Tofiq Xəzər



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə187/229
tarix13.12.2017
ölçüsü4,78 Mb.
#15422
növüYazı
1   ...   183   184   185   186   187   188   189   190   ...   229

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

819 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

qayıtsaydılar, o qədər də mütəĢəkkil və qorxulu qüvvəyə 



çevrilməzdilər. Amma onlar yaxĢı nəzəri hazırlıq keçmiĢ, 

kifayət qədər təĢıkilatlanmıĢ qüvvə kimi kütləvi Ģəkildə 

geri döndülər və S.Stepnyak-Kravçinskinin də doğru 

müĢahidə etdiyi kimi, "Rusiyada öz dostları tərəfindən 

böyük hərarətlə qarĢılanaraq gəncliyə xas olan 

coĢqunluqla beynəlxalq sosializm ideyalarını yaymağa 

baĢladılar". 

Rəsmi dairələr düĢünülməmiĢ, yanlıĢ addım atdıqlarını 

tezliklə baĢa düĢdülər. Lakin artıq gec idi, necə deyərlər, 

cin ĢüĢədən çıxmıĢdı. Sadəcə, uğursuzluqla nəticələnən 

həmin qərardan sonra Rusiya hökumətinin nəzərində 

Sürixə getmək siyasi etimadsızlıq üçün əsas verən 

xoĢagəlməz bir səyahətə çevrildi... 

Ġstənilən halda, inzibati yolla "Sürix xofu" yaratmaq 

mümkün olmadı. Azad həyat və liberal düĢüncə mərkəzi 

sayılan Ġsveçrəyə can atanların qarĢısını almaq cəhdi baĢ 

tutmadı. 

Ġsa Sultan ġahtaxtinski də bu uzaq (hər halda həmin 

dövrün azərbaycanlısı üçün!) və təmin olunmuĢ rahat 

gələcək baxımından o qədər də yaxĢı vədlər verməyən 

təhlükəli səfərə çıxdı. Gələcəyi ilə bağlı bu ciddi qərarı 

qəbul edəndə onun 21 yaĢı vardı. 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

820 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

Taleyin iĢinə bax ki, aradan illər keçəndən sonra onun qızı 



da 21 yaĢında atasının seçdiyi yolla gedəcəkdi və XX 

yüzilliyin baĢlanğıcında azərbaycanlı qızlar içərisində 

birinci olaraq Ġsveçrədə, Lozanna universitetinin tibb 

fakültəsində təhsil alacaqdı... 

 

Lakin bu barədə bir qədər sonra. 



 

*** 


 

1876-cı ilin payızında Ġsa Sultan beĢ il əvvəl tərk etdiyi 

Tiflisə döndü. Bu müddət ərzində o, Peterburq Əkinçilik 

Ġnstitutunun beĢ illik kursunu üç ilə baĢa vurmuĢ, nüfuzlu 

Avropa ali məktəblərindən birinin elmlər namizədi-

magistr diplomunu qazanmıĢdı. Həmin dövrdə o, 

Qafqazın inzibati və mədəni mərkəz sayılan Tiflisdə bəlkə 

də yeganə mükəmməl Avropa təhsili görmüĢ azərbaycanlı 

ziyalı idi. 

DüĢünmək olardı ki, rəsmi dairələr əsilli-köklü ailədən 

çıxan, parlaq təhsil alan və qeyri-adi istedadı, 

zəhmətsevərliyi ilə diqqəti çəkən Ġsa Sultan ġahtaxtinski 

ilə yaxından maraqlanacaq, o, səviyyəsinə və savadına 

uyğun iĢlə təmin ediləcək. 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

821 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

Ġmperiya məmurları Qafqaz müsəlmanlarına etinasız 



münasibətlərini həmiĢə onların arasından kifayət qədər 

yaxĢı rus, yaxud Avropa təhsili almıĢ ziyalı Ģəxslərin 

yetiĢməməsi ilə əlaqələndirirdilər. Ġndi isə belə bir 

"müsəlman", necə deyərlər, öz ayağı ilə gəlmiĢdi və ona, 

sadəcə, etimad göstərmək tələb olunurdu. 

Lakin yaradıcı naturaya və böyük enerjiyə malik 25 yaĢlı 

Ġsa Sultan Qafqaz adminstrasiyasından bilik və bacarığını 

mövcud idarəçilik sahəsində tətbiq etməyə imkan verən 

heç bir təklif almadı. Bilmirəm, bəlkə də o özü əl-qolunu 

sıxan, sərbəstliyini əlindən alan rəsmi dövlət qulluğuna 

ümumiyyətlə, maraq göstərməmiĢdi...  

Qafqaz caniĢinliyinin mərkəzi Tiflis XIX əsrin son 

rübündə mədəni baxımdan tərəqqi etmiĢ əyalət 

Ģəhərlərdən sayıla bilərdi. Burada teatr fəaliyyət 

göstərirdi. Rus, gürcü, erməni dillərində ondan çox qəzet 

nəĢr olunurdu. Hətta Ģəhərdə universitet yaradılmasının 

zəruriliyi barəsində səslər eĢidilməyə baĢlamıĢdı. 

Qafqaz xalqlarının bir çox tanınmıĢ ziyalıları - ədəbiyyat 

və mətbuat aləminin nümayəndələri, yüksək çinli 

məmurlar və hərbçilər, aristokratik təbəqənin təmsilçiləri 

bu Ģəhərdə yaĢayırdılar. Ġsa Sultan beĢ illik fasilədən sonra 

yenidən Tiflisə dönəndə boĢa çıxmıĢ ümidlərin üzüb əldən 

saldığı xəstə, yorğun Mirzə Fətəli Axundov hələ də 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

822 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

caniĢin dəftərxanasında ġərq dilləri tərcüməçisi 



vəzifəsində çalıĢırdı. Onun Ġsa Sultanla yaĢıd olan oğlu 

RəĢid isə, Brüssel universitetində təhsil alırdı. 

Ümidini yeni yetiĢən gəncliyə bağlayan Mirzə Fətəli nə 

"Kəmalüddövlə məktubları"nı çap etdirmiĢdi, nə də əlifba 

islahatı ideyasını həyata keçirə bilmiĢdi. Artıq yaradıcılıq 

iĢlərindən də əli soyumuĢdu. Belə bir ümidsizlik və ruhi 

böhran məqamında, ölümündən dörd il əvvəl pyeslərindən 

birinin Bakıda tamaĢaya qoyulması ona həyatının son 

illərində payına çox nadir hallarda düĢən sevincli 

dəqiqələr yaĢatmıĢdı. 

Milli mədəniyyət patriarxının ömrünün son iki ilinin ən 

fərəhli hadisəsi isə, Bakıda Həsənbəy Zərdabinin naĢirliyi 

və redaktorluğu ilə ilk Azərbaycan qəzetinin - "Əkinçi"nin 

nəĢrə baĢlaması idi. Mirzə Fətəli bu hadisədən o dərəcədə 

sevinmiĢdi ki, xəstəlikləri və ruhi iztirabları bir tərəfə 

buraxaraq yenidən qələmə sarılmıĢdı və "Vəkili-

naməlumi-millət" təxəllüsü ilə qəzetdə məqalələr çap 

etdirmiĢdi. 

Əgər Ġsa Sultan ġahtaxtinski ilə tanıĢ olmuĢdusa, Mirzə 

Fətəli, heç Ģübhəsiz, buna da az sevinməmiĢdi. Çünki o, 

nadanlıqdan və qəflət yuxusundan ayıltmaq üçün 

təkbaĢına mübarizəyə baĢladığı millətinin gələcəyini məhz 

belə yüksək təhsilə malik ziyalı gənclərdə görürdü. 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   183   184   185   186   187   188   189   190   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə