Tofiq Xəzər



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə179/229
tarix13.12.2017
ölçüsü4,78 Mb.
#15422
növüYazı
1   ...   175   176   177   178   179   180   181   182   ...   229

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

787 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

Azərbaycan elmi və ictimai-siyasi fikir tarixində parlaq 



bir meteor kimi yanıb-sönən, böyük arzularının çoxunu 

həyata keçirə bilməyən Ġsa Sultan ġahtaxtinski idi. 

Azərbaycanda ailə sülalələrinin tarixi mütləq 

öyrənilməlidir.Çünki ġahtaxtinskilər, CavanĢirlər, 

Vəzirovlar, Ağaoğlular, Ziyadxanovlar, 

Xasməmmədovlar, Vəkilovlar, Rəfibəylilər, Hacınskilər, 

Mehmandarovlar, ġıxlinskilər, TalıĢxanovlar və b. ailə 

sülalələri Azərbaycanın son bir neçə əsrlik siyasi-mədəni 

həyatı ilə sıx bağlı olduğundan, onların tarixi həm də 

xalqımızın mürəkkəb və dramatik həyat yolunun tarixidir.  

Böyük və qollu-budaqlı ġahtaxtinskilər nəslinin nisbətən 

az tanınan nümayəndələrindən biri olan Ġsa Sultan 

haqqında Azərbaycan ədəbiyyatĢünaslığında ilk dəfə 

görkəmli tədqiqatçı-alim, Azərbaycan MEA-nın müxbir 

üzvü mərhum Əziz Mirəhmədov söz açmıĢdı. Onun 1970-

ci ildə "Elm və həyat" jurnalında çap etdirdiyi "Alim-

jurnalist" adlı məqaləsi çağdaĢ Azərbaycan tarixi-filoloji 

fikrinin həmin vaxta qədər diqqətdən kənarda qalan 

Ġ.S.ġahtaxtinski Ģəxsiyyətinə ilk müraciəti idi. 

Sonralar bu məqalə daha da təkmilləĢdirilərək alimin 

1982-ci ildə Bakıda nəĢr olunan "Azərbaycan 

ədəbiyyatına dair tədqiqlər" kitabına daxil edilmiĢdi. Əziz 

müəllim özünün də əhatəli saymadığı axtarıĢlarına yekun 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

788 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

vuraraq yazırdı ki, "Ġsa Sultan ġahtaxtinski haqqında 



hələlik əldə edilmiĢ müxtəsər məlumat onu Mirzə Cəlilin - 

Cəlil Məmmədquluzadənin sələfləri sırasına daxil etməyə 

əsas verir". 

Kifayət qədər ciddi qiymətdir. Əgər belə bir 

dəyərləndirmədən sonra da Ġsa Sultanın həyatı, Ģəxsiyyəti, 

ədəbi-publisistik fəaliyyəti diqqətdən kənarda qalıbsa, 

bunu baĢa düĢmək sadəcə çətindir. 

Ötən əsrin 80-ci illərinin ikinci yarısında Tiflisdə, 

Gürcüstan Mərkəzi Dövlət Arxivinin Azərbaycana dair 

fondları ilə tanıĢ olarkən ədəbiyyat və mədəniyyətimizin 

bir sıra digər görkəmli simaları ilə birlikdə Ġsa Sultan 

haqqında qarĢıma çıxan sistemsiz, dağınıq materialları da, 

necə deyərlər, özüm üçün ayrıca bir dəftərə qeyd 

etmiĢdim. 

Ġndi, aradan illər keçəndən sonra, məhz o zaman 

topladığım sənəd və materiallar əsasında bu yazını qələmə 

almaq qərarına gələndə, o dövrdəki "uzaqgörənliyimə" 

görə ürəyimdə özümü hətta bir balaca tərifləməkdən də 

çəkinmirəm. 

Çünki, uzaq xaric bir yana qalsın, indi Rusiyanın, habelə 

keçmiĢ sovet respublikalarının arxivlərində, 

kitabxanalarında, fondlarında xalqımızın qədim tarixi, 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

789 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

mədəniyyəti ilə bağlı çoxsaylı sənəd və materiallar müasir 



tədqiqatçılarımız üçün az qala əlçatmaz olmuĢdur. 

Azərbaycanlı araĢdırmaçı bir də Matenadaranda - 

fondlarında tarix və mədəniyyətimizə dair yüzlərlə 

təkrarsız əlyazmalarının mühafizə edildiyi bu mühüm elmi 

mərkəzdə bir də nə zaman iĢləyə biləcək? Sözün həqiqi və 

məcazi mənasında erməni əsirliyində, bağlı qapılar 

arxasında qalan bu əlyazmaları öyrənmədən, mənəvi 

irsimizin miqyası və zənginliyi haqqında dolğun təsəvvür 

yaratmaq çətindir. 

Azərbaycanlı tədqiqatçının Tiflisə, Moskvaya, Peterburqa, 

Qazana (hələ mən Ankaranı, Ġstanbulu, Tehranı, Dehlini, 

Londonu, Drezdeni və s. demirəm) istədiyi vaxt getmək 

və orada iĢləmək, həmkarları ilə fikir mübadiləsi aparmaq 

imkanları nə dərəcədə realdır? Professorun aldığı aylıq 

məvacib onun həmin Ģəhərlərdə bir gün yaĢamağına 

kifayət etmədiyi halda, bu arzu nə dərəcədə gerçəkdir?  

Sosializm dövründən fərqli olaraq indi, sərbəst 

iqtisadiyyat və bazar münasibətləri prinsiplərinin hər 

yerdə tətbiq edildiyi bir Ģəraitdə kitabxana, arxiv və 

fondların əksəriyyəti pullu xidmətə keçiblər. Elmlər 

Akademiyası və ali məktəblər isə, nəinki alimi hər hansı 

bir Avropa paytaxtına uzunmüddətli elmi ezamiyyətə 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

790 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

göndərir, hətta əksər hallarda onun öz vətənindəki 



minimum yaĢayıĢ tələblərini belə ödəyə bilmir. 

Bəlkə də təəssüf notları üstündə köklənmiĢ bu publisistik 

məqamlar sırf elmi araĢdırma ilə bir araya sığmır. Bir 

vaxtlar xalqımızın gerçək tarixi və yetirdiyi görkəmli 

Ģəxsiyyətlər haqqında həqiqətlərin bağlı qapılar arxasında 

saxlanmasından, sovet rejiminin məlumat monopoliyası 

siyasəti yürütməsindən Ģikayətlənmək dəbdə idi. 

Ġndi bağlı qapılar açılandan, qadağalar aradan 

götürüləndən, geniĢ informasiya imkanları yaradılandan 

sonra, nə qədər qəribə görünsə də, ən az fəallıq 

göstərənlər məhz keçmiĢ Ģikayətçilər özləridir. Bütün 

varlığı ilə elmə bağlı olan alimlərimizin sayı azaldıqca, 

kitabxana və arxivlərdə çalıĢanların, ciddi elmi tədqiqatla 

məĢğul olanların da sıraları seyrəlir. 

Qatı kəsilməyən kitabların və yaradıcılıqları üzərinə iĢıq 

salınmayan Ģəxsiyyətlərin sayı isə, təbii ki, dəyiĢməz qalır. 

Nə isə... Yenidən Ġsa Sultan ġahtaxtinsikinin üzərinə 

qayıdaq. 

Qafqaz caniĢinliyinin rəsmi nəĢri olan "Kavkaz" qəzetinin 

7 noyabr 1894-cü il tarixli sayı qarĢımdadır. 1917-ci ilin 7 

noyabrına hələ düz 23 il qalır. Bir həftə əvvəl Peterburqda 

sonuncudan əvvəlki rus çarı III Aleksandr vəfat etmiĢdi. 

Yeni və sonuncu Romanovun - çar II Nikolayın tacqoyma 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   175   176   177   178   179   180   181   182   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə