Tofiq Xəzər



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə183/229
tarix13.12.2017
ölçüsü4,78 Mb.
#15422
növüYazı
1   ...   179   180   181   182   183   184   185   186   ...   229

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

803 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

azad olunmuĢdu. Lakin azərbaycanlı gəncə Rusiya 



universitetlərində təhsilini tamamlamaq, yaxud gələcəkdə 

xalq maarifi sahəsində çalıĢmaq qadağan edilmiĢdi. 

Digər tərəfdən, keçmiĢ əqidə yoldaĢları onun məhkəmədə 

bəraət qazanmasını inqilabi iĢə xəyanət etməsi ilə 

əlaqələndirirdilər. Belə bir Ģəraitdə dərin ruhi sarsıntı 

keçirən 22 yaĢlı Həmid Hacıbəyov 1872-ci ildə intihar 

etmiĢdi. Həmin vaxt Ġsa Sultan artıq Peterburq Əkinçilik 

Ġnstitutunun tələbəsi idi və təbii ki, Rusiya paytaxtındakı 

azsaylı Azərbaycan icmasının üzləĢdiyi bu ağır itkidən 

xəbərsiz qala bilməzdi. 

Çətinliklər qarĢısında tab gətirməyən Həmid 

Hacıbəyovdan fərqli olaraq, "Narodnaya rasprava"nın 

digər azərbaycanlı üzvü Ġbrahim Rəhimov baĢladığı 

mübarizəni sona qədər davam etdirmiĢdi. 

O, 1849-cu ildə indiki Qazax rayonunun Dağkəsəmən 

kəndində anadan olmuĢdu. Atası Molla Rəhim Süleyman 

oğlu Tiflis gimnaziyasının Ģəriət müəllimi vəzifəsində 

çalıĢırdı.  

Ġbrahim 1867-ci ildə Moskva universitetinin təbiyyat 

fakültəsinə daxil olmuĢ, sonra isə təhsilini tibb 

fakültəsində davam etdirmiĢdi. 1869-cu ildə "Narodnaya 

rasprava"nın fəal üzvlərindən biri kimi həbs olunmuĢdu. 

AxtarıĢ zamanı mənzilindən gizli mətbəə üçün əldə 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

804 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

edilmiĢ Ģriftlər tapılmıĢdı. Ġki ilə yaxın Petropavlovsk 



qalasında saxlanan Ġbrahim Rəhimov rus 

universitetlərində təhsil almaq hüququndan məhrum 

olunmuĢ və açıq polis nəzarəti altında yaĢamaq Ģərti ilə, 

beĢ illiyə Xerson vilayətinin Aleksandrovsk Ģəhərinə 

sürgünə göndərilmiĢdi. 

1872-ci ilin əvvəllərində sürgün yerinə gələn və Lozovo-

Sevastopol dəmiryol xəstəxanasında iĢə düzələn 

Ġ.Rəhimov həmin ilin aprelində müəmmalı Ģəkildə yoxa 

çıxmıĢdı. Rusiya gizli polisi onun izinə bir də aradan on 

beĢ il keçəndən sonra düĢə bilmiĢdi.  

Doğrudur, yoxa çıxandan az sonra Ġbrahimin keçmiĢ 

tələbə yoldaĢı L.A.Tetelmana göndərdiyi məktub polisin 

əlinə keçmiĢdi. Həmin məktubda Ġ.Rəhimov həbsə və 

təqiblərə baxmayaraq, yenə də inqilabi fəaliyyətlə məĢğul 

olacağını yazır və bunu ləyaqət hissini sona qədər 

itirməmiĢ hər bir namuslu adamın borcu saydığını 

bildirirdi. 

Bəs on beĢ il ərzində Ġbrahim Rəhimov harada olmuĢdu?  

Həqiqətən də, macəralarla dolu həyat yaĢayan 

azərbaycanlı gənc 1872-ci ildə qeyri-leqal yolla Avropaya 

keçmiĢ, burada əvvəlcə Vyana, sonra isə Ġyen 

universitetlərində təhsil almıĢdı. Avropada olduğu dövrdə 

də inqilabçılarla əlaqələrini kəsməmiĢ, marksist 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

805 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

dərnəklərin iĢində iĢtirak etmiĢdi. 1880-cı ildə Rusiyaya 



qayıtmıĢ, Xarkovda məskunlaĢaraq uzun illər quberniya 

zemstvo xəstəxanasında həkim iĢləmiĢdi.  

Qızı, sonralar Azərbaycanın mükəmməl Qərbi Avropa 

təhsili görmüĢ ilk professor-oftalmoloqlarından olan Sona 

xanım Vəlixan da 1883-cü ildə bu Ģəhərdə doğulmuĢdu. 

Azərbaycanla əlaqələrini heç zaman itirməyən Ġbrahim 

Rəhimov vətənə yalnız 1925-ci ildə ağır xəstə halda 

qayıtmıĢ və 1927-ci ildə Bakıda vəfat etmiĢdi. Onun 

maraqlı və ibrətamiz ömür yolu tarixçi-alimlər 

V.Səmədov və N.Tahirzadənin, habelə mərhum jurnalist 

Osman Mirzəyevin araĢdırmalarında öz əksini tapmıĢdı. 

Moskvada, Petrovski-Razumovski Kənd Təsərrüfatı 

Akademiyasında təhsil alan baĢqa bir azərbaycanlı 

tələbənin-Əsgərağa Adıgözəlov-Goraninin (1857-1910) 

müəllimi H. Zərdabiyə göndərdiyi 4 oktyabr 1875-ci il 

tarixli məktub da yeni yetiĢən gəncliyin fəal həyat 

mövqeyindən və cəmiyyətdəki proseslərə tənqidi 

münasibətdən xəbər verməkdədir. 

"Əkinçi"nin tutduğu kursun mülayimliyindən o qədər də 

məmnun qalmayan Ə.Adıgözəlov-Gorani bu məsələdə 

müəlliminin mövqeyi ilə razılaĢmayaraq yazırdı: 

"Cəmiyyəti tənqid etmək fikrindən çəkinmək xəbərdarlığı 

mənə qəribə görünür. Doğrudanmı "Əkinçi"nin 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

806 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

proqramında belə bir bənd var? Məncə, cəmiyyəti tənqid 



etməmək, əslində, cəmiyyətlə barıĢmaq, yəni bütün 

məsələlərdə onun münasibətinə tərəfdar olmaq deməkdir. 

Doğrudanmı biz müsəlman cəmiyyətinin bütün 

prinsiplərini bəyənməliyik? Onda "Əkinçi"nin özü nəyə 

lazımdır? " 

Məktub müəllifi daha sonra həmin prosesdə yeni 

Azərbaycan gəncliyinin, ilk növbədə, universitet təhsili 

alan tələbələrin roluna toxunaraq yazırdı: "Biz mövcud 

cəmiyyətlə mübarizə aparmağa və bütün həyatımızı bu iĢə 

sərf etməyə borcluyuq. Peterburqda bizim Kərimlə yeni 

cəmiyyət - kasıb müsəlman tələbələrinə yardım cəmiyyəti 

haqqında xeyli söhbətimiz oldu". 

Burada adı çəkilən Kərim - tanınmıĢ həkim və ictimai 

xadim Kərimbəy Mehmandarov (1854-1929) Ġsa 

Sultandan bir il sonra Peterburqa gəlmiĢ, 1873-1879-cu 

illərdə Hərbi-Tibb Akademiyasında oxumuĢdu. O, da 

Rusiyanın universitet Ģəhərlərində təhsil alan azərbaycanlı 

tələbələrin birləĢməsi, özlərinin və təmsil etdikləri xalqın 

hüquqlarını qorumaq istiqamətində fəaliyyət göstərmələri 

üçün səylərini əsirgəməmiĢdi. 

H. Zərdabinin Baki gimnaziyasındakı digər tələbəsi - 

sonralar ġamaxı qəzasından Rusiya Dövlət Dumasına 

deputat seçilmiĢ Məhəmmədtağı Əliyev də Petrovski-



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   179   180   181   182   183   184   185   186   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə