Tofiq Xəzər



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə180/229
tarix13.12.2017
ölçüsü4,78 Mb.
#15422
növüYazı
1   ...   176   177   178   179   180   181   182   183   ...   229

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

791 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

mərasimi və qanlı Xodınka faciəsi də hələ qarĢıdadır. 



Çarizmin barıĢmaz düĢməni kimi tarixə düĢəcək Lenin 

Peterburqda inqilabi fəaliyyətinin ilk addımlarını 

xalqçılara qarĢı mübarizə Ģəraitində atmaqdadır. 

Ġmperiyanın hər yerində olduğu kimi, Qafqaz 

caniĢinliyinin mərkəzində də matəm əhval-ruhiyyəsi 

hökm sürürdü. Həm də Tiflis təkcə rus imperatorunun 

ölümünə ağlamırdı. "Kavkaz" qəzetinin 7 noyabr 1894-cü 

il tarixli sayındakı qara çərçivəyə alınmıĢ "Ġsa Sultan 

ġahtaxtinski. Bir ideal uğrunda" adlı nekroloqda 

"Qafqazın istedadlı və görkəmli Ģəxsiyyətlərindən" birinin 

vaxtsız ölümü haqqında xəbər verilirdi. 

Yanılmıramsa, bu rusdilli Qafqaz mətbuatında 

Azərbaycan mədəniyyətinin və ictimai fikrinin tanınmıĢ 

nümayəndələrindən birinin vəfatı ilə bağlı dərc edilən ilk 

nekroloq idi. 1878-ci ildə həmin dövrün ən məĢhur 

azərbaycanlısı Mirzə Fətəli Axundov Tiflisdə vəfat 

edəndə illər boyu sıx yaradıcılıq əlaqələri saxladığı 

"Kavkaz" onun ölümü barəsində aradan xeyli keçəndən 

sonra cəmisi bir cümləlik məlumat vermiĢdi. 

Ən pisi isə bu idi ki, mərhumun xidmətlərinə və ruhuna 

hörmətsizlik nümunəsi olan həmin məlumat tamamilə 

səthi və yanlıĢ idi. 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

792 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

"Kavkaz" digər tanınmıĢ azərbaycanlı əməkdaĢının - 



A.Bakıxanovun ölümünə də eyni laqeydlik və 

sayğısızlıqla yanaĢmıĢdı. 

Nekroloq mükafat deyil. Amma bir məsələ də var ki, 

dünyadan köçən hər Ģəxs, nə keçmiĢdə, nə də indi, 

nekroloqa layiq görülür. Xüsusən də Ġ.S.ġahtaxtinskinin 

mənsub olduğu xalqın ikinci dərəcəli vətəndaĢ, 

"inorodets" və "tuzemets" sayıldığı Rusiya imperiyası 

Ģəraitində... 

Nekroloq mükafat deyil. Amma onu da uzunluğundan, 

yaxud qısalığından asılı olmayaraq, ən ali mükafat kimi, 

bütün həyatını Ģərəflə yaĢayaraq və böyük iĢlər görərək 

qazanmalısan... 

 

*** 


 

Ġsa Sultan Nəcəfqulu oğlu ġahtaxtinski 1851-ci il may 

ayının 5-də o dövrdə hələ tam bir Azərbaycan Ģəhəri olan 

Ġrəvanda doğulmuĢdu. Tərcümeyi-halına dair sənədlərdə 

"Ġrəvan quberniyasının əsilli-köklü bəylərindən" sayılan 

atası Nəcəfqulu ağanın bu quberniyanın tərkibinə daxil 

olan ġahtaxtı kəndindən olduğu bildirilirdi.  

Naxçıvanın indiki Sədərək rayonu ərazisində, ġərur 

düzündə yerləĢən ġahtaxtı kəndi sonralar Azərbaycan 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

793 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

tarixində silinməz izlər buraxan, onilliklər boyu davam 



edən ailə ənənələrini bu gün də yaĢadan, hərbçilərin və 

dövlət adamlarının, yaradıcı ziyalıların və elm 

xadimlərinin soyadında əbədiləĢərək Ģöhrət qazanmıĢdı. 

Bu soyadı fəxrlə daĢıyanların və tanıtdıranların ilk 

sıralarında Ġsa Sultan ġahtaxtinski də dayanırdı. 

1865-ci ildə atası 14 yaĢlı Ġsa Sultanı Tiflisə gətirmiĢ və 

təhsilini davam etdirmək üçün məĢhur gürcü maarifçisi 

David Kipianinin pansionuna vermiĢdi. Kipianinin adı 

azərbaycanlı oxuculara mərhum xalq yazıçısı Ġsmayıl 

ġıxlının "Dəli Kür" romanından yaxĢı tanıĢdır. 

Tiflis pansionuna daxil olana qədər Ġsa Sultan mükəmməl 

ev təhsili almıĢ, habelə dərslərin rus dilində keçirildiyi 

Naxçıvan ikisinifli Ģəhər məktəbinin məĢğələlərinə davam 

etmiĢdi. 

Tiflisə gəldikdən sonra əksəriyyəti rus, gürcü, yəhudi, 

erməni olan sinif yoldaĢlarının Ġsay adlandırdıqları Ġsa 

Sultan D.Kipianinin pansionunda da çox qalmadı. 

Müəyyən hazırlıq mərhələsi keçdikdən sonra 1867-ci ildə 

yeni açılmıĢ Tiflis gimnaziyasının ilk tələbələri sırasında 

yer aldı. 

Bu gimnaziyada bütün fənlər, xüsusən də xarici dillər

habelə rus dili və ədəbiyyatı yüksək səviyyədə tədris 

olunurdu. ġagirdlərin əqli və fiziki inkiĢafının, onların 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

794 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

bacarıq və istedadlarının üzə çıxması üçün hər cür Ģərait 



yaradılmıĢdı.  

Azərbaycanlı gənclərin Qafqazın və Rusiyanın təhsil 

ocaqlarında hələ tək-tük gözə dəydiyi bir dövrdə Ġsa 

Sultan, tezliklə öz zəhmətsevərliyi və istedadı sayəsində 

gimnaziyanın "birinci Ģagirdi" adını qazana bilmiĢdi. 

Tiflis gimnaziyasının 1870-ci ilə dair hesabatında 

aĢağıdakı sətirlər diqqəti cəlb edir: "...öz yoldaĢları 

içərisində nəzərəçarpacaq dərəcədə fərqlənən və necə 

deyərlər, qələmə malik olan (burada, müstəqil yaradıcılıq 

nəzərdə tutulur- V.Q.) Ģagirdlərdən 6-cı sinifdə oxuyan 

Aksyurini (rus) və 7-ci sinifdə oxuyan ġahtaxtinskini 

(tatar) qeyd etmək lazımdır" 

Gimnaziyanın həmin dövrdəki yeganə azərbaycanlı 

Ģagirdinin həm də birinci olması, Ģübhəsiz ki, 

qürurvericidir. Diqqəti çəkən baĢqa bir məqam isə, Ġsa 

Sultanın hələ yeniyetməlik dövründə "qələm əhli" kimi 

tanınmasıdır. Sonuncu sinifdə o, daha Tiflis 

gimnaziyasında yeganə azərbaycanlı deyildi. Kiçik 

qardaĢı Əbülfət də burada təhsil alırdı.  

1871-ci ildə gimnaziya təhsilini uğurla baĢa vuran Ġsa 

Sultan artıq gələcək həyat yolunu da müəyyən etmiĢdi - o, 

Peterburqa getməyi və Əkinçilik Institutuna daxil olmağı 

qərara almıĢdı. Nə üçün məhz Əkinçilik Ġnstitutu? Ġsa 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   176   177   178   179   180   181   182   183   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə