   36   37   38   39   ...   55

“Xan qızı gördü ki,  Qazan  gəlir, yumurlanıb yerindən durdu.Qazana
qarşı gəldi.Sağilən soluna göz gəzdirdi. Uruzu görmədi. Qara bağrı sar sıl -
dı, onun yürəgi  oynadı, qara  qıyma  gözləri qan-yaşla doldu.
Genə söyləmiş, aydır:
Sam yelləri əsmədən, Qazan, qulağım çınlar.
Sarımsaq otu yemədən Qazan, içim göynər.
Sarı yılan soqmadan ağca  tənim qalqar-şişər.
Qurumuşca  köksümdə südüm oynar
Yalnızca  oğul görünməz bağrım yanar.
Bir dəxi söyləmiş:
– Quru –quru çaylara  su saldım.
Qara donlu  dərvişlərə nəzir verdim.
Umanına – usanana aş yedirdim.
Ac  görsəm, doyurdum, yalıncıq  görsəm, donatdım.
Dilək ilə bir  oğulu güclə buldum.
Yalnız  oğul xəbərini, a Qazan, degil mana” (1, 86).
Nümunədən də göründüyü kimi  Uruzun  da  doğumu  çətin şərtlər he -
sabına  başa gəlir. Həm də boyun məzmunundan da aydın göründüyü kimi
xalq  nağıllarına uyğun olaraq Uruzun da doğulmasında, dünyaya gəl mə -
sində “dərviş motivindən  də istifadə edilmişdir (6, 25). Daha sonra “qəh -
rəmanın heyvanlar və xeyirxah insanlar tərəfindən qorunması” formuluna
biz həm  “Dədə Qorqud”  boylarında, həm də klassik epik əsərlərdə rast
gə lirik. “Basatın Təpəgözü öldürdüyü boy”unda Basat bir dişi aslan  tə rə -
findən bəslənir və böyüdülür. Bundan başqa Koroğlunun Asiya variantla -
rında Koroğlu da dişi  madyan tərəfindən  bəslənilir (3, 38). Qəbrdə doğu-
lan  uşağı hər  gün  bir  dişi madyan gəlib  qəbrin  üstündə  oturub  südüylə
bəsləyir. Bundan əlavə  klassik ədəbiyyata  dair  epik  əsərlərdə  iştirak
edən qəhrəmanların  bioqrafiyasında da  biz bu formulun şahidi oluruq.
N.Gəncəvinin  “Leyli  və  Məcnun”  poemasında  əsərin  sonunda  Məcnun
Leylinin məzarı üstündə öləndən sonra heyvanlar Məcnunu dövrəyə alır,
onu himayə edir, ona heç kimin toxunmasına icazə vermir. Yalnız bir il
sonra – Məcnunun cəsədi təmiz çürüyüb torpağa qarışandan sonra hey-
vanlar dağılıb Məcnunu dəfn etməyə imkan yaradırlar (4, 285). Əski  türk
yaradılış dastanlarında  çətin, dar məqamda qəhrəmana yardım edib, yol
göstərən, qurd motivi də bu formula nümunə ola bilər (7, 34-38). “Qəh -
rəmanın böyüməsi”, “rütbə qazanması”, “mükafatlandırılması” formulları
da  “Kitabi  –  Dədə  Qorqud”  boylarında  mövcuddur.  Həm  Buğac,  həm
2011/
IV
105
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Uruz  qeyri-adi  yolla  olan  doğuluşdan  sonra  göstərdikləri  igidliklər,  qa -
zan dıqları şücaətlər qarşılığında, mükafat kimi  ad alırlar və cəmiyyətdə
artıq özünəməxsus yerləri olan, sayılıb- seçilən, hörmət-izzət sahibi şəx -
siyyət  olaraq  formulaşırlar.  Hər  biri  göstərdikləri  igidliklərin    müqa-
bilində rütbə qazanır, mükafatlandırılır. Bunlar  demək olar ki, dastandakı
əksər qəhrəmanların bioqrafiyasını ehtiva edən formul tiplərindəndirlər. 
Lord Raqlanın “ən`ənəvi qəhrəman qəlibi”
Bu  model  Lord  Raqlanın  “Ən`ənəvi  epik  qəhrəman”  (12,  126-138)
əsərində ortaya  qoyduğu “ənənəvi qəhrəman modeli” olub, əsasən, yu xa rı -
da  qeyd  etdiyimiz  nəzəriyyənin  müxtəlif  epik  mətnlərə  uyqulanması  və
beləliklə, bu nəzəriyyənin təməl paradiqmalarından birisi olan “bu qəhrə-
manların  heç  biri  tarixi  bir  gerçəklik  deyildir”  və  ya  “hamısı  uydurma
qəhrəmanlardır” fikirlərini sübut etmək məqsədi daşımışdır. Lord Raq lan
ən`ənəvi qəhrəman modeli ilə bağlı iyirmi iki formul qeyd etsə də, tədqiqat-
lar vasitəsilə bu formulların artırılıb  azaldıla biləcəyini istina etmir. Özünün
də qeyd etdiyi kimi “bu şəxsiyyətlərin heç birisinin heka yəsi-nağılı gerçək-
liyə,  həqiqətə  uyğun  deyil və mənim fəaliyyətim, əks    etdirdiyim  qəhrə-
manların heç biri gerçək deyildir (12, 129). Lakin Alan Dundes Lord Raq -
lanın “qəhrəmanların tarixi gerçəklikdən tamamilə uzaq olan həyat  he ka -
yələri” fikri ilə razılaşmamış və bu fikrini tənqid etmişdir (11, 44-51).
Özkul Çobanoğlu da “Lord Raqlanın Qərb xalqlarının epik qəhrəman
qəlibi işığında “Oğuz  Kağan” və “Er Toştük” dastan qəhrəmanlarına  bir
nəzər” adlı məqaləsində bu nəzəriyyəni Oğuz Kağan və Er Toştük  dastan -
la rına uyqulamışdır (9, 202-209).
Lord  Raqlanın  “ən`ənəvi qəhrəman qəlibi” aşağıdakı  formul maddə -
lərdən ibarətdir:
1. Qəhrəmanın anası soylu bir bakirədir. 
2. Qəhrəmanın atası bir kraldır.
3. Ata  çox zaman qəhrəmanın  anasının yaxın qohumu olur.
4. Qəhrəmanın  ana bətninə düşməsi qeyri-adi yolla olur. (Azərbaycan
nağıllarındakı övladsız padşaha bir dərvişin sehirli alma verməsini, “Dədə
Qorqud” boylarında qəhrəmanın nəzir-niyazla, “hacət-dua” ilə doğulma -
sını xatırlayın – N.A). 
5. Qəhrəman eyni zamanda bir tanrının oğlu olaraq qəbul edilir. (İsa
peyğəmbərlə bağlı yaranan dini-əfsanəvi rəvayətləri xatırlayın – N.A).
6. Qəhrəmanın doğumu əsnasında  atası, anası və ya babası onu öldür-
məyə təşəbbüs edir. 
2011/
IV
106
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


7. Qəhrəman gizlicə bir yerə göndərilir.
8. Qəhrəman uzaq bir ölkədə onu övladlığa götürən bir ailə tərəfindən
böyüdülür.
9. Qəhrəmanın uşaqlığı haqqında heç bir mə`lumat verilmir.
10. Qəhrəman yetkinlik yaşına  çatanda gələcəkdə kral olacağı ölkəyə
gəlir.
11. Qəhrəman kral, div və ya başqa bir heyvana qarşı döyüşdə zəfər
qazanır.
12. Qəhrəman çox  zaman sələfi olduğu  kralın qızı ilə evlənir.
13. Qəhrəman kral olur.
14. Qəhrəman bir müddət sakitcə, heç bir hadisə  olmadan hökmdarlıq
edir.
15. Qəhrəman yeni qanunlar çıxarır.
16. Daha sonra  qəhrəman  tanrıların və ya  xalqın sevgisini itirir (Mir -
zə Fətəli Axundzadənin “Aldanmış kəvakib” povestində də Yusif Sərrac
taxta  çıxdıqdan  sonra  xalqın  xeyrinə  xeyli  işlər  görür,  yeni  fərmanlar
imzalayır. Lakin  şah Abbasın zülmünə öyrəşən xalq bir müddət sonra bu
“mülayim” padşahdan bezir və ona qarşı çıxır.) (5, 188).
17. Qəhrəman taxtdan salınır və şəhərdən uzaqlaşdırılır.
18. Qəhrəman əsrarəngiz  ölümlə qarşılaşır.
19. Qəhrəman çox zaman bir təpənin üzərində ölür.
20. Əgər övladları varsa, övladlarından heç biri onun yerinə taxta çıxa
bilmir.
21. Qəhrəmanın  vücudu dəfn  edilmir.
22. Amma buna baxmayaraq qəhrəmanın dəfn olunduğu qəbul edilən
bir və ya  bir neçə  müqəddəs  məzarı  mövcuddur (12, 126-138).
Lakin yuxarıda da qeyd edildiyi kimi bu qəhrəmanların heç birisinin
hekayəsi-nağılı gerçəkliyə, həqiqətə  uyğun  hesab olunmur  və bunların
fəaliyyəti də gerçəklikdən uzaq fəaliyyət kimi qəbul olunurdu.
İşin elmi nəticəsi. Epik mətnlərin qəhrəmanlarının bioqrafiyasını ifadə
edən formul qrupları təhlil edilmişdir.
İşin  elmi  yeniliyi.  Dastanlar  tədqiq  olunarkən  qəhrəmanların  bio-
qrafiyasını ifadə edən formul qruplarının incələnib tədqiq olunması, das-
tanların quruluşunun öyrənilməsində bir sıra yeni elmi nəticələr çıxara-
cağı qənaətindəyik.
İşin  tətbiqi  əhəmiyyəti.  Məqalədə  qəhrəmanların  bioqrafiyasına
yönələn  formullar  haqqında  ilk  dəfə  sistemli  mə`lumat  verilmişdir.  Bu
2011/
IV
107
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 43,52 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə