Tofiq Xəzər



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə191/229
tarix13.12.2017
ölçüsü4,78 Mb.
#15422
növüYazı
1   ...   187   188   189   190   191   192   193   194   ...   229

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

835 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

"Tiflisski vestnik" səhifələrində Azərbaycan mövzusuna 



müəyyən dərəcədə yer verməsi ilk növbədə Ġsa Sultanın 

xidməti və onun səylərinin nəticəsi kimi 

qiymətləndirilməlidir. 

ġübhəsiz, Qafqazın Azərbaycan hissəsində XIX əsrin 

birinci yarısında iqtisadi münasibətlər və iqtisadi həyatın 

vəziyyəti ilə maraqlananlar üçün Ġsa Sultanın "Naxçıvan 

və Kulpi duz mədənləri", "Quba xanlığında əkinçilik" 

kimi sırf professional yazıları maraq doğurmaya bilməz.  

Sonuncu məqalə, əslində, müstəqil iqtisadi tədqiqat idi və 

"Tiflisski vestnik"in dörd sayında (1876, 68-71-ci saylar) 

çap olunmuĢdu. Təbii ki, yuxarıda adı çəkilən məqalələri 

sırf mütəxəssis nöqteyi-nəzərindən araĢdıraraq 

qiymətləndirmək fikrindən uzağam. Ən azı ona görə ki, 

ədəbi həyat faktı kimi ümumi Ģəkildə diqqətimi çəkən bu 

yazılar ədəbiyyatĢünas kimi məndə elə bir ciddi maraq 

doğurmur. 

 

 

 



Lakin onlar Ġ.S.ġahtaxtinskinin Azərbaycanı öyrənmək, 

rus mətbuatında M.C.TopçubaĢov, M.A.Kazımbəy, 

A.Bakıxanov, M.F.Axundov, M.Səfiyev kimi 

həmvətənləri tərəfindən əsası qoyulan və uğurla inkiĢaf 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

836 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

etdirilən elmi azərbaycanĢünaslıq ənənələrinə töhfə 



vermək baxımından müəyyən əhəmiyyətə malikdir. 

Digər tərəfdən, bu yazılar yalnız iqtisadi oçerklər deyildi. 

Onların hər birində, əgər belə demək mümkündürsə, insan 

faktoru da mühüm yer tuturdu. Məsələn, "Naxçıvan və 

Kulpi duz mədənləri" məqaləsi 1876-cı ilin oktyabr 

ayında Naxçıvan duz mədənlərindən birində insan tələfatı 

ilə nəticələnən uçqun münasibəti ilə yazılmıĢdı. 

Məqalə müəllifini hiddətləndirən əsas cəhət həmin 

bədbəxt hadisənin hökumət dairələrində heç bir əks-səda 

doğurmaması idi. Hər il onlarla belə hadisə baĢ verirdi. 

Duz mədənlərinin istismarını nəzarət altında saxlayan 

aksiz idarəsi isə, yalnız öz gəlirləri barəsində düĢünürdü. 

Ġstehsalın müvafiq texnologiya və elmi əsaslarla 

aparılması, lazımi təhlükəsizlik tədbirlərinin görülməsi 

heç kimi maraqlandırmırdı. 

Ġ.S.ġahtaxtinski Naxçıvanda duzun yenə də dədə-baba 

qaydası ilə çıxarılmasını Qafqazın mədən sənayesinin 

inkiĢafını ləngidən amillərdən biri kimi tənqid edirdi. 

Onun Naxçıvan duz yatağındakı duz qatının qalınlığı ilə 

bağlı hesablamaları da maraq doğurur və gənc alim-

publisistin öz vətəninin təbii sərvətləri, həmvətənlərinin 

həyat və məiĢəti ilə kifayət qədər yaxından maraqlandığını 

göstərirdi.  



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

837 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

"Quba xanlığında torpaq sahibkarlığı" məqaləsində isə Ġsa 



Sultan bir tərəfdən, öz ampluasında çıxıĢ edir və kənd 

təsərrüfatı, aqrar məsələlər sahəsində dərin biliyə malik 

olduğuna, mütəxəssis kimi rəy bildirmək səlahiyyəti 

qazandığına oxucularını inandırırdı. O biri tərəfdən isə, 

Quba xanlığının tarixini kifayət qədər diqqətlə öyrəndiyini 

nümayiĢ etdirirdi. 

Məqalədə Rusiyanın tərkibinə daxil edildiyi zaman 25 

min nəfər əhalisi olan bu xanlığın müxtəlif dövrlərdə 

ərəblər, səlcuq türkləri, monqollar tərəfindən iĢğalı, daha 

sonra isə növbə ilə Ġran və Osmanlı dövlətlərindən asılılığı 

barəsində məlumat verilirdi. 

Müəllif Quba xanlığının həyatındakı son siyasi proseslərə 

toxunaraq yazırdı: "Yalnız 1747-ci ildə Nadir Ģahın 

öldürülməsindən sonra xanlıq müstəqillik qazandı. Lakin 

bu o qədər də uzun çəkmədi. XIX əsrin baĢlanğıcında 

xanlıqlar hamısı tənəzzülə uğradılar və biri-birinin ardınca 

tədricən Rusiyaya birləĢdirildilər. Xalqın 50 illik müstəqil 

həyatı insan ömrünün 50 dəqiqəsi kimi bir Ģeydir. Ona 

görə də Quba xanlığı ġərq dövlətlərindən - monqol 

xanlıqlarından, Osmanlı, yaxud Ġrandan fərqlənə bilmədi. 

Fatehlərdən irsən alınmıĢ siyasət və əxlaq haqqındakı 

təsəvvürlərin Quba xanlarının beyinlərindən asanlıqla 

silinməsi mümkün deyildi. ġərq hökmdarlarının ənənələri 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

838 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

və əxlaqı əsasında tərbiyələnmiĢ Quba xanları idarəçilik 



iĢlərində iranlılar kimi davranırdılar". 

Bu sətirləri oxuyanda istər-istəməz M.F.Axundovun eyni 

ilə Qubaya bənzəyən baĢqa bir Azərbaycan xanlığının 

idarəçilik üsullarından bəhs edən "Vəziri-xani-Lənkəran" 

komediyasl yada düĢür və hər iki halda müĢahidələr öz 

dəqiqliyi ilə diqqəti cəlb edir... 

Ġ.S.ġahtaxtinski öz məqaləsində Quba xanlığının 1806-cı 

ilə qədərki tarixini izləmiĢdir. "50 illik müstəqillik" 

dedikdə o, xanlığın 1747-1806-cı illər arasındakı bağımsız 

siyasi mövcudluğunu nəzərdə tuturdu. Qafqaz 

caniĢinliyinin arxivlərində saxlanan bir sıra ilkin mənbələr 

və materiallar (xanlığın siyasi tarixi, zəngin əsilzadə 

ailələri, iqtisadi həyatı, gəlirlər, vergilər, torpaq 

sahələrinin bölüĢdürülməsi və s. məsələlərlə əlaqədar) 

yazılmıĢ bu məqalədə Abbasqulu ağa Bakıxanov və 

Ġskəndərbəy Hacınski kimi Azərbaycan tarixçilərinin də 

müəyyən təsiri duyulmaqdadır. 

Ehtimal ki, Ġ.Hacınskinin 1847-ci ildə "Kavkaz" qəzetində 

hissə-hissə çap olunan "Qubalı Fətəli xanın həyatı" 

tədqiqatı Ġ.S.ġahtaxtinskiyə bəlli idi.Çünki onun "Quba 

xanlığında torpaq sahibkarlığı" məqaləsində Fətəli xanın 

Ģəxsiyyəti və hakimiyyəti haqqında irəli sürülən fikirlər 

Ġ.Hacınskinin mülahizələri ilə səsləĢir. 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   187   188   189   190   191   192   193   194   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə